Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə1/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
  1   2   3   4   5   6   7   8   9   ...   66


1
Məhdəviyyət haqqında nəzərlər
Müctəba Sadət
MƏHDƏVİYYƏT HAQQINDA NƏZƏRLƏR
Məhdəviyyət məsələsi barədə  ikir inciləri


2
Müctəba Sadət
 Tərcüməçi: Fərid Abdullah


3
Məhdəviyyət haqqında nəzərlər
Rəhman, Rəhim Allahın adı ilə
HƏSR EDİLMƏ
Salam  olsun  sənə,  ey  xatunum  və  xanımım,  ey  Fatimə 
Zəhra... Salam olsun sənə, ey tövhid dürrü, nübuvvət meyvə-
si, vilayət bərzəxi, sədaqət baxımından xalis salam sənə məx-
susdur... Xanımım, mən sən, atan, ərin və iki oğluna aid əhdlə 
beyəti bu gün və axşamladığım günlər yenidən təzələyir... Xanı-
mım, ey müqəddəslik parıltısı və mələkut qadınlarının xatunu, 
hamımız oğluna Muhəmməd (sallallahu əleyhi və alih) ümməti-
nin əmiri, ilahi vilayəti sonlandırana şövq duyuruq.
Salam  olsun  sənə,  ey  Fatimə,  ey  özü  və  şiələri  Oddan 
(Cəhənnəmdən) xilas olan kəs.
Salam olsun sənə, ey Zəhra, ey nuru səmaları işıqlandıran kəs.
Salam  olsun  sənə,  ey  Siddiqə,  ey  anasının  bətnində  ikən 
vəhdaniyyət, nübuvvət və vilayəti təsdiq edən kəs.
Salam  olsun  sənə,  ey  Tahirə,  ey  aşkar-gizli  pisliklərdən 
tər-təmiz pak olan kəs.
Salam  olsun  sənə,  ey  Mərziyyə,  ey  Allahın  razı,  məmnun 
qaldığı və razılığı Allahın razılığı ilə bir olan kəs.
Salam olsun sənə, ey Həvra, ey nütfəsi Cənnət meyvələrin-
dən təşəkkül tapmış kəs.
Salam  olsun  sənə,  ey  Muhəddəsə,  ey  mələklərin  söhbət 
edib danışdırdığı kəs.
Salam olsun sənə, ey Bətul, bənzərlikdən kəsilib ayrılan kəs.
Salam olsun sənə, ey adı Quranda “Kövsər”, Tövratda “Həl-
yun”, İncildə “Mutəsərbilə” olan kəs.
Salam olsun sənə, ey nurlar, nəciblər, paklar, iki sibt (oğlan 
nəvəsi), iki nur, iki reyhanə, yaxşılar, təqva, xeyirsevərlər, mər-
həmət, ucalıq, fəzilətlər, elmlər anası və atasının anası.


4
Müctəba Sadət
Salam olsun sənə, ey Mustafanın (cisminin) bir parçası, Fir-
dovs meyvəsi, müqəddəslik yeri, Kisa əhlinin beşincisi, günəş 
və ayın üçüncüsü, Allahın bürünən örtüyü, dürr ulduzu, insan 
(cinsindən olan) huri, yüksək zirvə, ən böyük sirrin əmanət qo-
yulduğu yer.
Ey xatunum və xanımım, ey aləmlərdəki qadınların seyyi-
dəsi, bu sətir və səhifələr nəvən Zəhranın Yusi i haqqındadır.. 
Ey  nübuvvətin  davamçısı,  bu  nəzər  və  ikirlər  Bəqiyyətullah 
barədədir... Ey şəfqətli, incə və mehriban qəlbin sahibi, bu it-
hafı məndən qəbul et və mənə qayğı göstərməklə mərhəmət 
göstər... Allahdan mənə sənin şəfaətini və axirətdə səni görmə-
yi bəxş etməsini diləyirəm. Salam, Allahın rəhmət və bərəkət-
ləri olsun sənə!


5
Məhdəviyyət haqqında nəzərlər
MÜQƏDDİMƏ
Həmd aləmlərin Rəbbinə məxsusdur. Salavat və salam ol-
sun Allahın bütün məxluqlarının ən şərə lisi Muhəmmədə və 
onun pak, tərtəmiz ailəsinə. 
Sonraya  gəlincə,  xilaskarın  zühurunun  və  böyük  ümum-
dünya dövləti qurmasının qətiliyinə iman bütün səmavi dinlər 
arasında müştərək və bariz ittifaq nöqtələrdəndir. Bəşəriyyətin 
əksər fərdləri səbirsizliklə xilaskarın intizarını çəkirlər. Məh-
dəviyyət  məsələsi  ilahi  sünnə  və  qanunlardandır.  O,  rəbbani 
hədə lər peyğəmbərlər və rəsulların göndərilməsi tərə indən 
gerçəkləşib. Belə ki, o, Allahın kərim kitabındakı ilahi vəddir.. 
Bu, bütün xalq, qəbilə və dünya sakinlərinin məsələsidir. Hə-
min məsələ insani zəruriyyətdir. O, həqiqi və tək misdaq dünya 
xilaskarı və qurtarıcısına aiddir. 
Əsl Məhdəviyyət İslam dininin ideoloji sütunlarından sayı-
lır. İslam  irqələrinin əksəriyyəti Mehdinin axır zamanda zühur 
edəcəyi  barədə  yekdil  ikirdədirlər..  Peyğəmbərlər,  rəsullar, 
imamlar  və  vəsilərin  göstərdikləri  bütün  səy  və  fədakarlıq-
lar, habelə qəhrəmanca etmiş olduqları hər bir mövqelərinin 
nəticə və səmərəsi tezliklə onun iki mübarək əli əsasında öz 
meyvələrini verəcək. Habelə onun vasitəsilə İslamın səmərəsi 
tezliklə ortaya çıxacaq. İndiki dövrdə bizdən tələb olunan əsr 
və zamanın sahibi olan İmamın uca, ali məqamına işarə etmə-
yimizdir. Bilmək gərəkdir ki, İmam Bəqiyyətullahın əzəmətini 
dərk etmək və ona toxunmaq qeyri mümkündür. Lakin onun 
əzəmətli məqamından bir şey tanımış olsaq, onun məqamı bi-
zim gözlərimizdə ucalıb böyüyəcək. Həmçinin bizim ona əlaqə 
və məhəbbətimizi artıracaq. Biz onun müqəddəs dərgahına bir 
az daha çox yaxınlaşacağıq. İntizarı çəkilən Mehdinin izzət və 
cəlal sahibi Allahın, həmçinin Allah Rəsulunun (sallallahu əley-


6
Müctəba Sadət
hi və alih) yanında xüsusi yeri və uca məqamı var. Çünki Allah 
onun  fərəcini  Cənnət  əhli  seyidlərinin  böyükləri  tərə indən 
tezləşdirib (Yaxud Allah onun xoş aqibətini Cənnət əhlinin bö-
yük seyidlərindən olmaqla nəticələndirəcək – müt.). Həqiqətən 
də  Cənnət  onun  müştaqındadır.  O,  Cənnət  tovuzquşusudur 
(yəni tovuzquşu xüsusi seçkinliyi ilə  fərqləndiyi kimi, onun da 
mövqeyi digərlərindən fərqli və xüsusidir –müt.). Onun üzərində 
Allah  nurundan  örtük  vardır  ki,  par-par  yanır.  O,  peyğəmbər 
olmasa da Allah-təala tərə indən yol göstərilərək ilham edilən-
dir. Allah onun əli ilə çox sayda kəramət, nişanə və möcüzələr 
göstərəcək. O, Bəqiyyətullah və Allahın vədidir ki, yer üzü onun 
əli ilə abad olacaq. Mehdinin şərə li olması, həmçinin yerinin 
uca olmasına bu kifayət edər ki, İsa ibn Məryəm arxasında na-
maz qılıb ondan imam olaraq razı olacaq.
İmam Mehdi (əleyhissəlam) barədə danışmaq sa lıq və sə-
fası ilə İslam barədə danışmaqdır. Mehdi məsələsinin bir çox - 
ideoloji, əxlaqi, mədəni və mənəvi tərə ləri var. Bu haqda söhbət 
genişdir. O, ideoloji sferada İslam dininə davamlı fayda və əbədi 
məna  töhfə  verir..  Əsl  məhdəviyyət  mədəniyyətini  qaldırmaq 
və İslam aləmində tərbiyəvi hədə ləri gücləndirmək naminə bu 
kitab yazılıb. Təəssü lər olsun ki, bəziləri Mehdi (əleyhissəlam) 
inancını imamiyyə məktəbi və məzhəbiylə məhdudlaşdırmağa 
çalışmış, təəssüfdoğurucu solu-sağı bəlli olmayan bir təşəbbüs 
içinə daxil etmişlər. Belə ki, nə elmi əsasdan çıxır, nə düşüncə 
həqiqətinə, nə də müxtəlif İslam məktəblərinin mədəni irsinə 
əsaslanır. Bizim bu kitabdakı bəhsimiz açıq həqiqətə əsaslanır 
ki,  məhdəviyyət  əqidəsi  İslam  düşüncəsi  dəhlizlərində  köklü 
və  əsaslı  düşüncədir.  Məhdəviyyət  məsələsiylə  əlaqədar  zidd 
möqvedə duran məktəblərə və müxtəlif düşüncələrə işıq tut-
maq  düşüncəni,  həmçinin  məzmunu  zənginləşdirir,  üfüq  da-
irəsini genişləndirir. Müqayisə aparmaq istər akademik sahə-
də olsun, istər intellektual cərəyan və məktəblətin ixtilafında 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə