SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   15   16   17   18   19   20   21   22   23

 

71 


112.5.  Vətəndaşlar  tərəfindən  təqdim  edilən  şikayətlər  aşağıdakıları 

əks etdirməlidir: 

112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması 

üzrə komissiyanın adı; 

112.5.2.  şikayəti  edən  subyektə  şikayətin  baxılmasının  vaxtı 

haqqında bildirişin göndərilməsi üçün ünvan

112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik

112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə  edilməli,  mübahisə 

obyekti  olan  qərarı  qəbul  etmiş  seçki  komissiyasının  və  ya  dövlət 

orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir; 

112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı 

(vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın 

şəkildə göstərilməlidir; 

112.5.6.  əgər  bu  hərəkətsizlikdirsə,  şikayətçi  cavabsız  qalmış  tələbi 

və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir; 

112.5.7.  şikayət  üçün  əsas  Seçki  Məcəlləsinin,  digər  qanunvericilik 

aktlarının pozulmasının güman edilməsi ola bilər

112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən 

ibarət olduğunun izahı; 

112.5.9. şikayətçinin tələbi

112.5.10.  aşağı  seçki  komissiyasının  qərarından  yuxarı  seçki 

komissiyasına  şikayət  edildikdə,  şikayətə 

müvafiq  seçki 

komissiyasının qərarı əlavə edilməlidir. 

112.5.11.  Şikayətçi  həmin  şikayəti  imzalamalıdır.  Əgər  şikayət 

seçkilərdə  iştirak  edən  siyasi  partiya  və  ya  siyasi  partiyalar  blokları 

tərəfindən  verilibsə,  onda  şikayət  səlahiyyətli  nümayəndənin 

səlahiyyətlərini  təsdiq  edən  sənəd  əlavə  edilməklə  səlahiyyətli 

nümayəndə tərəfindən imzalanmalıdır. 

112.6.  Seçki  komissiyasının  qərarı  məhkəmə  tərəfindən  ləğv 

edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti 

üzrə  yeni  qərar  qəbul  etməlidir  və  ya  məhkəmənin  qərarı  əsasında 

yuxarı  seçki  komissiyası  müvafiq  qərar  qəbul  etməlidir.  Məhkəmə 

qərarlarının  icra  edilməməsi  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. 

112.7.  Səsvermənin  nəticələri,  seçkilərin  yekunları  barədə  qərardan 

şikayətə  baxılması,  bu  Məcəllənin  pozulmasına  aid  faktlar  üzrə 



 

72 


keçirilmiş  yoxlamalar  bu  Məcəllə  ilə  seçilmiş  sayılan  namizədin 

toxunulmazlığının  pozulması  sayılmır.  Seçilmiş  sayılan  namizəd 

onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına 

dair  verilmiş  şikayətlərlə  bağlı  inzibati,  mülki  və  ya  cinayət  işləri 

üzrə  şahid  ifadələri  verməkdən  imtina  edə  bilməz  (Azərbaycan 

Respublikasının 

Mülki 

Prosessual 



və 

Cinayət-Prosessual 

Məcəllələrində göstərilən hallar istisna olmaqla). 

112.8. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun 

qeydiyyatının  ləğv  edilməsi  barədə  və  namizədi,  referendum  üzrə 

təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya 

qeydə  alınmış  namizədin  seçilməsinin  etibarsız  sayılması  barədə 

müraciətə  baxılarkən  seçki  komissiyası  vətəndaşların  və  vəzifəli 

şəxslərin  məlumatını  dinləmək,  zəruri  sənəd  və  materialları  tələb 

etmək və almaq hüququna malikdir. 

112.9.  Yuxarı  seçki  komissiyası  aşağı  seçki  komissiyasının  qərarını 

ləğv  etmək,  məsələnin  mahiyyəti  üzrə  qərar  qəbul  etmək  və  ya 

məsələyə  yenidən  baxılması  haqqında  göstəriş  vermək  hüququna 

malikdir. 

112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər 

bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən 

az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec 

olmayaraq),  səsvermə  günü  və  yaxud  növbəti  gün  isə  dərhal  qəbul 

edilir və şikayətçiyə çatdırılır. 

112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 

(bu  Məcəllə  ilə  daha  qısa  müddət  müəyyən  edilməyibsə)  3  gün 

müddətində,  səsvermə  gününə  30  gündən  az  müddət  qalırsa,  2  gün 

müddətində  (lakin  səsvermə  günündən  gec  olmayaraq),  səsvermə 

günü  və  həmin  gündən  sonra  isə  dərhal  baxmalıdırlar.  Məhkəmə 

qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində 

verilə bilər. 

 

 

 



 

 

 




 

73 


2.  AZƏRBAYCAN RESPUBLİKASININ  

İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİNDƏN 

 ÇIXARIŞ 

 

  

Maddə  130. Seçki  (referendumda  iştirak)  hüquqlarının 



müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 

  

130.1  Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsi  ilə 

bağlı  iddia  ərizələri  apellyasiya  instansiyası  məhkəmələrinə 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

qaydada verilir.  

130.2.  Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsinə 

dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün 

müddətində,  səsvermə  gününə  30  gündən  az  müddət  qalırsa  2  gün 

müddətində  (lakin  səsvermə  günündən  gec  olmayaraq),  səsvermə 

günü  və  həmin  gündən  sonra  daxil  olmuş  iddia  ərizəsinə  isə  dərhal 

baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.  

130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq 

seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. 

Məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar 

edilmiş  göstərilən  şəxslərin  məhkəməyə  gəlməməsi  işə  baxılmasına 

və onun həll edilməsinə mane olmur. 

130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi 

hissəsinin  elan  olunduğu  vaxtdan  24  saatdan,  səsvermə  gününə  30 

gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec 

olmayaraq təqdim olunmalıdır. 

130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 

təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət 

verilə  bilər.  Bu  şikayətə  3  gün  müddətində,  səsvermə  gününə  30 

gündən  az  müddət  qalırsa  2  gün  müddətində  (lakin  səsvermə 

günündən  gec  olmayaraq),  səsvermə  günü  və  həmin  gündən  sonra 

daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə