Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
  1   2   3   4   5   6   7   8   9   ...   37
3-cu ishe uygun



Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri 
Keçmiş SSRİ məkanında ilk kosmik rabitə ötürücü stan­ siyası 
(“Rezerv”obyekti - Medvejyi ozera, Moskva vilayəti) 1967-ci il 
noyabrın 4-də istismara verildi. 20 qəbul “Orbita” stansiyasının 
Sibirin, Uzaq Şərqin və Uzaq Şimalın iri şə­ hərlərində 
quraşdırılması ilə Mərkəzi TV-nin proqramları mün­ təzəm olaraq 
birinci nəsil “Molniya” seriyalı rabitə peykləri qruplaşmaları ilə 
translyasiya edilməyə başladı. “Molniya” seriyalı üç ədəd peyk 
Şimal yarımkürəsi üzərində yüksək elliptik orbitə çıxarıldı və onların 
köməyilə sutka ərzində Ru­ siyanın bütün regionlarını səs və TV 
yayımı ilə təchiz etməyə imkan verdi. “Orbita” stansiyaları 
mürəkkəb texniki qurğular kompleksi idi və tam fırlana bilən 12 m 
diametrli antenalarla (THA-57) təchiz olunmuşdu. 
1976-cı ildə dünyada ilk dəfə olaraq birbaşa TV yayımı 
sistemi (CHTB) olan “Ekran” istismara verildi. Bu sistemin 
köməyilə Mərkəzi TV-nin birinci proqramım Sibir, Uzaq Şərq və 
Uzaq Şimal bölgələrinə çatdırmağa imkan yaradıldı. 
Moskvadakı Olimpiada-80-a hazırlıq işləri zamanı yeni nəsil 
“Horizont” seriyalı peyklər, həmçinin “Moskva” tipli (antenasının 
diametri 1,5-5-2,5 m olan) qəbul stansiyaları işlənib hazırlandı. 
Artırılmış gücə malik retranslyatorlu “Horizont” kosmik aparatları 
geostasionar orbitə çıxarılaraq, çox da baha olmayan “Moskva” tipli 
qəbul stansiyalarım, praktiki olaraq Rusiyanın bütün şəhərlərində 
istifadə etməyə imkan yaratdı. 



Orbital qruplaşmada ilkin mərhələdə yeddi, 90-cı illərdə isə 
10 kosmik aparatın tətbiqi sayəsində mərkəzi TV-nm iki 
proqramının beşzonalı peyk teleradio yayımım təşkil etmək mümkün 
oldu. Bununla da ölkə əhalisinin 98-99%-ni bu proq­ ramlarla təchiz 
etmək mümkün oldu. Bu, ölkədə istehsal olu­ nan texnika sayəsində 
yeni peyk rabitəsi texnologiyalarının inkişafının ikinci mərhələsi idi. 
İkinci nəsil kosmik aparatlarında geostasionar orbitdə aktiv 
mövcudluq və buraxma imkanları məhdud idi. 1990-92-ci illərdə 
Rusiya Federasiyasının Rabitə Nazirliyi tərəfindən “2000-ci ildə RF-
də peyk rabitəsi vasitələrinin və televiziya yayımının inkişaf 
proqramı” qəbul edildi. Bu proqrama uyğun olaraq, ölkədə üçüncü 
nəsil “Ekspress” seriyalı kosmik kom­ pleks və rabitə peykləri 
yaradıldı. Bunlar, kosmik aparatın geo­ stasionar orbitdə yüksək 
dərəcəli saxlanılmasına və çoxlu say­ da retranslyatorlara malik 
idilər. 1997-ci ildə RF-in Rabitə Na­ zirliyi qərar qəbul etdi ki, yeni 
kosmik aparatlar aparıcı xarici kompaniyalarla birgə hazırlansın. 
Fransanın “Alkatel” kom­ paniyası ilə müqavilə bağlandı və üç ədəd 
“Ekspress-A” seri­ yalı rabitə peyklərinin hazırlanması qərara alındı. 
Bu kosmik aparat 17 ədəd transponderə (qəbuledici-ötü-rücü) 
malikdir və onlardan beşi 11-14 QHs tezlik diapazonun-dadır. Bu 
seriyadan olan iki kosmik aparat 2000-ci ildə işə salındı və radio-
televiziya proqramların yayılmasını uğurla ye­ rinə yetirməyə imkan 
verdi, həmçinin VSAT kommersiya şəbə­ kələrinin inkişafına təkan 
verildi. 
Hal-hazırda Rusiyada mülki yayım və rabitə - iki ədəd 
“Ekspress” kosmik aparatın, iki ədəd yeni nəsil “Ekspress-A” 
kosmik aparatlarının, altı ədəd “Horizont” və bir ədəd “Ekran-M” 
KA-ın istifadəsinə əsaslanır. Bundan başqa, “LMİ-1” KA bazasında 
“Rostelekom” peyk rabitə şəbəkəsi və bir ədəd “Yamal-100” KA-
nın bazasında korporativ şəbəkənin tətbiqinə başlanılıbdır. Xarici 
kompaniyalarla birlikdə iş qurarkən (“Ekspress-A” və “Yamal-100”) 
faydalı yük xarici firma tərə­ findən həyata keçirilir, KA-m 
platforması və peykin inteq­ rasiyası Rusiya müəssisəsində həyata 
keçirilir. Bütün bu təd­ birlər sayəsində 2005-ci ilə qədər “Horizont” 
və “Ekspress” peyklərini, aktiv mövcud olma müddəti 12 ildən çox 
və trans-ponderlərin sayı 30-dan çox olan KA-a keçməyə imkan 
yaratdl. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə