Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   15   16   17   18   19   20   21   22   23

158 
 
Ayrılaq 
 
Doymuşam sevgidən tox gedirəm mən, 
Daha durmayacam, yox, gedirəm mən. 
İndi bir dəqiqə – çox demirəm mən 
Baxaq bir-birimizə vidalaşmağa. 
 
Həsrəti biçmişik illərin üstə, 
Günləri ötürdük sirlərin üstə, 
Ayrılaq deyirsən, gözlərim üstə, 
Ehtiyac görmürəm qucaqlaşmağa. 
 
O tənha söyüdün əlləri yerdə, 
Ayrılıq şarkısın çalır dilim də… 
Mən sənsiz darıxıb, darılsam evdə 
Gedəcəm söyüdlə pıçıldaşmağa. 
 


159 
 
Sevgi 
DüĢün... düĢündükcə... Sevgini düĢün.  Bu istək və 
sevda bir kəĢf və elmdir. Daha dəqiq desək- DUYĞU 
elmi. Bu elmi öyrənənlər, onu dərindən dərk edənlər 
bəxtiyardırlar! 
 
Çilçıraq  oynayır  tavanın altda, 
İşığı rəqs edir ətəklərində. 
Bir oğlan dayanıb Allahın altda. 
Sevgi parıldadır bəbəklərində. 
 
Ay işıq salıbdı pənjərəm üstən, 
Ulduzlar bu gecə nəğmə söyləyir. 
Günəşsə batıbdı, küsübdü bizdən
Sevənlər günəşi gecə neyləyir? 
 
Dan atır sabahın üzü deyəsən, 
Sevgim gündoğana boylanıb, gedir, 
Kim isə,  nə  isə dedi görəsən? 
Qoymayın, bu sevdam tovlanıb, gedir. 
 
O oğlan bəlkə də bu gecə yenə, 
Qoyacaq dəmini ocağın üstə. 
Gündüzü neynirəm, gəlib hər gecə 
Alsın qucağına, məni gizlicə. 
 
 
 
 


160 
İnciyən sevda 
 
Bir çiçək ağladı ayağım altda, 
Tapdayıb, ləçəyin tökmüşəm deyə. 
Bir oğlan ağlayır yuxularımda 
Onun ürəyindən köçmüşəm deyə. 
 
Demə, Babadağın dumanı, çəni, 
Hələ çox bürüyər, hələ çox məni. 
Gözəllik naminə mərcə durmuşam, 
Udacam tülpanı, dağda süsəni, 
 
İncitdim  çiçəyi, ləçəyi düşdü. 
Lalənin bağrı qan, gözü də yaşdı. 
Daşqınlar tökülür Baba dağından, 
Məhəbbət incidi, bir sevda qaçdı. 
 
Bu yollar dolaşıq kələf kimidi, 
İlişsə ayağa düyün düşəcək. 
Göylərdən sallanan cinmi, mələkmi? 
Kökündən qırılıb bir gün düşəcək. 
 
Oayanın dalından kəklik çırpınıb 
Uçdu, məhəbbətin özünə sarı, 
Hanı əllərimin xınası kəklik? 
Harayla sevgimi özümə sarı. 


161 
 
Ağladı 
 
Bir baxışda yandılar, 
Qəmli, pərişandılar, 
Bir-bir, dən-dən oldular, 
Başımda telim ağladı. 
 
Yaş gəlib gözə doldu, 
Sevgi teli qırıldı. 
Sevənə yazıq oldu, 
Bağçada gülüm ağladı. 
 
Ox idi-çarxa döndü, 
Su idi-arxa döndü, 
Üfürdüm, odum söndü, 
Ocaqda külüm ağladı. 
 


162 
 
Deyiləm 
 
Səndən qaçmaq istəyirəm, sonuna qədər!Əllərimi 
əllərindən, gözlərimi gözlərindən çəkəcəyəm birdəfəlik. 
 
Uçub dağılsa dünya ahından, 
Bir daha yanına dönən deyiləm. 
Sən məni yandırdın ah, sözlərinlə, 
Vulkanlar sönsə də, sönən deyiləm. 
 
Keçdiyin o körpü uçacaq dedim, 
Yalanın ayaqla qaçacaq dedim, 
Bu sevda başına uçacaq dedim, 
Bir mələk olsan da dönən deyiləm. 
 
Dilim kösöv üstə, alışan odda, 
Ötmə o sahildən, nə bəri adda, 
Çiçəklər düzsən də ayağım altda, 
Gözümü yumacam, görən deyiləm! 
 
Salma ötənləri daha yadıma, 
Boşuna alışdım, yandım oduna. 
Dönüb Əzrayıla gəlsən qapıma, 
Mən sənə can verib, ölən deyiləm. 
 


163 
 
Sonuncu ümid 
Məni dünyandan çıxarıb atdın. Saçaq-saçaq sökdün 
məni qəlbindən. Bəlkə də bir zaman bilərsən ki, mən 
günahkar deyiləm. Olanlara inana bilmirəm. Amma 
inanıram ki, mənə nə vaxtsa bircə dənə sarı çiçək 
göndərəcəksən. 
 
 
Bu payız ağacdan bir yarpaq düşüb 
...dindirdi könlümün duyğularını. 
Bağçada bir qızla oğlan görüşüb… 
Gerçəyə döndərdi yuxularımı. 
 
Boylanıb keçmişə, geriyə döndüm, 
Titrədi gözümdə qəm yağışları. 
Sonuncu ümidim sozaldı söndü, 
Töküldü ümidin son yarpaqları. 
 
Bu payız yağışlar damla-damladı, 
Ömrümün sonuncu yağışıdımı? 
Bəxtimin ulduzu sönük parladı, 
Bu mənə Tanrının qarğışıdımı? 
 
 


164 
 
Məni 
 
Həsrətin oduna yandım, alışdım, 
Pirsaat çayında söndürün məni. 
Bu gecə üzümü yaşla yumuşdum, 
Nə olar, siz Allah güldürün məni. 
 
Atılıb qalmışam zindan küncünə, 
Qaldırın mehraba – sevda kürsünə. 
Sevdayla, sevgiylə alışan günə 
İzahat verəcəm, dindirin məni. 
 
Mətanət, sınıb, qırılıb qolların, 
Açılsın önündə sevgi yolların. 
Yolumda qurulub dar ağacların 
Asın o kəndirdən öldürün məni. 


165 
 
Həsrət zəngi 
 
Bu yay yaman ləngidi… 
Qorxuram çiçəklər açmasın, daha. 
Duman çökübmü bağlara, 
yoxsa üzün rəngidi? 
 
Bu səs nədi, bəs  səda?… 
Qırx  yaşın qırx ritmi, 
Tütək səsi, yanğı səsi, cəngidi. 
Ömrün sevgi nəğməsi? 
bəlkə həsrət zəngidi! 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə