Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə14/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   10   11   12   13   14   15   16   17   ...   159

59

N A D İ R   Ş A H   Ə F Ş A R

du: başına sarı sünbüllərdən tac düzəldib qoyan 

hə 


min balaca uşaq boya-başa çatdı, igid bir oğlan 

oldu... Əvvəl elin-oymağın xırda davalarında tanındı, 

daha sonra neçə-neçə iri müharibələr apardı, böyük 

qələbələr qazandı. Şahlıq taxtında oturdu. Artıq neçə 

il idi ki, başında qızıl tac gəzdirirdi. Bu gün sehrkar 

Həsənəlinin səsi qulaqlarında dönə-dönə əks-səda ve-

rirdi: «Bimürvət fələyin qəhrini, xoşbəxt ikən, gərək 

bədbəxtliyi yaddan çıxarmasın!». 

Bir vaxt – on iki yaşında mürgülü gözləri ilə sehr kar 

Həsənəliyə baxan balaca Nadir indi şahlıq qiyafə sin-

də xəyal və düşüncələrin qapısında dayanıb öz-özünə 

pı  çıldayırdı: «Bədbəxtliyi... Demək, sehrkar Həsənəli, 

doğrudan da, uzaqgörən adam imiş, həqiqəti söy lə  -

yirmiş. Hə, o gündən düz qırx yeddi il ötüb… Qırx 

yed di il... Allah nəzərlərini üstümdən  əskik eləmədi. 

Bəxtim gətirdi, yadellilərin  əsarəti altında qalan yur-

dumu azad etdim, hələ üstəlik Səmərqənddən Hin-

distanadək böyük bir ərazini tutdum… Əfşarlar səl  -

tənətini yaratdım, amma farslar demişkən, çifayda... 

Ən xoşbəxt anlarımda sehrkar Həsənəlinin dedi-

yi kimi, bədbəxtliyi, üzüdönük ruzigarın iştəklərini 

unutdum. Unutdum ki, sevgi ilə nifrət bir yerdə ol-

duğu kimi, xoşbəxtliklə  bədbəxtlik də kölgə kimi 

ada mın arxasınca bir yerdə sürünur, ətrafında gəzib-

dolaşır…» 

Birdən sehrkar Həsənəlinin səsinə bənzəyən baş-

qa səs qulağına gəldi: «Allahı yaddan çıxartma, yoxsa 

ruzigar səni  şahənşah da olsan, yaddan çıxaracaq!». 

Kimin səsiydi? Qayınatası Baba Əli bəyin idimi bu 



60

S O N U N C U   FAT E H

səs? Toy günündən bir gün əvvəl ona xeyir-dua ve-

rəndə çoxlu öyüd-nəsihət vermişdi... Bəlkə bu səs elə 

onun öz içindən gəlirdi? Bəs niyə uşaq ikən o səsin ilk 

dəfə qulaqlarına qeybdən gəldiyinə özünü inandır-

mışdı? Üstəlik o səsin qeybdən gəlməsinə bu çağacan 

bir qətrə də şübhə etməmişdi... Rüzigar məni unuda-

caq? Bəs övladlarım necə?»

O, dərindən köks ötürüb, Kəlat qalasına gedən 

yola boylandı. Nəvələri, oğulları bir-bir gözlərinin 

önü nə gəldi…

«Bilmirəm, bilmirəm, görəsən, onlardan hər hansı 

biri məndən sonra taxt-taca sahib çıxıb,  Əfşarlar səl-

tə nətini qoruya biləcəkmi?.. Onlar şah övladıdırlar. 

Mə nimsə atam cavan ikən çarvadarlıq etmişdi, qoca 

çağın da  gözlərinin nuru çəkilənəcən kürktikən kimi 

ad çıxarmışdı, ailəsini dolandırmaq üçün ilxı saxlamış-

dı, çobanlıq etmışdi, yəni sadə bir adam olmuşdu… 

On üç yaşımda mən onu itirəndə gah çobanlıq etdim, 

gah da odun doğrayıb, satmaq üçün bazarlara daşı  dım. 

O qə dər çətinliyin içində sağlığında atama, o ölən-

dən sonra isə anama böyük bir inamla şah olacağımı 

söyləmiş dim. Düzdü, ata-anama bu arzuma çatdığım 

günü görmək nəsib olmadı. Amma mən istəyirəm ki, 

gözlərim baxa-baxa övladlarımdan biri qurduğum bu 

böyük səltənəti idarə etsin… Onlar isə  hələ  də  təcrü-

bə siz  olduqlarını  bəhanə edirlər. Heyhat, kaş, böyük 

oğlum Rzaqulunun gözlərini çıxartdırmayaydım… 

Doğrudanmı, onu kor etməklə  mən təkcə  oğlumun 

deyil,  Əfşarlar səltənətinin də gözlərini kor etdim? 

Axı niyə? Məni buna vadar edən nə idi? İlahi, məni 




61

N A D İ R   Ş A H   Ə F Ş A R

bu  əzabdan qurtar, aradan illər ötsə  də, bu kədərin 

ağ rısını-acısını  qəlbimdə, ürəyimin başında daha çox 

hiss edirəm, dəhşətin böyüklüyünü anlayıram…». 

Anasının səsi qulaqlarına gəldi: «Can bala, niyə fikir 

dəryasına qərq olub, naçar qalıbsan? Buradan uzaqlaş! 

Nə qədər ki, gec deyil, atına min, çəkil Allah qalasına

1

 … 


Qəzəbinin cilovunu çək, qılıncını yerə qoy, o dörd çıq-

qalı papağını da qoy qabağına, yaxşı-yaxşı fikirləş!».

Sonra atası İmamqulu kişi gəlib durdu gözlərinin 

önündə.


...Bir dəfə başına cavanları  yığıb oymağın  mal-qa  -

rasını talan edən türkmənlə savaşıb onların apardıqla-

rını geri alsa da, atası çox həyəcanlanmışdı. Ona demiş-

di ki: «Ey gözümün nuru! Belə cavanlıq etmə, məni öz 

yoxluğuna mübtəla etmə! Bu camaatın  şərindən ehti-

yat et. Türkmən tayfası əcdadları zamanından bizimlə 

ədavət saxlayırlar. Allah eləməsin, sənə bir xətər yetiş-

sə, bu aciz atan onda özünü öldürər. Ey övladım, sənin 

ağzından süd iyi gəlir, rüzigarın enişini-yoxuşunu gör-

məmisən. Bundan sonra məndən xəbərsiz və mənim iz-

nim olmadan belə iş görmə ki, qəlbim incisin...».

Ata-oğul istəyinin nişanəsi kimi Nadir öz oğlanla-

rından birinə İmamqulu adını qoymuşdu. İndi həmin 

İmamqulu Mirzə də təcrübəsinin azlığını bəhanə gə-

tirərək, o biri övladları kimi şahlıq tacından imtina et-

mişdi. O isə dünyanı tutub durmayacaqdı ki! Bir gün 

Əzrayıl onun da qapısına gələcəkdi!.. O zaman əli 

taxt-tacdan əbədi üzüləcəkdi. Ərsəyə çatdırdığı əziz-

1

 El arasında Kəlat Allah tərəfindən yaradılmış  qəsr və ya qala 



adlandırılırdı.


62

S O N U N C U   FAT E H

xələf övladları  məgər atalarının artıq qocaldığını, at 

üstündə gəzməkdən yorulduğunu görmürlər?

O, çox enişli-yoxuşlu yollardan keçib getmişdi... 

Acı günlər də görmüşdü, xoş günlər də. Yaxşılığın da, 

yamanlığın da təcrübəsini qazanmışdı. Məğlublara 

qarşı  rəhmdil, həlim olmuşdu. Ondan iznsiz iş gö-

rənlərə, özünə  rəqib bildiklərinə qan qohumu olsa 

be lə qəddarlıq edib, ağır cəzalar vermişdi... 

Doğma oğlunun gözlərinə mil çəkdirməsi rahat-

lığını lap əlindən almışdı... O gündən sonra hər şeyə 

şübhə ilə yanaşan qəddar şaha, rəhmsiz ataya çevril-

diyinin artıq özü də fərqinə varırdı. Bağrının başı sı-

zıldayırdı. Bu sızıltılara məlhəm olsun deyə keçmişi 

qayğısız günlərini yada salırdı. O qayğısız uşaq çağla-

rındakı könül rahatlığının yerini heç nə verə bilmirdi. 

İndi o əlçatmaz, ünyetməz günlərin xiffətini çəkdiyi 

kimi heç nəyin xiffətini çəkmirdi...

...Uşaq çağlarında başını anasının dizləri üstə qo-

yanda canı rahatlıq tapardı. Yeniyetmə yaşına çatanda 

da bu vərdişini tərgitməmişdi. Xəyal çəkib onu yenə 

keçmişə – analı günlərinə apardı.

ANA ÖYÜDÜ

…1117-ci ilin yazı idi.

1

  Dəstgirddə gül-gülü ça-



ğırırdı, bülbül-bülbülü. Çəpərlərinin üstünə  əlçim-

əlçim yapağı

2

  sərilmiş həyət-bacalardan yasəmən ətri 



1

 1704-cü ildə.

2

 Yapağı – yazda qırxılan qoyun yunu.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə