Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə56/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

177
Məhdəviyyət haqqında nəzərlər
ranlıq qalan məsələlər barədə, həmçinin Məhdəviyyət məsələ-
si yönündən aparılmalıdır.
İkinci: Məhdəviyyət məsələsilə apardıqları müharibədə 
İslam düşmənlərinə  əngəl yaratmaq, onların üslublarının 
və xəbis hiylələrinin üzərini açmaq. 
Bu  yerdə  xüsusi  olaraq,  bəzi  araşdırmaçılar  üçün  birinci 
səhədən çıxmaq üçün mükəmməl sıçrayışlar vardır. Bu isə düş-
mənlərin  çirkin  planları  açmaq,  onları  kənarlaşdırmaq  üçün 
Məhdəviyyət əqidəsinin bəzi məsələlərindən yararlanmaqdır. 
Hazırkı dövrdə biz gizli əllərin Məhdəviyyət məsələsilə əlaqə-
dar möminlərin əqidəsini məhv etmək üçün azğın insanlardan, 
avam fərdlərdən necə istifadə etməsini görürük. Həmçinin ay-
dın şəkildə görürük ki, İslam düşmənləri təkcə İraq dövlətində 
Ziya Kər`avini (Səma qoşunu hərəkatından) mərcəiyyətinin so-
nuna çıxsın deyə, Nəcəfül-əşrəfdə necə hərəkətə gətirib, yön-
ləndirmişdi.  Nəticədə  hərəkatı  uğursuzluğa  düçar  olub,  sona 
çatmışdı. Həmçinin Əhməd Kate adlı (sözdə iddia edilən Yəma-
ni) bir nəfərə Bəsrədə dəstək və təkan vermişdi ki, İmam üçün 
hazırlanan  bayraqları  yararsız  hala  gətirsin.  Onun  məsələsi-
nin və xürucunun üstü açıldıqda Mahmud Sorxi adlı bir nəfəri 
(sözdə iddia edilən İmam naibi)  Kərbəlada hərəkətə gətirdi. 
Onun  məsələsinin  qüsuru  ortaya  çıxdıqda  və  qaçdıqda,  Fazil 
Mərsumi  adlı  bir  nəfərə  (sözdə  iddia  olunan  rəbbani  İmam) 
Diyala və Bağdadda dəstək və təkan verdi. Bütün bu azğın, şü-
bhəli hərəkatlar müxtəlif yollarla Məhdəviyyət əqidəsini məhv 
etməyə və sonuna çıxmağa çalışırdı. 
Düşmənlər  hərəkət  edir  və  Məhdəviyyət  məsələsilə  mü-
haribə etmək üçün ciddi cəhd göstərirlər. Təəssü lər olsun ki, 
biz  onların  iddialarının  üzərini  açıb,  aradan  qaldırmaq  üçün 
olduqca ləng hərəkət edirik. Lakin xəcalətli çalışqanlıq və bəsit 
hərəkətlə bu sahədə, yalnız müda iə üslubu ilə hərəkət edirik. 
Bu üslub qorunmaq, sonra hücum çəkmək deyil.  


178
Müctəba Sadət
Üçüncü: Qeyri-müsəlmanların yanında Məhdəviyyət 
məsələsinin təbliği
Biz İslam dininə iman gətirməmiş xalqlar (qərbli və şərqli 
xalqlar) yanında Məhdəviyyət məsələsini müjdə verməkdə ol-
duqca çox müqəssirik. O xalqlar ki, İmam Mehdinin adını eşit-
məyiblər, onun haqqında heç bir məlumata malik deyirlər. Belə 
ki, onun zühur vaxtı yetişdikdə nə edəcəyi, nə baş baş verəcəyi, 
nəyi yayacağını da bilmirlər. Elə isə zühuru zamanı belə xalqlar 
necə iman gətirəcək, necə onu dəstəkləyəcək və yardım edə-
cək? Axı onun məsələsi və hədə lərinin həqiqətləri barədə ən 
az bilgiyə malik deyillər.
Biz öz üzərimizə Məhdəviyyət məsələsini müjdə vermək, 
xəbərdar  etməklə  əlaqədar  pozitiv,  səhih  şəkildə,  digərləri-
nin bəyənəcəyi üslublarla öhdəçilik götürmüşükmü? Xüsusilə 
düşmənlər bərraq İslamın simasını kirlətməyə çalışır, İŞİD-in 
cinayətlərini,  hərəkatların,  müsəlmanlara  nisbət  verilən  şü-
bhəli toplumların vəhşi əməllərinin həcmini böyüdürlər. Bun-
ların fövqündə, çox təəssü lər olsun ki, biz qa ilik, Məhdəviyyət 
məsələsinin əsas parlaq simasını ortaya qoymaq, mədəniyyət, 
düşüncəsinin yayılması, tətbiq və icraatı tamamlandığı zaman 
aləmin  intizarını  çəkdiyi  parlaq  gələcəyi  tanıtdırmaq  barədə 
olduqca qüsurluyuq. 
Biz gərək qərli və şərqli fərdi maraqlandıran, başı çıxdığı 
və  meyil  etdiyi  məsələlərdən  istifadə  edək.  Məsələn,  azadlıq, 
ədalət  və  insan  haqları  məsələləri,  gəlirlərin  ədalətli  şəkildə 
paylaşılması, enerjinin optimal istifadəsi, tükənən təbii resurs-
ların qorunması ekoloji problemlər və çirklənmədən qorumaq, 
habelə siyasi-ictimai və sair məsələlər. Həmçinin qərbli akade-
mik, təlim və media müəssisələrindən də istifadə etməliyik ki, 
Məhdəviyyət məsələsini qaldıraq, onlarla təsirli və başa düşə-
cəkləri dillə danışaq. Habelə elmi, psixoloji və tədrici yollarla 


179
Məhdəviyyət haqqında nəzərlər
bəşəriyyətin xilaskarı əqidəsi və düşüncəsinin tanıtımı yolun-
da müvəffəqiyyət əldə edə bilək.  
Təəssü lər olsun ki, əlimizdə İmam Mehdidən bəhs bədii 
ilm belə, yoxdur. İstər təmsili, yaxud sənədli olsun – yoxdur. 
Hansı ki, bu, müsəlman olmayanların yanında onu tanıtmaqda 
bizə yardımçı ola bilər. Habelə utanılasıdır ki, əlimizdə qərbli və 
şərqli ağıla uyğun gələn dildə İmam barədə yazılan xüsusi bir 
kitab da yoxdur ki, onun məsələsini tanıtmaq üçün bizə kömək 
etsin. Biz, hətta elə indi üçüncü etapa keçməmişik. Habelə gə-
lişinə  hazırlıq  yolunda  müjdələmə  mərhələsinə  keçməmişik. 
Əlimizdə böyük və mühüm sual vardır: Bəs bu nə zaman baş 
verəcək? Belə bir vacib məsuliyyəti öz üzərinə kim götürəcək?
Dördüncü: Üstün Məhdəviyyət dövlətinin metod və üs-
lublarından istifadə etmək.
Mütəvatir  rəvayətlə  müasir  kitablar  isbat  edir  ki,  İmam 
zühur  etdikdə  haqq-ədaləti  bütün  yer  üzərinə  yayacaq,  yer 
üzərində  yaxşılıqlar  ortaya  çıxacaq,  bəşəriyyət  rifah  halında 
faydalanacaqdır.  Biz  bunu  bəhslərimizdə,  yaydıqlarımızda  və 
dediklərimizdə  vurğulayır,  ortaya  qoyuruq.  Biz  hal-hazırda 
İmamın  öz  dövlətində  tətbiq  edəcəyi  elmi,  texniki  inkişaf  və 
iradə,  hökm  üslublarından  olduqca  uzağıq.  Bəlkə  də,  bunun 
haqda məlumatımız belə, yoxdur ki, barəsində düşünək. Hələ 
araşdırılması  qalsın  bir  kənarda..  Biz  olduqca  bundan  uzaq-
dayıq. Hətta indi belə, Məhdəviyyət məsələsi bizim akademik, 
təlim  müəssisələrimizə  keçməyib.  Təəssü lər  olsun  ki,  bizdə 
Məhdəviyyət  məsələsi  ətrafında  universitet  traktatları  (Ma-
gistr, doktorluq) yoxdur. Varsa da, barmaq sayı qədərdir. Onla-
rın ən çoxu əqidə yönlərinə toxunur, yəni birinci mərhələdədir.
Xəbərdarlıq  yolunda  mühüm  olan  sual  budur:  Nə  zaman 
Məhdəviyyət  məsələsi  akademiya  və  universitetlərimizin  tə-
dqiqatlarında əsas, mühüm bir mövzu olacaq? Nə zaman fürsət 
yaranacaq və bütün yönlərinin tədqiqatına keçiləcək? Məsələn, 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə