SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   15   16   17   18   19   20   21   22   23

 

74 


 

3.  

AZƏRBAYCAN  RESPUBLİKASININ 

 CİNAYƏT  MƏCƏLLƏSİNDƏN 

 ÇIXARIŞ 

 Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata 

keçirilməsinə maneolma 

159.1.  Vətəndaşın  seçki  (referendumda  iştirak)  hüquqlarının  həyata 

keçirilməsinə maneolma- 

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə 

və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı 

ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  

159.2.  Vətəndaşı  namizədin  lehinə  imza  atmağa  məcburetmə  və  ya 

namizədin müdafiəsi üçün imza yığılmasına maneolma - 

iki  min  manatdan dörd min  manatadək  miqdarda cərimə və ya dörd 

yüz  saatdan  dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək 

müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

159.3.  Vətəndaşı  öz  iradəsinə  zidd  səs  verməyə  məcburetmə  və  ya 



onun səs verməsinə maneolma - 

iki  min  beş  yüz  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və 

ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki 

ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır 

159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş 

əməllər; 

159.4.1.  ələalma,  aldatma,  hədələmə,  zor  tətbiq  etməklə  və  ya  zor 

tətbiqetmə hədəsi ilə törədildikdə; 




 

75 


159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə 

tərəfindən törədildikdə 

159.4.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə 

etməklə törədildikdə - 

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç 

ilədək  müddətə  müəyyən  vəzifətutma  və  ya  müəyyən  fəaliyyətlə 

məşğulolma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 

ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

 

Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını 

pozma 

159-1.1.  Namizədlərin,  partiyaların,  siyası  partiyalar  bloklarının 

seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma 

iki  min  manatdan dörd min  manatadək  miqdarda cərimə və ya dörd 



yüz  saatdan  dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək 

müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  



159-1.2.  Seçkiqabağı  (referendumqabağı)  kütləvi  tədbirlərin 

keçirilməsinə mane olma - 

üç  min  manatdan  altı  min  manatadək  miqdarda  cərimə  və  ya dörd 

yüz  saatdan  dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək 

müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

159-1.3.  Seçkilərdə  (referendumda)  başqalarının  əvəzinə  səs 

verilməsinə şərait yaratma - 

üç  min  manatdan  altı  min  manatadək  miqdarda  cərimə  və  ya  iki 

ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum 

etmə ilə cəzalandırılır. 



 

76 


Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə 

etmə və ya təsir göstərmə 

160.1.  Seçki  (referendum)  komissiyalarının  işinə  müdaxilə  etmə  və 

ya  təsir  göstərmə  və  ya  seçki  komissiyası  üzvünün  öz  vəzifələrini 

yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə  

iki min manatdan üç min manatadək miqdarda cərimə və  ya üç  yüz 

saatdan  dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək 

müddətə islah işləri ilə cəzalandırılır.

[193]


 

160.2. Eyni hərəkətlər: 

160.2.1.  ələ  alma,  aldatma,  hədələmə,  zor  tətbiq  etməklə  və  ya  zor 

tətbiq etmə hədəsi ilə

160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə 

tərəfindən törədildikdə; 

160.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə 

etməklə törədildikdə— 

dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki 

ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 

məhrum etmə ilə cəzalandırılır. 

  

Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini 



saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud 

səsvermənin gizliliyini pozma 

161.1.  Seçki  komissiyasının  üzvü  tərəfindən  seçki  (referendumda 

iştirak)  sənədlərinin  saxtalaşdırılması  və  ya  saxta  sənədlərin  təqdim 

edilməsi,  bilə-bilə  səslərin  düzgün  hesablanmaması,  səsvermənin 

nəticələrinin  düzgün  müəyyənləşdirilməməsi  və  ya  səsvermənin 

gizliliyinin pozulması -  




 

77 


 

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya 

iki ilədək müddətə islah işləri ilə cəzalandırılır 

 

161.2.  Seçki  sənədlərinin  başqa  şəxslər  tərəfindən  saxtalaşdırılması, 



saxta  sənədlərin  təqdim  edilməsi,  başqa  şəxslərin  yerinə  səs 

verilməsi,  bir  şəxs  tərəfindən  seçki  qutusuna  birdən  artıq  seçki 

bülletenlərinin qoyulması üçün zərfin açılması –  

 

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya 



bir ilədək müddətə islah işləri ilə cəzalandırılır  

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə 

308.1. Vəzifə  səlahiyyətlərindən  sui-istifadə,  yəni  vəzifəli  şəxsin 

xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  özü  və  ya  üçüncü  şəxslər 

üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq 

səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə 

etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi  halda  istifadə  etməməsi 

fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni  mənafelərinə, 

yaxud  cəmiyyətin  və  ya  dövlətin  qanunla  qorunan  mənafelərinə 

mühüm zərər vurduqda – 

 

iki  min  manatdan  dörd  min  manatadək miqdarda  cərimə  və  ya  üç 



ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 

məşğul  olma  hüququndan  məhrum  etmə  və  ya  iki  ilədək  müddətə 

islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 

cəzalandırılır.  

 

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər 



ağır  nəticələrə  səbəb  olduqda  və  ya  seçkinin  (referendumun) 

nəticələrinə təsir məqsədilə törədildikdə— 

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 



məşğul  olma  hüququndan  məhrum  edilməklə  üç  ildən  səkkiz 

ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  



 


 

78 


4

.  AZƏRBAYCAN RESPUBLİKASININ 

İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏN  

ÇIXARIŞ 

 Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın 

aparılması qaydalarının və müddətinin pozulması 

  

164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının 



Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

qaydalarının və müddətinin pozulmasına görə- 

 

yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 



 

164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa 

çatana  kimi  şərəf  və  ləyaqətini  seçki  qanunvericiliyi  ilə  müəyyən 

olunmuş  teleradio  verilişləri  təşkilatlarının  teleradio  proqramlarında 

və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək 

imkanının verilməməsinə görə - 

 

vəzifəli şəxslər  yüz  əlli  manatdan  iki  yüz əlli  manatadək  məbləğdə, 



hüquqi  şəxslər  üç  yüz  manatdan  dörd  yüz  əlli  manatadək  məbləğdə 

cərimə edilir. 

  

Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya 



namizədin seçicilərlə görüşünə mane olma 

  

Mülkiyyətçinin  və  ya  obyekt  sahibinin  razılığı  ilə seçkiqabağı 



təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə 

asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər 

belə  təşviqat  materiallarını  məhv  etməyə,  korlamağa  və  ya  təşviqat 

materiallarının  yayılmasına  mane  olmağa,  yaxud  namizədin 

seçicilərlə görüşünə mane olmağa görə- 

 

altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 



  


 

79 


Maddə  166.  Namizəd  haqqında  bilərəkdən  yalan  məlumatlar 

yayma 

  

Seçkinin  nəticəsinə  təsir  göstərmək  məqsədi  ilə  deputatlığa  və  ya 



seçkili  orqana  (vəzifəyə)  namizəd  haqqında bilərəkdən yalan 

məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə- 

 

yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  167.  Seçki  (referendum)  komissiyası  üzvünün, 



müşahidəçilərin,  vəkil  edilmiş  şəxslərin,  namizədlərin,  siyasi 

partiyaların,  siyasi  partiyaların  bloklarının,  referendum  üzrə 

təşviqat  qrupunun  səlahiyyətli  nümayəndələrinin,  kütləvi 

informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması 

  

Seçki  (referendum)  komissiyası  üzvünün,  müşahidəçilərin,  vəkil 

edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların 

bloklarının, referendum 

üzrə 

təşviqat 



qrupunun səlahiyyətli 

nümayəndələrinin,  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

hüquqlarını, o  cümlədən  seçki  sənədlərinin  surətlərinin  və 

məlumatların  vaxtında  alınması  və  seçki  sənədlərinin  surətlərinin 

təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə- 

 

yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  168.  Seçicilər  haqqında  məlumatların  düzgün,  tam  və 

vaxtında verilməməsi 

  

Seçicilər  haqqında  məlumatları  təqdim  edən  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  həmin  məlumatların  düzgün,  tam  və 

vaxtında  verilməməsinə  görə  iki  yüz  manatdan  üç  yüz 

manatadək məbləğdə cərimə edilir. 

  

Maddə  169.  Seçki  bülletenlərinin,  səsvermə  protokollarının  və 



vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması 


 

80 


  

Seçki  komissiyalarının  sədrləri  tərəfindən  seçki  bülletenlərinin, 

səsvermə  protokollarının  və  vəsiqələrinin  verilməsi  və  saxlanması 

qaydalarının pozulmasına görə- 

 

xəbərdarlıq 



edilir 

və 


ya 

əlli 


manatdan 

yetmiş 


manatadək məbləğdə cərimə edilir. 

  

Maddə  170.  Dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən 



istifadə qaydasının pozulması 

  

Səsvermə  başlandıqdan  sonra  seçkilərin  yekunları  və  səsvermənin 



nəticələri  barədə  protokollar  imzalananadək  yuxarı  seçki 

komissiyalarının 

informasiya 

xidmətlərindən 

aşağı 

seçki 


komissiyalarının  informasiya  xidmətlərinə  məlumatların  qəbulunu 

təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə 

 

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli 



şəxslər  dörd  yüz  manatdan  altı  yüz  manatadək  məbləğdə  cərimə 

edilir. 


  

Maddə  171.  Seçki  (referendum)  ilə  əlaqədar  hədə-qorxu  və  ya 

zorakılığa  çağıran  çıxışlar  edilməsi,  yaxud  belə  materialların 

yayılması 

  

Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran 



çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə- 

 

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  172.  Seçicinin  bilərəkdən  birdən  çox  seçici  siyahısına 

daxil edilməsi 

  

Seçicinin  bilərəkdən  birdən  çox  seçici  siyahısına  daxil  edilməsinə 



görə - 


 

81 


 

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 

  

Maddə  173.  Seçici  siyahıları  ilə  vətəndaşların  tanış  olmaq 

hüququnun və digər hüquqlarının pozulması 

  

173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən: 



 

173.0.1.  vətəndaşların  seçici  siyahıları  (referendumda  iştirak  etmək 

hüququ  olan  vətəndaşların  siyahısı)  ilə  tanış  olmaq  hüququnun 

pozulmasına; 

 

173.0.2.  seçici  siyahılarındakı  (referendumda  iştirak  etmək  hüququ 



olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların 

ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən 

edilmiş müddətdə baxılmamasına; 

 

173.0.3.  qeydiyyatdan  keçmiş  seçicilər  barəsində  məlumatların 



vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə- 

 

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  174.  Seçkilərdə  (referendumda)  iştirak  etmək  üçün 

məzuniyyət verilməsindən imtina etmə 

  

Dövlət  və  ya  yerli  özünüidarəetmə  orqanlarına  seçkilərin 



hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi 

məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış 

namizədə,  namizədin  vəkilinə  və  ya  seçki  (referendum) 

komissiyasının  üzvünə  məzuniyyət  verilməsindən  imtina  etməyə 

görə- 

 

iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  175.  Qeydə  alınmış  namizədin  seçkilərdə  iştirak  etdiyi 



müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması 


 

82 


  

Dövlət  və  ya  bələdiyyə  xidmətində  olan  qeydə  alınmış  namizəd 

seçkilərdə  iştirak  etdiyi  müddətdə  xidməti  vəzifələrinin  icrasını 

dayandırmamasına görə- 

 

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 



  

Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması 

  

Mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi  şəxslərin,  dövlət  və 



bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının 

toplanmasında iştirak etməsinə görə- 

 

vəzifəli  şəxslər  səkkiz  yüz  manatdan  min  manatadək məbləğdə, 



hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə 

edilir. 


  

Maddə 177. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya 



maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 

  

177.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin Azərbaycan 

Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydalarını 

pozmağa görə- 

 

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli 



şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi 

şəxslər  beş  min  manatdan  yeddi  min  manatadək  məbləğdə  cərimə 

edilir. 

 

177.2.  Seçkilərin  hazırlanmasına  və  keçirilməsinə  ayrılmış 



vəsaitlərin  xərclənməsi  barədə  namizədlər,  qeydə  alınmış 

namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum 

üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya 

dərc edilməməsinə görə- 

 

min manatdan iki min manatadək məbləğdə cərimə edilir. 




 

83 


  

Maddə  178.  Anonim  təşviqat  materiallarının  və  ya  reklamların 



hazırlanması və yayılması qaydalarının pozulması 

  

178.1.  Seçkiqabağı  və  ya  referendum  ilə  bağlı  nəşr  və  audiovizual 

təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını 

sifariş  edən  təşkilatların  adı,  materialların  tirajı  və  buraxılış  tarixi 

barədə məlumatların göstərilməməsinə görə- 

 

yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. 



 

178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya 

qeydə  alınmış  namizədlər  barəsində  reklamların  hazırlanmasının  və 

yayılmasının,  yaxud  xeyriyyə  xidməti  göstərilməsinin  Azərbaycan 

Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydalarının 

pozulmasına görə -  

yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 

 

178.3.  Siyasi  partiyaların,  siyasi  partiyaların  bloklarının, 



namizədlərin  və  ya  qeydə  alınmış  namizədlərin  yazılı  formada 

razılığı  olmadan  seçkiqabağı  nəşr  materiallarının  hazırlanmasına, 

yaxud yayılmasına görə- 

 

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 



  

Maddə  179.  Səsvermənin  nəticələri  və  ya  seçkilərin  yekunları 

haqqında  məlumatın  bilərəkdən  təqdim  edilməməsi  və  ya  dərc 

olunmaması 

  

179.1.  Seçicilərin,  qeydə  alınmış  namizədin,  siyasi  partiyaların, 



siyasi  partiyaların  bloklarının  və  namizədlərin  vəkil  edilmiş 

şəxslərinin,  müşahidəçilərin,  siyasi  partiyaların,  siyasi  partiyaların 

bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının səlahiyyətli 

nümayəndələrinin,  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin 

tələbi  ilə  onların  tanış  olmaları  üçün  müvafiq  seçki  komissiyasının 



 

84 


sədrləri  tərəfindən  səsvermənin  yekunlarına  və  nəticələrinə  aid 

məlumatların bilərəkdən təqdim edilməməsinə görə- 

 

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 



 

179.2. 


Səsvermənin 

yekunlarına 

və 

nəticələrinə 



aid 

məlumatların bilərəkdən Azərbaycan 

Respublikasının 

Seçki 


Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  dərc 

edilməməsinə görə- 

 

iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 


 

85 


 

 

 

 

 

 

Kitabça “Hüquq və İnkişaf” İctimai Birliyinin sifarişi ilə 

“Print Works” Çap Evində nəşr edilib. 

Tiraj: 3500 

 

___________________  

“Hüquq və İnkişaf” İctimai Birliyi ilə əlaqə:  

Tel.: (+994 12) 511-62-28; (+994 50) 611 74 43 

e-mail: himerkez@yahoo.com  

web site: law.org.az 



 

 

 

 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə