SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


Qadınlara  seçki  hüququ  isə  1893-cü  ildə  ilk  dəfə  Yeni



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   2   3   4   5   6   7   8   9   ...   23

 



Qadınlara  seçki  hüququ  isə  1893-cü  ildə  ilk  dəfə  Yeni 



Zellandiyada  verilib.  Daha  sonra  Şimali  Avropa  dövlətləri 

qadınlara bu hüququ tanıyıb 

Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri, kommunikativ 

texnologiyaların  inkişafı  nəticəsində  seçki  mexanizmlərinin  də 

universallaşması  baş  verir  və  seçkilərin  beynəlxalq  standartları 

yaranır.  

Son  onilliklərdə  beynəlxalq  seçki  standartlarını  müəyyən  edən  bir 

sıra mühüm beynəlxalq sənədlər qəbul olunub.  

Hazırda demokratik hüquqi cəmiyyətlərdə seçki qanunvericilikləri bu 

sənədlərlə müəyyən edilmiş təməl norma və prinsiplərə əsaslanır.  

Bu  gün  beynəlxalq  seçki  norma  və  standartları,  əsasən,  İnsan 

hüquqları  haqqında  Ümumi  Bəyannamə,  İnsan  hüquqları  və 

əsas  azadlıqlarının  müdafiəsi  haqqında Avropa  Konvensiyası  və 

onun  1  saylı  Protokolu,  Mülki  və  siyasi  hüquqlar  haqqında 

Beynəlxalq Pakt kimi sənədlərdə öz əksini tapıb. 

İnsan  hüquqları  haqqında  Ümumi  Bəyannaməyə  əsasən  (21-ci 

maddə), hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad 

şəkildə  seçilmiş  nümayəndələr  vasitəsilə  iştirak  etmək  hüququna 

malikdir.  

Xalqın  iradəsi  iqtidar  hakimiyyətinin  əsası  olmalıdır:  bu  iradə  öz 



ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ 

və ya səsvermənin azadlığını təmin edən digər eyni cür formalar 

əsasında  keçirilən  mütəmadi  və  saxtalaşdırılmamış  seçkilərdə 

tapmalıdır. 

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakta  əsasən  (25-ci 

maddə)  hər  bir  insan  heç  bir  ayrı-seçkilik  və  əsassız  məhdudiyyət 

qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır: 




 



a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad 



şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək; 

b) səs vermək və ümumi və bərabər seçki hüququ əsasında gizli 

səsvermə  yolu  ilə  keçirilən  və  seçicilərin  sərbəst  iradəsini  təmin 

edən həqiqi vaxtaşırı seçkilərdə seçilmək. 

Sadalanan  və  digər  beynəlxalq  sənədləri  nəzərdən  keçirərkən  aydın 

olur ki, müasir seçki standartları ümumi, bərabər, azad, gizli və 

birbaşa  seçki  hüququna  və  seçkilərin  mütəmadiliyi  prinsipinə 

əsaslanır. 



Bunlarla  yanaşı  1990-cı  ildə  Danimarkanın  Kopenhagen 

şəhərində "bəşəri meyarlarla" bağlı keçirilmiş konfransda qəbul 

olunmuş  ATƏT  qarşısında  öhdəliklər  də  vətəndaşların  öz 

ölkəsinin  idarə  olunmasında  iştirak  etmək  hüququnun 

təminatında seçkilərin həlledici rolunu nəzərə alır. 

Kopenhagen  sənədində  iştirakçı  dövlətlər  plüralist  demokratiya  və 

qanunun  aliliyini  bütün  insan  hüquqları  və  əsas  azadlıqlarına 

hörmətin təmin olunmasının əhəmiyyətli faktoru kimi qəbul ediblər. 



Kopenhagen sənədinin 6-cı bəndində bəyan edilir ki

İştirakçı dövlətlər bəyan edirlər ki,  dövri və həqiqi keçirilən ədalətli 

seçkilərdə insanların sərbəst və dürüst şəkildə ifadə edilən iradəsi hər 

hər bir hökumətin hakimiyyətinin və qanuniliyinin əsasını təşkil edir. 

İştirakçı  dövlətlər  öz  vətəndaşlarının  dövlətin  idarə  edilməsində 

birbaşa və ya azad, ədalətli seçkilərlə seçilmiş nümayəndələri vasitəsi 

ilə iştirak etmək hüququna  hörmət edirlər. 

Onlar  öz  qanunları  və  beynəlxalq  hüquqi  öhdəliklərinə  müvafiq 

olaraq qorunan və müdafiə olunan məsuliyyətlərini tanıyır və xalqın 

azad iradə ifadəsi ilə müəyyən edilən, terrorizmi və hər cür zorakılığı 

rədd  edən  demokratik  qaydaları  qəbul  edir  və  digər  iştirakçı 



 

dövlətlələrə də eyni qaydada münasibət bəsləyirlər. 



Kopenhagen  sənədinin  7-ci    bəndində  isə,  iştirakçı  dövlətlər 

aşağıdakı konkret öhdəlikləri üzərlərinə götürür:  

Xalqın  iradəsi  hökumətin  qüdrətinin  əsası  olmaq  üçün  iştirakçı 

dövlətlər: 

7.1.  Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  ağlabatan 

müddətlərdə mütəmadi seçkilər keçirir; 

7.2  Bütün  mandatların  namizədlərin  azad  rəqabətinə  əsaslanan 

ümumxalq seçkilərində qazanılmasına şərait yaradırlar; 

7.3. Seçki hüquqlu bütün insanlar üçün eyni ümumi və bərabər seçki 

hüququnu təmin edir

7.4.  Səsvermənin  gizli  keçirilməsini  və  ya  eyni  səsvermə 

qaydalarından  istifadə  edilməsini,  səslərin  hesablanması  və 

nəticələrin    ədalətli  olmasını  və  rəsmi  nəticələrin  dərc  olunmasını 

təmin edir; 

7.5. Vətəndaşların şəxsi və ya siyasi partiyaların nümayəndələri kimi 

ayrı-seçkiliyə yol verilmədən dövlət və ya ictimai vəzifələrini tutmaq 

hüququna hörmət edir

7.6  Fərdlərin  və  qrupların  tam  azadlığına,  siyasi  partiyalar  və  ya 

digər  siyasi  qurumların  yaradılması  hüququna  hörmət  edir  və  belə 

siyasi  partiyaların  qanunla  və  hakimiyyət  qarşısında  bərabərlik 

əsasında  bir-biri  ilə  rəqabət  aparmasına  imkan  verəcək  zəruri 

hüquqi təminatları təmin edir. 

AT ƏT-ə üzv olan dövlətlər üçün bəşəriyyətin həqiqi ləyaqətini və 

bütün  insanların  bərabər  və  ayrılmaz  hüquqlarını  tam  şəkildə 

ifadə etmək üçün vacib olan ədalət elementləri aşağıdakılardır: 

  Hər  bir  şəxs  fundamental  hüquqlara  hörmət  və  hüquqi 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə