SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


  MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 

45 


2.  MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 

Seçicilər,  namizədlər,  qeydə  alınmış   namizədlər,  siyasi  partiyalar, 

siyasi  partiyalar  blokları,  seçicilərin  təşəbüs  qrupları,  onların  vəkil 

edilmiş  şəxsləri  və  səlahiyyətli  nümayəndələri,  seçicilərin  təşəbbüs 

qrupları,  müşahidəçilər,  seçki  komissiyaları  və  onların  üzvləri, 

habelə  qanunla  müəyyən  edilmiş  qaydada  seçkilərdə  iştirak  edən 

qeyri-hökumət təşkilatları Mərkəzi Seçki Komissiyasının qərarından, 

hərəkətindən,  hərəkətsizliyindən  və  Mərkəzi  Seçki  Komissiyası 

sədrinin  hərəkətindən  və  hərəkətsizliyindən  şikayətçinin  yaşayış 

yerinin  və  ya  olduğu  yerin  yerləşdiyi  ərazi  üzrə  apellyasiya 

məhkəməsinə şikayət verə bilərlər.  

Şikayət  qərarın  dərc  edildiyi  və  ya  alındığı,  hərəkətin, 

hərəkətsizliyin  baş  verdiyi  gündən  və  ya  bu  haqda  məlumat 

alındığı gündən başlayaraq 3 gün müddətində verilir. 

Əgər  şikayətin  verilməsi  müddəti  ötürülübsə,  şikayətdə  və  ya 

şikayətə  əlavə  edilən  ayrıca  vəsatətdə  bunun  üzrlü  səbəbdən  baş 

verməsi  ilə  bağlı  onun  bərpa  edilməsi  xahiş  edilə  bilər.  Məhkəmə 

müddətin  buraxılmasından  üzrlü  və  ya  üzrsüz  səbəbdən  baş 

verdiyini, 

müddətlərin 

bərpasının 

və 

ya 


uzadılmasının 

mümkünlüyünü  və  başqa  məsələləri  yoxlamalıdır  (İnzibati 

Prosessual Məcəlləsinin 24-cü maddəsi). Prosessual müddətin bərpa 

olunması barədə vəsatət verilməmişsə, həmin müddət keçdikdən son-

ra  verilən  şikayətlərə  və  sənədlərə  baxılmır  və  onları  verən  şəxsə 

qaytarılır.  

Seçki   hüquqlarının  müdafiəsi  ilə  bağlı  iddia  ərizələri  apellyasiya 

instansiyası  məhkəmələrinə  Seçki  Məcəlləsi  və  İnzibati  Prosessual 

Məcəllə ilə müəyyən edilmiş qaydada verilir. 

Seçki  Məcəlləsinin  112.3-cü  maddəsinə  və  İnzibati  Prosessual 

Məcəllənin 

130-cu 

maddəsinə 

müvafiq 

olaraq  

seçki 

hüquqlarının  pozulması  ilə  bağlı  iddia  ərizəsi şikayətçinin 

yaşayış yerinin və olduğu yerin yerləşdiyi ərazi üzrə  apellyasiya 

məhkəməsinin inzibati-iqtisadi kollegiyasına verilir. 



 

46 


 Seçki  Məcəlləsinə  və  İnzibati  Prosessual  Məcəlləsinin  46-cı 

maddəsinə uyğun olaraq iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 

  Ərizənin verildiyi məhkəmənin adı; 

   İddiaçının və cavabdehin   adları və  ünvanları; 

  İddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə 

vasitələri;  

  Mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər 



məlumatlar və iddiaçının vəsatətləri; 

  Əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən 



inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda 

şikayət instansiyasının qərarı; 

  İddiaçının (ərizəçinin) tələbi. 

  Ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. 

“Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə görə, inzi-

bati hüquq münasibətlərindən doğan mübahisələr üzrə işlər kimi seç-

ki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə vətəndaşlar dövlət rüsu-

mu ödəməkdən azaddırlar. 

Apellyasiya 

məhkəməsinin 

inzibati-iqtisadi 

kollegiyasında 

şikayətlərə  baxılması  Seçki  Məcələsinə  və  İnzibati  Prosessual 



Məcəllənin 130-cu maddəsinə müvafiq olaraq tənzimlənir. 

Qanunla  seçki  hüquqlarının  müdafiəsinə  dair  işlər  üzrə  daxil 

olmuş  iddia  ərizəsinə  məhkəmə  tərəfindən  3  gün  müddətində, 

səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində 

(lakin  səsvermə  günündən  gec  olmayaraq),  səsvermə  günü  və 

həmin  gündən  sonra  daxil  olmuş  iddia  ərizəsinə  isə  dərhal 

baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 

Məhkəmə  tərəfindən  iddia  ərizəsinə  ərizəçinin,  müvafiq  seçki 

komissiyasının  və  ya  digər  maraqlı  şəxslərin  iştirakı  ilə  baxılır. 

Məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar 

edilmiş  göstərilən  şəxslərin  məhkəməyə  gəlməməsi  işə  baxılmasına 

və onun həll edilməsinə mane olmur. 




 

47 


İş  üzrə  yazılı  formada  tam  məhkəmə  qərarı  onun  nəticəvi 

hissəsinin  elan  olunduğu  vaxtdan  24  saatdan,  səsvermə  gününə 

30  gün  qalmış  və  ondan  sonra  qəbul  edilmiş  qərarlar  isə  18 

saatdan gec olmayaraq təqdim olunmalıdır. 

Apellyasiya  məhkəməsinin  qərarından  həmin  qərarın  tam  formada 

təqdim  olunduğu  gündən  3  gün  müddətində  Ali  Məhkəmənin 

İnzibati-İqtisadi  Kollegiyasına  şikayət  verilə  bilər.  Bu  şikayətə  3 

gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 

2  gün  müddətində  (lakin  səsvermə  günündən  gec  olmayaraq), 

səsvermə günü və həmin gündən sonra daxil olmuş  ərizələrə isə 

dərhal baxılmalıdır. 

Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız 

apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  maddi  və  prosessual 

hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.  



3.  İNZİBATİ XƏTA HESAB EDİLƏN SEÇKİ HÜQUQ 

POZUNTULARI ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 

İnzibati Xətalar Məcəlləsinə (İXM) görə ictimai münasibətlərə qəsd 

edən,  hüquqazidd  olan,  təqsirli  sayılan  (qəsdən  və  ya  ehtiyatsızlıq 

üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət 

və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.  

İnzibati xətaya yol vermiş şəxs barəsində inzibati tənbeh cəzası tətbiq 

edilir.  İnzibati  tənbeh  məsuliyyət  tədbiridir  və  inzibati  xəta  törədən 

şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm 

inzibati  xəta  törətmiş  şəxs,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni 

inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 



İnzibati Xətalar Məcəlləsi ilə aşağıdakı seçki hüquq pozuntuları 

inzibati xəta hesab olunur: 

  Seçkiqabağı  və  ya  referendumla  bağlı  təşviqatın  aparılması 



qaydalarının və müddətinin pozulması 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə