Малик башга бир јердә дејир



Yüklə 1,54 Mb.
səhifə1/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
  1   2   3   4   5   6   7   8   9   ...   26

Bismillahir-rəhmanir-rəhim


İSLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ

BİRİNCİ CİLD

BİRİNCİ HİSSƏ

DÖVRLƏRDƏKİ TƏLƏBLƏRİN DƏYİŞMƏ SƏBƏBLƏRİ


«Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə, onu götürdü. İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi»1.

Yuxarıda qeyd olunan ayə, Quranın olduqca böyük əhəmiyyət daşıyan ayələrindən biridir. Şübhəsiz ki, Quranın bütün ayələri dərin mənalı və böyük əhəmiyyət kəsb edir. Lakin ayələrin bəziləri mətləbi elə tərzdə bəyan edir ki, insanları onun haqda düşünüb-daşınmağa vadar edir.

Quranın bir çox ayələrində insanlar bir-başa və ya müxtəlif yollarla düşünüb-daşınmağa dəvət olunurlar. Birbaşa olaraq düşüncə və təfəkkürə dəvət edən ayələr, məhz belə bir ünvan daşıyır və bu ayələrdə düşünüb-daşınmamaq qətiyyətlə pislənilir: «Allah yanında yer üzündə gəzən canlıların ən pisi [haqqı] dərk etməyən korlar lallardır»2.

Allahın nəzərində canlıların ən pisi hansılardır? Görəsən, nəcis (murdar) adlandırdıqlarımızdırmı? Ya misal olaraq çəkdiyimiz heyvanlardırmı? Xeyr! Allah-təalanın nəzərində canlıların ən pisi o kəslərdir ki, qulaqları olduqları halda kar, dilləri olduqları halda lal, əql və düşüncə qabiliyyətinə malik olduqları halda, həqiqəti dərk etməyənlərdir. Qurani-kərimdə bu məzmunda kifayət qədər ayə mövcuddur.

Qurani-kərimdə ayələrin bir qismi insanların birbaşa deyil, müxtəlif yollarla dünüşcə və təfəkkürə dəvət edir. Mətləbdən uzaq düşməmək üçün biz yalnız onlardan bir neçəsinə işarə edəcəyik. Ayələrin bir qismi mətləbi elə tərzdə bəyan edir ki, insanları düşüncə və təfəkkürə sövq edir. Bu da insanın zehnini düşünüb-daşınmağa vadar edən özünəməxsus üsullardan biridir. Aşağıdakı ayəyə diqqət yetirin:

«Biz əmanəti [Allaha itaət ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim çox cahil olan insan isə onu götürdü. İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi»3.

«Biz əmanəti göylərə və yerə və dağlara təklif etdik». Əmanət dedikdə nə nəzərdə tutulur? Necə və kimə təklif olundu? Yerə, göyə, dağlara necə, əmanət təklif etmək olar? «Biz yerə, göyə və dağlara əmanət təklif etdik, amma onlar bunu qəbul etməkdən imtina etdilər».

«Əbəyyənə yəhmilnəha - əmanəti götürməkdən qorxub çəkindilər».

Buradan məlum olur ki, əmanət dedikdə, elə bir şey nəzərdə tutulur ki, varlıqlar onu məhz qəbul etməli deyil, ona dözməyi bacarmalıdırlar.

Birinə əmanət verilərkən, adətən «filan kəs əmanəti üzərinə götürdü» deyil, «qəbul etdi» deyirik. Lakin göründüyü kimi, ayədə «əmanəti [üzərinə] götürməkdən qorxub çəkindilər» deyilir. Əmanəti üzərinə götürmək ərəb və fars dillərində özünməxusus bir mövzuya çevrilmişdir.


Hafiz şerlərinin birində deyir:
Asiman əmanət yükünü çəkə bilmədi

Fal açıb mənə dəli divanə dedilər.

İnsan isə onu [öz üzərinə götürdü].
Buradan dərhal belə bir sual meydana gəlir: Biz bütün insanları görür, onların üzərində isə heç bir şey [əmanət, yük] müşahidə etmirik. Onların üzərinə qoyulan yük nədən ibarətdir? Demək, buradan heç də cismani yük nəzərdə tutulmur. Yer, göy və dağlar onu qəbul etməkdən imtina etsələr də, insan cəsarətlə bu ağır [mənəvi] yükü qəbul etməyə hazır olduğunu bildirir.

Ayənin sonunda buyurur: «Çox zalim çox cahil olan insan isə...».

Zalim olan insan bu əmanəti üzərinə götürən yeganə varlıq oldu. «Zəlum» zulm kəlməsində götürülmüşdür. Zəlum, son dərəcədə sitəmkar və zalım bir şəxsə deyilir. Bu əmanəti üzərinə götürən belə bir varlıq, olduqca zalım və sitəmkardır.

Cəhl, cəhalət və nadanlıq mənasını daşıyır. Cəhul isə son dərəcədə nadan şəxsə deyilir. Buradan daha bir neçə sual meydana gəlir: Allah-təala bu əmanəti qəbul etmək, ya ondan imtina etmək üçünmü təklif etmişdir? Sözsüz ki, qəbul olunması üçün. Elə isə insan bu ağır əmanəti qəbul edən yeganə varlıq olduğu bir halda, Qurani-kərim nə üçün onu zalım və cahil adlandırır?

Ayədə istifadə olunan bu iki ibarət təfsir və irfan alimlərini maraqlandıran suallardan biri olmuşdur.

Ayədən bir çox suallar meydana gəldiyi üçün söhbətimizin əvvəlində onun dərin məna daşıdığı və olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğuladıq.

Əlbəttə, bütün sünnü və şiə təfsirçiləri ayədə əmanət deyildikdə, hər-hansı bir maddi əşyanın deyil, mənəvi varlığın nəzərdə tutulduğuna işarə etmişlər. Yəni məxluqat arasında əmanət adlanan mənəvi məfhum vardır. Bunun nə üçün əmanət adlandırılması haqda isə hələlik söhbət açmırıq. Növbəti bəhslərimizdə fürsət tapdıqda, bəlkə də bu mətləbə işarə etdik.

Yaradılış aləmində Allah-təala əmanət adlı mənəvi bir məfhum yaradıb, onu məxluqata təklif etdi. Onlar isə üzərlərinə götürməyə qadir olmayıb, qəbul etməkdən boyun qaçırdılar.

Təklif etmək deyildikdə, nə nəzərdə tutulur? Təklif, Allah-təalanın bütün məxluqata təklif etdiyi və onların istedad və bacarıqlarından asılı olaraq qəbul edib və ya edə bilmədikləri kamala deyilir. Peyğəmbərliyi, əmanəti, elmi və istədiyiniz hər bir şeyi misal çəkə bilərsiniz.

Peyğəmbərlik adlanan ilahi bəxşiş, insanların bəzilərinə təklif, bəzilərindən isə əsirgənirmi? Yəni peyğəmbərlik peyğəmbərə təklif olunmuş və o da qəbul etmiş mənə isə təklif olunmamışdır. Əgər mənə təklif olunsaydı, qəbul edərdimmi?

Vəhy, peyğəmbərlik, risalət adlanan həqiqət elə bir həqiqətdir ki, Allah-təala tərəfindən kimsədən əsirgənməz və O bütün məxluqata təklif olunur. Əgər qəbul edə bilərsə, daşa da təklif olunar, lakin daş onu qəbul edə bilməyir, heyvan qəbul edə bilməyir, müəyyən şəxslər istisna olmaqla, insanlar da onu qəbul etməyə qadir deyillər.

Demək, insan elə bir istedada malikdir ki, digər məxluqat belə bir istedada malik deyildir. Belə bir istedada malik olduğu üçün bu ilahi əmanət məhz ona verilmişdir.


ƏMANƏT NƏDİR?


Əmanət nədir? Biz bunun «yəhmilnəha – üzərinə götürdü» kəlməsindən nə olduğunu başa düşə bilərik. Məlum olur ki, cismani və maddi olmasa da, bir növ çətinliklərə dözməli və üzərinə götürülməlidir. Nəql olmuş hədis və rəvayətləri nəzərdən keçirdikdə, bunun həmin mənada təfsir olunduğunun şahidi oluruq. Lakin əmanət nədir? Onun vəzifə, qanun olduğu haqda fikir irəli sürmüşlər. Yəni insan bütün məxluqatdan fərqli olaraq, üzərinə müəyyən vəzifə və məsuliyyətlər düşdüyü üçün öz həyatını qanun çərçivəsində başa vurmalı olur. Digər məxluqat gördükləri bütün işləri icbari olaraq görsələr də, o, şüurlu bir varlıq olduğu üçün bütün işlərini özünün tam ixtiyar və iradəsi ilə yerinə yetirir. Onun qarşısına iki yol qoyulmuşdur: Əbədi səadətə aparan təkamül və tənəzzülə aparan əbədi bədbəxtçilik yolu. Bu iki yoldan birini seçmək, onun öz ixtiyarına qoyulmuşdur. İnsanın qarşısına qoyulan bu iki yol, «həyat yolu» adlanır və bu yolu qət edən hər bir şəxsin üzərinə müəyyən məsuliyyət və vəzifələr düşür.

Bura qədər dediklərimiz bir növ müqəddimə xarakteri daşıyırdı və gələcək fəsillərimizdə biz bu məsələyə bir daha qayıdacağıq.

Haqqında söhbət açmaq istədiyimiz məsələ «zamanın tələbi»dir. Bu sual daim ziyalı təbəqəni özünə cəlb etmişdir. Bir çoxlarında belə bir sual meydana gəlir: görəsən insan müsəlman olmaqla yanaşı, öz həyatını zamanın tələbi ilə uyğunlaşdıra bilərmi? Bəzən soruşurlar: «Zamanın təlabatı dəyişdiyi bir halda, insan necə dindar qala bilər?». Çünki dindar olan hər bir şəxs, özünü zamanın tələbləri qarşısında qorumağı bacarmalıdır. Bəzən insanın özünü zamanın tələbləri ilə necə uyğunlaşdırması haqda soruşurlar. Bəziləri deyir: «Zamanın tələbləri ilə uyğunlaşmaq dinlə ziddiyyət deməkdir». Bəziləri də bunu dinin əleyhinə təbliğ edərək deyirlər: «Din, yenilik və inkişafın qarşısını aldığı üçün dindar həyatı yaşamaq qeyri-mümkündür. Çünki əgər insan yaşadığı dünyada inkişaf və tərəqqiyə nail olmaq istəyirsə, yeniliyin tərəfdarı, köhnə düşüncə və tərzi-təfəkkürün tam əleyhinə olmalıdır». Bəlkə də bəziləri bu məsələnin əhəmiyyətinə diqqət yetirməsinlər. Lakin onlar bilməlidirlər ki, bu məsələ onlar üçün əhəmiyyət kəsb etməsə də, gələcəkdə öz övladlarının həyatına böyük təsir göstərəcəkdir. Onlar üçün də əhəmiyyət kəsb etməzsə, onların övladlarının həyatında heç də təsirsiz olmayacaqdır. Bunun üçün də bu məsələnin dərinliyinə varıb, İslamın zamanın tələbatına necə münasibət bəslədiyini araşdırmalıyıq.

Ümumiyyətlə, bir çoxları ruhanilərə «zəmanə ilə uyğunlaşın» deyərək onlara irad tutduqda, hansı məntiqə əsaslanmalıyıq? Bu haqda söhbət açmaq, bizə digər mətləblərə toxunmağa köməklik edəcəkdir. Məsələn, bir çoxlarını maraqlandıran «əxlaq» mövzusu. Bəziləri əxlaqı nisbi hesab edir. Onların fikrincə, qəti (mütləq) olaraq yaxşı və pis əxlaq mövcud deyildir. Yəni yaxşı əxlaq hər zaman yaxşı, pis əxlaq isə heç də hər zaman pis deyildir. Belə ki, müəyyən dövrlərdə bəzi əxlaq normaları bəziləri üçün müsbət, bəziləri üçün isə olduqca mənfi qəbul olunur.

Bu məsələ ilə əlaqəli olaraq, tarixin bünövrəsi haqda da söhbət açmağı məqsədə uyğun hesab edirik. Marksist və qeyri-marksist məktəblər bu barədə müxtəlif nəzəriyyələr irəli sürmüşlər və biz növbəti bəhslərimizdə onların hər biri haqda ətraflı söhbətlər açacağıq.

İNSANIN İCTİMAİ HƏYATI İLƏ HEYVANLARIN İCTİMAİ HƏYATI ARASINDA OLAN FƏRQLƏR


Ayənin məna və məfhumunu dərk etmək üçün bir mətləbə xüsusi diqqət yetirməliyik. İnsan ictimai həyat tərzi sürür, yəni o cəmiyyətlə yaşamalı və ondan ayrı düşməməlidir. Əks təqdirdə, məhv olub aradan gedəcəkdir. Lakin insan ictimai həyat tərzi keçirən yeganə varlıq deyildir. Belə ki, heyvanların bir çoxu ictimai həyat tərzi keçirirlər. Bunu da qeyd edək ki, onların bir yerdə olmaları, ictimai həyat keçirmələrinə dəlalət etmir. Məsələn, ceyranlar sürü halında birgə gəzir, otlayır lakin ictimai həyat keçirməyirlər. Çünki onlar üzərlərinə düşən vəzifələri öz aralarında bölünməmiş və özlərində heç bir məsuliyyət hissi keçirmirlər. İctimai həyat ona deyilir ki, cəmiyyət üzvləri üzərlərinə düşən vəzifələr bir-birlərinin aralarında bölüşdürmüş olsun. Lakin heyvanların bəziləri üzərlərinə düşən vəzifələri bir-birlərinin arasında bölüşdürmüş və insanlar kimi ehtiyaclarını ödəmək üçün ictimai həyat tərzi keçirirlər...

Bir neçə il əvvəl amerikalı professorun yazdığı «insan yaradılışının sirri» adlı kitabı çap oldu. Fars dilinə tərcümə olunmuş kitabını dəfələrlə oxuyub, bir çox hallarda onun yazdıqlarına istinad etdim. O yazırdı: «Həşəratların bir çoxu olduqca kiçikdirlər. Onların qidalandıqları özlərinə məxsus sahələri vardır. Onlar südə bənzər mayeləri digər həşəratlardan sağır və öz aralarında bölürlər».

İnsanlar arasında mövcud olan təşkilatçılıq onların arasında da müşahidə olunur. Onların da özlərinin başçısı, əsgəri və işçi qüvvələri vardır. Həşəratların ictimai həyat keçirmələrinə dair təlif olunmuş kitablar olduqca maraqlı və diqqəti cəlb edəndir. Demək, ictimai həyat tərzinə malik olan varlıq yalnız insan deyildir.

Lakin onların arasında əsaslı bir fərq vardır. Alimlərin apardıqları təhqiqat və etdikləri mütaliələr göstərir ki, insan kimi ictimai həyata malik olan varlıqlar dünyaya qədəm qoyduqları ilk gündən həmin təşkilata (müəyyən qanun çərçivəsində cəm halda yaşamağa) malik olmuş və bu günə qədər davam etməkdədir. Yəni bəşəriyyətin sivilizasiya tarixinin tam əksinə olaraq. Belə ki, insan ibtidai icma quruluşundan sonra daş, dəmir, buxar və daha sonra atom dövrünü yaşamışdır. Heyvanlar isə belə deyillər. Onların hər birinin özlərinə məxsus həyat tərzi vardır. İnsandan fərqli olaraq heyvanlar heç bir ixtira və yeniliyə nail ola bilmədikləri üçün onların həyatlarında heç bir dəyişiklik baş vermir. Bəs nə üçün? Ayə bizə belə cavab verir: «Biz əmanəti göylərə təklif etdik».

İnsan xilqətin vüqarlı övladıdır. Ona azadlıq verilərək, öz ixtiyarına buraxılmışdır. Təkamülə doğru aparan yolu da o, özü qət etməlidir. İnsan Quranın verdiyi hökmə əsasən, «İnsan zəif yaradılmışdır», feliyyət baxımından aləmə bütün heyvanlardan zəif və bacarıqsız olaraq qədəm qoyur. Dünyaya isə isteyaya isə istedad baxımından bütün varlıqlardan daha hazırlıqlı gəlir. İnsana ixtira və yaratmaq bacarağı verilmişdir. O, istifadə etdiyi alət və ləvazimatı daha da mükəmməl edərək, maddi ehtiyaclarının təmin olunmasında daha böyük nailiyyətlər əldə edə bilir. Heyvanlar üçün sabit olduğu bir halda, zamanın təlabatına müvafiq olaraq o, yaşadığı mühiti özünə sərf edəcək tərzdə dəyişir və onu öz istəyinə tabe edir. Sonuncu din və həyat qanunu olan İslam, zamanın daim dəyişməkdə olan təlabatına necə münasibət bəsləyir? O, bizə inkişaf və irəliləyişin qarşısını almağımı əmr edir? Ya əksinə, zamanın təlabatına təslim olmağımı tövsiyə edir? Yoxsa, izahata ehtiyac duyulan başqa bir üçüncü nəzər irəli sürür? Bütün bunlar haqda növbəti fəsillərimizdə söhbət açacağıq.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə