Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

131 
 
Məryəm gülü, 
               çobanyastığı, 
                             inci gülü
Nəvaziş istəyir məndən hər biri. 
 
Mənsə bu payız öz hayımda... 
İlahi, mənə təpər, 
          mənə  güc ver, 
                  adlayım qəmimi, 
Qaytar mənə tükənən səbrimi. 
Qaytar çiçəklər eşqinə, 
qaytar gerçəklər eşqinə, 
qaytar mələklər eşqinə. 
 
noyabr -. 2014. 
Saat 15:17. 
 


132 
 
Sarı çiçək 
 
İstədim sevməyəm, əzizim, səni, 
Gördüm ki, alışan-yanan közmüşəm. 
Yalandan nə deyim, incidim səni
Həm özüm sevmişəm, həm sevilmişəm. 
 
Qorxuram bu sevda yarıda qala, 
Tuş gələ taleyin döngələrinə. 
Yapışaq əl-ələ, dalaq xəyala, 
Qarışaq payızın küləklərinə. 
 
Bu sevda uzanır beləcə hara? 
Sevgimiz səpilib yolların üstə. 
Baxma utandıran, sıxan günaha, 
Al məni, əzizim, qolların üstə. 
 
Deyirsən, kəsilib andım-amanım, 
Bir özgə dilbərə baxmaram daha. 
Sevginin qanunu belədi, canım, 
Kökləyir insanı yaza, bahara. 
 
Hanı əllərində sarı çiçəyin? 
Bilirsən, sevirəm mən o gülləri. 
Gətir o çiçəyin bircə ləçəyin, 
Bəlkə qaytaracam itən illəri?! 


133 
 
Ya da... 
 
Qəmim bəxtimə yazılıb. Ya insan ol, ya da daĢ... Əgər 
ki, daĢ olub daĢlaĢa bilsəm, o zaman da daĢ üzərindəki 
bitən mamırın dərdini çəkəcəyəm. 
 
Bağçamda oturacaq kimsəsiz
Hər yan sükunət-səssiz. 
Ağacdan yarpaq hərdən 
Tökülür yerə dən-dən. 
Yalnız mən varam, bir də 
qəm-qüssəm. 
 
Məndən mədət uman çöl pişiyi
Hər gün qapımı kəsdirir. 
Payız isə öz işində 
soyuğun əsdirir. 
 
Həyətdəki daş heykəllər 
necə də məğrurdurlar. 
Pəncərə qarşısından 
bağçama baxmaqdan yoruldum, 
Onlar isə yorulmurlar. 
 
Daş heykəl kimi soyuqqanlı olmaq, 
Sükunətin bağrına girmək istədim. 
Hər kəsdən gizlənib daşın içində, 
Dərdimə gülmək istədim. 
10 noyabr. 2014. Saat 
16:17. 


134 
 
Yoxdu xəbəri 
 
Əgər sevmək günahdırsa, bu böyük günahı 
daĢıyacağam. 
 
İstədim köksünə sığınam yenə, 
İstədim qayıdam o ötən günə. 
Körpə uşaq kimi ovunam deyə 
Ağladım, köksünü açmadın mənə. 
 
Yenə qəm çilədi könlümə gözüm, 
Alışan ocaq tək yandırır məni. 
Göndərib dalınca özümü özüm, 
O isə gəlməyir, sındırır məni. 
 
Bu qapı açılmır nə vaxtdan bəri, 
Sınıb şüşələri, çilik-çilikdir. 
Gözlərim qapıda nə vaxtdan bəri, 
Ölmüşəm-qalmışam, yoxdu xəbəri. 
 
Duzammış, necə də əridim, Allah! 
Əridim həsrətdən, qəmdən əridim. 
Dərdimin ilməsi acı bağırsaq, 
Çözüldü-çözüldü... mən də əyirdim. 


135 
 
Tərk edilən 
 
BaĢına gələn bədbəxtliyi sev,o səni sevdiyi kimi... 
 
Sən ey tərk edilmiĢ qadın, yolun haradır? 
 
Qapılar, pəncərələr silkələnir
Ağlayır mənimlə birgə. 
Ulduzlar qaçaq, 
Ay yoxdu, itib, 
yatmağa gedib bəlkə?! 
 
Pəncərədən baxan qadın, 
O yollara az bax, 
Yorma pərdəni, burax. 
O bir daha qayıtmaz! 
 
Yollar ayağına dolaşır, 
Yetməz gücü qəm çəkməyə. 
Kimi dərdindən yollarda, 
Kimi çıxıb “dəm” çəkməyə. 
 
Bu səs nədi, bu səda? 
Sən  meyxanədəsən, 
yoxsamı barda? 
Bu gecənin babalı sənin, 
Hava bürküdü, yoxsa sərin? 
Cadarlanmış dodaqdan 
çırpındı, qopdu bir ah!!! 
Od tutdum-yandım, Allah! 
 
11.11.2010. 


136 
 
Əmanət 
 
Atılmaq- ağır cəza... Allahına ərizə yaza-yaza üz tut 
qurbangahlar ölkəsinə 
 
Dörd divar üstümə qurd tək 
Şəkləndi, uladı, yeridi, Allah. 
Səsləsəm, hay verənim kim, 
Bura ruhlar “yeri”dimi, Allah? 
 
Gedim, getməyim? 
Ağlım tərsə fırlanır. 
Şərab içən adam təki 
beynim-başım çalxalanır. 
Çıx get Allah eşqinə! 
 
Qapı kandara calandı, 
Kandar dalana calandı, 
Pillələr eşiyə çıxdı, 
Ayağım yola calandı. 
 
Bu bürküdə, bu istidə, 
Yiyə çıxan kim tapılar 
Mən boyda əmanətə? 
Qəm üzümdə, 
dərd qoltuğumda, 
Möhtac qaldım bircə yelə, 
Hara gedirəm belə? 
 


137 
 
Anam məni 
təkər üstə doğubmuş, 
Cismim təkər üstə, 
Ruhum harda doğulmuş? 
 
Bu ağırlığında dərdə 
dözmədi, inlədi 
bu yekəlikdə şəhər də. 
Ruhsuzam, 
dönmüşəm bir parça “ət”ə. 
İlahi, kim yiyə çıxacaq 
mən boyda əmanətə?! 
 
15.11.2010. 


138 
 
Mələklər 
 
Gecənin bu  vədəsində kabusa dönmüĢəm. Ġlahi, 
gecənin də öz gözəlliyi varmıĢ! Bu, hündür, vahiməli 
hasar dibindən ötərkən kölgələr divar boyu sıralanır. 
Qəribədir, üç kölgəm məndən qabaqda gedir. Elə zənn 
etdim ki, kimsələr arxamca  gəlir. Geri çevrilirəm. 
Kimsə yoxdur. Bir anlıq içimi vahimə bürüyür. 
Qorxuram. Ġçimdə Ģübhələr baĢ qaldırır; bu zəmanədə 
cin-Ģeytanmı var? Əstafurullah! Amma yox, cin-
Ģeytanın kölgəsi olmur axı! Və birdən hasar bitir, Ayın 
aydınlığı, nuru ayaqlarıma səpələnir. Sanki hasar Ay 
iĢığının qarĢısını kəsibmiĢ. Qulaqlarıma dolan 
pıçıltılardan mənə elə gəldi ki, gözəl üzlü gecədə göy 
üzündə mələklər pıçıldaĢır. 
 
Bu gecə göydə mələklər 
Rəqs edir qanadlarıyla. 
Ətrini yayır küləklər, 
Süsənbər dodaqlarıyla. 
 
Bədxahlar üzülüb buna, 
Soxulur bulud qoynuna. 
Tanrım, bizi buraxma, 
Şeytanların umuduna. 
 
Üzü qara, bətni ağdı, 
Gecəni peşman qoymayaq. 
Gecələr zülmətdən bezib, 
Bəlkə saçlarını boyayaq?! 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə