SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 

39 


Burada  deyilir  ki,  vətəndaşların  seçkidə  (referendumda)  iştirak 

hüquqlarının  həyata  keçirilməsinə  mane  olma,  vətəndaşı 

namizədin  lehinə  imza  atmağa  məcbur  etmə  və  ya  onun  səs 

verməsinə  mane  olma,  seçki  komissiyalarının  işinə  müdaxilə 

etmə  və  ya  təsir  göstərmə,  seçki  (referendumda  iştirak) 

sənədlərinin  saxtalaşdırılması  və  ya  saxta  sənədlərin  təqdim 

edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin 

nəticələrinin  düzgün  müəyyənləşdirilməməsi  və  ya  səsvermənin 

gizliliyinin  pozulması,  başqa  şəxslərin  yerinə  səs  verilməsi,  bir 

şəxs  tərəfindən  seçki  qutusuna  birdən  artıq  seçki  bülleteninin 

salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə 

vəzifə 

səlahiyyətlərindən 

sui-istifadə 

edilməsi 

cinayət 

məsuliyyətinə səbəb olur. 

Seçki  Məcəlləsinin  13.2.-ci  maddəsi  ilə  aşağıdakı  şəxslərin  passiv 

seçki hüquqlarının olmaması müəyən edilib: 

  Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  azadlıqdan 



məhrum etmə yerlərində cəza çəkən şəxslər; 

  Ağır  və  xüsusilə  ağır  cinayətlərə  görə  məhkum  olunmuş 



şəxslər; 

  İkili  vətəndaşlığı  olan  Azərbaycan  Respublikası  vətəndaşları 



(ikili vətəndaşlığı qalanadək); 

  Xarici  dövlətlər  qarşısında  öhdəlikləri  olan  Azərbaycan 



Respublikası  vətəndaşları  (həmin  öhdəliklərə  xitam 

verilənədək).  

Seçki  Məcəlləsinin  14-cü  maddəsi  ilə  vəzifələrin  uzlaşmamasına 

görə  hərbi  qulluqçuların,  hakimlərin,  dövlət  qulluqçularının  və  din 

xadimlərinin passiv seçki hüquqları yoxdur. 



 

 

 

 


 

40 


III.  SEÇKİ KOMİSSİYALARINA VƏ MƏHKƏMƏLƏRƏ 

ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 

1.  SEÇKİ KOMİSSİYALARINA ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 

 Seçki hüquqlarının pozulmasından şikayətlərin (seçki şikayətlərinin) 

verilməsi və baxılması qaydaları Seçki Məcəlləsinin 112 –ci və 112-

1.-ci  maddələri,  Inzibati  Prosessual  Məcəllənin 130-cu  maddəsi, 

Azərbaycan 

Respublikası  

Mərkəzi 


Seçki 

Komissiyasının “Azərbaycan 

Respublikasının 

Mərkəzi 


Seçki 

Komissiyasına  və  dairə  seçki  komissiyalarına   seçki  hüquqlarının 

pozulması  ilə  əlaqədar  şikayət  və  müraciətlərin  verilməsi  və  onlara 

baxılması  qaydaları  haqqında” və “Məntəqə  seçki  komissiyalarına 

seçki  hüquqlarının  pozulması  ilə  əlaqədar  şikayət  və  müraciətlərin 

verilməsi  və  onlara  baxılması  qaydaları  haqqında”  Təlimatları ilə 

tənzimlənir.  

Bu  normativ  hüquqi  aktlara  görə  seçki  iştirakçıları  -  seçicilər, 

namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi 

partiyaların  blokları,  onların  vəkil  edilmiş  şəxsləri  və  səlahiyyətli 

nümayəndələri,  seçicilərin  təşəbbüs  qrupları,  müşahidəçilər,  seçki 

komissiyaları  və  seçki  komissiyasının  həlledici  və    məşvərətçi  səs 

hüquqlu  üzvləri  seçki  hüquqlarını  pozan  qərar  və  hərəkətlərdən, 

hərəkətsizlikdən şikayət verə bilərlər.

2

  

Qeyd  edək  ki  qanunda  birbaşa  nəzərdə  tutulmasa  da  seçkilərin 



müşahidəsini  aparan  və  exit-poll  həyata  keçirən  qeyri-hökumət 

təşkilatları  da  bu  fəaliyyətlərə  uyğun  seçki  hüquq  pozuntularından 

şikayət verə bilərlər. 

                                                 

2  Qanunsuz  hərəkət,  şəxsin  və  ya  orqanın  qanunun  yol  vermədiyi  hərəkəti 

etməsidir.  Qanunsuz  hərəkətsizlik,  şəxsin  və  ya  orqanın  qanunla  etməli  olduğu 

hərəkəti etməməsidir 

 



 

41 


Seçki iştirakçıları şikayəti yazılı və şifahi formada, birbaşa, telefonla 

və ya poçt vasitəsilə verə bilərlər.  

Seçki  hüquqlarının  pozulmasından  verilən  şikayətdə  aşağıdakılar 

göstərilməlidir: 

   Şikayətin ünvanlandığı seçki komissiyanın adı;  

  Şikayət verənin adı və ünvanı;  

  Şikayət verilən qərar, hərəkət və ya hərəkətsizlik 

  Əgər  şikayət  qərardan  verilmişdirsə,  qərar  şikayətə  əlavə 



edilməli,  qərarı  qəbul  etmiş  seçki  komissiyasının    adı 

göstərilməlidir;  

  Əgər şikayət hərəkətdən verilmişdirsə, bu hərəkəti edən şəxsin adı 



(vəzifəsi),  hərəkətin  mahiyyəti,  onun  törədildiyi  yer  və  ya  vaxt 

aydın şəkildə göstərilməlidir 

  Əgər  şikayət  hərəkətsizlikdən  verilmişdirsə,    şikayətçi  cavabsız 



qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını 

göstərməlidir.  

  Güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət 



olduğunun izahı və şikayətçinin tələbi; 

Aşağı  seçki  komissiyasının  qərarından  yuxarı  seçki  komissiyasına 

şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə 

edilməlidir. 

Şikayətçi  şikayətin  tarixini  göstərərməklə  şikayəti  imzalamalıdır. 

Əgər  şikayət  seçkilərdə  iştirak  edən  siyasi  partiya  və  ya  siyasi 

partiyalar blokları tərəfindən verilmişdirsə, onda şikayət səlahiyyətli 

nümayəndənin  səlahiyyətlərini  təsdiq  edən  sənəd  əlavə  edilməklə 

səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. 

Şikayətin şifahi və yazılı formada verilməsindən asılı olmayaraq onu 

qəbul  edən  seçki  komissiyasının  səlahiyyətli  şəxsi  yuxarıda  qeyd 

olunan bütün tələblərin orada öz əksini tapmasına əmin olmalıdır.  

Əgər  şikayətdə  yuxarıda  nəzərdə  tutulmuş  şərtlərdən  hər  hansı  biri 

yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət, onu göndərən 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə