Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   15   16   17   18   19   20   21   22   23

175 
 
Gizlət məni 
 
Ay ana, uşaqtək məni
Bələginən, dərdin alım. 
Dərdimi sıxıb gözümə, 
Uşaq kimi ağlayım. 
 
Ay ana, hanı yüyrəyim, 
Puça çıxdı min diləyim, 
İntizardan çat-çat olub, 
Sevdaya düşən ürəyim. 
 
Can köynəyi geydir mənə, 
Tənə elə, danla yenə. 
Bərk-bərk tutum ətəyindən, 
Uşaqtək sığınım sənə. 
 
Xəlbirini sula, ana, 
Tikəmədim yuva, ana. 
Bir oğulun həsrətilə 
Ömür yetir daha sona. 
 
Gözlərinin nurunu sən, 
Mənim üçün ələyirsən. 
Soruşsalar bu yaşında 
Bunu niyə bələyirsən? 
 


176 
 
Deyərsən ki, uşaq qalıb, 
Nə böyüyüb, nə ucalıb. 
Elə bələyin içindəcə 
Görün, nə yaman qocalıb. 
 
Ay ana, qurbanın olum, 
Ələyindən ələ məni. 
Özümü qoyum uşağlığa, 
Dərd əlindən gizlənməkçün
Bələyinlə bələ məni. 
 
 


177 
 
Dur, qadasın al 
 
Düşdüm ləpirinə, yolum uzandı, 
Şaxtadı, sazaqdı, donub, əsirəm. 
Başında tac gördüm, dedim sultandı, 
Dedi ki, səninçün qulam, əsirəm. 
 
Dedim ki, qul olmaq xana yaraşmır, 
Qəmzən də bəzəkli, qana yaraşmır. 
Saçını düz dara, yana yaraşmır, 
Sığalla, mən ölüm telindən ötrü. 
 
Darıxsan, yetişməz vüsalın dəmi, 
Dedi ki, hicranın öldürür məni. 
Ölüm çiyinlərə qaldırar səni, 
Doğulan yaranır ölümdən ötrü. 
 
Bu cür qismət yazılıbsa ömrümə, 
Qarşımı gələcəm Allah əmrinə?! 
Ahəstə-ahəstə eşqin bəminə 
Kökləndim, ölürəm zilindən ötrü. 
 
Sevda zülüm imiş, çəkəcəyim var, 
Bir ömür sürəcək eşqlə ahu-zar. 
Şeytan deyir, ay qız, dur qadasın al, 
Məhəbbət yaranıb zülümdən ötrü. 


178 
 
Ölmək istəyirəm 
 
Apar məni Qanlı gölə, öldür məni, əgər 
günahkaramsa. Qanım sənə halaldır. Ah, əzizim, gəl 
əvvəlcə əgər varsa,  günahımı soruĢ sən. Hər Ģey bitsin, 
ondan sonra əllərinin qanını sən -al Ģərabla 
təmizlərsən. 
 
Mənə qədəh verin, 
bir az da şərab. 
Mən içmək istəyirəm. 
Ölüm şərabını süz, 
Mən ölmək istəyirəm. 
 
Al məni ağuşuna, 
Məmməd Rahimin şeirini de. 
Bələndim göz yaşıma, 
de, əzizim, de. 
 
Yaxınlaş, bir az da sən iç, 
Iç, əzizim, iç. 
Məni günahkar bilirsən? 
Bu baş, bu sən, biç əzizim, biç. 
 
Qısqanclıq qəlbini didir
Öldür məni, öldür! 
Apar məni Qanlı gölə, 
Günahımı soruş hələ. 
 


179 
 
Al məni qollarına 
şəhadətimi deyəcəyəm, 
La-İlahə-İlləllah- 
Günahım yoxdur, Allah! 
 
Dayan! 
Hələ son sözüm qalıb, 
sünbül saçım ağarıb. 
Mənə əzab verə-verə, 
Budur, özü qocalıb. 
 
Ah, bağlanır bəbəklərim, 
Gözdən süzən yağışla. 
Əgər sevmək günahdırsa, 
İlahi, məni bağışla! 


180 
 
Mənə 
 
Baş qoyum hara yatmağa, 
Çalışmayın oyatmağa. 
Dərdi aparıb satmağa 
Bir bazar verin mənə. 
 
Halımı yaza bilmədim, 
Yuxu tək yoza bilmədim. 
Səhv yazdım, poza bilmədim, 
Bir yazar verin mənə. 
 
Məqsədim var, yolum yoxdur
Vuran əlim, qolum yoxdur, 
Ölüyəm, gorum yoxdur, 
Bir məzar verin mənə. 
 


181 
 
Darıxmışam 
 
Darıxmışam, sığalınçün, 
Darıxmışam, qucağınçün, 
Yada inanıb nə üçün 
Odlara atdın məni?! 
 
Soruşmadın dərdimi. 
Məhəbbətin əridimi? 
Heç küsməyin yeridimi, 
Yadlara qatdın məni?! 
 
Ləçək-çiçək qoynunda, 
Şər dayanıb yolumda. 
Bu sevginin sonunda 
Qəpiyə satdın məni. 
 


182 
 
Yuxu 
 
Yuxular həyatın aynası, yuxular həyatın mənasıdır 
 
Əgər cümə yağış yağsa 
Sıxıntılar dağılar, 
Arzular çin-çin olar, 
Belə dedilər, yuxular. 
 
Gözlədim  şah cüməni, 
Barmaqla saydım günləri 
intizarla, həsrət ilə. 
 
Bu da cümə... 
İlahi, göy üzü tutuldu, 
Çaxnaşdı, buludlar doldu. 
İldırımlar çaxdı, 
buludlar haçalandı, 
bir anda parçalandı. 
Qara buludlar itdi, 
Yerə damla da düşmədi
Arzular boşa getdi. 
 
 


183 
 
Gəlirəm 
 
Hər gecə sevgini düĢünə bilsən sevdan ölməyəcək! 
 
Dağların qoynunda qar, 
Getdi daha, gəlməz yar. 
İncidir ayrılıq-kədər, 
Qəbrimi qazın, ölürəm. 
 
Ay ana, gözüm yolda, 
Fikrim-xəyalım yarda. 
Sevdam çırpınır, torda, 
Anam, onu sevirəm. 
 
Dağları duman görürəm, 
Vüsalı yanan görürəm, 
Çağıra, deyə sevgilim, 
Sonam, ay sonam, gəlirəm. 
 


184 
 
Qadan alım 
 
Alıb qollarına sığal çəkirsən, 
Könlümü beləcə al, qadan alım. 
Sevgi toxumunu qəlbə əkirsən, 
Sevgi bağçasını sal, qadan alım. 
 
Ah, necə dözərəm, mən sənsiz necə? 
Alışdım oduna, yandım gizlicə. 
Əlləri saçımda sən incə-incə 
Çəkərək sığalla, yar, qadan alım. 
 
Bir bax, sevgimizin xoş əməlləri
Ənbər tək qoxuyur sevda  gülləri. 
Sənin titrətdiyin sevgi telləri 
Mənim də könlümdə var, qadan alım. 
 
Sevda şarkısından başım gicəlir, 
Bu sevgi nə susur, nə də dincəlir. 
Bu necə nəğmədir əvəz eləmir 
Kaman, qaval, tar, qadan alım. 
 
Əzizim, deyirəm, “yad”a sarılma, 
Sevda yollarında yorma, yorulma. 
Məndən nə incimə, nə də darılma, 
Ömürlük yanımda qal, qadan alım. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə