Sifətin quruluşca növləri Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə



Yüklə 30,05 Kb.
tarix08.01.2018
ölçüsü30,05 Kb.
#19989

SİFƏT

Sifət əşyanın əlamət və ya keyfiyyətini bildirir, necə? nə cür? hansı? suallarından birinə cavab olur. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur.

Sifət ismə aid olur və ondan əvvəl işlənir. Azərbaycan dilində sadə sifətlər əsli sifətlərdir. Əsli sifətlərin aşağıdakı

məna növləri vardır:



  • Rəng bildirənlər: ağ, sarı, boz, qırmızı, ğöy, qara, yaşıl və s.

  • Əşyanın fiziki xüsusiyyətlərini bildirənlər: isti, soyuq, qalın, ağır, qalın, nazik və s.

  • Məkan və həcm cəhətdən əlamət bildirənlər: enli, uzun, böyük, kiçik, alçaq və s.

  • Əşyaların zahiri əlamətlərini bildirənlər: arıq, kök, düz, əyri və s.

  • Daxili keyfiyyətləri bildirənlər: mehriban, kobud, zərif, mədəni və s.



Sifətin quruluşca növləri

Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə sifətlər yalnız bir kökdən ibarətdir:sarı,yaşıl, təmiz, gözəl, uzunsov, sarışın və s. Bütün əsli sifətlər sadə sifətlərdir.



İsimdən sifət düzəldən şəkilçilər

Feildən sifət düzəldən şəkilçilər

-lı4 , -sız4, -dakı2, -cıl4, -ı4, -i, və s.

Məsələn: ağıllı, sədaqətli, vəfasız, həyətdəki, zarafatcıl, ölümcül, armudu, gümüşü, bənövşəyi, qəhvəyi və s.



-ağan2, -ar2, -qan2, -ğın4, -qın4, -ıq4, -ıcı4, -unc, -ünc, -aq2 -ma2 və s.

Məsələn: qaçağan, axar (su), dalğın, qırıq, qırıcı, qorxunc, qorxaq, ürkək, burma, hörmə və s.




Düzəltmə sifətlər əsasən isim və feillərə leksik şəkilçilər artırmaqla düzəlir.

Dilimizdə alınma şəkilçilər (ön və son şəkilçilər) vasitəsilə də düzəltmə sifətlər əmələ gəlir. Dilimizdə ərəb və fars mənşəli sifət düzəldən şəkilçilər aşağıdakılardır:



Bi-, na-, ba-, -i, -vi, -kar, -baz, , -pərəst, -pərvər, -xah, -dar. Məsələn: bihal, naşükür, baməzə, elmi, kütləvi, səbəbkar, kəndirbaz, surətpərəst, xəyalpərvər, xeyirxah, sirdar, anbardar və s. Surət+pərəst, xəyal+pərvər, xeyir+xah kimi sifətlərin tərkib hissələri alınma dildə müstəqil söz kimi işlənsə də Azərbaycan dilində ayrıca leksik mənalı söz kimi mövcud deyil. Ona görə də belə sözlər dilimizdə düzəltmə sifət kimi işlənir.

Dilimizdə rus və Avropa mənşəli sifət düzəldən şəkilçilər aşagıdakılardır: Anti-, a-, -iv və s. Məsələn: antikommunust, anormal,summativ.



Mürəkkəb sifətlər iki və daha artıq sözün birləşməsindən yaranır: qaragöz, şirindil, alnıaçıq, şirin-şirin, növbənöv, əzik-üzük, qeyri-adi, ağlı-qaralı, xalı-xalçalı və s.

Mürəkkəb sifətlər iki sadə sifətin təkrarı və ya yanaşı işlənməsindən, sifət ilə ismin, isim ilə feilin, isimlə feili sifətin, zərflə feili sifətin birləşməsindən və s. yollarla əmələ gəlir. Məsələn: şirin-şirin, hədsiz-hüdudsuz, hündürboy, qanunverici (orqan), yükdaşıyan (maşın), çoxsatılan (ərzaq) və s.

Dilimizdə hər iki tərəfi alınma sözlərdən ibarət mürəkkəb sifətlər də vardır. Məsələn: xoşbəxt, kəmsavad, bədrəftar və s.

Sifətin dərəcələri

Sifətin əsas xüsusiyyətlərindən biri onun dərəcə bildirməsidir. Əşyalar əlamət və keyfiyyətlərinə görə fərqləndikləri kimi, əlamətin və keyfiyyətin azlığına və çoxluğuna görə də bir-birlərindən fərqlənirlər. Məsələn, ağ parça - ağappaq parça, şirin alma – şipşirin alma – kəmşirin alma və s.

Sifət əşyanın əlamətini 3 dərəcədə ifadə edə bilir: adi dərəcədə, azaltma dərəcəsində və çoxaltma dərəcəsində.


  • Adi dərəcə əşyanın əlamətinin adi halını bidirir. Məsələn: turş, böyük, xırda və s.

  • Azaltma dərəcəsi əlamətin adi dərəcədən az olduğunu bildirir və iki yolla əmələ gəlir:

- Şəkilçilərlə: -mtıl, -ımtıl, -umtul, -ümtül; -mtıraq, -raq, -rək; -sov, -ümsov; -şın. Məsələn: göyümtül, sarımtıl, ağımtraq, uzunsov, gödərək, qaraşın. Bu üsul morfoloji üsul adlanır.

- Adi halda olan sifətlərin əvvəlinə açıq, az, ala, təhər sözlərini artırmaqla əlamətin azlığını bildirmək olur. Məsələn: açıq yaşıl, açıq qırmızı, ala – yarımçıq, qırmızıtəhər, az şirin və s. Bu, sintaktik üsul adlanır.



  • Çoxaltma dərəcəsi əlamətin adi dərəcədən çox olduğunu

bildirir və bu dərəcə də iki üsulla düzəlir: morfoloji və sintaktik üsulla.

Sifətin çoxaltma dərəcəsi morfoloji üsulla aşağıdakı şəkildə düzəlir:



  • Adi halda olan sifətlərin ilk hecasına m, p, r, s samitlərindən

birini artırıb sifətin təkrar ona qoşulması ilə: gö+m+göy, sa+p+sarı, tə+r+təmiz və s.

  • Adi halda olan sifətlərin əvvəlinə -ca2 şəkilçisini artırmaqla: xırdaca, körpəcə, zorbaca və s.

  • Sifətin çoxaltma dərəcəsi sintaktik üsulla aşağıdakı şəkildə düzəlir:

  • Adi halda olan sifətlərin əvvəlinə ən, çox, lap, daha ədatlarını

və olduqca, düm, tünd sözlərini artırmaqla. Məsələn: ən yaxşı, çox baha, lap gözəl, daha ağıllı, olduqca maraqlı, dümağ, tünd göy və s.

Sifətin dərəcə əlamətlərini düzəldərkən təhər, düm, kəm ilə düzələn sifətlər bitişik, ala və açıq sözləri ilə düzələn sifətlər defislə, az sözü ilə düzələn sifətlər ayrı yazılır.

Sifətin dərəcə əlamətlərini – şəkilçiləri qəbul etmiş

sifətlər quruluşca sadə sayılır.

Açıq, tünd, ala kimi sözlər isimlərlə işlənərkən dərəcə əlaməti əmələ gətirmir: açıq qapı, tünd çay, ala qarğa və s.

Sifətin isimləşməsi (substantivləşməsi)

Sifətlər cümlədə daha çox təyin olur. Lakin bəzən sifətin mübtəda, tamamlıq vəzifəsində də çıxış etdiyini görürük. Məsələn, Əlaçı (kim?) danışdı. Böyüklərə (kimə?) hörmət, kiçiklərə (kimə?) qayğı göstərməliyik. Bu cümlələrdə sifət ismin suallarına cavab verir. Bu, sifətin isimləşməsi, substantivləşməsidir. Sifət substantivləşərkən cümlədə mübtəda, tamamlıq olur, lakin nitq hissəsi kimi morfoloji xüsusiyyətini saxlayır, yəni sifət kimi götürülür.

Əksər sifətlər substantivləşir: igid, dahi, böyük, kiçik, gözəl, ağıllı, dəli, şirin, cavan, gənc, yaxşı, pis, və s.

Sifət substantivləşdikdə də xəbər ola bilir, birbaşa xəbər şəkilçisi qəbul edib substantivləşmədən də xəbər ola bilir. Məsələn, Bu parçanın rəngi daha gözəldir (necədir?) – cümləsində parçanın əlaməti göstərildiyi üçün sifət isimləşməmişdir. Kirayə tutacağımız evin sahibi bu cavandır (kimdir?) – cümləsində sifət isimləşmişdir. Bu parça gözəllərindir (kimindir?) – cümləsində isə sifət ismə aid şəkilçi qəbul etdikdən sonra isimləşib.

Sifət substantivləşdikdə sifətə aid xüsusiyyətlərini itirir (əlamət və keyfiyyət bildirmir, sifətin suallarına cavab vermir, cümlədə təyin ola bilmir, isimdən əvvəl işlənmir), ismə aid xüsusiyyətlər qazanır (ad bildirir, cümlədə mübtəda və tamamlıq olur, hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və isimsiz işlənə bilir).

Sifət substantivləşdikdə dərəcə əlamətlərinə malik xüsusiyyətini saxlayır.



Sifətin morfoloji təhlili

Sifətin morfoloji təhlili zamanı aşağıdakılar müəyyən olunmalıdır:



  1. Sifətin morfoloji sualı, başlanğıc forması

  1. Mənaca növü

  1. Quruluşca növü

  1. Dərəcəsi

  1. Hansı nitq hissəsi ilə bağlılığı

  1. Cümlədə sintaktik vəzifəsi.

Məsələn: Kənddəki evlərində anası tək yaşayırdı.

Kənddəki – hansı? sualına cavab verir, əşyanın əlamətini bildirir, quruluşuna görə düzəltmədir, isimdən düzəlib, adi dərəcədədir, ev sözü ilə bağlıdır, cümlədə sintaktik vəzifəsi təyindir.
Yüklə 30,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə