2
Layihə Avropa İttifaqı Hüquq və İnkişaf İctimai Birliyi
tərəfindən maliyyələşdirilir
SEÇKİ HÜQUQU VƏ
ONUN HÜQUQİ MÜDAFİƏSİNƏ DAİR
PRAKTİK VƏSAİT
Kitabça Avropa İttifaqının maliyyələşdirdiyi və “Hüquq və İnkişaf”
İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarına
və məlumatlılığına dəstək” layihəsi çərçivəsində hazırlanıb və çap
olunub.
Kitabçanın məzmununa görə “Hüquq və İnkişaf” İctimai Birliyi
məsuliyyət daşıyır və heç bir halda Avropa İttifaqının mövqeyini əks
etdirmir.
© “Hüquq və İnkişaf” İctimai Birliyi
3
M Ü N D Ə R İ C A T
I. SEÇKİ HÜQUQU VƏ ONUN HÜQUQİ MÜDAFİƏ
STANDARTLARI..................................................................................
3
1. BEYNƏLXALQ HÜQUQİ AKTLARDA SEÇKİ HÜQUQU.....................
3
2. AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINDA SEÇKİ
HÜQUQUNUN HÜQUQİ MÜDAFİƏSİ....................................................
9
3. SEÇKİ HÜQUQLARI VƏ ONUN HÜQUQİ MÜDAFİƏSİNİN
PRİNSİPLƏRİ....................................................................................................
14
4. SEÇKİLƏRİN HÜQUQ SİSTEMİ………………………………………... 19
5. AZƏRBAYCANDA SEÇKİ QANUNU VƏ SEÇKİ
ADMİNİSTRASIYASINA DAİR BİRGƏ RƏYLƏR.................................. 25
II. AZƏRBAYCANDA SEÇKİLƏRİN HÜQUQİ TƏNZİMİ........... 35
III. SEÇKİ KOMİSSİYALARINA VƏ MƏHKƏMƏLƏRƏ
ŞİKAYƏTLƏRİN VERİLMƏSİ.................................................. 39
1. SEÇKİ KOMİSSİYALARINA ŞİKAYƏTLƏRİN VERİLMƏSİ…………
39
2. MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ…………………….
44
3. İNZİBATİ XƏTA HESAB EDİLƏN SEÇKİ HÜQUQ POZUNTULARI
ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ....................................................... 46
4. CİNAYƏT ƏMƏLİ HESAB EDİLƏN SEÇKİ HÜQUQ POZUNTUSU
ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ....................................................... 50
5. SEÇKİ HÜQUQ POZUNTUNA DAİR ŞİKAYƏTLƏRİN
ARAŞDIRILMASI VƏZİYYƏTİ................................................................. 52
IV. SEÇKİ ŞİKAYƏTLƏRİNİN, İDDİA ƏRİZƏLƏRİNİN
FORMALARI VƏ NÜMUNƏLƏRİ.............................................. 56
V. AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ
QANUNVERİCİLİYİNDƏN ÇIXARIŞLAR..................................... 68
4
I. SEÇKİ HÜQUQU VƏ ONUN
HÜQUQİ MÜDAFİƏ STANDARTLARI
1. BEYNƏLXALQ HÜQUQİ AKTLARDA
SEÇKİ HÜQUQU
Seçki hüququ obyektiv mənada vətəndaşlara seçkilərdə iştirak etmək
qaydalarını müəyyənləşdirən və praktikada bunu tənizmləyən hüquq
normaları toplusu barədə konstitusiya tələbidir.
Seçki hüququ subyektiv mənada vətəndaşların seçib-seçilmək
hüququdur.
Seçki hüququ aktiv və passiv seçki hüququ kimi iki yerə bölünür.
Aktiv seçki hüququ - vətəndaşın dövlət hakimiyyəti orqanlarına və
yerli idarəetmə orqanlarına seçmək, referendumda və demokratiyanın
digər formalarının həyata keçirilməsində iştirak hüququdur. Bu
hüquq ona görə aktiv adlandırılır ki, onu vətəndaşın özü öz
hərəkətləri ilə reallaşdırır: bəzən qeydəalma forması ilə seçki
siyahısına daxil edilməli, seçki məntəqəsinə özü gəlməli, bülleteni
alıb onu doldurmalı, səs vermək istədiyi namizədləri, yaxud siyasi
partiyanı seçərək, bülleteni seçki qutusuna atmalıdır.
Passiv seçki hüququ - vətəndaşların nümayəndəli orqanlara
seçkilərdə və ya seçkili vəzifələrə namizəd kimi qanunla müəyyən
edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur, yəni
seçilmək hüququdur.
Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi
–
majoritar və proporsional seçki sistemləri mövcuddur. Bunlardan
əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə
əks etdirən qarışıq seçki sistemi adlanan forma da tətbiq edilir.
5
Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir.
Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. “deputatus” –
“göndərilmiş”) namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və
o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər
namizədlərə nisbətdə daha çox səs toplamalıdır.
Proporsional seçki sistemi səslərin ayrı-ayrı şəxslərə deyil,
partiyalara verilməsidir. Bu seçki sistemi İlk dəfə olaraq 1889-cu ildə
Belçikada tətbiq olunub.
Demokratiyanın bərqərar olması və ən yaxşı idarəetmənin ən təsirli
mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq
hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər
nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və
müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu
mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən
qoruyur.
Seçki hüququnun və ümumiyyətlə seçkilərin tarixi ən qədim
zamanlardan başlayır. Müasir seçki hüququ dövlət hakimiyyətinin və
yerli özünüidarənin təşkilinin hüquqi tənzimlənməsinin ayrılmaz
hissəsidir.
Seçkilər ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə qədim Yunanıstanın
şəhər-dövlətlərində keçirilib. Orta əsrlərdə kilsədə dini rəhbərlərin
müəyyənləşdirilməsində seçkidən istifadə olunub.
1789-cu ildə isə ilk dəfə olaraq seçki hüququ Fransada təsdiq edilib.
Bundan sonra Avropanın bir sıra inkişaf etmiş dövlətlərində seçki
hüququndan istifadə edilməyə başlanılıb. Lakin bu seçkilər heç də
demokratik olmayıb. Belə ki, seçkilərdə ancaq mülkü, torpağı,
əmlakı çox olan şəxslər seçilə və səs verə bilib. Həmin illərdə
seçkilərdə ancaq kişilər iştirak edib.
Dostları ilə paylaş: |