Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə63/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   58   59   60   61   62   63   64   65   66

200
Müctəba Sadət
də  və  etiqadlarında  düşmənlərin  çabalarının  qarşısında  dur-
maqdır. 
Əsas mədəni idrak, düzgün  ikri mənbə və möminlərin ça-
lışqanlığı səbəbilə bu məntəqədə elə bir şiə tapa bilmərik ki, öz 
məzhəbindən və əqidəsindən əl çəkmiş olsun. Halbuki bunun 
əksi səhihdir. Baxmayaraq ki, düşmənlər ardı kəsilmədən, da-
vamlı olaraq hər yerdə şiələrin əleyhinə hücumlar təşkil edirlər.
Başqa  bir  cəhətdən,  müşahidə  edirik  ki,  bu  məntəqədə 
fərdlərin,  (on  iki  imam)  şiə  cameəsinin  mədəni  agahlıq  sə-
viyyəsi yuxarı qalxdıqda onlar arasında hadisələri izləmək və 
güdmək  hissi  oyanır.  Onlar  zühur  əlamətlərini  tanıyır,  bu  ni-
şanələr onlara həqiqət bayraqlarını, agahlıq istiqamətini bəxş 
edir. Bununla da,  intə dövründə və intizar mərhələlərində az-
ğınlıq  və  sapqınlıq  bayraqlarını  seçə  bilirlə.  Müşahidə  edirik 
ki, heç bir şiə məntəqəsi Cüheymanla (Məkkədə Məhdəviyyət 
iddiaçılarından, h.q. 1400) beyət etməmiş, onu qəbul etməmiş-
dir. Çünki şiələr işlərin həqiqətini tanıyır, gələcək hadisələrdən 
agahdırlar, hadisələrin və azğınlıq amillərinin tələlərində əsir 
olmurlar. Əlavə olaraq, məntəqədə baş verən hadisələri təqib 
etməklə özlərində ümid ruhunu diri saxlayırlar. Çünki bilirlər 
ki, gələcək onların intizarındadır. Həm də onlar zühurdan ön-
cəki dövrdə əqidəvi azğınlıq və sapqınlıq uzaq olacaqlar. Başqa 
bir istiqamətdən onlar müntəzir, fərəcin, haqq və hidayət bay-
raqlarının  müjdəsini  çatdırandırlar.  Bu  cür,  Məhdəviyyət  mə-
dəniyyətinin  hədə ləri  tərbiyəvi  cəhətlərlə  onlarda  təcəssüm 
edir.


201
Məhdəviyyət haqqında nəzərlər
ÜÇÜNCÜ FƏSİL:
ZÜHURUN GİZLİ ƏLAMƏTLƏRİNİ AÇIQLAYAN ELMİ 
KƏŞFLƏR
Heç bir şübhə yoxdur ki, keçən hər bir gün və ya sona çatan 
hər bir il bizi müqəddəs sübhə daha çox yaxınlaşdırır. Heç bir 
şübhə yoxdur ki, müasir dövrün hadisələri, onun bütün əlamət-
ləri,  itnə və sıxıntıları ilə belə bir  ikir formalaşdıra bilər ki, 
biz, bəşəriyyət tarixinin həssas mərhələsinə yaxınlaşırıq. Ək-
sinə, biz İmamın zühur dövründən öncəsinə dəlalət edən mər-
hələyə daha çox yaxınlaşırıq. Bəlkə də görürük ki, müasir döv-
rün  hadisələri  izləyən,  diqqətlə  onu  gözdən  keçirən,  önəmli 
şəkildə kontrol edən aydın şüurlu kəs mövcud işlərin və bəşəri 
hadisələrin (qeyri-qəti) zühur əlamətlərilə əlaqəsi vardır. Han-
sı ki, intizar çəkənlər böyük ümid, pozitivliklə vəd olunan günü 
gözləyilər. Habelə görürük ki, bəşəriyyət zülm, istibdad, haq-
sızlıq və fəsadın yayılmasından tədirgin olur. O durumdan ki, 
insanlıq toplumu islah və əlacın gerçəkləşməsindən ümidsiz-
liyə qapılmaq halına gəlmişdir. Bütün sabiq insanlıq təcrübələ-
ri  isə  müvəffəqiyyətsizliyə  uğramışdır..  Dünya  səmavi  ədaləti 
gerçəkləşdirəcək və tətbiq edəcək qabiliyyətə malik olan kəsi 
ciddi şəkildə axtarır. Həmçinin günbəgün yeni bəlirtilərin üzə 
çıxdığını  görürük  ki,  onu  zühur  əlamətlərini  izləyən,  maraq 
gösrərən  kəs  tanıyır.  Belə  ki,  bunlar  bizə  Məhdəvi  mərhələ 
üçün hazırlığa dəlalət bəxş edir.  Ona görə də, işarə etməliyik ki, 
müasir elm, son kəş lər, axtarış cəhdləri zühurun gizli əlamət-
lərini aydınlaşdırmağa başlamışdır. O mənada ki, bundan öncə 
bilmədiyimiz üçün gizli və möcüzə hesab etdiyimiz bəzi möv-
cud əlamətlərin təbiətini, baş verməsinin necəliyini izah edir. 
Vaxt yetişib ki, elmi mərkəzlər bu əlamətlərin təbiətini öyrədir. 


202
Müctəba Sadət
Onun  elmi,  məntiqi,  baş  verməsinin  necəliyinin  izahı  vardır. 
Məsələn, səmavi çığırtı, səmadan əlin görsənməsi, günəşin dis-
kində insan surətinin çıxmasını və sairləri qeyd etmək olar ki, 
hədis və rəvayətlərdə belə söz və terminoloji ifadələrlə rastla-
şır, güman edirdik ki, olduqca uzaq gələcəyin tarixidir. Lakin bu 
gün bu əlamətlərdən bəzilərinin izahı, baş verməsinin necəli-
yinin bizə açıqlanması, bizi hər bir əlamətilə vəd olunan günün 
məsələsini daha çox dərk etməyə yaxınlaşdırır.
Bu sətirlərdə bəzi əlamətlərə baş vermə ehtimalının necə-
liyinə toxunacağıq. Onlardan bəziləri bunlardır:
Birinci: Ramazanda (gurultu və ya qorxuducu şəkildə 
səslənən) səmavi səs
Bu, səmavi bir səsdir ki, “Seyhə” adlanır. Bu səs yatanı ayıl-
dacaq, ayaq üstə duranı əyləşdirəcək, gənc qızları hərəmindən 
çıxaracaqdır. O, Ramazan ayının yarısında baş verəcək və qəti 
baş verəcək əlamət deyil. Bu, qəti sayılan səmavi çığırtı deyil. 
Hansı  ki,  Cəbrailin  nidasından  ibarətdir  və  Ramazan  ayının 
iyirmi üçü baş verəcəkdir.. Elə isə, qəti olmayan əlamətlərdən 
birinə işarə edirik. Hansı ki, onu möcüzəvi, yaxud qeybi ünsür 
kimi hesab edirdik. O, qorxuducu, yaxud gutultu, ya da sarsın-
tıdır ki, Ramazan ayında olacaq. İmam Sadiqin belə buyurduğu 
nəql olunub: “Ramazan ayında qorxu vardır ki, yatanı ayıldar, 
oyağı  qorxuya  salar  və  gənc  qızları  yataq  yerindən  çıxarar”.
174
Bu,  görülməmiş  böyük  bir  hadisədir  ki,  insanların  qəlbinə 
qorxu  və  hürkü  salar.  Hər  bir  qövm  onu  öz  tərə lərində  baş 
verən dəhşət sayar.. Kosmos barədə müasir kəş lər və tədqiqat 
çalışmaları aparılmış və izah olunmuşdur ki, bu əlamət yalnız 
hansısa bir planetin qaz örtüyünün yerin hava örtüyü ilə kon-
taktından baş verə bilər. Belə ki, amerika elmi məqalələri NASA 
kosmik agentliyindən belə bir xəbər dərc etmişdi ki, son ilərdə 
174
  Ğeybətun-Numani, s.169; Biharul-ənvar, c.52, s.233


203
Məhdəviyyət haqqında nəzərlər
“Nepro” adlı ulduz barədə məlumatlar
175
 sızmışdır. Həmçinin 
onun  fotosunu  da  yaymışdır.  Vurğulayıb  ki,  yerin  hərəkətinə 
əngəl olacaq və bu təmas 2012-ci il dekabrın 21-i baş verəcək-
dir.  Belə  ki,  belə  bir  sürtünmə  və  təmas  qüvvəsi  sərt  bir  səs 
çıxaracaqdır  (gurultu,  yaxud  dəhşət)  və  yer  kürrəsinə  neqa-
tiv təsir göstərəcəkdir. Habelə, qulağın strukturunda dağıdıcı 
iziki  xələl  yaradacaqdır.  Odur  ki,  nəslərdən
176
  biri,  qulaqlara 
nüfuz edəcək həmin  əhatəli səsdən və dəhşətdən ehtiyat et-
məyi  zərurət  bilir.  Habelə  bu,  NASA-nın  xəbərinin  misdaqın-
dan uzaqdır. Çünki müasir elm bizə bu əlaməti, onun necəlik 
və baş verməsini izah edir. Bir zaman ona qeybi məsələlər kimi 
baxırdır. İndi isə, baş verməsi bizim üçün məntiqli, əlamətləri 
isə aydındır.  
İkinci: Səmadan görünən əl
Möcüzə və qeybi işlərdən hesab etdiyimiz digər əlamətlər-
dən biri səmada üzə çıxacaq böyük bir əldir. İmam Sadiqin belə 
buyurduğu nəql olunmuşdur: “Səmadan üzə çıxan əl məhtum-
dandır  (qəti  əlamətlərdəndir)”.
177
  Həmçinin  İmam  Sadiqdən 
belə nəql olunmuşdur: “Bu günün əlaməti budur ki, səmadan 
üzüaşağı əl görünər ki, insanlar ona nəzər salar”.
178
 Bu, daha 
öncə görülməyən böyük bir kosmik hadisədir ki, ağılları hey-
rətə  salar,  nəzərləri  cəlb  edər.  Yeni  araşdırmalar  bu  əlaməti 
kəşf və onun əmələ gəlməsini izah etmişdir. Bulud və tozların 
(enerji,  yaxud  qazların)  vasitəsilə  əl  şəklində  olan  bu  əlamət 
meydana çıxır. İngils “Vikipediya” ensiklopediyasında son gün-
lərdə belə bir xəbər yayılmışdır ki, NASA-nın tabeçiliyində olan 
Çandra rentgen teelskopu kosmosda böyük bir səmavi əlin rəs-
175
  Bağdad universitetində elmlər institutu bir sıra mütəxəssisin apardığı 
yeni tədqiqatda xəbəri dəstəkləmişdir
176
  Əl-Məlahimu vəl- itən, İbn Tavus, s.42
177
  Ğeybətun-Numani, s.172
178
  Biharul-ənvar, c.52, s.233


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə