Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə62/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   58   59   60   61   62   63   64   65   66

197
Məhdəviyyət haqqında nəzərlər
Süfyani  çıxdıqdan,  səmadan  nida  gəldikdən  sonra  uzun-
müddətli qeyb dövrü sona çatar, İmam bəzi xalis möminlərlə 
əlaqə yaradar. İmam vəd olunan günün hərəkətinin başlanğıcı 
üçün hazırlıq olsun deyə, birbaşa açıqlama və proqram, dəqiq 
və hikmətli yolgöstərmə qoyar. İmamın Nəfsi-Zəkiyyəni Mək-
kəyə yollaması özü tərə indən zəkalı bir addımdır ki, camaatda 
seçim  etsin,  habelə  müxalidlərin  qüvvə  və  həcmindən  xəbər 
tutsun. Bundan sonra İmamın yardımçıları ehtiyatı göz önündə 
tutaraq, daha ehtiyatla İmamı Məkkə və Mədinədə axtarmağa 
başlayarlar. Terrorizm əməliyyatları ehtimalı olan çətin əmniy-
yət şəraitində İmam tərəfdarları qərara alar ki, onunla görüş-
sünlər. Onlar eşidər, yaxud onlara xəbərə çatar ki, İmam Məkkə-
dədir və oraya gedərlər. Sonra eşidər, yaxud xəbər əldə edərlər 
ki, babasını ziyarət etmək üçün Mədinəyə getmişdir. Onlar da 
İmamla görüşmək üçün Mədinəyə yollanarlar. İmam Məkkəyə 
qayıdar  və  onunla  görüşərlər..  Nəfsi-Zəkiyyə  Zülhiccə  ayının 
25-i Məkkədə öldürüldükdən sonra İmam əshabı, köməkçiləri
xüsusilə 313 nəfər xalis dəstə ilə görüşər, onlara zühurun yol-
larına bundan sonrakı hərəkətə hazırlayar. O, mütəmadi olaraq 
köməkçilərilə görüşər, nəhayət şənbə günü, Məhərrəm ayının 
10-u yetişər. Sübh vaxtı çatar. İmam uzunmüddətli qeyb döv-
rünün sona çatmasını, qiyam zamanının yetişdiyini bildirər. O, 
Kəbənin yanında durar, arxası rükn və məqama olan halda du-
rar, üzü camaata sarı olar. Zühurdan sonra ilk sözlərini onlara 
çatdırar. İmamın sözləri hələ sona çatmamış, Hərəm polisləri 
və terroristlər onu ələ keçirməyə çalışarlar. On beş gün öncə 
etdiklərini yenə də etmək istəyərlər. Belə ki, həmin yerdə on-
lar Nəfsi-Zəkiyyəni qətlə yetirmişdilər. Bu zaman İmamın 313 
köməkçisi irəli çıxar və onu müda iə edər. Onlar İmama beyət 
edərlər.  Bundan  sonra  İmam  onlarla  Səfa  dağında  görüşər, 
qoşununa ümumi planını açıqlayar. Başçılara isə xüsusi tapşı-
rıqlar verər. Bundan sonra Məkkə hərəmi qalmış zalımlardan 


198
Müctəba Sadət
azad edilməyə başlayar. Həmin həssas anda yardımçı və ardı-
cılları üçün başçılığı kamil şəkildə öhdəsinə götürəcək, təlimat 
və tapşırıqlar verəcək, Məkkəyə hakim olmaq üçün plan qoya-
caqdır.  Beləcə,  möminlərin  zindandan  çıxarılması  başlayacaq 
və Məkkədə qalacaq, nəticədə ordusunun əsası on min nəfər 
təşkil edəcəkdir. Bu əsnada İmam topluma və dünyaya bir sıra 
xütbə və bəyanatlar söyləyəcəkdir. Onun çıxışları müxtəlif dil-
lərə tərcümə olunaraq yayın vasitəsilə birbaşa olaraq paylaşı-
lacaqdır.
Babası Allah Rəsulunun müjdə verdiyi Beyda çölündə bat-
ma  möcüzəsi  baş  verənədək  Məkkədə  qalacaqdır.  Bu  əsnada 
İmam Məkkədə bir sıra işlər görəcəkdir. O, qoşununun əsasını 
formalaşdıracaq, özü tərə indən məkkəlilərin üzərində hakim, 
yaxud vali qoyacaqdır. İmam Məkkədən bir neçə min nəfərdən 
ibarət  qoşunu  ilə  Mədinəyə  sarı  hərəkət  edəcəkdir.  İmamın 
qoşunu qoşunun batdığı yerdən keçərkən, İmam onlara həmin 
yeri xəbər verəcəkdir. Nəhayət, Peyğəmbər şəhərinə yetişəcək-
dir, onun Mədinəyə daxil olması, hansısa bir qarşıdurma və eti-
razla  qarşılanmayacaq.  Süfyaninin  ordusu  dağıtdıqdan  sonra 
İmam  Peyğəmbər  məscidini  restavrasiya  etməyə  başlayacaq-
dır. Bu əsnada İmama xəbər çatacaqdır ki, onun Məkkədə təyin 
etdiyi vali öldürülmüşdür. İmam Məkkəyə sarı gedəcək və qati-
li öldürəcəkdir. Məkkədə başqa bir vali təyin edəcəkdir.. İmam 
Mədinəyə qayıdacaq, İslam dünyasındakı müsəlman toplumu-
na təsir edən və mühüm strateji iş görəcəkdir. O, Peyğəmbər 
evinin və şərafətli məzarının yenidən quruculuq işlərini görə-
cəkdir. Bu işdən onun məqsədi İslam aləminə həqiqətləri ay-
dın etməkdir ki, tarix boyunca düşmənlər və müxali lər aradan 
aparmağa  çalışmışlar.  Bundan  sonra  az-az  Mədinədə  müxalif 
dəstələr  əmələ  gələcəkdir.  Amma  onların  müqaviməti  mü-
vəffəq  olmayacaq,  İmama  heç  bir  pislik  yetirə  bilməyəcəklər. 
Sonra İmam özü tərə indən bir nəfəri Mədinə camaatına vali 


199
Məhdəviyyət haqqında nəzərlər
təyin edəcəkdir. O, öz qoşunu ilə İran-İraqa sarı yola düşəcək-
dir. Ordusu Mədinədən çıxan kimi oranın valisinin öldürülmə 
xəbəri İmama çatacaqdır. İmam Mədinəyə geri dönəcək, kiçik 
bir  döyüş  keçirərək  düşmənlər  arasında  öldürülənlərin  sayı, 
rəvayətlərdə gəldiyi kimi, Fəxx döyüşünün şəhidlərinin sayın-
dan çox olacaqdır. Bundan sonra müxali lər və düşmənlər Mə-
dinədə təsiredici qüvvəyə malik olmazlar. 
Mədinəni azad etdikdən, Məkkəyə və ora hakim olduqdan 
sonra  İmam  asanlıqla  Hicaz  məntəqəsi  üzərində  hakimiyyət 
əldə edəcəkdir. Bu özü Beyda hadisəsindən sonra məntəqədəki 
hərbi zəi liyin və siyasi boşluğun var olmasına dəlildir. 
Yeddinci sual: Ərəbistan yarımadasında sakinlər, xüsu-
silə şiələr arasında İmamı gözləməyin dərəcəsi nədir? On-
ların İmama yönəlik həssasiyyəti nədir? Ərəbistan yarıma-
dasında Məhdəviyyət mədəniyyəti və intizar kültürü nədir?
İmamı  müsbət  şəkildə  gözləmək  qəlblərdə  optimizm  və 
ümid  yaranmasına  səbəb  olur.  Həmçinin  insanlarda  İmamla 
görüşmək, bu yolda çətinliklərə dözmək üçün psixoloji hazırlıq 
yaradır.  Bu  üzdən  Ərəb  yarımadasındakı  müasir  şiələrin,  bü-
tün məzhəblərilə birlikdə (on iki imamçı, ismailiyyə, zeydiyyə), 
xüsusilə on iki imam şiələrininin onların əleyhinə hökm sürən 
zülm  və  mövcud  quruluşun  acısına  təhəmmül  edir,  dözümlü 
olmağa  çalışırlar  ki,  bu  da  gələcəyin  həqiqətini,  irəlidə  olan 
fərəcin yaxın olmasını dərk etməkdən doğur. O həddə ki, Məh-
dəviyyət  məsələsinə  iman  bəsləmək  onlarda  günbəgün  arta-
caq, nəticədə Məhdəviyyət mədəniyyəti müstəvisi, şiə toplumu 
dəstələri arasında yayılması, mədəniyyətlərinin əsaslı olması, 
şəkk  və  şübhədən  uzaq  olması  baxımından  sair  mədəniyyət-
lərdən imtiyazlı olar.
Hal-hazırda  məntəqə  şiələrin  dərd-səri  əqidənin  şiə  top-
lumları arasında qorunması (Əhli-beytdən yapışmaq), özlərin-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə