Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

187
Məhdəviyyət haqqında nəzərlər
indiki durumumuza, yaxud müüəyyən şəxslər üzərində tətbiq 
etmək,  Quran  əlamətlər  üçün  hədd  bəlirlədikdə  durmamaq. 
Bu vurğulanan nümunə zühur gününün əlamətlərindən danı-
şarkən bunun möminlərin əlaqəsini artırmaq və gücləndirmək 
üçün müqəddimə olması üçündür ki, onlar zəmanə imamlarına 
duyğuyla bağlı olsunlar. Belə ki, qeyb dövründə bizə vacib olan, 
onun qoşununda olmaq, çıxan zamana yetişmək ehtimalı üçün 
özümüzü hazırlamaqdır. Allahdan diləyirik ki, bizi buna müvəf-
fəq etsin. Biz onu görməyi nə qədər istəyirik. Ruhum ona fəda 
olsun. Onlar həmin tarixi fəth hərəkatına qatılmağa hərisdirlər. 


188
Müctəba Sadət
İKİNCİ FƏSL:
ZÜHUR ƏSRİNDƏN ÖNCƏ HİCAZ 
172
(180)
Birinci sual: Axirəzzamanda və  İmam Mehdinin zühur 
əsrində Ərəbistan yarımadasının və Hicazın mövqeyi necə 
olacaq?
Kəbə evinin (müsəlmanların qibləsi) və Peyğəmbərin məq-
bərəsinin  yerləşmə  səbəbilə  Hicaz  məntəqəsənin  əhəmiyyəti 
çoxdur.  Buna  görə  də,  diqqət  edirik  ki,  nə  üçün  bu  məntəqə 
İmam  Mehdinin  hərəkatının  başlanma  nöqtəsi  olaraq  və  zü-
hurun başlanğıcı Məkkədən seçilmişdir. Bundan sonra o, Mə-
dinəyə sarı yola düşəcəkdir və bu iki dəlilə görədir: 
Birinci: Bu mesajı bütün dünya millətlərinə çatdırmaq ki, 
İmamın dini görüşləri və İslami hədə ləri vardır. Həmçinin İs-
lam ən üstün ideologiya və qanundur. O, bu mesajı bütün dün-
yaya çatdırmaq istəyəcəkdir ki, babası – Allah Rəsulu Muhəm-
mədin dinini yeniləyən və onun başçısıdır. Həmçinin müqəddəs 
zühuru  əsnasında  düşüncə  məktəbinin  xüsusiyyətləri  aydın 
olacaq, “Ya ləsəratul-Hüseyn” şüarı hər yeri əhatə edəcəkdir. 
Zühur İslamın qəlbindən, müsəlmanların qibləsindən baş-
layacaqdır ki, öz ismarıcını, mesajını və hədə lərini bütün dün-
ya əhalisinə çatdırmaq fürsəti əldə etsin və oradan öz hərəka-
tının başlanğıcını bəyan etsin.
İkinci: Kəbənin müsəlmanlar yanındakı uca mövqeyindən 
istifadə  etmək.  Dünyanın  ən  müqəddəs  və  pak  nöqtəsindən 
başlanan  hərəkət  zamanı,  onun  bu  hərəkəti  hamılıqla  bütün 
müsəlmanların diqqət və marağını doğuracaqdır. Çünki Mək-
kə dünya müsəlmanlarının yanında xüsusi mövqeyə malikdir 
172
  “Məv`ud” iran jurnalının müəlli lə apardığı müsahibə


189
Məhdəviyyət haqqında nəzərlər
(qiblədir). Buna görə də, ən azından müsəlmanlar onun sözlə-
rini, bəyanatlarını və xütbələrini eşidəcəkdir. Həmin vaxt İma-
mın sədası, açıqlamaları və bildirişləri dünya müsəlmanlarının 
hamısının qulağına çatacaqdır. 
Bunlara diqqət etdikdə, belə bir nəticəyə gəlirik ki, bu dün-
ya rəhbərinin olduqca böyük yaradıcılığı vardır və onun qiya-
mının  strategiyası  müvəffəqiyyət  əldə  edəcəkdir.  Əgər  onun 
hərəkət  nöqtəsi  digər  İslam  şəhərlərinin  birindən  olsaydı, 
yaxud hansısa bir ölkənin siyasi paytaxtından başlasaydı, İma-
mın hərəkatı xəbərdarlıq, siyasi və topluma yönəlik davamlılıq 
fürsəti qazana bilməzdi. Həm də qüvvə səbəbləri təkmilləşmə-
miş,  formalaşması  təkmilləşməmiş  olduğu  halda  zühurunun 
başlanğıcında bu, çətin və müvəffəqiyyətsiz olardı. 
İkinci sual: Zühurdan öncə Hicaz məntəqəsində siyasi 
durum barədə müxtəsər şəkildə danışa bilrəsinizmi? Ümu-
mi  şərait  İmamı  dəstəkləyəcəkmi, yoxsa onunla düşmən 
mövqeyində olacaq?
Hicazda  baş  verəcək  zühurunun  müqəddiməsi  olan  ha-
disələrin ardıcıllığı İmamın hərəkatını müvəffəq etmək naminə 
münasib aura və şərait hazırlığına səbəb olacaqdır. Zühurdan 
öncə Hicaz məntəqəsində nizam və əmniyyətin zəi liyi, siyasi 
boşluq  barədə  söz  açan  şərafətli  rəvayətlərin  mə humu  bizə 
bunu göstərir. Hicazda hadisələr “Abdullah” adlı hakimin ölü-
mü ilə başlayacaqdır. O, Hicazda axırıncı kral olacaqdır. Belə ki, 
rəvayətdə də belə qeyd edilmişdir: “Kim mənə Abdullahın ölü-
münü zəmanət versə, mən ona Qaimi zəmanət verərəm”. “Ali- i-
lankəs” xəlifə təyin etməkdə  ikir ayrılığına düçar olar. İmam 
Mehdi zühur edənədək onlar arasında ixtilaf davam edər. Əbu 
Bəsirdən nəql olunan rəvayətdə   qeyd  edilir:  “Bil  ki,  Abdul-
lah öldükdən sonra camaat heç kəsin üzərində yekdil  ikirdə 
ola bilməz. Allahın istəyilə, bu məsələ sizin Sahibiniz olmaya-
nadək sona çatmayacaqdır. İllərin kralı gedər, aylar və günlərin 


190
Müctəba Sadət
kralı olar.. Əbu Bəsir deyir, dedim ki, bu, uzun çəkər? Buyurdu 
ki, xeyr”.
Hakim Abdullahın ölümündən sonra ixtilaf hakimiyyət və 
səltənət  üzərində  daxili  çəkişmələrə  gətirib  çıxaracaqdır,  ha-
kim  ailələrin  qanadları  arasında  daxili  qətllər  başlayacaqdır. 
Belə  ki,  rəvayətdə  qeyd  edilmişdir:  “Fərəcin  əlamətlərindən 
biri iki hərəm arasında baş verəcək bir hadisədir. Dedim ki, nə 
baş  verəcəkdir?  Buyurdu  ki,  iki  hərəm  arasında  böhran  ola-
caqdır ki,  ilankəs,  ilankəslərin övladlarından on beş tanınmış 
şəxsi, başçını öldürəcəkdir”. Yəni Məkkə ilə Mədinə arasında. 
Ola bilər ki, qətl Taif şəhərində baş versin. Belə bir daxili böh-
ran isə hakimiyyətə görə olacaqdır və Hicaz hökümətini zəif-
lədəcək, siyasi boşluq yaradacaq, əminamanlıq durumu stabil 
olmayacaqdır..  Siyasi  hakimiyyətin  yoxa  çıxması,  zəi ləməsi, 
hakimiyyətə  görə  daxili  qətl  və  çəkişmələrlə  məşğul  olmaq 
Əhli-beyt  ardıcılları  ilə  düşmənçilik  edən,  nasibi  toplum  və 
dəstələrin yaranmasına səbəb olacaqdır.
Buradan  biz  Həcc  mövsümü  zamanı  Minada  hacılar  ara-
sında baş verən düzənsizlikdən söz açan rəvayətləri başa dü-
şürük.  Həmin  il  Cəmərətul-əqəbə  qana  boyanacaqdır.  Bu  isə, 
hakimiyyət uğrunda Hicaz əhlinin bir-birilə ixtilafda olmasının 
uzun çəkməsinə görə olacaq. Əlavə olaraq, şiələrlə düşmənçi-
lik mövqeyində olan əmniyyət şəraitinin Hicazda hakim olma-
sıdır ki, şiələrin əksəriyyətini zindana salacaqdır. Bu hadisələr 
Zülhiccənin iyirmi beşində, Nəfsi-Zəkiyyə adlanan İmamın el-
çisinin rükn və məqam arasında, Məkkə hərəmində qətlə yeti-
rilməsilə sona çatacaqdır. 
Həmin dövrdə (zühurdan öncə) Hicazda olduqca mühüm 
məsələ  bu  olacaqdır  ki,  müsəlmanların  gözü  İmam  Mehdiyə 
dikiləcəkdir  və  onlar  onun  zühurunun  intizarında  olacaqlar. 
Həmin zaman bu xəbər insanlar arasında yayılacaq ki, o, Mə-
dinədə məskunlaşmışdır və hərəkatını Məkkədən başlayacaq-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə