SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


II. AZƏRBAYCANDA SEÇKİLƏRİN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

36 


II. AZƏRBAYCANDA SEÇKİLƏRİN 

          HÜQUQİ TƏNZİMİ 

Azərbaycan  Respublikasının  seçki  qanunvericliyini  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  Seçki 

Məcəlləsi,  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 

Məcəlləsi,  “Sərbəst  toplaşmaq  azadlığı  haqqında”  qanun  və  digər 

müvafiq qanunvericilik aktları təşkil edir. Eyni zamanda Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsində  və  İnzibati  Xətalar 

Məcəlləsində  seçki  hüquq  pozuntularına  dair  məsuliyyət  müəyyən 

edilən  normalar  nəzərdə  tutulub.  Bunlarla  yanaşı  Azərbaycan 

Respublikası  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  seçki 

qanunvericiliyinin tətbiqi ilə bağlı bir sıra normativ xarakterli aktlar 

(təlimatlar, qaydalar və s.) qəbul edilib. 

Azərbaycan  Respublikası  Konsitusiyasının  1-ci  maddəsinə  görə  

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi 

Azərbaycan  xalqıdır.  Konstitusiyanın  4-cü  maddəsində  göstərilir  ki, 

xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı 

təmsil  etmək,  xalqın  adından  danışmaq  və  xalqın  adından  müraciət 

etmək hüququ yoxdur.  

Bu müddəalardan belə bir nəticəyə gəlinir ki, dövlət hakimiyyətinin 

və  hakimiyyət  səlahiyyətlilərinin  legitimliyinin  əsasında  xalqın 

iradəsi və bu iradəyə əsaslanan seçkilər dayanır. 

Konstitusiyanın  56-cı  maddəsində  seçki  hüquqları  təsbit  olunub. 

Burada göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət 

orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək 

hüququ vardır. 



 

37 


Məhkəmənin  qərarı  ilə  fəaliyyət  qabiliyyətsizliyi  təsdiq  olunmuş 

şəxslərin  seçkilərdə,  habelə  referendumda  iştirak  etmək  hüququ 

yoxdur. 

Hərbi  qulluqçuların,  hakimlərin,  dövlət  məmurlarının,  din 

xadimlərinin,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə 

azadlıqdan  məhrum  edilmiş  şəxslərin,  Konstitusiyada  və  qanunda 

nəzərdə  tutulan  digər  şəxslərin  seçilmək  hüququ  qanunla 

məhdudlaşdırıla bilər. 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin  (Seçki  Məcəlləsi) 

preambulasında  göstərilir  ki,  Azərbaycan  Respublikasının  dövlət 



hakimiyyətinin  əsasını  Azərbaycan  xalqının  iradəsi  təşkil  edir. 

Azərbaycan  xalqının  iradəsi  ümumi,  bərabər  və  birbaşa  seçki 

hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi 

keçirilən  seçkilərdə,  habelə  ümumi,  bərabər  və  birbaşa  seçki 

hüququ  əsasında  gizli  və  şəxsi  səsvermə  yolu  ilə  keçirilən 

ümumxalq  səsverməsində  -  referendumda  öz  təzahürünü  tapır. 

Azərbaycan  dövləti  Azərbaycan  Respublikası  vətəndaşlarının 

iradəsinin  azad  ifadə  edilməsinə  seçki  hüququnun  prinsip  və 

normalarının müdafiə edilməsi yolu ilə təminat verir. 

Konstitusiya  və  Seçki  Məcəlləsi  ilə  seçkilərdə  iştirak  etmək 

hüququna  malik  hər  bir  Azərbaycan  Respublikası  vətəndaşının 

qanunla  müəyyən edilmiş qaydada seçmək və seçilmək hüquqlarına 

təminat verilir. Bununla yanaşı Seçki Məcəlləsinin 12-ci maddəsində 

Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan və 

seçkilərdə  iştirak  hüququna  malik  vətəndaşlığı  olmayan  şəxslərin 

bütün seçkilərdə və referendumda , xarici vətəndaşların isə müəyyən 

şərtlər daxilində bələdiyyə seçkilərində səsvermədə iştirak hüquqları 

da nəzərdə tutulub.  

Seçki  Məcəlləsinin  2-ci  maddəsində  seçkilərədə  və  referendumda 

iştirakın prinsipləri aşağıdakı kimi müəyyən edilib. 




 

38 


Azərbaycan 

Respublikasının 

vətəndaşları 

seçkilərdə 

və 

referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 

gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. 

Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda 

iştirakı  azad  və  könüllüdür.  Seçkilərdə  və  ya  referendumda  iştirak 

edib-etməməyə  məcbur  etmək  məqsədi  ilə  heç  kəsin  Azərbaycan 

Respublikası  vətəndaşına  təzyiq  göstərmək  hüququ  yoxdur  və  heç 

kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. 

Dövlət  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq, 

vətəndaşlar,  siyasi  partiyalar,  referendum  üzrə  təşviqat  qrupları 

tərəfindən azad seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması 

üçün şərait yaradılmasını təmin edir. 

Vətəndaşların,  siyasi  partiyaların,  referendum  üzrə  təşviqat 

qruplarının  qanunun  yol  verdiyi  formalarda  və  üsullarla  seçiciləri 

seçkilərdə  (referendumda)  iştirak  etməyə  və  ya  etməməyə, 

namizədin,  qeydə  alınmış  namizədin,  siyasi  partiyanın,  siyasi 

partiyalar  blokunun  lehinə  və  ya  əleyhinə,  referenduma  çıxarılan 

məsələnin  lehinə  və  ya  əleyhinə  səs  verməyə  çağırışlar  formasında 

seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır. 

Seçki  Məcəlləsinin  11-ci  maddəsinə  görə  vətəndaşların,  siyasi 

partiyaların,  referendum  üzrə  təşviqat  qruplarının  qanunun  yol 

verdiyi  formalarda  və  üsullarla  seçiciləri  seçkilərdə  (referendumda) 

iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, 

siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  lehinə  və  ya  əleyhinə, 

referenduma çıxarılan  məsələnin lehinə  və  ya əleyhinə səs verməyə 

çağırışlar  formasında  seçkiqabağı  (referendumqabağı)  təşviqat 

aparmaq hüququ vardır. 

Bunlarla  yanaşı  Seçki  Məcəlləsinin  11-1.-ci  maddəsi  hüquqi 



şəxslərin,  dövlət  orqanlarının  və  bələdiyyələrin  vəzifəli 

şəxslərinin,  digər  fiziki  şəxslərin  seçkilərin  (referendumun) 

gedişinə qanunsuz müdaxilələrini qadağan edir.  


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə