SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

48 


  Təşviqat-nəşr  materiallarını  qəsdən  məhv  etmə  və  ya  namizədin 

seçicilərlə görüşünə mane olma 

  Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma 

  Seçki  (referendum)  komissiyası  üzvünün,  müşahidəçilərin,  vəkil 

edilmiş  şəxslərin,  namizədlərin,  siyasi  partiyaların,  siyasi 

partiyaların  bloklarının,  referendum  üzrə  təşviqat  qrupunun 

səlahiyyətli  nümayəndələrinin,  kütləvi  informasiya  vasitələri 

nümayəndələrinin hüquqlarının pozulması 

  Seçicilər  haqqında  məlumatların  düzgün,  tam  və  vaxtında 



verilməməsi 

  Seçki  bülletenlərinin,  səsvermə  protokollarının  və  vəsiqələrinin 



verilməsi və saxlanması qaydalarının pozulması 

  Dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  istifadə 



qaydasının pozulması 

  Seçki  (referendum)  ilə  əlaqədar  hədə-qorxu  və  ya  zorakılığa 



çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılması  

  Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi 

  Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər 

hüquqlarının pozulması 

  Seçkilərdə  (referendumda)  iştirak  etmək  üçün  məzuniyyət 



verilməsindən imtina etmə 

  Qeydə  alınmış  namizədin  seçkilərdə  iştirak  etdiyi  müddətdə 



xidməti vəzifələrinin icrasını dayandırmaması 

  Seçici imzalarının toplanması qaydasının pozulması 

  Seçkilərin  (referendumun)  maliyyələşdirilməsi  və  ya  maliyyə 

hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 

  Anonim  təşviqat  materiallarının  və  ya  reklamların  hazırlanması 



və yayılması qaydalarının pozulması 


 

49 


  Səsvermənin  nəticələri  və  ya  seçkilərin  yekunları  haqqında 

məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması 

Seçki  hüquqlarını  pozan  inzibati  xətalar  törətməyə  görə  xəbərdarlıq 

və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilir. 

İnzibati  Xətalar  Məcəlləsinə  uyğun  olaraq  inzibati  məsuliyyət 

yaradan  seçki  hüquq  pozuntularına  rayon,  şəhər  məhkəmələri 

tərəfindən  baxılır.  Eyni  zamanda  Seçki  Məcəlləsinin  116  –  cı 

maddəsində  seçki  komissiyalarına  İnzibati  Xətalar  Məcəlləsində 

nəzərdə  tutulmuş  inzibati  xətalara  dair  protokol  tərtib  etmək  və 

cərimənin  tətbiq  edilməsi  üçün  müvafiq  yerli  məhkəməyə  müraciət 

etmək hüququ verilmişdir. 

Seçki  Məcəlləsinin  116-cı  maddəsində  göstərilir  ki,  məntəqə  və 

dairə  seçki  komissiyaları,  Mərkəzi  Seçki  Komissiyası namizəd, 

qeydə  alınmış  namizəd,  habelə  onların  və  siyasi  partiya,  siyasi 

partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun 

səlahiyyətli 

nümayəndələri 

və 

vəkil 

edilmiş 

şəxsləri 

barəsində İnzibati  Xətalar  Məcəlləsinə  əsasən  inzibati  xəta 

protokolu  tərtib  etmək  və  cərimənin  tətbiqi  üçün  məhkəməyə 

müraciət  etmək  hüququna  malikdirlər.  Bu  o  deməkdir  ki, seçki 

komissiyaalrı  yalnız   inzibati  xətaları  namizəd,  qeydə  alınmış 

namizəd,  habelə  onların  və  siyasi  partiya,  siyasi  partiya 

blokunun  referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli 

nümayəndələri  və  vəkil  edilmiş  şəxsləri  törətdikdə  inzibati  xəta 

protokolu tərtib edə və cərimənin tətbiqi üçün məhkəməyə müraciət 

bilərlər. 

Seçki  hüquqlarını  pozan  inzibati  xətalar  yuxarıda  göstərilən 

şəxslər  tərəfindən  deyil,  digər  şəxslər  (seçicilər,  müşahidəçilər, 

seçki  komissiyası  üzvləri,  hakimiyyət  nümayəndələri  və  s.) 

tərəfindən  törədildikdə,  onda  İnzibati  Xətalar  Məcəlləsinin 

tələblərinə  uyğun  olaraq  məhkəməyə  müraciət  üçün  şikayət 

müvafiq olaraq yerli polis və prokurorluq orqanına verilməlidir.  

Belə  ki,  İnzibati  Xətalar  Məcəlləsinə  görə  inzibati  xətalar  üzrə 

icraatın  başlanması  üçün  ya  inzibati  xəta  protokolu  tərtib 

olunmalıdır, ya da inzibati xəta üzrə qərar olmalıdır. Bu halda seçki 




 

50 


hüquqlarını pozan inzibati xətalar üzrə protokol tərtib etmək və qərar 

qəbul etmək səlahyyəti İnzibati Xətalar  Məcəlləsinə  müvafiq olaraq 

ümumi  qaydada  prokuroluğa  və  polisə  məxsusdur.  Ona  görə  də 

inzibati  xəta  seçicilər,  müşahidəçilər,  seçki  komissiyası  üzvləri, 

hakimiyyət  nümayəndələri  və  s  tərəfindən  törədildikdə  şikayət 

müvafiq  olaraq  prokurorluğa  və  ya  polisə  verilir  və  sonrakı 

mərhələdə  bu  subyektlər  müvafiq  seçki  şikayətləri  üzrə  yerli 

məhkəmələrə  verir.  Onu  da  qeyd  edək  ki,  prokurorluğa  və  polisə 

inzibati  xəta  üzrə  şikayətə  müvafiq  zəruri  sənədlər  də  əlavə 

edilməlidir.  

 İnzibati  xəta  haqqında  protokol  (prokurorun  qərarı)  tərtib  edildiyi 



vaxtdan  48  saat  müddətinədək  hakimə,  səlahiyyətli  orqana 

(vəzifəli  şəxsə)  göndərilir

7

.  İnzibati  Xətalar  Məcəlləsinə  görə seçki 



hüquqlarının  pozulmasına  dair  inzibati  xəta  haqqında  işə  onun 

törədildiyi  yerin  məhkəməsində  baxılır.  Barəsində  inzibati  xəta 

haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati 

xəta haqqında iş onun yaşadığı yer üzrə də baxıla bilər

İnzibati  xəta  haqqında  işə  baxmağa  səlahiyyəti  olan  hakim  bu  cür 

işlərə  inzibati  xəta  haqqında  protokolu  və  işin  digər 

materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati 

xəta  haqqında  iş  üzrə  icraatın  iştirakçılarının  vəsatəti  və  ya  əlavə 

halların  müəyyən  edilməsi  zərurəti  olarsa,  işə  baxan  hakim  özünün 

əsaslandırılmış  qərardadı  ilə  işin  baxılmasını  bir  ayadək  müddətə 

uzada bilər. 



İnzibati xətalar haqqında işlərə açıq baxılır. 

Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  isə, 

işin  materialları  ilə  tanış  olmaq,  izahat  vermək,  sübutlar  təqdim 

etmək,  vəsatət  və  etirazlar  vermək,  işə  baxılarkən  müdafiəçinin 

hüquqi  yardımından  istifadə  etmək,  inzibati  xətalar  haqqında  işlər 

üzrə  icraatın  təmin  edilməsi  tədbirlərinin  tətbiqindən  və  iş  üzrə 

qərardan şikayət vermək hüquqları vardır: 

                                                 

7

  İnzibati  həbs  nəzərdə  tutan  inzibati  xəta  haqqında  protokol  (prokurorun  qərarı) 



tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə