Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

110 
 
Qurani-şərif xətrinə, 
Ayətül-kürsü ətrinə, 
Ulu Tanrım  xatirinə, 
Qayıt. 


111 
 
Günahsız 
 
Andım var asimanlara, 
İşlənməyən günahlara, 
Nahaq tökülən qanlara 
Bağışla. 
 
Ah, günahsız günahkaram, 
Dərdi sinəmdə saxlaram, 
Mən olsaydım bağışlaram 
Bağışla. 
 
Tək gümanım göz yaşıdı, 
Nisan, payız yağışıdı, 
Allahınmı qarğışıdı? 
Bağışla. 
 
Şübhələrin nafilə, 
İncidirsən bilə-bilə, 
Göz yaşımı silə-silə 
Bağışla. 


112 
 
Naçar 
 
Sənin qəlbin elə kilidlənib ki... Bir ovuc açar belə 
könlünün qapısını aça bilməz. O qapı elə bağlanmayıb 
ki... 
 
Ovuclarım  dolu açar, 
Gözlərindən işıq saçar. 
Ürəyim sənə sarı, 
lakin ayaq səndən qaçar. 
Nə sübut var, nə də şahid
Qarşında qalmışam naçar. 


113 
 
Payız 
 
Könlümü oxĢayan payız, qəmimə oxĢayan payız, 
ömrümə, könlümə, evimə xoĢ gəldin! 
 
Bir payız günündə 
külək hər yeri bürüdü. 
Suyun ətəklərində 
            titrətdi söyüdü. 
Açdım pəncərəmi, 
          külək otağa doldu, 
Könlümü ovsunladı. 
 
Payızın yağışları, 
çiləndi üzümə. 
Sual etdim özümə: 
Mən niyə qüssələndim, 
Eh, yenə də noldu? 
Ulduzlar parladı, könlümü aldı, 
Göy qurşağın salladı, 
mənə salam yolladı. 
 
Saat 23:05. Şənbə.  
25 oktyabr 2014. 
 
 
 
 
 
 


114 
Nə qaldı 
 
Bir siqar tüstüsü uzanır, gedir, 
Havada qıvrılır ayrılıq üçün. 
Gözlərin giləsi ayrılıq güdür, 
Nədən tələsirsən ayrılıq üçün? 
 
Kədər sıralandı yollar boyunca, 
Gözündə həsrətim, nisgilim qaldı. 
Son kərəm gözünə baxım doyunca, 
Ay sevgilim, məndən sənə nə qaldı? 
 
Gecənin kədəri doldu qoynuma, 
Səhər gözün açdı, Günəş oyandı. 
Hər şeyin babalı yazıq boynuma, 
Budur, günahım da qana boyandı. 
 
04.08.2010. 
Saat 10:30 


115 
 
Qorxuram 
 
Həsrətin şəklini çəkdim, 
ağ buludlar üzərində. 
Sənsizliyin acısını 
həkk etdirdim gözlərimdə. 
 
Deyəsən, yağış yağacaq... 
möhnətin üstünə, 
həsrətimi yuyacaq. 
küləklər əsəcək, 
kainat silkələnəcək! 
Dünya qorxacaq! 
Mən sənin yoxluğundan 
qorxduğum kimi. 


116 
 
Uşaq olmaq istəyirəm 
 
Körpə uşaq ağlayantək 
ağlamaq istəyirəm. 
Ağlayan uşağı anası kiridəcək, 
Qaldıracaq ayaqları üstə, 
Asta-asta yeridəcək. 
Uşaqlıq xəyalı başımda... 
İlahi, uşaq olmaq istədim 
bu yaşımda. 
 
Yetim tək göynəyib ağladığım, 
Qapazla kiridiyim günlər... 
Küçənin ayağından başına, 
Ayaqyalın yeridiyim günlər... 
Sərçəyə dönərdim ağac başında... 
İlahi, uşaq olmaq istədim 
bu yaşımda. 
 
Nağıllar eşitdim - 
Günəşdən, Aydan. 
Böyüdüm, ha böyüdüm... 
Siz mənim dərdimi 
biləsiz hardan? 
Döyüldüm, ha döyüldüm... 
Nələr çəkməyib başım da... 
İlahi, uşaq olmaq istədim 
bu yaşımda. 
 


117 
 
Anacan, mən yazıq böyümədim heç, 
Elə körpəlikdə olduğum kimi, 
Canımı nənniyə qoyduğun kimi
Hərdən dizlərində uyuduğum kimi 
Yenə uyuyum dizində-qucağında, 
İlahi, uşaq olmaq istədim 
bu yaşımda. 
 
27.10.2010. 
Saat 20:35. 


118 
 
Ağlama 
 
Nəğmə kimi könlümdə, 
Zümzüməsən dilimdə. 
Sənə qurban ola-ola
Yalvarıram ürəyimdə. 
 
Bu da son! Ağlama gözüm, 
Biz cismani ayrılırıq! 
Mən sənin düşüncəndə, 
Sən mənim könlümdə 
Səni məndən bacarmaz 
ayırmağa ölüm də! 
 
27.10.2013. 


119 
 
Hardasan 
 
Baxışım dikilib qalıb 
çarpışan buludlara
Hardasan? 
 
Bu həsrət nə vaxt bitər? 
Yetər, ay gülüm, yetər, 
Hardasan? 
 
Əllərim uzalı sənə, 
Dözəmmirəm həsrətinə 
Hardasan? 
28.10.2010. 
Saat 9:49. 


120 
 
Sarı rəng 
 
Deyirlər, doğulan zaman 
sapsarı qız olmuşam mən. 
O gün belə gün imiş... 
Atam anamı atmış... 
Bax belə zamanda 
doğulmuşam mən. 
 
Ananın bəxti qızına yazılar; 
Qız, ya ana bədbəxtmi? 
Uşaqlar bəxtəvər, atalı, 
İlahi, neynirəm belə bəxti. 
 
Deyirlər, sapsarı qız olmuşam mən, 
Həyətimizdə atılan-qalan 
          köhnə təkərin üstündə 
                            doğulmuşam mən. 
Atılmışam əldən-ələ, 
Gah o, gah bu, gah fələk, 
İlahi, nə qədər döyülmüşəm mən. 
 
Bu Tanrının əməlindən, 
anlamadım, baş açmadım. 
Tutacaqmış yad körpələr əllərimdən. 
Sevinəndə  özgəsiyçün, 
Allah, sarı kəlməsiyçün - 
ölürəmmiş! 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə