«geo strateglYA». 2012.№01. S. 46-50. T ə b r iZ ŞƏ h ə r iN İn ticarət ta riX İn d ə n dilavəR ƏZİMLİ tarix üzrə fəlsəfə doktoru



Yüklə 64,14 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü64,14 Kb.
#31478


«GEO  STRATEGlYA».-2012.-№01.-S.46-50.

T Ə B R İZ  ŞƏ H Ə R İN İN   TİCARƏT TA RİX İN D Ə N

DİLAVƏR ƏZİMLİ - tarix üzrə fəlsəfə doktoru

Təbriz  bu  gün  3  milyona  yaxın  əhalisi  ilə  İran  İslam  Respublikasının  ən  önəmli  şəhərlərindən  biridir. 

Əhalisinin  hamısı  Azərbaycan  türklərindən  ibarətdir.  Bu  şəhərdə  işlək  dil  yalnız  Azərbaycan  türkcəsidir.  Təbriz 

bütün  dövrlərdə  həm  cənubda,  həm  də  şimalda  yaşayan  Azərbaycan  türkləri  üçün  müqəddəs  şəhər  sayılmışdır. 

Azərbaycan türkləri  bu  şəhərə  "Azərbaycanın  anası"  deyirlər. 

Tarixdə hər  zaman 

Təbriz  Azərbaycanın 

baş 

şəhəri

kimi göstərilmişdir. Bu şəhərin çiçəklənmə dövrü orta əsrlərə təsadüf edir.

Orta  əsr  mənbələri  sübut  edir  ki,  Azərbaycan şəhərləri  içərisində  Təbriz  şəhəri  Yaxın  Şərqdə  XIII  əsrin

sonlarından  XIV  əsrin  40-cı  illərinə  qədər  italyan  ticarətinin  başlıca  mərkəzi  olmuşdur.  Təbriz  şəhəri  bu  dövrdə 

bütün  Yaxın  Şərqdə bir  çox  əmtəələrin  təyinatı  üzrə  mərkəz  sayılırdı  (18,  94-95).  Çox  əlverişli  coğrafi

mövqedə-karvan yolları qovuşuğunda yerləşən  Təbriz  şəhəri  Şərqi  və  Qərbi Avropa ölkələrinin bir  sıra  sənətkarlıq 

və ticarət mərkəzləri  ilə ticarət əlaqələri  saxlayırdı.  Təbrizdən Kiçik Asiyanın müxtəlif şəhərlərinə  və  Aralıq dənizi 

limanlarına  al  rəngli  ipək  parçalar  ixrac  olunurdu.  Azərbaycan  və  Osmanlı  tacirləri  Avropa  ölkələrindən  Təbrizə 

yun  parçalar,  mahud  və  s. gətirirdilər.  Təbrizin  bazarlarında  Şirvan  və  Gilan  ipəyi  satılırdı.  Xam ipək  və  ipəkdən

hazırlanmış  zərif parçalar  İsveçə,  Polşaya,  Danimarkaya  ixrac  edilirdi.  Təbrizdə  bir neçə  iri  bazar  var  idi.  Həmin 

bazarlar  ipək məhsulları  ilə  zəngin  idi.  Onlardan  ən  məşhuru  Ağqoyunlu  hökmdarı Həsən  padşahın  inşa  etdirdiyi 

"Qeysəriyyə"  bazarı olmuşdur (4, 35).

Məşhur  səyyah  Marko  Polo  Hülakülər  dövləti  kimi  əzəmətli  bir  imperiyanın  paytaxtı  olmuş  Təbriz  şəhəri 

haqqında  yazmışdır:  "Təbriz  böyük  şəhərdir...  Başqa  şəhərlər  və  qalalar  da  çoxdur...  Təbriz  əhalisi  ticarət  və 

sənətkarlıqla  məşğul  olur,  burada  çox  bahalı  zərxara  və  ipək  parçalar  toxunur...  Təbriz  yaxşı  yerdədir;  buraya 

Hindistandan,  Bağdaddan,  Mosuldan...  və  bir  çox  başqa  yerlərdən  əmtəə  gətirirlər;  buraya  Şərq  əmtəələri  almaq 

üçün  avropalı tacirlər,  xüsusilə  genuyalılar  gəlirlər...  Buradan  qiymətli  daş-qaş  da  alınır.  Daş-qaş  burada  boldur. 

Buraya  gələn  tacirlər  çox  böyük  qazanc  əldə  edirlər...  Şəhər  çoxlu  dadlı  meyvəsi  olan  gözəl  bağlarla  əhatə 

olunmuşdur"  (22,  25-26;  19,  60).  XIV  əsrin  20-30-cu  illərində  Təbrizdə  olmuş  avropalıların  məlumatları  da 

Təbrizin  və  ümumiyyətlə,  Azərbaycanın  beynəlxalq  ticarətdə  tutduğu  mövqeyi  müəyyən  etmək  üçün

əhəmiyyətlidir.  1321-ci  ildə  İtaliyanın  Perdenon  şəhərindən  Təbrizə  gəlmiş  Odorikin  (1286-1331)  məlumatları  da 

bu  sıradandır.  O,  göstərir  ki,  "Təbrizdə  yaşayan  xristianlar  mənə  dedilər  ki,  şahın  bu  şəhərdən  əldə  etdiyi  gəlir 

Fransa  kralının  Fransadan  əldə  etdiyi  gəlirdən  çoxdur"  (6,  62).  1332-ci  ildə  Təbrizdə  olmuş  ingilis  səyyahı 

Mondevilson  da  Təbrizi  "  dünyanın  ən  böyük  və  əzəmətli  şəhəri"  adlandırmış,  Təbrizdə  yalnız  ticarətdən  əldə 

edilən gəlirin  "ən  zəngin bir xristian  kralının  bütün  ölkəsindən  aldığı gəlirdən  çox  olduğunu"  bildirmişdir  (6,  62). 

XV əsrin I yarısında bu məlumatı Təbrizdə olmuş məşhur alman səyyahı İ.  Şiltberqer də təsdiqləyir və bildirir ki, bu 

şəhər böyük ticarət mərkəzidir (24,  40).  Elə  bunun nəticəsi  idi  ki,  orta əsrlərdə  Təbrizə  Azərbaycanın hər yerindən 

xam ipək və ipək məmulatları daxil olurdu.  Təbriz orta əsrlərin bütün dövrlərində beynəlxalq ticarət mərkəzi rolunu 

qoruyub  saxlamışdır.  Bunu son orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının məlumatları da təsdiqləyir. 

XVII əsrin II yarısında Azərbaycan  şəhərləri  haqqında məlumat verən məşhur fransız səyyahı J.  Şardən bu mənada 

yazır:  "Təbrizin gözlərimiz  önündə  canlanan mənzərəsi,  şübhəsiz,  onun  haqqında yüksək  ideya yaradır.  Həqiqətən 

də  bu,  böyük  və  nəhəng  şəhərdir.  Bu  yerinə,  böyüklüyünə,  zənginliyinə,  ticarətinə  və  əhalisinin  sayına  görə 

Səfəvilərin ikinci şəhəridir (bu dövrdə  səfəvilərin paytaxtı artıq İsfahan idi-D.Ə.).  Asiyanın digər yerlərində  olduğu 

kimi  burada  da  kifayət  qədər  bazarlar  var.  Onların  adamı  heyran  qoyan  nəhəng  uzunluğu,  genişliyi,  gözəl 

günbəzləri,  üstünü  örtən  tağları  vardır.  Axşamacan  adamla  dolu  olurlar.  Ağzınacan  mal  ilə  doldurulurlar.  Bu 

bazarlardan  ən  gözəli  səkkizbucaqlı  və  çox  geniş  olan  bazardır.  Orda  qaş-daş,  daha  qiymətli  mallar  satılır.  Onu 

Qeysəriyyə  bazar adlandırırlar.  Təbrizdə  üç yüz  karvansara olduğunu hesablamışlar.  Orada elə  geniş  karvansaralar 

var  ki,  hər  birində  üç  yüz  adam  yerləşə  bilər  (8,  72-73).  XVII  əsrdə  Təbriz  şəhərinin  ticarət  həyatı  haqqında 

məlumat verən  digər  fransız  səyyahı  J.  Taverniye  də  bu  şəhəri  çox yüksək qiymətləndirir.  O,  yazır ki,  "bu  şəhərdə 

çoxlu  sayda  sənətkarlar vardır.  Dəri  məmulatlarının  ən  çox  hazırlandığı  yer Təbriz  şəhəridir.  Təbriz ticarətdə  irəli 

getmiş, önəmli bir şəhərdir(13, 41).  Bütün orta əsr müəllifləri Təbriz haqqında bu cür dəyərli məlumatlar vermişlər. 

Orta əsrlərdə Təbrizə gətirilən ipəklər çoxçeşidli idi. Həmin dövrdə  "kənar"  adlı Qarabağ ipəyi daha məşhur idi.  Bu 

dövrdə  Şamaxıdan,  Gəncədən  və  Tiflisdən  Təbrizə  iki  növ  ipək  gətirilirdi.  Onların  bir  növü  zərif  idi,  "şərbafi" 

adlandırılırdı,  digəri  isə Ərəş  mahalının  adı  ilə  "ərvəş  ipəyi"  kimi  tanınmışdı  (6,  102,  104).  Təbrizdə  istehsal

olunmuş  məhsullar yalnız Azərbaycanda və İranda deyil, Yaxın və  Orta  Şərqdə,  Orta (Mərkəzi) Asiyada və  Avropa 

ölkələrində  şöhrət qazanmışdı  (6,  50).  Təbrizdə  sənətkarlığın xeyli inkişaf etməsi bu öncüllüyün başlıca səbəbi  idi. 

Həmin  dövrdə  Marko  Polonun  səyahətnaməsindən  məlum  olur  ki,  Azərbaycanda  bağçılığın  qədim  tarixi  vardır. 

İtalyan  tacirinin  bu  məlumatını  başqa  mənbələr  də  təsdiq  edir.  Marko  Polo  orta  əsrlərdə  Azərbaycanda  ənənəvi 

təsərrüfat  sahəsi  olmuş  atçılıqdan  və  atların  xarici  bazara  çıxarılmasından  bəhs  etmişdir  (22,  27).  O,  Təbrizdən 

çıxan  karvan  yolları  və  bu  yolların  təhlükəsizliyinin  təminatı  haqqında  da  məlumatlar  vermişdir:  "Üzük  kimi 

dövrələnən köçəri yolları iri karvan yolları ilə  kəsişir;  həmin yollar Avropaya məlum  olmayan uzaq  ölkələrə  gedir.


Qoşunlar müharibə günlərində də karvan yollarını qoruyurlar.  Tacirlər müharibə edən ölkələrdən keçib gedirlər"  (9,

11).  Təbrizin  ümumdünya  ticarətində  başlıca  mərkəzə  çevrilməsində  məşhur  fateh  Əmir  Teymurun  (1336-1405) 

hərbi-siyasi  fəaliyyətinin  həlledici  rolu  olmuşdur.  Bu  baxımdan  onun  1395-ci  ildə  Həştərxan,  Saray  və  Azov  kimi 

ticarət  mərkəzlərini  darmadağın  etdirməsi  xüsusilə  diqqətəlayiqdir.  Mənbə  məlumatlarından  bəlli  olur  ki,  Əmir 

Teymur  Şirvanda  Şamaxı, Gilanda Lahıcan və Rəştdən dəniz yolu ilə  Həştərxana nəql  edilən xam  ipək mənbələrini 

təkrarən  Təbrizə yönəltmək  məqsədini  güdürdü.  Əmir  Teymurun  Təbrizi  təkrarən  xam  ipək  və  ipəktoxuma

ticarətinin  mərkəzinə  çevirmək  uğrunda  fəaliyyəti  nəticədə  əski  Təbriz-Kiçik  Asiya  yolunun  canlanmasına  rəvac 

verdi və Kiçik Asiya da bu fatehin nəzarəti altına düşdü (15, 5— 17;  7, c.  l, 274).

XV 

əsrin  II  yarısında beynəlxalq  əhəmiyyətli karvan  yolları  Ağqoyunlu  imperiyasının  ərazilərindən  keçirdi. 

Ümumiyyətlə, XV əsrdə Avropa ilə  Asiya arasında gedən ticarətdə  Cənubi Azərbaycandan keçən karvan yollarının 

böyük əhəmiyyəti  var idi.  Buna görə,  bu  dövrdə  də  Təbriz,  Marağa və  Ərdəbil  şəhərləri  mühüm ticarət mərkəzləri 

idilər (5,  119;  6,  88-89).  Bu yollar isə  Osmanlı imperiyasının ərazilərindən Aralıq dənizi  sahillərinə yönəlirdi.  Əgər 

Təbriz  şəhərinə  gətirilmiş ipəyin  və  digər  Şərq  məhsullarının  bir  qismi  karvanlarla  Trabzona  və  Hələbə

göndərilirdisə,  digər qismi  isə  Osmanlı imperiyasının venesiyalı və  digər avropalı tacirlərin  qızğın ticarət  etdikləri 

toxuculuq və  ticarət  mərkəzlərinə  çatdırılırdı.  Azərbaycan,  xüsusilə  Gilan  ipəyi  Osmanlı  imperiyasının  toxuculuq 

mərkəzlərinin xammalla təmin  olunmasında həlledici  rol  oynayırdı.  Yalnız Təbrizdən  Osmanlı imperiyasına doğru 

iki  vacib  karvan  yolu  yönəlirdi:  Təbriz-Diyarbəkr-Mardin-Mərəş-Qeysəriyyə-  Ankara-Əskişəhr-Bursa  və 

Təbriz-Ərzurum-Ərzincan-Toqat-Amasiya-Ankara-Bursa.  Toqatdan,  Təbriz-Bursa  istiqamətindən,  Şirvandan, 

Gəncədən,  indiki  "Ermənistan"  və  indiki  Gürcüstan  ərazilərindən  gələn  ipək  karvanları  qovuşur  və  Bursaya 

yönəlirdi.  Bursaya yönələn hər bir ipək karvanında həmin dövrdə  300-400-ə  yaxın yük heyvanı olurdu  (17,  c.3,  87; 

3,  10-14).  Məhzbuna görə  də X.İnalcık göstərir ki, Təbriz ilə  Bursa arasındakı ipək yolunun nəzarəti uğrunda gedən 

mübarizə  Osmanlılarla  Ağqoyunlular və  Osmanlılarla  Səfəvilər  arasında XV-XVI  əsrlər boyunca  davam  etdi  (10,

51).

X.İnalcığın  fikrincə,  təkcə  Təbrizdən  Bursaya  hərəkət  edən  hər  bir karvanda  orta  hesabla  200  yük  heyvanı 

olurdu (10, 53).

XV 

əsrdə  Azərbaycan  şəhərləri  sənətkarlıq  və  ticarətin  iqtisadi  mərkəzləri  idilər.  Onlardan  bəziləri  (Təbriz, 

Gəncə,  Ərəş, Ərdəbil,  Culfa) bütün  Səfəvi dövləti, digərləri  (Bərdə, Naxçıvan,  Marağa,  Dərbənd və  s.) yerli vilayət 

miqyasında əhəmiyyət kəsb  edirdilər.  XV-XVI  əsrlərdə  Təbrizdə  sənətkarlıq  sahələri  -  ipəktoxuma, həllaclıq  (yun 

çırpma),  pambıq parça,  boyaqçılıq yüksək dərəcədə inkişaf etmişdi.  Sənətkarlıq məhsullarının xeyli hissəsi xaricə  - 

beynəlxalq  bazara  çıxarılırdı.  Naməlum  tacirin 

məlumatına 

görə 

Suriyanın 

və 

Osmanlı 

imperiyasının,  sonra 

isə

Avropanın  şəhərlərinə  burada  istehsal  olunan qırmızı  və  tünd  qırmızı  qumaş  və  parçalar,  hər  cür  ipək  parçalar

göndərilirdi (1, 205-206).

Səfəvilərin hakimiyyəti  dövründə  beynəlxalq ticarətdə  Azərbaycanın baş  şəhəri  olan  Təbriz  şəhərinin  çəkisi 

xüsusilə  artmışdı.  Həmin  dövrdə 

Təbriz  şəhəri  yalnız  Azərbaycanda  deyil,  Yaxın 

və 

Orta 

Şərqdə  mühüm  ticarət

mərkəzlərindən  biri  hesab  olunurdu.  Səyahət və  ticarət  məqsədilə  Təbrizə  gəlmiş  avropalılar  onu  "ticarət  şəhəri" 

adlandırırdılar.  Həmin  dövrdə  Şirvan  və  qiymətli  Gilan  ipəyi  əsasən  Təbriz  vasitəsi  ilə  digər ölkələrə,  o  cümlədən 

Avropaya aparılırdı.  Moskva dövləti vasitəsilə Avropa ölkələri ilə ticarət Təbrizin  də  iqtisadi həyatında mühüm  rol 

oynayırdı.  Qeyd edək ki, həmin dövrdə Avropa manufakturalarının xammala, xüsusilə ipəyə, pambığa, dəriyə böyük 

ehtiyacı  var  idi.  Bu  məhsulların  satış  bazarı  Təbrizdə  cəmləşmişdi.  Təbriz  həmin  dövrdə  də  Şərqin  ən  böyük 

toxuculuq  şəhəri  olmuşdur.  Bu  barədə  XVI  əsrin  I  yarısında  Səfəvilər dövlətinin  ərazisində  olmuş  venesiyalı  tacir

M.  Membre də öz  "Səyahətnamə "sində geniş məlumat verir.  O, göstərir ki,  Səfəvilər dövründə  Təbrizdə  sənətkarlıq 

sahələri  içərisində  toxuculuq  özünün  yüksək  inkişaf  mərhələsinə  çatmışdı.  Qərb  ölkələri  üçün  Moskva  dövləti 

vasitəsi  ilə  Asiya ilə  ticarət  daha  əlverişli  idi.  Onlar  Volqa  çayı  və  Xəzər  dənizi  vasitəsilə  ticarətdə

Təbriz-Ərdəbil-lənkəran-Bakı  yolundan  istifadə  edirdilər.  XVI-XVII  əsrlərdə  Şimal  dəniz  yolu-Xəzər  dənizi 

vasitəsilə  İran-Hindistan  ticarət  yolu  daha  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Bunun  nəticəsində  okean  ticarətindən 

kənarda qalmış Avropa tacirlərinin  şimaldan  Şirvan yolu  ilə  Təbrizə  axını üçün  şərait yarandı (6,  136-143;  2,  116; 

14,  64-67).  Azərbaycanın  Qərbi  Avropa  ilə  ticarət  əlaqələrində  Moskva  tacirləri  də  mühüm  rol  oynayırdılar. 

Moskva  tacirləri  Qərbi  Avropaya  xam  ipək,  ipək  parçalar,  Hindistandan  daxil  olan  ədviyyatı  daşıyır,  ölkədən 

Azərbaycan  neftini  də  aparırdılar.  XVI  əsrə  dair  "Ticarət  kitabları"nda  bu  barədə  məlumatlar  vardır.  Həmin 

kitablara  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  neft  Moskva  tacirləri  vasitəsilə  Şirvandan  Qərbi  Avropaya 

daşınırdı.  Şamaxıya Xəzər dənizi  vasitəsilə gələn Moskva tacirləri  Muğan düzünü keçib  Cavad  şəhərinə  daxil  olur, 

oradan  da  Ərdəbilə  gedirdilər.  Onlar  Ərdəbildən  iki  istiqamətdə  hərəkət  edirdilər.  Bu  yollardan  biri  Təbrizə 

yönəlirdi.  Digər yol isə  Cənub-Şərq istiqamətində  - Qəzvinə  və  Kaşana gedirdi.  Həmin dövrdə  bu  şəhərlərdə  qızğın 

ticarət gedirdi.  Qəzvində  və  Kaşanda müxtəlif növ  ipək  parçalar,  ədviyyat,  mirvari  və  qiymətli  daş-qaşlar olurdu. 

Kaşan həm də böyük sənətkarlıq mərkəzi idi.  Bu  şəhər hələ qədim dövrlərdən gil və mis məmulatı, ipək toxuculuğu 

sahəsinə  görə  fərqlənirdi.  Təbrizə  daxil  olan  Moskva tacirləri  oradan  Osmanlı imperiyası ərazilərinə  də  gedirdilər. 

Onlar  Azərbaycan  və  İran  əraziləri  vasitəsilə  Hörmüzə  də  gedib  çıxırdılar.  Moskva  tacirlərinin  və  səyyahlarının 

məlumatlarında da Hörmüzün ticari  əhəmiyyəti barədə  qiymətli materiallara rast gəlmək mümkündür.  Hörmüz  illər 

boyunca Hindistanın Avropa və Yaxın Şərq ilə ticarətində xüsusi rol oynamışdır.  Bununla belə qeyd etmək lazımdır 

ki,  XVI  əsrdə  Moskva  tacirlərinin  fəaliyyəti  əsasən  Şamaxıda,  Təbrizdə,  Qəzvində,  Kaşanda  və  digər  şimal


şəhərlərində  cəmləşmişdi  (23,  26-27).  XVI  əsrdə  ticarət  yollan  içərisində  isə  başlıca  yer  Təbriz-Bursa  yoluna 

məxsus  idi.  Azərbaycan və  İran  ipəyi  Təbriz-Bursa karvan yolu  ilə  Aralıq  dənizi  vasitəsilə  Avropaya göndərilirdi. 

Sultan  I  Səlim  Azərbaycan  və  İran  ipəyinə  qadağa  qoymuş,  bu  tədbirlə  Səfəvi  dövlətini  iqtisadi  baxımdan 

çökdürmək  fikrinə  düşmüşdü.  Bunun  üçün  o,  ipək  ticarətini  və  tacirlərin  Azərbaycana və  İrana  gedişini  qadağan 

etmişdi 

(12, 

c. 

1,276). 

Qərb 

ölkələrinin 

Volqa  çayı 

və 

Xəzər 

dənizi 

vasitəsilə 

ticarətində

Təbriz-Ərdəbil-Lənkəran-Bakı  yolundan  istifadə  olunurdu.  Əvvəllər  Asiya  və  Avropa  qitələri  Aralıq  dənizi 

vasitəsilə  İran  əraziləri  və  Hindistanla  əlaqələnirdi.  XVI-XVII  əsrlərdə  şimal  dəniz  yolu-Xəzər  dənizi  vasitəsilə 

İran  əraziləri-Hindistan  ticarət  yolu  daha  mühüm  əhəmiyyət  kəsb  etdi  (6,  143;  20).  Təbriz  tacirləri  Volqa-Xəzər 

ticarət  yolundan  istifadə  edərək 

Mərkəzi 

və 

Qərbi  Avropa  ölkələri,  o  cümlədən 

İngiltərə 

ilə 

ticarət  əlaqələrini

genişləndirdilər.  Moskva knyazlığı ilə  əlaqələrdə  İsfahan-Qəzvin-Rəşt-Astara-  Lənkəran-Bakı-Dərbənd-  Həştərxan 

yolundan  başqa  Təbriz-Muğan  çölü-Şamaxı-Şabran-Niyazabad-Həştərxan  ticarət  karvan  yolu  əsas  tranzit  yolu 

hesab  olunurdu.  Moskva  knyazlığı  ilə  Azərbaycan,  İran  əraziləri  ticarətində  əsas  mərkəzlər  Təbriz  və  Şamaxı 

şəhərləri idi (6,  143;  17,  108; 21, 40).

Bu kiçik  məqalə  ilə  Y axın və  Orta  Şərqin  ən  böyük  şəhərlərindən  olan  və  Azərbaycan  türklərinin  qəlbində 

müqəddəs  şəhər statusunu  saxlayan  Təbriz  şəhərinin  orta əsrlər  (XV  - XVI  əsrlər)  tarixinə  nəzər  saldıq.  Bəlli  olur 

ki,  orta  əsrlərdə  (XV  -  XVI  əsrlər)  dünyada  elə  bir  şəhər  yox  idi  ki,  beynəlxalq  ticarətdə  onun  çəkisi  Təbrizə 

bərabər  olsun.  Bunu  mənbə  məlumatları  birmənalı  şəkildə  təsdiq  edir.  "Bizim  heç  bir  xalqa,  dövlətə  qarşı  ərazi 

iddialarımız  yoxdur.  Lakin  əsrlər  boyu  itirilmiş  Vətən  torpaqlarını  tarixini  araşdırmaq.  təbliğ  etmək,  beynəlxalq 

aləmə tanıtmaq hüququnun bizim əlimizdən heç bir qüvvə ala bilməz"  (Y.M.  Mahmudov).  Təbriz adlanan böyük bir 

ölkənin əsrlər boyu mövcud olan  "Azərbaycan"  adlı ölkənin ayrılmaz, tərkib  hissəsidir və  onun tarixini  araşdırmaq 

bizim müqəddəs borcumuzdur.

Qeydlər:

1. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti.  Bakı "Elm",  1993, 299  s.

2. Quliyev  Ə.S. XVI  əsrin  ortalarında  Azərbaycan  Səfəvilər  dövlətində  sənətkarlıq  istehsalı  (Mikel 

Membrenin  "Səyahənamə"si  əsasında)  /Şah  İsmayıl  Xətai.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Fəlsəfə  və 

Siyasi-Hüquqi  Tədqiqatlar  İnstitutu  və  Azərbaycan  Milli  Elmlər Akademiyası Rəyasət  Heyətinin təsis  etdiyi  "Şah 

İsmayıl Xətai"  qrupunun birgə keçirdiyi IV elmi-praktiki konfransın materialları.  Bakı: 2007,  s.  116-120.

3. Mahmudov  Y.M. Azərbaycanın  Avropa  ölkələrilə  əlaqələri:  Ağqoyunlu  dövrü  (XV  əsrin  yarısı).  Bakı: 

ADU,  1986, 91  s.

4.  Məmmədova Ş.K.  "Xülasət Ət-Təvarix" Azərbaycan tarixinin mənbəyi kimi.  Bakı: Elm,  1991,  116 s.

5. Nəcəfli  T.H.  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tarixi  müasir  türk  tarixşünaslığında.  Bakı: 

Çaşıoğlu, 2000,  197 s.

6.Onullahi  S.M. XIII- XVII əsrlərdə Təbriz şəhərinin tarixi.  Bakı:  "Elm",  1982, 278  s.

7. 

Petruşevcki İ.P. XV əsrdə Azərbaycan dövlətləri. Azərbaycan CCR Elmlər Akademiyası.  Tarix və Fəlsəfə 



İnstitutunun əsərləri, I cild,  Bakı 1951, s.  49-108.

8.  Şardən J.  Səyahətnamə.  Fransız dilindən tərcümə edən Vaqif Aslanov.  Bakı: Elm,  1994, 91  s.

9.  Şklovski V.B.  Səyyah Marko Polo.  Bakı: Gənclik,  1973,251  s.

10. İnalcık  Halil.  Osmanlı  imparatorluğunun  ekonomik  ve  sosyal  tarihi.  Editör  Halil  İnalcık  ve  Donald 

Quataert.  I.  Cilt:  1300-1600.  Türkçeye çeviren Halil Berktay.  Eren Yayıncılık, 2000, 496 s.

11. 


İnalcık  Halil.  Bursa:  XV  asırda  sanayi  ve  ticaret  tarihine  dair  vesikalar  //Türk  tarih  kurumu,  belleten, 

Ankara,  1960, c. XXIV,  sayı.93.  s.  45-102.

12. Küçükdağ  Yusuf.  Osmanlı  devletinin  Şah  İsmailin  Anadoluyu  şiileştirme  çalışmalarını  engellemeye 

yönelik önlemeleri.  Osmanlı.  12 cilt,  1.,  Siyaset. Yeni Türkiye yayınlar. Ankara:  1999, s.  269-281.

13. Tavernier  J.B. XVII.  asır  ortalarında  Türkiye  üzerinden  İrana  seyahat.  Çeviren:  Ertuğrul  Gültekin. 

Kervan Kitapçılık Basın Sanayi ve Ticaret A.Ş.  İstanbul.  1980.  112 s.

14. 

Aşurbeyli  S.B. Baku v XVI-XVIII vv.  po  opisaniö  puteşestvennikov //İzv.  AN Azerbaydacanskoy  SSR, 



1947. №1,  s.  63-72.

15. 


Qeydarov  M.X.  Qoroda  i  qorodskoe  remeslo  Azerbaydjana  XIII-XVII  vekov:  remeslo  i  remeslennıe 

üentrı.  Baku:  Elm,  1982, 281  s.

16. Quseynov  A. N. Azerbaydjana-russkie  otnoşeniə  XV-XVII  vekov.  Baku:  İzdatelğstvo  Akademii  Nauk 

Azerbaydjana 

s

S

r



,  1963, 238  s.

17. 


İstoriə Vostoka. V  şesti tomax. pod.  redaktiey R.B. Rıbakova.  Tom.  III. Vostok na rubeje  srednovekovye 

i Novoqo vremeni (XVI-XVIII vv.). M.:  İzdatelğskaə firma Vostoçnaə literatura, RAN,  1999, 695  s.

18. Karpov  S.P. İtalğənskie morskie  respubliki  i  öjnoe  Priçernomorğe  v XIII-XV vv.  Problemı torqovli.  M.: 

İzdatelstvo  Moskovskoqo  Universiteta,  1990,  336  s.  274.Polo  Marko.  "Kniqa  Marko  Polo".  Perevod  so 

starofranüuzskoqo teksta İ.P. Minaeva.  Moskva.:  Qeoqrafqiz,  1956, 376 s.Kniqa  Marko 

Polo. 


Perevod 

so 


starofranüuzskoqo teksta İ.P.Minaeva.  M.:  Qeoqrafqiz,  1955,376 s.

19.  Kniqa Marko Polo.  Perevod so  starofransusskoqo teksta İ.P. Minayeva.  M.:  Qeoqrafqiz,  1955, 376 s.




20. Kukanova  N.Q.  Oçerki  po  istorii  russko-iranskix  torqovıx  otnoşeniy  v  XVII  -  pervoy  polovine  XIX 

veka.  Saransk:  Mordovskoe knijnoe izdatelstvo,  1977, 286  s.

21. 

Polievktov  M.A. Evropeyskie  puteşetvenniki  XIII-XVIII  vv.  po  Kavkazii.  Tiflis:  Akademiya  Nauk 

SSSR. Nauçno-issledovatelskiy institut Kavkazovedeniə imeni akademika N.  Ə.  Marra.  1935, 222 s.

22. 

Polo  Marko.  "Kniqa  Marko  Polo".  Perevod  so  starofransuzskoqo  teksta  İ.  P.  Minaeva.  Moskva.: 

Qeoqrafqiz,  1956, 376 s.

23. 

Fexner M.V.  Torqovlə russkoqo qosudarstva so  stranami Vostoka v XVI veke.  M.:  Qoskultprosvetizdat, 

1956,  120 s.

24. 

Şilğtberqer  İ.  Puteşestvie  po  Evrope,  Azii  i  Afrike  s  1394  qoda  po  1427  qod.  Perevod  so 

staronemeçkoqo  F.K.  Bruna.  İzdanie,  redaktiya  i  primeçaniya  akademika  AN  Azerb.SSR  Z.  M.  Buniətova.  Baku 

"Elm",  1984, 85  s.

Yüklə 64,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə