Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri


e  - bucağının böyük qiymətlərini və qütb  oblastlannda daha



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
3-cu ishe uygun


- bucağının böyük qiymətlərini və qütb 
oblastlannda daha
 
yaxşı örtməni təmin edirlər. 
Çatışm azlıqları: Ən böyük problem - bütün yer kürəsini əhatə 
edə bilmək (örtə bilmək) üçün çoxlu sayda peyklərə tələbatın 
olmasıdır. Bəzi sxemlərdə orbitlərdə 50^-200 peyk olur, hətta daha 
çox - peyklərin görünmə müddətlərinin az 
20
21
 


olması və 
s -
bucağının böyüklüyü - bir peykdən digərinə 
qoşulmaların çevrilməsi kimi əlavə mexanizmlər tələb edir. Peyklərin 
sayı çox olduğuna görə və onlar tez hərəkət etdikləri üçün bütün peyk 
sisteminin mürəkkəbliyi artır. Xidmət müddətlərinin az olması (5+8 
il) da ümumi problem hesab olunur. Müddətin belə az olması, 
atmosferin müqaviməti və Van Allenin daxili qurşağının 
şüalanmaları ilə izah olunur. Ona görə də 8 ilə hesablanmış olan 48 - 
peykli “Globalstar” sistemində hər iki aydan bir yeni peyk lazım 
gələcəkdir. Yer kürəsinin ixtiyari nöqtəsi ilə birləşmələr yaradılarkən 
verilənlər paketinin bir peykdən digərinə marşrutlandınlması (ünvan­ 
lanması) zərurəti yarana bilər (və yaxud bir neçə dəfə BS-dən peykə 
və əksinə ötürülmələr tələb oluna bilər). GEO-da isə xidmət zonası 
böyük olduğuna görə, belə marşrutlamaya ehtiyac qalmır, çünki 
verici və qəbuledicilər böyük ehtimalla bir xidmət zonasında olurlar. 
M EO peykləri. Bu cür peykləri GEO və LEO peykləri 
arasındakı hissədə yerləşdirmək olur. 
Üstünlükləri . 10000 km radiuslu orbit istifadə etdikdə 
sistemə bir düjinə yaxm (12 ədəd) peyk tələb olunur. Bu GEO ilə 
müqayisədə çoxdur, lakin LEO ilə müqayisədə xeyli azdır. Bundan 
başqa bu peyklər, Yerin fırlanmasına nəzərən yavaş hərəkət edirlər 
ki, bu da sistemin layihələndirilməsini yüngül­ ləşdirir (peyklərin 
dövretmə müddətləri ~ 6 saata yaxındır). MEO peyki, maillikdən 
asılı olaraq böyük ərazini əhatə edə bilər, ona görə də bunlarda az 
sayda çevirmələr baş verir. 
Çatışm azlıqları. Yer səthindən olan məsafə çox oldu­ ğundan 
siqnalın ləngiməsi artır və 70+80 msan-yə çatır. Burada 
daha yüksək güc və kiçik xidmət zonaları üçün xüsusi an­ tenalar 
tələb olunur. 
Peyk sistemləri ifrat aşağı sürətli, aşağı və orta sürətli
həmçinin yüksək sürətli növlərə bölünürlər. 
İfrat aşağı sürətli peyk sistemləri. Bu cür peyk sistemlərində 
informasiyanın veriliş sürəti < 1,2 kbit/san olur. Bu cür sistemlər, 
qəzaya uğramış gəmilərin və təyyarələrin yerini, ətraf mühitin 
monitorinqini təyin etmək üçün, dənizdəki və qurudakı obyektlərdən 
məlumatların yığılması məqsədilə istifadə olunur. Belə sistemlərin 
kanalları ilə, əsasən, uzunluğu 256 bitdən artıq olmayan bir paketli 
məlumatlar verilir. Bunlarda LEO və GEO orbitləri tətbiq oluna 
bilər. LEO KA - lari olan sistemlərdə (“Cospas - Sarsat “, “Kurs”) 
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı tərəfindən ayrılmış ( 121,5 / 243 
MHs və 406 MHs ) tezliklərdə, aviasiya və dəniz obyektləri üçün 
qəza xidməti rabitəsi aparılır. Burada abonent avadanlığı kimi, əl ilə 
və ya avtomatik işə düşən radiomayaklardan istifadə olu­ nur. Bunlar 
avtonom qida mənbələrindən qidalanırlar. Geosta-sionar KA - m 
bazası üzərində qurulmuş sistemlərdə (Inmarsat E və s.) isə rabitə 
kanalları, zamana görə ayrılan çoxsaylı daxilolma rejimində yerinə 
yetirilir. Burada bütün xidmət olunan obyektlər eyni zamanda KA-ın 
radiogörünüş zonasında yerləşir. Məlumatların verilməsi müntəzəm 
olaraq fiksə olun­ muş zaman intervallarmda yerinə yetirilir ki,bu 
halda hər bir radiomayak üçün konkret interval ayrılır və hər bir 
platforma retranslyatorun fiksə olunmuş kanonlarından birini istifadə 
edir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə