Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   15   16   17   18   19   20   21   22   23

166 
 
İnsaf 
 
İstərəm mələklər çiynimin üstə 
Yaza əməlləri yaxşıdan yaxşı. 
umsan sən onu Allahdan istə
Halallıq aparar  xeyirə qarşı. 
 
Bir az həsrət, bir az kədər, bir az qəm, 
Bir az hicran, bir az vüsal, bir az dəm, 
Bir az gödək, bir az uzun, bir az kəm, 
Hər cür tale yazılıbdı bəxtimə. 
 
Amma ki, qismətdi, nə yazılıbsa, 
Görmüşəm dünyanın ağın-qarasın. 
Əgər Əzrayilda insaf qalıbsa 
Yatan qaraçuxamı gəlib oyatsın. 
 


167 
 
Öz günahım 
 
Quruyan göl, solan çiçək, ağacdan qopan yarpaq kimi 
və ya sudan ayrı düĢən balıq kimi hiss edirəm özümü 
susdurulduğum üçün
Mənə; -sus! dedilər. Ġlahi, bəs bu dil mənə nə üçün 
verilib? DanıĢmalıyam, ya da gəlin kəsin dilimi. 
 
Özümü özümdən asdım içimdə, 
Kəndirim içimdə bağırsağımdı. 
Özümə özümdən maya tutmuşam, 
Çalası özüməm, öz qursağımdı. 
 
Çağırdım haraya özümü özüm, 
Qaçan da özüməm, qovan da özüm. 
Özüm əllərimlə döydüm başıma, 
Mən öz qatiliməm, çıxacaq gözüm. 
 
Hər gecə yorğanla, döşəklə dava, 
Balış daşa dönür başımın altda. 
Bəlkə də bu gecə başıma hava 
Gəlibdi, göz gülür qaşımın altda. 
 
Bacarsaz, bir anlıq qəlbimə girin, 
İçimdə gah diri, gah da ölüyəm. 
Necə istəsəniz – o cür də bilin, 
Gahdan ağıllıyam, gahdan dəliyəm! 
 


168 
 
Özümü özümdən asdım içimdə, 
Kəndirim içimdə bağırsağımdı. 
Görsəniz başıma nəsə gəlibdi, 
Babalı boynuma, öz günahımdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


169 
 
Bitməz intizar 
 
Titrəyib, üşüdüm yataqda təkcə
O şanslı qadının qucağı dolu. 
Əynimə geydiyim qalın gödəkcə 
İntizar yüklüdür, ayrılıq dolu. 
 
Fağır dodaqlarım tərpənməsə də, 
Ürəyim gizlicə dillənir axı. 
Dilim giley edib səslənməsə də, 
Göz yaşım içimdə göllənir axı. 
 
Mən sənə verdiyim közlü ürəyi 
Atmısan yad qadın ayaqlarına. 
Mənim dodaqlarım təşnəli sənə, 
Susadın sən özgə dodaqlarına. 
 
01.09.2010. 


170 
 
Bilmirəm 
 
Mən səni ġahdağına, Haramı dağına, elə lap son 
günlərdə gördüyüm Göyəzən dağına bənzətmiĢdim. 
Göyəzən dağı əsirləri, ġahdağı haçalanmıĢ fikirləri, 
Haramı dağı barmağı kəsilən oğrunu gizlədən kimi
özünü gizlətmə məndən! 
 
Ayrılıq yolunu tutub gedirsən, 
Yolları ayaqla yolur, didirsən. 
Nədən diləyirsən ayrılığı sən? 
Bilmək istəyirəm, bilə bilmirəm. 
 
Əridi, su oldu dağların qarı, 
Yol saldı gözümdən üzümə sarı. 
Əllərim yetməyir gözümə sarı, 
Silmək istəyirəm, silə bilmirəm. 
 
Eşqimi könlündən atıb, siləndən, 
Özünü özümdən ayrı biləndən, 
Sən elə gizlədin özünü məndən... 
Görmək istəyirəm, görə bilmirəm. 
 
Ün atın, hay salın qəm dağlarına, 
Bir içim su verin dodaqlarıma, 
Sarmaşıb ölümün ayaqlarına 
Ölmək istəyirəm, ölə bilmirəm. 


171 
 
Bir dənədir 
 
Damla-damla göz yaşların 
səpələndi əllərimə. 
İntizardan yandı bağrım, 
qəm ələndi gözlərimə. 
 
Gecə göydən 
ulduzlar qaçaq, 
“Dərd əlindən çay daşları 
Mamırlaşar saçaq-saçaq”. 
 
Ayaq altda yollar yandı, 
Yağış yağır söndürməkçün. 
Həsrət əgər bir il çəksə - 
Yetər məni öldürməkçün. 
 
Amin! – desəm qayıdarmı? 
Qaytar mənə, Allah, onu. 
Üzü Qərbə dayanmışam, 
Önümdə də həsrət yolu. 
Kipriklərim 
göz yaşından dənələndi, 
Allah, ondan bir dənədi! 
Qaytar Allah, 
                 qaytar onu! 
 
03.10.2010. 


172 
 
Bu gecə qapımı çal 
 
Bu payız kövrək, 
elə mənim tək, 
Mənimlə birlikdə üşüyür külək. 
Sevgilim, Tanrı eşqinə, 
Bu payız yenə görüşək! 
 
Qaranlığın bağrını dəl, 
gəl, əzizim, bu gecə gəl! 
 
O payız qapımı çaldığın kimi, 
O gecə yanımda qaldığın kimi, 
Bir il yaddaşımda olduğun kimi
köç bu gecə yaddaşıma. 
 
23.11.2010. 
 


173 
 
Bu payız 
 
Bağçamda bar verən, 
nar ağacında düyməciklənən, 
özü kürə, 
          başı ulduz, 
                     bağrı qan 
göbəyindən qan sızan 
partlamış nar. 
Nar səni yada salır, 
Bu payız! 
 
16.12.2010. 
 


174 
 
Sevirəm... 
 
Sevirəm... 
Atılmış sarı çiçəyi, 
xala çevrilən böcəyi. 
 
Sevirəm 
nəmli gözümü, 
ləbələb göz yaşımı, 
quyuya atılan daşımı... 
 
Sevirəm... 
Günəşi, 
Ayı. 
Axşamın sükutunu, 
həmdəmimi, xəyalımı. 
 
Sevirəm... 
Qəmimi, 
kimsələr onu gördümü? 
Sevirəm... 
Heç kimə görsənməyən, 
köksümdə yatan dərdimi. 
 
23.11.2010. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə