Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

191
Məhdəviyyət haqqında nəzərlər
dır.  Bu  müddət  ərzində  imam  öz  yardımçıları  ilə  Mədinədə, 
sonra isə Məkkədə əlaqə yaradacaqdır, öz rəhbərlik əlamətini 
kamil şəkildə göstərəcəkdir. Olduqca həssas olan həmin şərait-
də öz bəyanatını tərəfdarlarına çatdıracaqdır. İslamın müxtəlif 
məntəqələrində (Səmadan nida çəkildikdən və Süfyani çıxdıq-
dan sonra ) birbaşa olaraq tərəfdarları ilə əlaqə quracaqdır. Bu 
isə uzunmüddətli qeyb dövrünün sona çatması, kiçik (gizli) zü-
hurun başlanğıcıdır. 
Üçüncü sual: İmam Mehdinin zühuru və dəvətinə qarşı 
Məkkə  və  Mədinə sakinlərinin reaksiyası necə olacaqdır? 
Onların bu məsələdə mövqeyi nədir?
Zühurdan  öncəki  zamanda  Hicaz  məntəqəsində  siyasi 
stabilliyin  olmaması,  hakimiyyət  üstündə  daxili  çəkişmələr 
səbəbilə  Əhli-beyt  ardıcıllarına  yönəlik  düşmənçilik  qüvvəsi 
yaranacaqdır.  Çünki  həmin  məntəqədə  onların  rəqib  qüvvə-
si olmayacaqdır. Bu qüvvə həmin zamanın hakim nizmanının 
qalmış olan qüvvələrinin köməkliyi ilə bir sıra hərəkətlər edə-
cəklər.  Onların  bu  hərəkətləri  və  işləri  İmam  və  ardıcıllarına 
yönəlik  kin,  nifrət  və  düşməçiliyi  bizə  göstərrir.  Həmin  iş  və 
əməlləri aşağıdakı şəkildə göstərmək olar:
1 – Ramazan ayında səmadan nida gəldikdən, Rəcəb ayın-
da Süfyani çıxdıqdan sonra, zühurdan bir neçə ay öncə mömin-
lər  dəstə-dəstə  Məkkəyə  yollanarlar  ki,  İmama  yardım  etsin-
lər. Düşmənlər möminlərə və İmamın dostları barədə şübhəyə 
düşər, onları yox etməyə çalışar, əleyhlərinə bir neçə plan işlə-
dərlər. Habelə, Əbu Bəsir İmamdan nəql etdiyi rəvayətdə qeyd 
edir ki, həmin zamanda bir çox möminlər ələ keçirilər və zin-
dana salınarlar.
173
2 – Hakim nizamdan qalanlar və tək irçi qrupların Mədinə-
də dəhşətli cinayətlərə mürtəkib olması. Onlar bir haşimi gən-
173
  Bəşarətul-İslam, s.210


192
Müctəba Sadət
ci  bacısı  ilə  birlikdə  (Muhəmməd  və  Fatimə)  qətlə  yetirərlər. 
Onların  cənazəsini  Peyğəmbər  məscidindən  asarlar,  bütüün 
bunlar intizarı çəkilən İmamın ardıcılları və yardımçılarına kin 
bəsləyəməyin izharıdır.
3  –  Zülhiccənin  iyirmi  beşi,  zühurdan  on  beş  gün  öncə 
İmam bir haşimini özü tərə indən nümayəndə olaraq Məkkəyə 
yollayar  ki,  oranın  şəraitini  öyrənsin  və  mübarək  inqilabına 
şərait yaratsın. İmamın elçisi Muhəmməd ibn Həsən Nəfsi-Zə-
kiyyə Məkkə hərəminə daxil olar, rükn və məqam arasında du-
rar və hərəmdə olan adamlara şifahi surətdə İmamın çağırışını 
çatdırar. Hakim nizamın qalıntıları Hicazda cinayətə əl atarlar 
ki, bundan öncəki cinayətlərdən heç də az deyil. Onlar İmamın 
elçisini  rükn  və  məqam  arasında,  Məscidül-haramda,  haram 
gündə qətlə yetirərlər. 
Bu hadisələrə diqqət etdikdə görürük ki, həmin zamanda 
İmamın zühuruna rəğbət bəsləmirlər və bu məsələ həmin bö-
yük rəhbərdən gizli deyil. Həmin dəlilə görədir ki, aydın şəkil-
də İmam Baqirdən nəql olunan uzun rəvayətdə buyurur: “Qaim 
öz əshabına deyər: “Ey qövm, Məkkə əhli məni çağırmır, amma 
mən onlara sarı göndərilmişəm ki, höccəti onlara tamamlayım. 
Belə ki, höccət tamamlamaq üçün mənim kimisi daha layiqdir”.. 
Dördüncü sual: Zühurun əlamətlərindən biri bir sıra 
siyasi hadisələrin baş verməsidir ki, İslam dünyasında baş 
verəcəkdir və Hicaz məntəqəsində də öz təsiri qoyacaqdır. 
Zəhmət olmasa, bu zamanda həmin hadisələrin ən mühü-
münə işarə edərdiniz. Bu nişanələrdən hansısa biri baş ver-
mişdirmi, yoxsa yox?
Ümumi  şəkildə,  İslam  ümməti  zühurdan  öncə  döyüşlər, 
itnələr, daxili çəkişmələr, habelə xarici qüvvələrin (rumlular) 
müdaxilərsi sayəsində çətin ziyasi zəi lik şəraitində olacaqlar. 
Nəticədə bir sıra kəskin, rəqabətli siyasi hadisələr baş verəcək-
dir ki, bəziləri bunlardır:


193
Məhdəviyyət haqqında nəzərlər
1 – Süfyaninin Şamdan çıxması (qəti əlamətlərdəndir). O, 
İmamın  ən  mühüm  düşmənidir  ki,  Qərb  tərə indən  himayə 
olunar.
2 – Yəmaninin Yəməndən çıxması (qəti əlamətlərdəndir). 
O, İmamı dəstəkləyənlərdən və yardım edənlərdəndir.
3 – Xorasaninin İrandan çıxması. O da İmama dəstək verən-
lərdən, yardım göstərənlərdəndir. 
Bu üç qüdrət həmin zamanda məntəqənin ağır siyasi və ni-
zam mərkəzi olacaqdır ki, zühurdan bir az öncə məntəqənin 
bütün siyasi şərait və atmosferinə təsir göstərəcəkdir.
İndiki  dövrdə  Orta  Şərq  məntəqəsinin  hadisələrini  araş-
dırdıqda,  oranın  siyasi  və  hərbi  durumunu  mütaliə  etdikdə 
görürük ki, zühurun əlamətləri az-az görsənməkdədir, həmin 
dövrdəki siyasi nəticələrin qüvvələri üçün toxumun cücərmə-
si müşahidə olunmaqdadır. Habelə zühurun hadisələri, onunla 
əlaqədar olan nişanələr ilə birlikdə rəqib cərəyanların əlamət-
lərini də hiss edirik. Həmin əlamətlərdən bəziləri bunlardır: 
Birinci  cərəyan:  İmamın  yardımçıları  –  Yəmani  və  Xora-
sani. Möminlərdən çoxu inanır ki, son zamanlarda Yəmən ha-
disələri və husilərlə müharibə Yəmaninin çıxmasının başlanğıc 
əlamətlərindəndir.  Həmçinin  Səudiyyə  hökümətinin  mühari-
bədə müdaxilə etməsi gələcəkdə baş verəcək hadisələrə hazır-
lıq və şərait yaratmağın başlanğıcıdır. Necə ki, biz bunları zü-
hur əlamətlərini qiraət edərkən oxuyururq və necə ki, bunları 
şərafətli rəvayətlər bizim üçün təsvir etmişdir.
İkinci  cərəyan:  Süfyaninin  başçılığı  altında  İmamın  düş-
mənləri.  Süfyani  yəhudilər  və  Qərblə  müttə iqdir.  Onun  Əh-
li-beytə  və  ardıcıllarına  qarşı  aşırı  kini  vardır.  Buna  görə  də, 
görrük  ki,  İraq  hadisələrindən  (Səddam  devrildikdən)  sonra 
məntəqədə bəəsçilər ilə tək irçilər arasında şiələrin əleyhinə 
ittifaq yaratmışdılar. Bu özü Süfyaninin ortaya çıxması və cərə-
yanının inkişafı, gələcəkdə baş verəcək hadisələr üçün müna-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə