Azərbaycan MEA-nın Xəbərləri, ictimai elmlər seriyası, 201S, №1
161
ƏDALƏT TAHİRZADƏ
AZƏRBAYCAN CÜMHURİYYƏTİ HÖKUMƏTİ HEYƏTİ-MÜRƏXXƏSƏSİ
MALİYYƏ HEYƏTİNİN İSTANBULDAKI FƏALİYYƏTİNƏ DAİR (1918-ci il)
Açar sözlər:
Azərbaycan Cümhuriyyəti, Məhəmmədəmin Rəsulzadə, Heyəti-mürəxxəsə, İstan
bul Konfransı, Maliyyə heyəti, Səlim bəy Behbudov, Əsəd bəy Rüstəmbəyov
GİRİŞ
16 iyun 1918-ci ildə Tiflisdəki Sərdar sara
yından Milli Şuranın rəhbərliyi altında Gəncəyə
köçən Azərbaycan hökuməti açıq okeanda üz
məyə məhkum edilmiş sükansız gəmi kimi föv
qəladə ağır durumda idi. Həyat səhnəsinə atıl
mış, Ənvər paşa və Nuru paşa qardaşlarının
qeyrətləri sayəsində yenicə ayaq açmağa başla
mış 20 günlük Azərbaycan dövləti ayaq üstə
durmağa çalışırdı. Yalmz kağız üzərində m öv
cud olan dövlətimizin paytaxtı Bakı düşmən
əlindəydi. Sərhədləri müəyyən deyildi. Nazir
liklərin quruca adı vardı və təkcə nazirlərdən
ibarətdi. Ordu yalnız Nuru paşaya tabe əsgər
lərdən ibarətdi. (Azərbaycanın xilaskarı Nuru
paşa da 17 iyunda təşkil edilmiş ikinci hökumət
kabinəsində Müdafiə Nazirliyinin mövcudluğu
na imkan vermədən onun səlahiyyətlərini öz
üzərinə götürmüşdü; cəmi 21 gün müdafiə nazi
ri adlanmış Xosrov bəy Sultanova isə bu kabi
nədə torpaq naziri vəzifəsi verilmişdi). Dövlətin
xəzinəsi və deməli, xərcləməyə pulu yoxdu.
Dörd bir tərəfi düşmənlərlə əhatələnmişdi; üz
tuta biləcəyi yeganə siyasi-iqtisadi umud qapısı
Osmanlı Sultanlığı idi. Bu durum onu ləngimə
dən İstanbulla hərtərəfli əlaqələr qurmaq üçün
nümayəndə heyəti (ozamankı terminlə: heyəti-
mürəxxəsə) göndərməyə vadar edirdi. İstanbul
Konfransı bu məqsəd üçün ən uyğun məqam idi.
Xariciyyə naziri əvəzi Xudadad bəy Məli-
kaslanovun Heyəti-Vükəla rəisinin (Nazirlər
Şurası sədrinin) rəsmi blankmda Məhəmməd
əmin Rəsulzadəyə yazdığı və İstanbulda 14 av
qust 1918-ci ildə alınmış məktub o dönəm du
rumunu ən aydın şəkildə anladır: “Çox hörmətli
Məhəmmədəmin! Maliyyə vəziyyətimiz çox
ağırdır. Gürcü və ermənilərlə birgə yeni bonlar
buraxmaq haqqında razılaşmamız baş tutmadı
və tamamilə alt-üst oldu. Etirazlarımıza baxma
yaraq, gürcülər ermənilərlə birlikdə beynəlxalq
münasibətlərin adi tələblərini ən kobud şəkildə
pozaraq köhnə ümumqafqaz nümunəli bonları
buraxmaqda davam edirlər və bununla müvəq
qəti də olsa öz maliyyə çətinliklərini aradan
qaldırırlar. Bizsə tamamilə pulsuz qalaraq bü
tün umudlarımızı İstanbula bağlamışıq və o
pulları, bonları gözləyirik ki, onlar haqqında
Sizə yazmışıq, onlardan ötrü Behbudov və Rüs-
təmbəyovu göndərm işik” [8, v.39].
İndisə iki ay geriyə dönək və Məhəmməd
əmin bəyin nə səbəbdən İstanbulda bulunduğu-
nu öyrənək. Azərbaycan Rəisi-vükəlası (Baş
naziri) Fətəli xan Xoyski və xariciyyə naziri
Məhəmmədhəsən Hacmskinin 17 həziran 1334-
cü ildə (17.06.1918) Gəncədə imzaladıqları 145
saylı sənəddə oxuyuruq: “Azərbaycan Məclisi-
Millisi rəisi Rəsulzadə Məhəmmədəmin bəy-
əfəndi təhti-rəyasətində1 ədliyyə naziri Xəlil bəy
Xasməhəmmədov əfəndi ilə M əclisi-Milli əza
sından Aslan bəy Səfikürdski əfəndilərdən mü
təşəkkil Heyəti-mürəxxəsənin dövləti-əliyyeyi-
Osmaniyyə ilə müttəfiqləri bulunan Almaniya,
Avstriya, Bolğariya dövlətləri və Qafqasiya
cümhuriyyətlərindən Şimali Qafqas Cəbəliyyun
İttihadı, Gürcüstan və Ermənistan hökumətləri
nin iştirakıyla İstanbulda in ’iqad edəcək2 kon
fransa iştirak və düvəli-müşarileyh ilə hər növ
müahidati-siyasiyyə, müqavilati-əsgəriyyə, ma
liyyə və iqtisadiyyə əqd və imzası içün3 Azər
baycan hökuməti tərəfindən məmur edildiklə
rini mübəyyin etimadnamədir ” [6, v.4j.
Azərbaycan hökuməti İstanbula göndəri
ləcək Heyəti-mürəxxəsənin əsas tərkibini 17
1 Sədrliyi altmda.
2 Olacaq.
3 Adı çəkilən dövlətlərlə siyasi öhdəliklər, hərbi, maliyyə
və iqtisadi müqavilələr bağlamaq və imzalamaq üçün.
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
162
Известия ИАН Азербайджана. Серия общественных наук, 2018, №1
iyunda müəyyənləşdirsə də az sonra tərkibdə
bəzi dəyişikliklər etdi. Beləliklə, İstanbula
ümumən bu nümayəndələr göndərildi: Heyətin
' rəisi (sədri) Məhəmmədəmin Rəsulzadə, mürəx-
xəslər (səsvermə hüquqlu tam səlahiyyətli nü
mayəndələr) Xəlil bəy Xasməhəmmədov və
Aslan bəy Səfıkürdski, siyasi müşavirlər Əkbər
ağa Şeyxülislamov və Əhmədcövdət Pepinov,
hərbi müşavirlər general İbrahim Yusubov və
polkovnik Əbdülhəmid Qaytabaşı, maliyyə m ü
şavirləri Səlim bəy Behbudov və Əsəd bəy Rüs-
təmbəyov,] katiblər
Abbas bəy Atamalıbəyov və
Məhəmməd Məhəmmədov [11, 69].
Heyəti-mürəxxəsə qərarın ertəsi günü - 18
iyunda İstanbula yola salınıb, Tiflis-Batum-
Zonquldaq yolu ilə gedərək [11, 70] 24 iyunda
İstanbula çatıb və o tarixdən 21 oktyabradək,
yəni geri dönmələrinədək Pera Palas otelində
qalıb [8, v. 24a].
Vüqar İmanov yazır: “Ümumən heyətin
milliyyətçi və sosialist meyilli üç nüfuzlu lideri
ehtiva etməsi və bunların təcili yola çıxarılma
ları Nuru paşanın bu kişilərdən qurtulması kimi
də düşünülə bilir. İstanbulda önəmli bir kon
fransa göndərildikləri bilindiyi halda, çox təcili
hərəkət etdirilmələri və hətta yetərli xəritə və
sənədlərlə (özəlliklə, Azərbaycanın İstiqlal Bə
yannaməsi və s.) belə təmin edilmədən yola çı
xarılmaları bir sıra haqlı şübhələrə səbəb ol
maq daydı” [11, 68]. Bu şübhə toxumunu ilk
dəfə T.Svitoçovski səpib və sonrakı araşdırma
larda cücərib. Onların köksüz və yalan olduğu
nu prof. Cəmil Həsənli əsaslı şəkildə sübut etdi
yindən [10, 113] biz bu məsələyə yenidən dön
məyi artıq saydıq.
Prof. C.Həsənlinin də qeyd etdiyi kimi,
İstanbul Konfransının çağırılması təşəbbüsü
Türkiyədən deyil, Gürcüstan və Almaniyadan
gəlmişdi. Onun ilkin məqsədi Qafqazda yeni
yaranmış müstəqil dövlətlər arasındakı sərhəd
problemlərini həll etməkdi, ancaq İstanbula gəl
miş hər dövlətin öz maraq və niyyətləri ortaya
çıxmışdı. Məsələn, Almaniya və Osmanlı döv
ləti Qafqazı iqtisadi və hərbi nüfuzu altına sal
mağı, Gürcüstan və Ermənistan Osmanlıya tərk 1
1 Hökumət Behbudov və Rüstəmbəyovu İstanbula gön
dərmək haqqında 11 iyul 1918-ci ildə qərar çıxarmışdı.
etdikləri torpaqların yerinə Azərbaycan torpaq
larına yiyələnərək ərazilərini genişləndirməyi
düşünürdülər. Azərbaycanın isə Konfrans gö-
rüşmələrindəki gözləntilərini Dr. Mehman Ağa
yev bu şəkildə sıralayır:
1) Osmanlı hökumətinin Azərbaycana ger
çək münasibətini öyrənmək və diplomatik əla
qələr qurmaq.
2) Ermənistan və Gürcüstan ilə olan sərhəd
məsələlərini həll etmək.
3) Müttəfiq ölkələrin təmsilçiləri ilə Azər
baycanın bağımsızlığmm tanınmasına cəhd et
mək. Osmanlı ictimai rəyində və mətbuatmda
Azərbaycam tanıtmaq [1, 70].
Əlbəttə, bunlar Heyətin qarşısında duran
strateji önəmli məsələlərdi və onları özəlliklə
V.İmanov yetərincə araşdırıb [11]. Bizim baş
lıca məqsədimizsə Heyəti-mürəxxəsəyə sonra
dan qoşulmuş Maliyyə heyətinin işi, eləcə də
onun üzvləri Səlim bəy Behbudov və Əsəd bəy
Rüstəmbəyov haqqında ətraflı bilgi verməkdir.
MALİYYƏ HEYƏTİ VƏ ONUN
ÜZVLƏRİ
Azərbaycan hökuməti Heyəti-mürəxxəsədə
çalışmaq üçün iyulun ikinci ongünlüyündə
İstanbula yeni bir heyət göndərmişdi. Yalmz
S.b.Behbudov və Ə.b.Rüstəmbəyovdan ibarət
bu heyətin qarşısına Osmanlı dövlətindən Azər
baycan üçün təcili borc almaq və İstanbulda
Azərbaycanın pulunu çap etdirmək kimi çox
mühüm vəzifə qoyulmuş, bu məqsədlə onlara
maliyyə müşavirləri kimi geniş səlahiyyət ve
rilmişdi. Baş nazir F.x.Xoyski 11 iyul 1918-ci
ildə İstanbuldakı Məhəmmədəmin Rəsulzadəyə
yazırdı ki, Türkiyə Hökumətinin verdiyi borcla
bağlı hər hansı müqavilə bağlamaq lazım gə
lərsə onu Sülh Heyətinin sədri kimi Siz və gön
dərdiyimiz nümayəndələr Səlim bəy Behbudov
və Əsəd bəy Rüstəmbəyov imzalamalısınız.
Bonlar buraxılarkən Nəzarət Komissiyasında öz
təmsilçilərimizin olması gərəkdir; onlar Beh
budov və Rüstəmbəyov ola bilər. Behbudov və
Rüstəmbəyovun hər birinə obaş-bubaş üçün iki
min manat yolxərci verilib, yerdə qalan bütün
hallarda İstanbuldakı Azərbaycan Sülh Heyəti
üzvləri dolanışığının bütün şərtləri onlara da
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ