Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
3-cu ishe uygun

2 4
25 


Mütəhərrik PRRS üçün abonentlər arasında rabitənin təşkili 
üsulları aşağıda göstərilən əlamətlərə görə fərqlənə bilər: 
abonentlər bir peykin radiogörünüş zonasında yerləşdikdə 
real zamanda rabitə; 
abonentlər müxtəlif KA-m radiogörünüş zonasında yerləş 
dikdə, məlumatlar isə peyklərarası və ya yerüstü rabitə xətləri ilə 
retranslasiya olunduqda real zamanda qlobal rabitə
məlumatların KA-m yaddaşında saxlanıldığı və peykin 
təyinat məntəqəsinin üstündən keçdiyi anda təyinat mən­ təqəsinə 
ötürülən vaxt, qeyri-real zamanda (virtual kanallara görə) rabitə. Bu 
halda sistem elektron poçt rejimində işləyir. Verilənlərin ötürülməsi 
üçün bortda elektron “poçt qutusu” olan peykin olması kifayət edir. 
Bu halda peyk hər dəfə Yerin yeni bir rayonu üzərindən keçərkən, 
qlobal xidməti təmin edir. Peyklərin sayı az olanda bu rejimdə 
informasiyanın çatdırıl­ ması bir neçə saat ərzində baş verir. Qeyd 
olunanlarla yanaşı peyk rabitə sistemlərini (PRS) şərti olaraq 
aşağıdakı növlərə də bölmək olar: 
VSAT (Very Small Aperture Terminals) texnologiyası 
əsasmda korporativ şəbəkələr. Bu növ PRS-i diametri 1,8+2,5 metr 
olan antenalı və kiçik ölçülü peyk terminallarından istifadə etməklə 
qurulur. Hal-hazırda dünya üzrə 300 000 - ə yaxın VSAT-
stansiyalar mövcuddur. 
Fərdi PRS. Bunlara misal olaraq “Iridium”, “Inmarsat”, 
“Globalstar”, “ICO”, “ELLİPSO” və “Thuraya” sistemlərini 
göstərmək olar. Fərdi rabitə terminalları VSAT - stansiyalardan 
xeyli fərqlənir. Onlar daha yığcamdır, universaldır, şanvari sistemlə 
uyğunlaşdırıla bilir, ən əsası isə - 
abonent hərəkətdə olanda da işləyir. Bu növ PRS-də tariflər 
yüksəkdir. 
Televiziya yayımı sistemləri. Bunlar əsasən Ku - tezlik 
diapazonunda (14/11 QHs) işləyirlər və kiçik ölçülü yerüstü 
stansiyalar istifadə etmək mümkündür ki, bu stansiyaların qiyməti 
500 ABŞ dollarından çox deyildir. Bu növ peyk yayımı ilk növbədə 
kənd əhalisinə və kabel infrastrukturu zəif inkişaf etmiş kiçik 
şəhərlərə xidmət üçün nəzərdə tutulmuşdur. 
Yüksək sürətli PRS-lər. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə