Heydər əliyev



Yüklə 9,21 Kb.
tarix17.12.2023
ölçüsü9,21 Kb.
#149941
Heydər Əliyev və Azərbaycan

heydər əliyev

Müasir Azərbaycan


Və

XX əsrdə xalqımızın ən böyük tarixi nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Xalqımız müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlarda başlıca imzanın məhz Heydər Əliyevə aid olduğunu heç zaman unutmayıb və unutmayacaq. Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir, ölkələrin, millətlərin taleyini müəyyən edən, mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir. Müasir Azərbaycanın tarixi də Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Onun adı təkcə dünənlə yox, gələcək nəsillərlə, müstəqil ölkəmizin gələcəyi ilə birgə anılır. Bu nüans liderin ölməzliyinə, onun azərbaycançılıq ideologiyasının əbədiliyinə bir daha əminlik yaradır.


Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən iqtisadiyyat sahəsinə də geniş diqqət ayrılmış, əhatəli iqtisadi konsepsiya hazırlanmış, sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı artırılmışdır. Məlumdur ki, ölkəmizin zəngin təbii sərvətləri, münbit torpaqları daim dünyanın aparıcı dövlətlərinin nəzərində olmuşdur. Azərbaycanın rifahında, iqtisadi cəhətdən sürətli və yüksək inkişafında bu amildən düzgün istifadə əsaslı rol oynamışdır. Müasir Azərbaycanın qüdrətinin digər göstəricilərindən biri də Heydər Əliyevin siyasi xəttini böyük məharətlə davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyevin insan kapitalına xüsusi dəyər verməsidir. Neft kapitalının zamanla insan kapitalına çevrilməsi siyasəti xalqa göstərilən dəyərin, həyat standartlarının artmasına xidmət edən davamlı fəaliyyətin əsas sübutlarından biridir.
1993-cü ilin iyununda Heydər Əliyevin Respublikada hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda kəskin dönüş baş verdi. Böyük şahmat taxtasını dərindən analiz etməyi bacaran Ulu öndər bir neçə vacib və müstəsna əhəmiyyətə malik siyasi gedişlə vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Azərbaycan istər daxilindəki düşmənlərdən, istərsə də xarici düşmənlərin etdikləri davamlı təzyiqlərdən yaxa qurtarmağı bacardı. Məhz bu tarixi dövrdə ölkəmizin əbədi inkişafının təməli atılmış oldu. Böyük dövlət xadimi kimi Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də ölkə daxilində yaratmış olduğu sabitlikdir. Bu gün Azərbaycan dünyanın daxili sabitliyi yüksək səviyyədə olan, təhlükəsiz dövlətlərindən biridir. Ulu öndər yürütdüyü uğurlu daxili siyasətlə yanaşı, xarici siyasətdəki məharəti ilə də xalqın ürəyində taxt qurmağı bacarmışdı. Atılan ən önəmli ilkin addımlardan biri Azərbaycanın türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxarılması idi. Bizimlə eyni dövrdə müstəqilliklərini bərpa etmiş türk dövlətləri olan Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyə Respublikası ilə dost, qardaş münasibətləri quruldu. Təsadüfi deyil ki, Heydər Əliyev türk dünyasında müasir Atatürk adlandırılmış, adını türk dünyası tarixinə qızıl hərflərlə əbədi yazdırmışdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın islam dünyasındakı nüfuzu da sürətlə artmış, sarsılmaz bir mövqeyə çatmışdır.
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu Öndərin dühası ilə 1997-ci ildən sənaye məhsullarının buraxılışında ciddi artım müşahidə edildi. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çinisaxsı məhsulları istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40 çox normativ-hüquqi akt qəbul edildi. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.
Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, ""Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”."Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Dahi Öndər Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.
Ümummilli lider Heydər Əliyev xarici düşmənlərimizin bütün dövrlərdə ölkəmizi diz çökdürmək məqsədilə istifadə etdikləri “erməni kartı”na qarşı uzunmüddətli perspektivlərə malik neft strategiyasını işləyib hazırlamışdı. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin, Bakı-Ərzurum qaz kəmərinin region ölkələri, eyni zamanda, türk dünyası dövlətləri üçün necə böyük əhəmiyyətə sahib olduğu hər birimizə olduqca bəllidir. Heydər Əliyev yürütdüyü uzaqgörən və məharətli siyasət nəticəsində ölkəmizin xarici ölkələrlə əlaqələrinə zərbə vuran qüvvələri zərərsizləşdirməyi bacarmışdır. Böyük İpək Yolu ideyasını dirçəltməklə Azərbaycanı iqtisadi blokadadan çıxarmışdı. Böyük İpək Yolunun dirçəldilməsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, iqtisadi-mədəni oyanışında misilsiz rol oynayıb.
Müasir və qüdrətli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyev ənənələrini davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq regionun coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı proseslərə təsiri getdikcə artmaqdadır. Heydər Əliyev irsi Azərbaycan xalqı üçün əvəzolunmaz nemətdir. Məhz onun dönməz iradəsi, sarsılmaz əzmi sayəsində xalqımızı elə bir tarixi imkan əldə etmişdir ki, bunun sayəsində Azərbaycan köhnə dünyadan və onun ənənələrindən sürətlə uzaqlaşmağa, elm, mədəniyyət, təhsil, ən əsası ictimai-siyasi intibah yoluna qədəm qoymağa nail olmuşdur.
Yüklə 9,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə