SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 

42 


şəxsə geri qaytarılır. Seçki komissiyalarına təqdim edilmiş anonim 

şikayətlərə baxılmır və anoninmlik aradan qaldırıldıqdan sonra 

şikayətə baxılır. 

Şikayətin  baxılması  seçki  komissiyasının  səlahiyyətlərinə  aid 

olduqda  verilmiş  şikayətin  qəbul  olunmasından  və  ya 

araşdırılmasından  imtina  edilməsi  və  ya  şikayəti  şifahi  qəbul  edən 

zaman  yuxarıda  göstərilən  tələblərin  qeyd  olunmaması  Seçki 

Məcəlləsinə müvafiq olaraq məsuliyyət yarada bilər. 

Qanunla  seçki  məntəqəsində  baş  vermiş  qanun  pozuntuları  barədə 

şikayət  məntəqə  seçki  komissiyasına  verilə  bilər.  Məntəqə  seçki 

komissiyasının  qərarından,  hərəkətindən  (hərəkətsizliyindən)  dairə 

seçki  komissiyasına,  dairə  seçki  komissiyasının  qərarından, 

hərəkətindən (hərəkətsizliyindən) və dairə seçki komissiyası sədrinin 

hərəkətindən  (hərəkətsizliyindən)  Mərkəzi  Seçki  Komissiyasına, 

Mərkəzi  Seçki  Komissiyasının  (MSK)  qərarından,  hərəkətindən 

(hərəkətsizliyindən) 

və 

MSK 


sədrinin 

hərəkətindən 

(hərəkətsizliyindən)  isə,  apellyasiya  instansiyası  məhkəməsinə 

şikayət verilə bilr. 

İnzibati Prosessual Məcəllənin tələblərinə görə MSK-nın qərarından, 

hərəkətindən  (hərəkərsizliyindən)  və  MSK  sədrinin  hərəkətindən 

(hərəkətsizliyindən)  şikayət  şikayət  verənin  yaşayış  yeri  və  ya 

olduğu  yer  üzrə  müvafiq  appelyasiya  məhkəməsinə  verilir  və 

baxılır


3

Şikayət  qərarın  dərc  edildiyi  və  ya  alındığı,  hərəkətin 



(hərəkətsizliyin)  baş  verdiyi  gündən  və  ya  maraqlı  şəxsin  bu  haqda 

məlumat aldığı gündən başlayaraq 3 gün müddətində verilir. 

Şikayət  seçki  komissiyasına  daxil  olduqdan  sonra  dairə  seçki 

komissiyasının  nəzdində  3  nəfərdən,  Mərkəzi  Seçki  Komissiyasının 

                                                 

İPM-nin  8.1.2-ci  maddəsi:  İnzibati  akt  səlahiyyəti  birdən  çox  məhkəmənin 



yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi 

hallarda,  belə  inzibati  aktlara  qarşı  iddialara  hüquqlarına  (qanunla  qorunan 

maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi 

tərəfindən baxılır.

 



 

43 


nəzdində isə, 9 nəfərdən ibarət  yaradılan ekspert qrupları tərəfindən 

araşdırılır. 

Şikayəti  araşdıran  ekspert  qrupunun  üzvü  şikayət  şəxsən  təqdim 

edildikdə,  şikayəti  qəbul  etməli  və  onun  qeydiyyatını  aparmalı, 

şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir.

4

  



Ekspert qrupu üzvü şikayəti araşdırarkən şikayət üzrə əlavə məlumat 

almaq  üçün  seçki  komissiyası  vasitəsilə  müvafiq  dövlət  orqanlarına 

müraciət  edə,  zəruri  hallarda  əlavə  dəlillər  əldə  edə  (video  yazılar, 

yazılı materiallar və s.) bilər.  

Ekspert  qrupu  həmçinin,  şikayət  qanunla  müəyyən  edilmiş 

qaydaların  pozulması  ilə  daxil  olduqda,  şikayətin  onu  təqdim  edən 

şəxsə geri göndərilməsinə dair rəy verir. 

Ekspert  qrupu  şikayətdə  göstərilən  qanun  pozuntularında  Cinayət 

Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinin  olduğu 

qənaətinə  gəldikdə,  həmin  əməllər  barədə  müvafiq  prokurorluq 

orqanına  məlumat  verilməsinə  dair  əsaslandırılmış  qərar  qəbul 

edilməsi  üçün  dairə  seçki  komissiyasına  rəy  verməlidir  (məlumata 

şikayətin surəti əlavə edilməlidir); 

Müvafiq  ekspert  qrupunun  üzvü  şikayəti  verən  vətəndaşı  qane  edə 

biləcək  tədbirlər  görmürsə,  qrupun  üzvünün  hərəkətindən 

(hərəkətsizliyindən) şikayət verilə bilər. 

Şikayətin  araşdırılması  prosesində  əlavə  araşdırma  tələb  olunarsa, 

müvafiq  seçki  komissiyası  bu  barədə  qərar  qəbul  edə  bilər.  Belə 



qərar şikayət daxil olduğu gündən 3  gün müddətində, səsvermə 

gününə  30  gündən  az  müddət  qalırsa,  2  gün  müddətində  (lakin 

səsvermə  günündən  gec  olmayaraq),  səsvermə  günü  isə  dərhal 

qəbul  edilməlidir.  Əlavə  araşdırma  müddəti  3  gündən  artıq 

olmamalıdır 

Ekspert  qrupu  araşdırmanın  nəticəsi  üzrə  seçki  komissiyasına  rəy 

təqdim edir.  Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı 

rəyləri verə bilərlər: 

                                                 

4    SM-nin 112-1.5.1.-ci və 112-1.5.2.-ci maddələri.

 



 

44 


  Aşağı seçki komissiyasının qərarının ləğv edilməsi; 

  Seçki  Məcəlləsinin  113.1-ci  maddəsinə  əsasən  seçki  subyektinə 



xəbərdarlıq edilməsi

5

; 

  Seçki  Məcəlləsinin  113.2-ci  maddəsində  nəzərdə  tutulmuş 



hallarda namizədin qeydə alınmasından imtina edilməsi

6

; 

  Seçki  Məcəlləsinin  113.2-ci  maddəsində  nəzərdə  tutulmuş 



hallarda  qeydə  alınmış  namizədin  qeydiyyatının  ləğv  olunması 

üçün məhkəməyə müraciət edilməsi; 

  Şikayətçinin  qaldırdığı  məsələnin  müvafiq  seçki  komissiyasında 



yenidən baxılması. 

Ekspert  rəyi  verildikdən  dərhal  sonra  elan  olunur  və  ya  növbəti  18 

saatdan  gec  olmayaraq  müvafiq  seçki  komissiyasının  qərarı  ilə 

birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə 

çatdırılır və ya göndərilir. 

Bundan  sonra  şikayət  seçki  komissiyasının  iclasına  çıxarılır  və 

müvafiq  qərar  qəbul  edilir.  Seçki  komissiyasının  qərarında  ekspert 

qrupunun rəyi əsas götürülür. 



Seçki  komissiyasına  seçkilərin  gedişi  zamanı  daxil  olan  hər  bir 

şikayət  üzrə  qərar  3  gün  müddətində,  səsvermə  gününə  30 

gündən  az  müddət  qalarsa,  2  gün  müddətində  (lakin  səsvermə 

günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün 

isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. 

                                                 

5.  SM-nin  113.1.-ci  maddəsi:  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya, 

siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini 

pozduğu  hallarda  müvafiq  seçki  komissiyası  seçicilərə  məlumat  vermək  şərti  ilə 

həmin  namizədə,  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların 

blokuna,  referendum  üzrə  təşviqat  qrupuna  kütləvi  informasiya  vasitələri  ilə 

xəbərdarlıq edir. 

 

6.  SM-nin113.2.-ci  maddəsi  Namizədin,  referendum  üzrə  təşviqat  qrupunun 



qeydiyyatı  aşağıda  göstərilən  hallarda  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  cinayət  işi  üzrə  hökmü  və  ya  inzibati  xəta 

üzrə qərarı əsasında ləğv olunur.

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə