SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

33 


olunmamasından  asılı  olmayaraq  işin  məhkəməyə  sürətli  və  birbaşa 

daxil  olmasına imkan verməlidir.  Bu seçki hüququnu müdafiə etmək 

üçün effektiv vasitə təmin etməlidir. Cinayət məsuliyyətinə cəlb oluna 

və  oluna  bilməyən  şikayətlər  arasında  olan  fərq  şikayətlərin  təqdim 

olunmasın  üçün  təyin  olunan  vaxtın  bu  dərəcədə    qısa  olduğu    bir 

vaxtda    yerin  seçilmısi  qəbuledilməzdir.  Şikayətin  fayllaşdırılması 

bütün  qərarlarda  universal  olmaq  hüququnu  aydınlaşdırmaq  və  üç 

günlük vaxt məhdudiyyəti uzadılmalması üçün Maddə 112.1 yenidən 

yazılmalıdır.  Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  yekun 

yekdil  qiymətləndirilməsində  (CDL-AD(2003)015,  par.  54)  təklif 

olunduğu kimi, ilkin müraciət seçki komissiyasına edilə bilər. 

28.  Prezident  Seçkilərinə  dair  ATƏT/DTİHB  yekun  Hesabatı  Baş 

Prokurorluq  tərəfindən  seçki  ilə  bağlı  məsələlərin  məqsədyönlü 

istintaqını tələb edərək Məcəlləyə düzəlişlərin edilməsinin zəruriliyini 

vurğuladı. 

16. Nəticənin Etibarsız Olmasının Elan Olunması 

29.  Son prezident seçkisindən sonra geniş miqyasda élan olunmuş 

nəticələrin ləğvi əsaslı tərzdə və şəffaf prosesin ardinca edilməlidir. 

Belə  ki  bu  proses  seçicilərin  səslərini  səmərəli  surətdə  ləğv  edə 

bilər. Etibarsıızlığa gətirib çıxaran açıq və əsaslı proses məhz seçki 

hüququnu  müdafiə,  pozunutular  üçün  məsuliyyəti  müəyyən  və 

gələcək  seçkilər  üçün  nəticələr  təmin  edə  bilər.  ATƏT/DTİHB- 

Venesiya  Komissiyasının  birgə  qiymətləndirilməsində  göstərildiyi 

kimi  (CDL-AD(2003)015,  par.48),  əgər  qanun  pozuntuları 

sayəsində  seçkinin  nəticələri  müvafiq  dairələrin  40%-də  etibarsız 

élan olunursa, seçkinin nəticələrini qəbul etmək çətin olur. 



30.  Qiymətləndirmədə  həmçinin  göstərilmişdir  ki,  sanksiyalar 

edilmiş  nöqsanlar,  çatişmazlıqlar  və  ya  pozuntularla  münasibətdə 

proporsional  xarakter  daşımalıdır.  Məsələn,  əgər  seçici  seçici 

siyahısına  imza  atmağı  unutmuşsa,  seçki  məntəqəsində  toplanmış 




 

34 


bütün  səslərin  etibarsiz  élan  olunması  çox  mubahisəli  hal  sayılır 

(Maddə  106.2).  Bu  nəticə  çox  kəskindir  və  proporsionallıq 

prinsipinə əməl etmir. 

17. Seçki heyətinin sıxışdırılması 



31.  Seçki  heyətinin  sıxışdırılması  və  hədə  qorxuya  məruz  qalması 

əleyhinə güclü sanksiyaların  olması zəruridir. Xüsusilə diqqət belə bir 

fərziyyəyə yönəldilməlidir ki, seçki prosesinə cəlb olunmuş rəsmilərin 

Seçki Günündən əvvəl və ya sonra dövlət xidmətindən xaric edilirsə, 

bu  ona  əsas  verir  ki,  işdən  xaric  olma  bu  rəsmilərin  seçki  zamanı 

etdiyi davranışdan irəli gəlir ki, dövlət rəsmiləri bunun əksinə olmasını 

sübut etməli olsunlar.  

Referendumun nəticələri 



32.  Referendumun  etibarlı  hesab  olunması  üçün  25%-lik  nəticə 

tələbi çox aşağıdır və artırılmalıdır. 



II. 

Praktikada dəyişikliklər 



33.  Hökumət  dairələri  mümkün  qədər  qısa  müddətdə  icraçı 

şəxslərin  seçki  müddətində  fəaliyyətinin  əhatə  edilməsini  daxil 

etməklə  tarazlı  şəkildə  hesabat  vermə  ilə  Dövlət  Televiziyasınının 

müstəqil  ictimai  xidmət  kanalına  çevrilməsinə  doğru  addımlar 

atmalıdır.  (ATƏT/DTİHB-nin  Prezident  Seçkilərinə  dair  Yekun 

Hesabatı) 



34.  MSK  mandatına  daha  geniş  nəzər  salmalı  və  xüsusilə  Seçki 

Məcəlləsinin  17.4-cü  Maddəsinin  icra  edilməsini  təmin  etməlidir. 

Bu  maddəyə  əsasən  seçki  komissiyalarının  səlahiyyətləri 

çərçivəsində  qərarları  və  fəaliyyətləri  dövlət  qurumları  və 

bələdiyyələr  üçün  məcburidir.  Bu  müddəa  MSK-a  Seçki 

Məcəlləsinin  bütün  elementlərinin  düzgün  icrasını  təmin  etmək 

üçün Dövlət orqanları ilə müvafiq əməkdaşlıq etmək imkanı yaradır. 



 

35 


35.  MSK  Təlimat  və  Qaydaları  aydın,  sadə,  izahlı  və  Məcəlləyə 

uyğun  olmalıdır.  Onlar  Seçki  Məcəlləsinin  müddəalarının  təkrarı 

olmamalıdırlar. 

36.  Təffərrüatlı  MSK  təlimatları  səslərin  qeydiyyata  alınması, 

irəlidə  gələn  seçkilər  üçün  seçici  siyahılarının  hazırlanması, 

MSKnın  internet  səhifəsində  seçkilərin  nəticələrinin  hesablanması 

və  çap  etdirilməsi  üçün  Dövlət  Avtomatlaşdırılmış  İnformasiya 

Sistemini tənzimləmək üçün lazımlıdır. 

37. 

Seçki zamanı (seçki kampaniyasına başlamazdan əvvəl) MSK 

mətbuat  vasitəsilə  kampaniyanın  keçirilməsi  mandatı  ilə  peşəkar 

tərkibli müstəqil mətbuat şurası yaratmalıdır. (Prezident Seçkilərinı 

dair ATƏT/DTİHB Yekun Hesabatı) 

38.  Ölkə  boyu  ən  yaxşı  təcrübələrə  təminat  vermək  üçün  DSK  və 

MnSK üzvləri üçün treninq keçirilməlidir. 



39.  Seçki  komissiyasının  bütün  qərarları  narazı  şəxslərin  rəsmi 

şikayət etdikləri halda aydın və əsaslı olmalıdır. 



40.  AŞ  PA-nın  2003-cü  il  hesabatında  təklif  olunduğu  kimi 

müşahidəçilərlə əməkdaşlıq edilməli və xüsusilə,  rəsmilər  tərəfindən 

müşahidəçilərin  seçki  məntəqəsinin  yalnız bir yerində dayanmaqları 

haqqinda göstərişlər verilməməlidir. 



41.  Bütün seçki protokolları  çap olunub xüsusi  vaxt  məhdudiyyəti 

ilə ictimai yerlərdə vurulmalıdır. 



42. 

Seçki  komissiyaları  seçkilərdən  sonrakı  müddət  ərzində  bütün 

proses  bitənə  qədər  müşahidəçilərə,  məbuata  və  mümkünsə, 

şikayətçilərə yardımçı olmalıdır. 



43.  İcraedici  Komitələrin  (yerli  hökümət)  seçki  prossesinə  və 

birbaşa  seçki  komissiyasının  işinə  müdaxilə  etmədiklərinə 

zəmanət verən təhlükəsizlik qaydaları tətbiq olunmalıdır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə