Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   2   3   4   5   6   7   8   9   ...   37
3-cu ishe uygun

Rəqam televiziyası 
yüksək templərlə inkişaf edir. Birbaşa
 
peyk yayımının əsas yer stansiyası Plyus “Skolkovo”, proq­ 
ramların peykə ötürülməsi üçün 1998-ci ildə Moskvanın sər-
həddində tikildi. Proqramların peykə verilməsi 8 işçi (üstəgəl 2 
ehtiyatda olan) vericilərlə (gücləri-hərəsininki 425Vt) və diametri 
9,2 m olan antena ilə 17,3... 18,1 QHs tezlik diapa­ zonunda yerinə 
yetirilir. Məlumdur ki, bu cür yüksək tez­ liklərdə güclü yağış 
şəraitində sönmə çox ola bilər, lakin yer stansiyasının şüalandırdığı 
gücdən effektiv istifadə və peykin həssaslığının yüksək olması 
sayəsində Yer-Peyk xəttində təx­ minən 25 dB energetika üzrə 
ehtiyat yaratmaq mümkün olur. 
dB-dən çox sönmələr zamanı (təcrübələr göstərir ki, il ər­ zində 
bu hal 1-2 dəfə və bir neçə dəqiqə ərzində baş verir), siq­ nalların 
yerdəki ehtiyat stansiyaya ani olaraq ötürmək imkanı vardır (həmin 
stansiya Ostankinoda tikilib və “Skolkovo” stan­ siyası ilə optik-lifli 
rabitə xətti ilə əlaqəlidir.) Bütün TV proq­ 
2



ramları SDİ standartı üzrə (270 Mbit/san - hər proqrama) rə­ qəm 
formasında kompressiya avadanlığının girişinə daxil olur. 
Hər stvolda (stvolun zolağı 33 MHs) siqnallann ötürül­ məsi 
27,5 Msimv/san - simvol sürəti ilə həyata keçirilir (dörd-fazalı 
modulyasiya zamanı bu sürət 55 Mbit/san-yə uyğundur ki, 
bunlardan faydalı TV və səs informasiyasını ötürmək üçün 38 
Mbit/san sürəti ayrılır). 
Təcrübə göstərir ki, təsvirin yüksək keyfiyyətli qəbulunun 
təmini üçün, kompressiya avadanlığının çıxışında bir proqram üçün 
sürət > 4,6 Mbit/san olmalıdır. Əgər proqramın sonradan 
retranslyasiyası nəzərdə tutularsa (yerüstü efir vericiləri, kabel 
şəbəkələri, radiorele xətləri ilə), onda veriliş sürəti >6,8 Mbit/san 
olmalıdır. Bu onu göstərir ki, bir stvolda 6 və daha çox proqram 
ötürmək olar. 
MPEG-2/DVB-S - standartı ilə işləyən qəbuledicilər, 
abonentin iştirakı olmadan avtomatik olaraq TV proqramlarının 
istənilən veriliş sürətlərinə (2-dən 15 Mbit/san - yə qədər) kök­ lənə 
bilirlər. Ona görə də proqramın xarakterindən və keyfiy­ yətinə 
qoyulan tələblərdən asılı olaraq, veriliş sürətini hər bir kanalda 
istismar prosesi zamanı dəyişdirmək mümkündür. 
Müxtəlif peyklərdən retranslyasiya olunan siqnalların qəbulu 
üçün 
“Skolkovo” 
yer 
stansiyasında 
qəbuledici 
mərkəz 
yaradılmışdır və 15 qəbul traktı ilə təchiz olunmuşdur. Bundan 
başqa, “Skolkovo”da ayrıca verici stansiya (diametri 7m olan 
antenaya malik) da vardır ki, buradan “Hot Brid-2” (13°.B.g.) 
peykinə Beynəlxalq Eutelsat təşkilatının siqnallarını göndər­ mək 
olur. Burada 1 stvol 4 proqramın Avropadakı rusdilli 
teletamaşaçılanna göndərilməsi və daha iki proqram ikinci 
sıçrayışla - “Orion” (37,5° b.g.) peyki vasitəsilə - ABŞ-a gön­ 
dərilir ki, oradan bütün ölkəyə “EchoStar” (61,5°3.g.) peyki ilə 
ötürülür. 
Rəqəm proqramlarım qəbul edə bilmək üçün, Rusiya abo­ 
nenti aşağıdakı avadanlıqlara malik olmalıdır: 
Diametri təxminən 60 sm olan parabolik antena
Azküylü gücləndirici - konverter (xarici blok), hansı ki, 11,7^-
12,5 QHs diapazonuna hesablanmışdır, dairəvi polya-rizasiya (sağ 
və sola fırlana bilən), 1 dB-dən çox olmayan küy-faktorla rəqəm 
siqnallarının qəbulu (Cambridge - İngiltərə fir­ masının xarici 
bloklan daha çox tətbiq olunur). 
MPEG-2/DVB-S standartı üzrə rəqəm siqnallarının qəbulu üçün 
nəzərdə tutulan tüner. Tüner xarici blokun eneıji qidalan-dırılmasını 
təmin edir, siqnalları açır (şərti daxilolma “Viaccess” sistemi ilə 
kodlaşdırılmış). X-SAT (Fransa) və Samsung (Cənubi Koreya) 
firmalarının istehsalı olan tünerlər geniş yayılmışdır. Bağlı rəqəm 
proqramlarının qəbulu üçün abonent xüsusi maqnit kartını 
sənədləşdirir ki, bundan sonra öz 
televizoruna peyk vasitəsilə göndərilən icazə verici komandanı 
qəbul edir. 
Yüksək sürətli İnternet (>300...400kbit/san) şəbəkələrinin 
qeyri-simmetrik sxem üzrə (abonentdən şəbəkəyə adi yerüstü 
telefon kanalı ilə sorğu, informasiyanın peykdən alınması) 
yaradılması da planlaşdırılmışdır. Bunun üçün verici yerüstü 
stansiyada 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə