Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   58   59   60   61   62   63   64   65   66

194
Müctəba Sadət
sib  şərait  yaranması,  nişanələrin  başlanğıcına  şahidlik  edir. 
Belə  ki,  bunu  bizə  Şam,  İraq,  Hicaz  barədə  zühur  xəbərləri, 
əlamət və rəvayətlər izah edir.
Buradan görürük ki, bu məntəqə müxtəlif və mühüm dö-
yüşlərin meydanıdır və hal-hazırda baş verən müasir hadisələr 
siyasi stabilliyinin pozulmasına müqəddimədir və bu, rəvayət-
lərdə gəlmişdir. Başqa bir tərəfdən, bəzi möminlər, həmçinin 
hegemon qüvvələrin qarşı çıxdığı İranın nüvə işi hadisələrini 
izləyən kəslər inanırlar ki, bu hadisələr İmam Baqirdən nəql 
olunan  rəvayətdə  təsvir  olunan  şəraiti  xatırladır  və  bununla 
əlaqəlidir. O buyurmuşdur: “Sanki bir qövm görürəm ki, Məş-
riqdən  xüruc  etmişdir,  onlar  həqiqət  tələb  edər,  ancaq  haqq 
onlara verilməz. Odur ki, bir daha həqiqət tələb edərlər, amma 
yenə  də  onlara  verilməz.  Onlar  bunu  gördükdə,  qılınclarını 
sinələrinə (yaxud boyunlarına) qoyarlar və istədiklərini onlara 
verərlər, lakin onlar bunu qəbul etməz, nəticədə qiyam qaldı-
rarlar və onu yalnız sizin Sahibinizə verərlər. Onlardan öldü-
rülənlər şəhiddir. Mən həmin zamana yetişsəydim, özümü bu 
işin Sahibi üçün saxlayardım”.
Beşinci sual: Zəhmət olmasa, zühurun qəti əlamətlərin-
dən olan Beyda çökməsi barədə azca danışardınız, habelə 
Süfyaninin Mədinəyə hücum çəkməsi, İmam qiyam edən za-
man çökmə baş verəcək məntəqə barədə bizə söhbət edər-
diniz.
Zühur zamanı Şam məntəqəsinə bir nəfər hakim olacaqdır 
ki, müsəlmanların azğın hakimlərinin, qərbliləri dost tutanla-
rın,  həqiqətlə  düşmənçilik  edənlərin  nümayəndə  və  simvolu 
olacaqdır. O, bu nəslin sonuncusudur. Onun adı Süfyanidir. Bu 
şəxs azğındır və Əhli-beytə, onların tərəfdarlarına kin bəsləyir. 
Süfyani İslam dünyasında bir sıra cinayətlər və vəhşi əməllər 
törədəcəkdir. O cümlədən, İraqı işğal edəcəkdir, İrana hücum 
çəkəcəkdir. Habelə Hicazdakı müqəddəs məkanlara da həmlə 


195
Məhdəviyyət haqqında nəzərlər
etmək istəyəcəkdir. İmamın Məkkədə çıxmaq, Hicaz höküməti-
nin zəif düşməsi, siyasi və hərbi bacarıqsızlıq xəbəri Süfyaniyə 
çatdıqda, Mədinəyə böyük bir qoşun  (özü o qoşunda olmaya-
caq) yollayacaq ki, oranı işğal etsinlər. Həmin qoşun Mədinəni 
viran qoyacaq və üç gün oranı qarət edəcək, qoşunundakılar 
onun göstərişilə qətliamlar törədəcək, bir çox cinayətlər işlə-
dəcəkdir.
Onlar  Peyğəmbərin  minbərini  sındıracaq,  şərafətli  qəbri-
ni viran edəcəklər. Sonra həmin qoşun Mədinədən çıxacaq və 
Məkkəyə  həmlə  etməyə  çalışacaq  ki,  İmamın  hərəkatını,  elə 
zühurunun başlanğıcında ikən məhv etsin. Onlar Beyda çölünə 
çatacaqlar. Beyda Məkkə ilə Mədinə arasında bir məntəqədir. 
Mədinədən Məkkəyə səfər edərkən, dağlar bitdikdən sonra ha-
mar yerin başlanğıcındadır. Beyda “Zatul-ceyş” məntəqəsinin 
on iki milindədir. Qoşun gecə Beyda məntəqəsinə yetişər, gecə-
ni orada qalarlar (Məhərrəm ayının 14-dən 15-nə keçən gecə). 
Allah Cəbrailə göstəriş verər və Cəbrail onlar arasında qəzəbli 
fəryad çəkər. O hayqırar ki, ey Beyda, bu zalım qövmü yox elə. 
Sonra  həmin  yer  onları  və  silahlı  qoşunlarını  udar.  Təkcə  iki 
nəfər xilas olar (Bəşir və Nəzir). Cəbrail onların üzünə vurar, 
onların başları geri çevrilər. Bu isə “Nisa” surəsinin 47-ci ayə-
sinin misdaqıdır.
Bəşir Qaimə tərəf gedər, ona Süfyaninin qoşununun həlak 
olması, yerə batması müjdəsini İmama verər. İmamın əlilə töv-
bə edər. İkincisi (Nəzir) isə Süfyaninin yanına, Şama gedər ki, 
onu agah etsin və qoşunun məhv olmasından agah etsin, dər-
hal da ölər.
İmam Məkkədən Mədinəyə hərəkət edərkən, İmamın qo-
şunu  Süfyaninin  ordusunun  yerə  batdığı  məntəqədən  keçər. 
İmam  həmin  yeri  tərəfdarlarına  göstərər,  bu  hadisə  qəti  baş 
verəcək işlərdəndir. Çünki Məkkə əminamanlıq hərəmidir ki, 
ora pənah aparan kəs qorxuya düşməməlidir. Həmçinin İmam 


196
Müctəba Sadət
Mehdi həmin vəd olunan gün üçün qorunub saxlanılan başçıdır, 
aləmi hidayət edəndir. Qeyri-mümkündür ki, öldürülsün və o, 
qorunmalıdır. Habelə bu qoşunun yox edilməsinin məsləhət və 
zərurəti ilahi möcüzə sayəsindədir. Məkkə bu hadisədən sonra 
əminamanlıq  məntəqəsinə  çevrilər.  Hərbi  başçı,  yaxud  siyasi 
rəhbərlərdən  heç  kəs  İmamla  vuruşmaq  üçün  oraya  hərəkət 
etməyə  cürət  etməz.  Məkkəyə  gedib,  döyüşməsi  və  Mehdini 
yox etməsi istənilən hər bir rəhbər, başçı və zülmkar geri qayı-
dar, istefa verər, yerə batmasından qorxaraq bunu qəbul etməz. 
Beləcə,  Allahın  hərəmi  əminamanlıq,  Mehdi  üçün  məsələnin 
bərqərar olması durumunda qalar.
Altıncı sual: Zəhmət olmasa, bir az İmamın Məscidül-ha-
ramdan hərəkət xəritəsin – səmavi nidanın çəkilməsindən
İmamın Mədinəyə sarı hərəkətinə qədər ardıcıllıqla, həmin 
zaman mərhələsində baş verəcək ən mühüm hadisələri da-
nışardınız..
Zühurun  zamanı  və  günü  olduqca  dəqiq  və  hikmətli  bir 
zamandır. Həmin dəlilə əsasən, təkbaşına xəttin yarısını təşkil 
edir.  O  cümlədən,  yüz  illərlə  intizarının  çəkilməsi  onun  əhə-
miyyətindəndir. Zühur gününün, bu vaqeənin zamanının qə il 
olmasının İmamın qələbə çamasında böyük təsiri olacaqdır və 
onun  müvəffəqiyyət  qazanmasına  səbəb  olacaqdır.  Əhli-beyt 
tərəfdarları və ardıcılları səmadan Ramazan ayında nida eşit-
dikdə həmin hadisə və detallarını izləməyə başlayacaqlar. On-
lar  anlayacaq  ki,  vaxt  yetişmişdir  və  xüruc  zamanı  yaxındır. 
Buna əsasən, rəvayətlər dediyi kimi, müxtəlif şəhərlərdən olan 
yeddi alim nidanı eşitdikdən sonra İmamın axtarışına çıxacaq-
lar. Birlikdə qərar vermədən Məkkədə görüşərlər. Onların hər 
biri öz şəhərində 313 nəfərdən beyət almışdır. Məkkəyə gələr-
lər ki, özləri tərə indən və həmin dəstənin naibi olaraq İmama 
beyət etsinlər. Həmmin vaxt İmamın intizarında olan, onu gör-
mək istəyən möminlərdən bir dəstə Məkkəyə sarı yola düşər.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə