SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

51 


İnzibati  xətalar  haqqında  işlərə  baxılarkən  qərar  çıxarılır.  İnzibati 

xəta  haqqında  iş  üzrə  qərar  onun  baxılmasından  dərhal  sonra  elan 

olunur.  Qərarın  surəti  3  günədək  müddətdə  barəsində  qərar  qəbul 

edilmiş  fiziki  şəxsə,  hüquqi  şəxsin  nümayəndəsinə  və  zərər  çəkmiş 

şəxsə verilir. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına 

çatmayanların  qanuni  nümayəndəsi,  hüquqi  şəxsin  nümayəndəsi, 

zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati 

xətalar  haqqında  işlər  üzrə  qərarlardan  şikayət,  prokuror  isə  protest 

verə bilər. 

İnzibati xətalar haqqında işlər üzrə hakimin qərarından qərarın surəti 

təqdim edildiyi və ya alındığı gündən on gün müddətində apellyasiya 

instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. 

İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest 

həmin  qərarı  qəbul  etmiş  hakimə  verilir.  Hakim,  səlahiyyətli  orqan 

(vəzifəli şəxs) qərarın çıxarıldığı gündən üç gün müddətində şikayəti 

və  ya  protesti  iş  üzrə  bütün  materiallarla  birlikdə  apellyasiya 

instansiyası  məhkəməsinə,  göndərir.  İnzibati  xətalar  haqqında  işlər 

üzrə  qərardan  verilən  şikayət  və  ya  protest  daxil  olduğu  gündən  on 

gün müddətində baxılır. 

4.  CİNAYƏT ƏMƏLİ HESAB EDİLƏN SEÇKİ HÜQUQ 

POZUNTUSU ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 

Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə seçki hüquqlarını 

pozan aşağıdakı əməllər cinayət əməli hesab edilir: 

  Vətəndaşın  seçki  hüquqlarının  həyata  keçirilməsinə 



maneolma;  

  Vətəndaşı  namizədin  lehinə  imza  atmağa  məcburetmə  və  ya 



namizədin müdafiəsi üçün imza yığılmasına maneolma; 

  Vətəndaşı  öz  iradəsinə  zidd  səs  verməyə  məcburetmə  və  ya 



onun səs verməsinə maneolma;   


 

52 


  Namizədlərin,  siyasi  partiyaların,  siyası  partiyalar 

bloklarının  seçki  (referendum)  kampaniyalarına  müdaxilə 

etmə və ya onu pozma;  

  Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma;  

  Seçkilərdə  (referendumda)  başqalarının  əvəzinə  səs 

verilməsinə şərait yaratma;  

  Seçki  (referendum)  komissiyalarının  işinə  müdaxilə  etmə  və 



ya  təsir  göstərmə  və  ya  seçki  komissiyası  üzvünün  öz 

vəzifələrini  yerinə  yetirməsi  ilə  bağlı  fəaliyyətinə  müdaxilə 

etmə; 

  Seçki  komissiyasının  üzvü  tərəfindən  seçki  (referendumda 



iştirak)  sənədlərini  saxtalaşdırılma  və  ya  saxta  sənədləri 

təqdim  etmə,  bilə-bilə  səsləri  düzgün  hesablamama, 

səsvermənin  nəticələrini  düzgün  müəyyənləşdirməmə  və  ya 

səsvermənin gizliliyini pozma

  Başqa  şəxslər  tərəfindən  seçki  sənədlərini  saxtalaşdırma, 



saxta sənədlər təqdim etmə, başqa şəxslərin yerinə səs vermə, 

bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteni 

atma; 

 Seçkinin  (referendumun)  nəticələrinə  təsir  məqsədilə  vəzifə 



səlahiyyətlərindən sui-istifadə etmə. 

Bu  cinayət  əməlləri  üzrə  hüququ  pozulan  seçicilər,  namizədlər, 



qeydə  alımış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyalrın 

blokları, 

müşahidəçilər, 

seçki 

komissiyaları 

və 

seçki 

komissiyalarının üzvləri şikayət verə bilərlər. 

Şikayətdə aşağıdakılar göstərilməlidir 

Şikayətin  əvvəlində  şikayətin  verildiyi  prokurorluq  orqanının  adı, 

şikayət verən şəxsin adı, ünvanı ilə bağlı məlumatlar göstərilir.  

Şikayətin  məzmununda  cinayət  əməli  hesab  edilən  seçki  hüquq 

pozuntusunun  qısa  təsviri,  bunu  təsdiq  edəcək  hallar,  pozuntunun 

şikayətçinin hüququnu necə pozması və şikayətin araşdırlmasına dair 




 

53 


şikayətçinin xahişi göstərilir.  

Şikayətin sonunda şikayətçi onu imzalayır və tarix qoyur.  

Şikayətçi  şikayətə  pozuntu  ilə  bağlı  sübutedici  sənədlər  əlavə  edilə 

bilər.  


Şikayətin  pozuntunun  baş  verdiyi  vaxtdan  dərhal  və  ya  daha  tez 

müddətə verilməsi məqəsdəuyğundur. 

Cinayət  əməli  hesab  edilən  seçki  hüquq  pozuntularından  şikayət 

prokurorluq orqanına verilir. 

Bunlarla  yanaşı,  seçki  prosesində  baş  verən  və  seçki  hüquq 

pozuntuları  ilə  bağlı  olmayan  cinayət  əməlləri  ilə  bağlı  adidiyyatı 

orqana  -  polisə,  prokurorluğa  və  ya  digər  hüquq  mühafizə  orqanına 

şikayət verilə bilər. 

 

5.  SEÇKİ HÜQUQ POZUNTUNA DAİR ŞİKAYƏTLƏRİN  

ARAŞDIRILMASI VƏZİYYƏTİ 

Şikayətlərin  araşdırılması  təcrübəsinin  təhlili  göstərir  ki,  seçki 

komissiyalarında  və  məhkəmələrdə  şikayətlərə  baxılması  bir  qayda 

olaraq, obyektiv və ədalətli aparılmır.  

Seçki komissiyalarında şikayətlərin araşdırılması təcrübəsinin təhlili 

şikayətlərinin  araşdırılmasında  aşağıdakı  problemlərin  olduğunu 

göstərib: 

  Ərizəçilərə  bir  qayda  olaraq,  seçki  komissiyalarında 



şikayətlərə  baxılması  vaxtı  barədə  məlumat  verilmir:  Seçki 

Məcəlləsinin  112-1.7-ci  maddəsinə  görə  seçki  komissiyası 

ərizəçiyə  şikayətə  baxılma  yeri  və  vaxtı  barədə  1  gün  əvvəl 

məlumat verməlidir. Lakin seçki komissiyaları şikayətlərə baxılma 

yeri və vaxtı barədə ərizəçilərə demək olar ki, məlumat vermirlər. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə