Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   2   3   4   5   6   7   8   9   ...   66

7
Məhdəviyyət haqqında nəzərlər
eynidir. Orada obyektivliyə riayət olunduqda və elmi meyarlar 
göz önündə tutulduqda biz yaxşı nəticələr əldə edəcək, ixtilaf 
və ittifaq cəhətlərini, yaxud bir araya gəlmə və ayrılma nöqtələ-
rini tanıyacağıq. Bilmək gərəkdir ki, məhdəviyyət tezisində an-
laşılmazlıq dini düşüncə (anlayış) mexanizmlərinin dərinliyin-
də olan əsas barədədir. Bununla yanaşı bütün dinlərin həm ikir 
olduğu  məsələdir.  Odur  ki,  problem  dinlərin  növündə,  yaxud 
düşüncə ziddiyyətində deyil. Sadəcə (bu problem) təəssübkeş-
likdə,  ikirlərin fanatizmləşməsində və üfüq darlığında gizlənir. 
Şübhə  yoxdur  ki,  birlik  və  salamatçılıq  tərə indən  danışmaq, 
digərini  qəbul  etmək,  tolerantlıq  mədəniyyəti  yalnız  mərifət 
vasitəsilə tamamlanır. Bu da məndə nəyin olduğunu bilməyin, 
mənim  də  səndə  nə  olduğunu  bilməyimdir.  Kitabımızın  üs-
tün tutduğu şey bir sıra tayfaların mədəniyyətini toplamaqla 
əlaqədar araşdırma aparmaq və bəhslərdən ibarətdir. Həmçi-
nin məhdəviyyət məsələsinin çoxtərə li və növbənöv cəhətlə-
rini gözdən keçirir. Biz müxtəlif məhdəviyyət araşdırmalarına 
müvəffəq olmuş, əqidəvi əsaslarının anlamaq və nəzəriyyələri-
nin əqli bacarıqlarını detallı incələmək üçün cəhd göstərmişik. 
Habelə qələmimiz müxtəsərlik göstərməyə, həmçinin intizarı 
çəkilən  Mehdi  mövzusu  ətrafında  bəzi  İslam  irqələrinin  ən 
mühüm  ümumi  rəy  və  düşüncələrini  açıqlamağa  çalışıb.  Biz 
onların araşdırmalarının özəlliklərini (yaxud eyni məqamların) 
izah etmiş, ən əhəmiyyətli təsəvvürlərini, nəzəriyyələrinin cöv-
hərini vurğulamışıq. O həddə qədər ki, oxucu obyektiv, insa lı 
və  bitərəf  şəkildə  araşdırmanı  qiymətləndirib  hansı  birinin 
Quran və nəbəvi metoduna daha yaxın nəzər olduğuna dair nə-
ticə çıxara bilsin. Qeyd etmək istəyirəm ki, birinci babda bəhs 
etdiyim mövzu kitabın onurğa sütunudur. Belə ki, həssasiyyət 
və əhəmiyyət artırılıb. Ancaq mövzunun haqqının bəhs və de-
tallı araşdırma baxımından ödənildiyini iddia etmirəm. Orada 
digər  məktəblər  vardır  ki,  biz  onların  məhdəviyyət  nəzəriy-


8
Müctəba Sadət
yəsini  araşdırmamışıq  və  buna  toxunmamışıq.  Məsələn,  Zey-
diyyə kimi. Burada hər bir təqdim edib gözdən keçirtdiyim ilk 
təşəbbüs İslam məktəbinin və bizim akademik tədqiqatımızın 
araşdırdığını  müqayisəli  məhdəviyyət  axtarışları  olub.  Ümid 
edirəm ki, bu obyektiv və faydaverici bəhslər digərləri üçün bir 
açılış olacaqdır. 
Bu  kitabın  bəhslərindən  biri  məhdəviyyət  məsələsində 
bəzi  strateji  ikir  barədə  qısa  baxış  təqdim  etməkdir.  (İkin-
ci bab):  Məhdəviyyət  əqidəsi  ümumi  bir  məsələdir  ki,  bütün 
bəşəriyyətə  aiddir.  O,  həmçinin  İslam  prespektivində  mərkə-
zi  bir  məsələdir.  Gərək  möminlər  Məhdəviyyət  məsələsinin 
ölçüləri üçün dərin və ümumi nəzərə, onu hər bir anlayan və 
əksini kəsən mərifətə malik olsunlar. Bu kitabın  ikir və düşün-
cələri  əslində  məhdəviyyət  mədəniyyəti  ətrafında,  tərbiyəvi 
hədə lərə malik sabiq bəhs və araşdırmaların məcmuəsindən 
ibarətdir. Bu, ümumi təhlil və baxış ilə yazılıb. Habelə bu kita-
bın  ehtiva  etdiklərindən  biri  (Üçüncü bab)  yeni  nəzər  ilə  zü-
hur əlamətlərini qiraət etməkdir. İndiki zamanda camaatın vəd 
olunan günün fövqəl hadisələrini daha çox araşdırmağa marağı 
artıb. Ola bilər ki, onlar fərəcin yaxınlaşması üçün ümid işığı 
hiss edirlər. Odur ki, zühur əlamətləriylə işləyən zaman idrak 
və riayət olunması vacib olan parametrlərdən ibarət məcmuə 
əldə etməyə çalışmışıq. Əlavə olaraq, Mehdi xəbərləriylə əlaqə-
dar kəskin, əhatəli nəzər və təhliledici bəsirətdən faydalanmaq 
üçün yol tapmağa səy göstərmişik. 
Ümid  edirəm  ki,  bu  kitab  məhdəviyyət  məsələsi  barədə 
yeni  ikir formasına malik olacaq. Belə ki, mədəniyyət və dü-
şüncə müsəlmanların ən əhəmiyyətli güc mənbələridir. Habelə 
dialoq  və  araşdırmalar  üzərindən  ikri  tezis  və  nəzəriyyələ-
rin rəqabət aparması onların qalıcılıq və zənginlik zərurətini 
canlandırır. Sağlam və açıq düşüncə əlamətlərinin daha diqqət 
çəkəni zənginlik və həqiqətə çatmaq üçün orada müzakirənin 


9
Məhdəviyyət haqqında nəzərlər
mümkün olmasıdır. Bu kitabımız bu dəstəyə aiddir. O səbəb-
dən  ki,  onun  məzmunu  ideoloji  müqayisə  araşdırmalarından 
ibarətdir,  İslam  məktəbində  boşluğu  doldurmağı  hədəf  seçib 
elmi hərəkəta dəstək olmağa çalışır. Həmçinin sağlam məhdə-
viyyət mədəniyyətinə xas yoldan istifadə edir.   
Bu müqəddiməni bitirməmişdən öncə, düşünürəm ki, qeyd 
edəcəyim  məsələni  izah  verərək  söyləməyə  ehtiyac  yoxdur. 
Belə ki, bu kitab böyük, ilham edilən İmamın məsələsi barədə 
qısa nəzərləri, həmçinin Əhli-beytin (ə) tarixi sayəsində keçən 
ideal dövlət qurmaq üçün hazırlıqları tamamlayacaq Bəqiyyə-
tullaha məxsus bilgiləri (və məlumatları) hekayət edir.  
Sonda  Allah  sübhan  və  təaladan  istəyirəm  ki,  forma  və 
məzmun baxımından tam, müxtəsər ayrıntılı, önəmli məsələlə-
ri barədə İmamiyyəyə məxsus məhdəviyyət tədqiqatı içərisin-
də müvəffəqiyyətə çatmış olum. Həmçinin bütün müsəlmanlar, 
xüsusilə  möminlər  bu  bəhslərdən  fayda  görsünlər.  Allahdan 
qəbul etməsini diləyirik.
Hörmətli oxucu üçün  ikri ekskursiya və faydalandırıcı mə-
dəni səfər təmənna edirik.


10
Müctəba Sadət
BİRİNCİ BAB
BƏZİ İSLAM FİRQƏLƏRİNİN DÜŞÜNCƏSİNDƏ 
MƏHDƏVİYYƏT NƏZƏRLƏRİ
GİRİŞ
Müxtəlif Məhdəviyyət tezislərini araşdırmağın 
əhəmiyyəti
İntizarı çəkilən Mehdi bəşəriyyət həyatının son dönəmin-
də, yaxud islami terminologiya ilə “Axirəzzaman” – deyə tanıt-
dırılan vaxtda müsəlmanların zühurunu istədikləri şəxsdir. Bu 
şəxs hakim, adil və əzəmətli şəxs olacaq. O, yer üzərində zülm 
və haqsızlığın qarşısını alacaq, ədalət və sağlam İslamı yayacaq. 
Həmin İslamı ki, onu Allah Rəsulu (sallallahu əleyhi və alih) gə-
tirmişdir. O vuruşaraq İslam düşmənləri üzərində qələbə çala-
caq. İslam mənbələri az qala onun zühuru üzərində icma edib. 
Ancaq şəxsiyyətinin kimliyi barədə  ikir ayrılığına düşüb.
Müxtəlif  müsəlman  məzhəbləri  arasında  ikri  və  ideoloji 
ikir ayrılıqları yeni bir məsələ deyil. Əksinə, bu, tarix boyunca 
İslam  ümməti  arasında  baş  verib.    Belə  ki,  bu,  tarixi  və  siya-
si çəkişmələr nəticəsində parçalanmağa gətirib çıxarmış, onu 
müxtəlif saylı məzhəb və məktəblər halına salmışdır. İslam an-
layışında və onun yolunda mədəniyyət və şəri qanunları barə-
də qarşılıqlı müdaxilələr qəribə bir şey deyil. Belə ki, ümmətin 
bu  ikir ayrılıqları vəd olunan Mehdi əqidəsini anlamaq barə-
dədir. Lakin bu  ikir ayrılıqları məzhəb sərhədlərində olsa da, 
Məhdəviyyətlə əlaqədar imanın əsasına, habelə islami orijinal-
lığına zərər yetirmir. 
Din və məzhəblərin  müqayisəli bilgisi İslam mədəniyyə-
ti üçün ali müvəffəqiyyətlərdən biridir. Bu elm İslamdan öncə 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə