Risklərin idarə edilməsi siyasəti Risklərin idarə edilməsini həyata kecirən strukturlar və onların səlahiyyətlər



Yüklə 35,72 Kb.
tarix31.08.2018
ölçüsü35,72 Kb.
#65825

Risklərin idarə edilməsi siyasəti
Risklərin idarə edilməsini həyata kecirən strukturlar və onların səlahiyyətlər;

Bank VTB (Azərbaycan) risklərin idarə edilməsi sisteminin formalaşdırılmasının və fəaliyyətinin daxili proseslərinin əsas vəzifələrini, prinsiplərini və mexanizmlərini müəyyən edən “Risklərin idarə edilməsi siyasəti”ni rəhbər tutur.

Bankda risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən orqanların /struktur bölmələrin sisteminin ümumi strukturu aşağıdakı səviyyələrə malikdir:


  • Yuxarı səviyyə – Bankın Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası və Audit Komitəsi;

  • Orta səviyyə – Bankın İdarə Heyəti (Bankın İdarə Heyətinin Sədri daxil olmaqla), Daxili audit xidməti və bankın komitələri;

  • Aşağı səviyyə – Bankın struktur bölmələri və ayrı-ayrı əməkdaşları.

Bankın Səhmdarlarının Ümumi Yığıncağının səlahiyyətlərinə İnzibatçıların (Müşahidə Şurasının üzvləri istisna olmaqla) Bankın adından və onun hesabına öhdəliklərin qəbul edilməsi səlahiyyətlərinin, həmçinin bu səlahiyyətlərin Bankın digər əməkdaşlarına verilməsi hüququnun həddlərinin müəyyən edilməsi, eləcə də Bankın İnzibatçıları tərəfindən kommersiya maraqlarının açıqlanması haqqında Qaydaların, ona edilən əlavə və dəyişikliklərin təsdiq edilməsi daxildir. Üstəlik: kənar auditor tərəfindən təsdiq edilmiş və Bankın Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiqi, həmçinin xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividentlərin ödənilməsi haqqında qərarların qəbulu.

Bankın Müşahidə Şurasının səlahiyyətlərinə daxildir:


  • Bankın siyasətlərinin, o cümlədən kredit siyasətinin təsdiq edilməsi;

  • ayrı-ayrı risklərin idarə edilməsi qaydalarının təsdiq edilməsi;

  • Bankın kapital ehtiyatlarının yaradılması haqqında qərarın qəbul edilməsi;

  • məbləği Bankın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizini üstələyən əqdlərin bağlanmasına icazə;

  • məbləği Bankın nizamnamə kapitalının dəyərinin 50 (əlli) faizini üstələyən əqdlərin bağlanmasına icazə;

  • Bankın əlaqəli şəxsləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda onların adından fəaliyyət göstərən şəxslərlə əqdlərin təsdiq edilməsi;

  • Bankın komitələrinin yaradılması və ləğvi (Audit Komitəsi istisna olmaqla), onların əsasnamələrinin təsdiq edilməsi;

  • Bankın əməliyyatları üzrə limitlərin müəyyən edilməsi və bu səlahiyyətin Bankın Riskləri idarəetmə komitəsinə verilməsi;

  • Bankın balansından ümidsiz aktivlərin silinməsi haqqında qərarın qəbul edilməsi.

Bankın Audit Komitəsinin səlahiyyətlərinə daxildir:



  • Bankın audit siyasətinin və strategiyasının müəyyən edilməsi;

  • daxili audit planlarının təsdiq edilməsi və Bankın Daxili audit xidmətinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi;

Bankın İdarə Heyətinin səlahiyyətlərinə (Bankın İdarə Heyətinin Sədri daxil olmaqla) daxildir:



  • risklərin idarə edilməsinin ayrı-ayrı alətlərinin tətbiqi üzrə təlimatların, habelə Bankın struktur bölmələrinin əsasnamələrinin təsdiqi;

  • Bankın risklərin qəbul edilməsi, onların İT vasitələri və s. ilə təmin edilməsi ilə bağlı cari fəaliyyətinin təşkili və təmin edilməsi;

  • Bankın risklərin idarə edilməsi sahəsində siyasətlərinin formalaşdırılması, onların Əsas Bank ilə razılaşdırılması, müəyyən edilmiş qaydada baxılmağa çıxarılması və təsdiq edilməsi;

  • risk-menecmentin fəaliyyətinə dair təsdiq olunmuş əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinin təmin edilməsi;

  • Bankın funksional struktur bölmələrinin qarşılıqlı əlaqəsinin təşkilinin təmin edilməsi;

  • Risklərin idarə edilməsinin idarə orqanları tərəfindən təsdiq edilmiş əsas prinsiplərinə riayət edilməsi məqsədilə Bankın risklərin idarə edilməsi qaydalarını və prosedurlarını müəyyən edən daxili sənədlərinin qəbulunun təmin edilməsi;

  • Bankın risklərin idarə edilməsi üzrə səlahiyyətlərinin və məsuliyyətinin müxtəlif səviyyədən olan bölmələrin rəhbərləri arasında bölüşdürülməsi, onların zəruri ehtiyatlarla təmin edilməsi, qarşılıqlı əlaqə və hesabatlığın təqdim olunması qaydasının müəyyən edilməsi;

  • Bankın pərakəndə biznesin kredit risklərinin optimallaşdırılması məsələləri üzrə tənzimlənməsi, modellərin parametrlərinin təshihi, kreditləşdirmə texnologiyalarının təsdiq edilməsi, risklərin idarə edilməsinin Əsas Bank tərəfindən müəyyən edilmiş vahid standartlarının saxlanması.

Bankın daxili audit xidmətinin səlahiyyətləri çərçivəsinə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin effektivliyinin fasiləsiz nəzarət daxildir.
Strategiya və proseslər.

Bankın Risklərin idarəetmə komitəsinin səlahiyyətləri:



  • Riskləri idarəetmə sahəsində vahid standartların, prinsiplərin və yanaşmaların bəyənilməsi;

  • Bankın əməliyyatları üzrə limitlər sisteminin işlənilməsi;

  • digər komitələrin fəaliyyətinin koordinasiyası;

  • limitlər sistemi və s. daxil olmaqla risklərin idarə edilməsi qaydalarının bəyənilməsi;

  • Bankın risklərinin vəziyyəti barədə müntəzəm hesabatların nəzərdən keçirilməsi;

  • Bankın qəbul etdiyi risklərin/əməliyyat növləri üzrə iqtisadi kapitalın paylanması;

  • Risklərin idarə edilməsi üzrə işlərin vəziyyətinin ümumi monitorinqi;

  • işin prioritetlərinin müəyyən edilməsi, mövcud problemlərin aşkara çıxarılması;

  • Bankda risklərin idarə edilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə planların işlənilməsi və onların həyata keçirilməsinə nəzarət.

Risklərin qiymətləndirilməsi Bank tərəfindən risklərin qiymətləndirilməsi prosesinin əsas tərkib hissəsidir. Onun əsasında hamı tərəfindən tanınan metodologiyalar durur, lakin Bank risklərin müəyyən kateqoriyasına xüsusi olaraq işlənmiş metodikaların və toplanmış təcrübəni nəzərə almaqla yanaşmağa çalışır. Miqdari qiymətləndirmədən əlavə qeyri-maliyyə amillərinin inteqrasiya edilmiş qiymətləndirilməsi istifadə olunur. Bütün miqdari və keyfiyyət parametrlərinin nəzərə alındığına bir daha əmin olmaq üçün hər bir risk üçün nəzarətedici tədbirlər müəyyən edilmişdir.

Risklərin qiymətləndirilməsinin modelləri və texnikaları xarici və daxili müstəqil qiymətləndirmənin daimi predmetidir. Bank nəzarəti üzrə Bazel komitəsinin “Kapitalın və kapitalın standartlarının ölçülməsinin beynəlxalq konvergensiyası: yeni yanaşmalar (Basel II)” razılaşmasının prinsiplərindən istifadə Bankın riskləri qiymətləndirmə sahəsində mövqeyini gücləndirməyə imkan verəcək.

Bankın fəaliyyəti prosesində meydana çıxan əsas risklərə aiddir: kredit riski, likvidlik riski, bazar riski, faiz dərəcəsi riski, əməliyyat riski.

Bankın risklərin idarə edilməsi strategiyasının məqsədi bu risklərin təhlili, monitorinq və ölçüləri və konsentrasiyasının idarə edilməsindən ibarətdir.

Bankın riskləri idarə etməsinin məsuliyyəti İdarə Heyətinə və kollegial struktur bölmələrə

(Riskləri idarəetmə komitəsi, Aktiv və passivləri idarəetmə komitəsi, Kredit komitəsi) həvalə edilib.

Risklərin idarə edilməsi sistemi – Bankın risklərinin identifikasiyasını, qiymətləndirilməsini, nəzarətini və monitorinqini təmin edən infrastrukturlar, metodlar və tədbirlər sistemidir.

Bankda risklərin idarə edilməsinin əsas prinsipləri aşağıdakılardır:



  • Bank fəaliyyətinə məxsus risklərin bütün əsas növlərinin nəzərə alınması;

  • Qəbul edilən risklərin müxtəlif növlərinin təhlilində sistemli və kompleks yanaşma;

  • Risklərin qiymətləndirilməsinin ən müasir metodlarından istifadə;

  • Qərarların qəbulu zamanı Bankın səlahiyyətli idarəetmə orqanları və rəhbər şəxsləri arasında vəzifələrin dəqiq bölüşdürülməsi;

  • Bankın idarəetməsinin hər bir səviyyəsində geniş hesabatlıq sisteminin mövcudluğu.

Riskin azaldılması üzrə siyasət və alətlərin effektivliyinə nəzarət prosesləri

Kredit riski – razılaşmanın şərtlərinə uyğun olaraq borcalanın Bank qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi, vaxtında yerinə yetirməməsi və ya natamam yerinə yetirmə nəticəsində itkilərin yaranması riskidir. Kredit riski bank fəaliyyətinin həyata keçirilməsi prosesində Bank tərəfindən qəbul edilən risklər arasında ən böyük çəkiyə malikdir.

Bankda kredit risklərinin idarə edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:


  • kredit riskinin məhdudlaşdırılması məqsədilə əməliyyatların aparılmasına limitlərin müəyyən edilməsi;

  • kredit riskinin konsentrasiyasına və girov təminatı olmayan kredit portfelinin payına indikativ limitlərin müəyyən edilməsi;

  • kredit xarakterli əməliyyatlar üzrə təminatın formalaşdırılması;

  • keçirilən əməliyyatlar üzrə qəbul edilən risklərə üçün ödənişi nəzərə almaqla onlar üzrə qəbul edilən dəyər şərtlərinin müəyyən edilməsi;

  • qəbul edilən risklərin səviyyəsinin müntəzəm monitorinqi və Kredit komitəsinin, Bankın rəhbərliyinin və maraqlı olan bölmələrin diqqətinə müvafiq idarəetmə hesabatlığının hazırlanması;

  • Bankın apardığı əməliyyatlar üzrə qəbul edilən risklərin yerini doldurmaq üçün zəruri tənzimləyici və iqtisadi kapitalın qiymətləndirilməsi, onun kafiliyinin təmin edilməsi;

  • hedjedici əməliyyatlarının aparılması;

  • Bankın bölmələri tərəfindən əməliyyatların keçirilməsi və risklərin qiymətləndirilməsi və idarə olunması qaydalarının tənzimləyən normativ sənədlərin yerinə yetirilməsinə müstəqil bölmə tərəfindən müntəzəm nəzarət.

Bankın qəbul etdiyi kredit riskinin idarə edilməsi:

  • Risklərin idarə edilməsinə Bankın kredit portfelinə ümumilikdə, həm də konkret borcalanlarla/kontragentlərə (bir-bir ilə bağlı olan borcalanlar/kontragentlər) sistemli yanaşmadan istifadə; 

  • Bankda kredit riskinin identifikasiyası və miqdari qiymətləndirilməsi üçün aparılan əməliyyatların xarakterinə və miqyasına vahid formalı və adekvat metodologiyanın tətbiqi;

  • kredit riskinin qəbulu ilə bağlı əməliyyatların aparılması zamanı mərkəzləşdirilmiş və desentralizasiya edilmiş qərar qəbulunun ölçüb-biçilmiş uzlaşması.

Bank tərəfindən qəbul edilən kredit riskinin məhdudlaşdırılması və nəzarətinin əsas aləti

kredit limitləri sistemidir. Kredit riskinin limitlərinin aşağıdakı növləri müəyyən edilir:


  • kontragentlərə olan limitlər;

  • kredit riskini ölkə/sahə/regional əlamət üzrə məhdudlaşdıran limitlər.

Kredit riskinin limitləri Aktiv və passivləri idarəetmə komitəsi tərəfindən müəyyən edilir və Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir. Kredit riskinin daxili limitləri ilə yanaşı, Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq borcalan/bir-biri ilə bağlı borcalanlar qrupuna olan riskin böyüklüyü, iri kreditlərin payına münasibətdə müəyyən edilmiş məcburi normativlərə riayət edir.

Limitlərin müəyyən edilməsi məqsədilə Bankın kontragentə qəbul etdiyi kredit riskinin qiymətləndirilməsi çoxamilli təhlil əsasında, o cümlədən reytinqvermə sisteminin tətbiqi ilə həyata keçirilir və aşağıdakı meyarların təhlilindən ibarətdir:



  • kontragentin səhmdar strukturu ilə bağlı spesifik risklərin;

  • kontragentin bazar mövqeyi;

  • kontragentin kredit qabiliyyətinin və maliyyə vəziyyətinin;

  • limitin müəyyən edilməsinin kontragentin maliyyə vəziyyətinə və fəasliyyətinin nəticələrinə mümkün təsirinin;

  • kontragentin Bank qarşısında öhdəliklərini lazımı qaydada yerinə yetirməsi üçün təqdim olunana təminatın iqtisadi cəhətdən məqbulluğu;

  • dəyər şərtlərinin məqbulluğu;

  • kontragentin Bankla əməkdaşlıq təcrübəsi, o cümlədən Bank tərəfindən kredit riskinin qəbulu ilə bağlı əməliyyatlarda;

  • kontragentə limitin müəyyən edilməsinin Bankın qəbul etdiyi sahə, regional və ölkə risklərinin səviyyəsinə təsiri;

  • limitin müəyyən edilməsinin likvidlik riskinə, bazar risklərinə (faiz, valyuta, qiymət - əgər mövcuddursa), reputasiya risklərinə təsiri.

Bankın qəbul etdiyi kredit riskinin minimuma endirilməsinin mühüm aləti kredit xarakterli əməliyyatlar üzrə təminatın formalaşdırılmasıdır.

Bankın bu sahədə siyasəti Bank tərəfindən qəbul edilən kredit risklərinin ödənilməsi üçün kifayət edən etibarlı və likvid təminat portfelinin formalaşdırılması prinsipi üzərində qurulur. Eyni zamanda bu borcalanın maliyyə-təsərrüfat fəaliyyətinin kompleks təhlilinin aparılması tələbini aradan qaldırmır və kontragentin ödəniş qabiliyyətinin və kredit qabiliyyətinin qeyri-qənaətbəxşliyini, həmçinin onun fəaliyyəti haqında məlumatın olmamasını kompensasiya etmir.

Təminat qismində aşağıdakılar qəbul edilə bilər:



  • daşınan və daşınmayan əmlakın, əmtəə-maddi dəyərlərin, avadanlığın, tələb hüququnun, qiymətli kağızların, qiymətli metalların girov qoyulması;

  • zəmanətlər və zaminlik.

Əmlak onun likvidasiya və bazar dəyərinin qiymətləndirilməsinin aparılmasının nəticələri üzrə hüquqi məhdudiyyətlər olmadıqda, həmçinin onun saxlanılmasının təmin edilməsi yoxlanıldıqda girova qəbul edilir. Bundan əlavə, Bank girov predmetinin sığortalanmasını tələb edir.

2010-cu ilin birinci rübünün yekunları üzrə Bankın kredit portfeli:



  • Banklararası kreditlər – 7 500 000 AZN;

  • Sair kreditlər – 7 780 500 AZN;

  • Balansdankənar öhdəliklər – ümumi məbləğ -714 883 AZN;

  • Hüquqi şəxslər - 650 000 AZN;

  • Fiziki şəxslər - 64 883 AZN;

  • Kreditlər üzrə sadə ehtiyatlar - 164 297,66 AZN;

  • Məqsədli ehtiyatlar - 0.

Birinci rübün yekunları üzrə Bankda gecikdirilmiş kreditlər yoxdur.
Aktiv və passivləri idarəetmə komitəsi valyuta məzənnələrinin, faiz dərəcələrinin, qiymətli kağızların qiymətinin təyin edilməsinin (yəni, müvafiq olaraq valyuta, faiz və qiymət risklərinin) mənfi dəyişiklikləri nəticəsində mümkün itkilərin məhdudlaşdırılması və ölçüsünün azaldılması məqsədilə likvidlik riskinin və bazar risklərinin idarə edilməsinə münasibətdə bankın siyasətini müəyyən edir.

Bank bazar risklərinin idarə edilməsində AR Mərkəzi Bankının normativ aktları vasitəsilə müəyyən edilmiş tələbləri rəhbər tutur, həmçinin bank nəzarəti üzrə Bazel Komitəsinin tövsiyələrinə müvafiq olan daxili modellərdən istifadə edir.

Bankda fəaliyyət göstərən bazar risklərinin qiymətləndirilməsi və idarə edilməsi sisteminin əsas elementləri aşağıdakılardır:


  • Bankın balansının bazar parametrlərinin dəyişməsinə həssaslığının təhlili (ilk növbədə, faiz dərəcələrinin və/ və ya valyuta məzənnələrinin), həmçinin onların kəskin dəyişmələrinə Bankın dayanıqlığının qiymətləndirilməsi (stress-sınaq);

  • Bankın aktiv və passiv əməliyyatlarının ssenari təhlili, aktiv və passivlərin strukturunun məqsədli göstəricilərinin həcm, təcililik, gəlirlilik/dəyər üzrə müəyyən edilməsi;

  • Bank tərəfindən bazar risklərinin qəbulunu məhdudlaşdıran limitlərin müəyyən edilməsi və onlar üzərində ciddi nəzarət proseduru:

- açıq valyuta mövqelərinin limitləri;

- konversiya əməliyyatlarına və bazar qiymətli kağızları ilə aparılan əməliyyatlara əməliyyatların və alətlərin növləri nöqteyi-nəzərindən olan limitlər.



Likvidlik riskinin idarə edilməsi metodları.
Likvidlik riski — Bankın öz öhdəliklərini tam həcmdə icrasını təmin etmək imkanının olmaması nəticəsində itkilərin riski.

  • Qeyri-kafi likvidlik riski – likvidlik aktivlərinin olmaması və/və ya ödənişlərin həyata keçirilməsi üçün zəruri vəsaitlərin mobilizasiyasının mümkünsüzlüyü səbəbindən Bankın öz öhdəlikləri üzrə ödənişləri və ya müştərilərin tapşırığı ilə cari ödənişləri icra edə bilməyəcəyi vəziyyətin yaranma riski.

  • İzafi likvidlik riski – yüksək likvidli və azgəlirli aktivlərin artıqlığı nəticəsində itkilərin yaranması və ya bankın gəlir əldə edə bilməməsi riski.

Əməliyyat riskləri – Bankın fəaliyyətinin xarakteri və miqyasına və/və ya bank əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsinin daxili qaydalarının və prosedurlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi, bankın əməkdaşları və/və ya digər şəxslər (qəsdən və ya təsadüfi hərəkətlər və ya fəaliyyətsizlik nəticəsində) tərəfindən onların pozulması, Bank tərəfindən tətbiq edilən informasiya texnologiyaları və digər sistemlərin funksional imkanların (xarakteristikaların) uyğunsuzluğu (qeyri-qənaətbəxşliyi) və (və ya) onların işləməməsi nəticəsində, həmçinin kredit və bazar risklərinə aid olmayan kənat hadisələrin təsiri nəticəsində yarana biləcək itkilər riskidir.

Risklər İdarəsinin vəzifəsi Bankda kredit, bazar və əməliyyat risklərinin konsolidasiya olunmuş təhlili və idarəetmə sisteminin effektiv fəaliyyəti və inkişafının təmin etməkdir.



Yaxın vaxtlarda Bank stress testlərin aparılmasının, həmçinin bazar risklərinin ödənilməsi üçün iqtisadi kapitalın qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır.
Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə