Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

139 
 
Şəbnəmlər düzülür gülə, 
Körpələr öz beşiyində. 
Yolçu dünya bələdçisi
Ana bala keşiyində. 
 
Dan üzündə qan göründü
Səhər açdı, dan söküldü. 
Tanrım mələyi qorudu! 
İblisin gözü töküldü! 
 
 


140 
 
Çıxmışam 
 
Bu  can o candan deyil, 
Qollar qucanan deyil. 
Quşam, zülmət gecədə 
Yuva- yurddan çıxmışam. 
 
Atılıb-düşən ürəyim, 
Min arzu, min diləyim. 
Sevgidən bişən ürəyim, 
Yanan oddan çıxmışam. 
 
Səsəm, sehirəm nədi?! 
İstək, mehirəm, nədi?! 
Məni Tanrı köklədi, 
Çalan uddan çıxmışam. 
 
Dərdi ötürüb, gəldim, 
Odu götürüb, gəldim. 
Yarla görüşə gəldim, 
Özüm yaddan çıxmışam! 


141 
 
Aparır 
 
Bir uşaq yapışıb əlimdən mənim, 
Aparır, harasa çəkib, aparır. 
Ayımı, günümü götürüb qaçır, 
Özümü özümdən söküb aparır. 
 
Bir uşaq qarşımda atın oynadır, 
Bu uşaq gəncliyin xatirəsidir. 
Solan məhəbbətin son hekayəsin 
Nimdaş paltarıma büküb aparır. 
 
Bu uşaq mənəmmi, yoxsa yaddımı, 
Bəxtim mürgülədi, yoxsa yatdımı? 
Görən bəxtim yel qanadlı atdımı? 
Məni yəhərinə çəkib, aparır. 
 
İlahi, mən necə bu yaşa gəldim? 
Qədərlə çarpışa-çarpışa gəldim, 
Əzrayıla yoldaş olub, tuş gəldim, 
Sinəmin üstünə çöküb aparır. 
 
01.02.2010.     


142 
 
Ağlamışam 
 
İlahi, bu gecə yenə yatmıram, 
Açıram səhəri dipdiri gözlə. 
Qaranlıq gecənin bu qış günündə 
Bəxtimə deyirəm, dur, məni gözlə! 
 
İsti otağımda yataq buz kimi, 
Dörd divar gözünü dikir üzümə. 
Gözümün yaşları acı duz kimi, 
Gilə-gilə, səf-səf süzür üzümə. 
 
Yenə öz qınıma sığınmışam mən, 
Yenə öz-özümə danışdım nağıl. 
Deyirlər, ağlamaz özü yıxılan, 
O zaman bəs niyə ağlamışam mən?! 


143 
 
Ağ ayaqqabı 
 
Başın qoyub dizi üstə, 
Qız nağıl istəyir öz anasından. 
Dərdi alışıbdı ocağın üstə 
Özünü gizlədib öz balasından 
…Ana nağıl danışır… 
 
Codlaşan əllərin sığalı sərtdi, 
Xəyal kələf  kimi qarışır… 
Bu nağıl, yoxsamı dərddi?! 
Ana nağıl danışır… 
 
Nə ana cavandı, nə qızı körpə, 
Saçlarından öpə-öpə 
Yatırdır qızını dizinin üstə. 
Ana nağıl danışır… 
 
Yaşlarını tökə-tökə, 
Dərd-sərini çəkə-çəkə, 
Nəyisə unudub bəlkə? 
Ana nağıl danışır… 
 
Bəbək sədəf, göz mirvari, 
Dürdanədir göz yaşları. 
Ananı durdurun  barı. 
Qızının üz-gözünü 
yudu ananın yaşları. 
 


144 
 
Ana nağıl danışır… 
Elə sən yaşda-səndən uzaq!!! 
Elə səntək ağ buxaqlı. 
Ayağında  ağ çəkmə, 
Sarı saçlı, yosun gözlü… 
Üzü qəmdən duvaqlı. 
O ağ ayaqqabılar 
Tak… 
             tarak… 
O qızı apardılar… 
 
Ana nağıl danışır… 
Olub-bitən günləri… 
Qəfildən qız qalxaraq 
Qaçır harasa… qaçır… 


145 
 
Gedir, amma qayıdır, 
Əlində ağ çəkmələr. 
 
– Bumu, səni apardı 
Qəm-qüssəli günlərə? 
Qoy dolanım başına, 
Qəm-qüssən mənim olsun, 
Bu çəkməni ver mənə. 


146 
 
Qəm gəmisində 
 
Xəzərin köksündə bir gəmi üzürdü – qəm gəmisi. 
Səhərin alatoranlığında, kimsəsizikdə intizar çəkirdi 
gəmi. 
 
Süzülüb içimə doldu qaranlıq, 
Yenə saçlarımı yolacaq gecə. 
Bu gecə zirzəmi verir qonaqlıq, 
Kədərim çöhrəmə qonacaq yenə. 
 
Suvağı tökülən divarlar soyuq, 
Zirzəmi qaranlıq divarı oyuq, 
Ağlama, biçarə, səsini ud ki… 
Bir kimsə halından düşməsin duyuq. 
 
Sən Allah, diksinən qismətə bir bax, 
Yosun gözlərimin nəsibi yaşdı. 
Əlimdə tutduğum qızıl ləyəni 
Doldurub göz yaşım, ləbələb -daşdı. 
 
Yenə qısılmışam divar küncünə, 
Kədərlə yükləndi baxışlarım da. 
Bu günə baxanda dünənə şükür… 
Yazıqlıq töküldü baxışlarımdan. 
 


147 
 
Süzür qulağıma o səsin sehri, 
Atamın ruhuyla danışdım yenə. 
Ruhun da olarmış yaşı, qəhəri, 
Ay Allah, kədər də üzülür mənə?! 
 
Duz kimi ağappaq bəxtimin çölü, 
Elə duz yüklüdür qəmim də, Allah. 
Bəxtim suya düşdü, duztək əridi, 
Əridi ovcumda, əlimdə, Allah! 
 
Uçacaq bir gecə bu kürsülü ev, 
Nisgilim batacaq zirzəmisində. 
Bu   gecə Xəzər də fırtınasıyla 
Dərdimi aparsın qəm gəmisində. 


148 
 
Gedim 
 
Sənə gəl demirəm, gəl, yenə də qayıdarsan,  deyirəm 
 
İçimdə fırtına, güman boğulur, 
Tənhalıq nə yaman ağır olurmuş. 
Deyirlər, gecədən sabah doğulur, 
Sən demə, gecələr kədər doğurmuş! 
 
İtim gözlərindən gedim haraya?! 
Sən yolu göstər ki, mən çıxım gedim. 
Sən adlı sevgimə  gələn bəlaya 
Ağlayım, yaşımı qoy sıxım, gedim. 
 
O dağda duman var, gedim bürünüm, 
Sarılım dumana, bükülüm çənə. 
İldə bircə dəfə qayıt yanıma, 
Doğulan şəfəq tək sarılım sənə. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə