Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
3-cu ishe uygun

2 2
23 


Aşağı və o rta sürətli peyk sistemləri. Bunlar qısa paket 
verilənlərin ötürülməsini və telefon radiorabitəsini təmin etmək üçün 
istifadə olunur. Sistem, istifadə olunan orbitlərin növün­ dən asılı 
olaraq beş qrupa bölünür: 
Little LE O , big LEO, M EO, H E O və GEO. 
Little LEO qruplu sistemlər, verilənlərin (1,2 9,6) kbit/ san 
sürəti ilə verilişini təmin etmək üçün istifadə olunur. Tezlik 
diapazonu 1 QHs - ə qədər, kütləsi ( 50 
+
250 ) kq olan yüngül KA-
dan istifadə olunr. Bu sistemlərdə 6 -M8 KA - dan istifadə olunur. 
Əsas iş rejimi - real zaman və ya elektron poçtu rejimində 
verilənlərin paket ötürülməsidir. Xarakterik cəhətləri aşağıdakılardır : 
Kanallarda qrup sorğusunu tətbiq etməklə, verilənlərin (qısa 
məlumatların) paket veriliş rejimi; 
İstiqamətlənməmiş antenalı yüngül portativ terminalların 
istifadə olunması; 
Kiçik KA - larin qrup şəklində orbitə çıxarılması; 
Daha aşağı tarif qiymətlərinin olması. 
Big LEO qruplu sistemlər qlobal miqyasda telefon və peycinq 
radiorabitəsini təmin etmək üçün istiqamətlənmişdir. Peyk telefon və 
müxtəlif standartlı şanvari şəbəkələrin vahid şəbəkədə birləşməsi və 
little LEO sistemlərinin təmin etdiyi tam xidmət (verilənlər, teleks, 
faksimil məlumat, qısa məlumat­ ların verilişi, koordinatlann təyini) 
növləri də nəzərdə tutulur. Abonentlərə göstərilən xidmətin fasiləsiz 
və real zaman miq­ yasında olması üçün, tərkibində 48 66 peykdən 
ibarət olan korreksiyaedici orbital qruplaşmasından istifadə olunur. 
L - və S - tezlik diapazonları istifadə olunur, peyklərin kütləsi 300 
+700 kq olur. Real buraxma qabiliyyəti - hər KA düşən 1200 
ekvivalent telefon kanalından çox olmur. “İridium”, ’’Globalstar”, 
’’Siqnal” sistemləri bu qrupa aiddir. 
M EO qrupu- bunlar orta hündürlüklü orbitlərdə tətbiq olunur 
və big LEO sistemlərinə əsas rəqib sayılırlar. Bunlar da qlobal 
telefon və peycinq radiorabitəsi üçündür. Big LEO-da 
— 210 uzlaşma stansiyası tələb olunurdusa, MEO-da 7 -j-12 
qov-şaq stansiyası kifayət edir. Real buraxma qabiliyyəti 3000 -j-
4500 ekvivalent telefon kanalı həddindədir. Bu qrupa 
“Odissey” və “İCO” sistemləri aiddir. 
H EO və GEO qruplarında yüksək elliptik və geostasio-nar 
orbitlərdə KA-dan istifadə olunur. Mobil peyk rabitə sis­ temləri 
bütün növ (nitq, verilənlər, teleks, faks və s.) rabitə növlərini təmin 
edə bilir. ”İnmarsat-C”, “Omnitracs”, ’’Euteltracs”, ’’Prodat” 
(verilənlərin ötürülməsi), “İnmarsat-M”, “Marafon” (telefon 
radiorabitəsi) bu sistemə aiddir. MEO və GEO orta sürətli qrup 
sistemləri yüksək keyfiyyətli telefon ra­ diorabitəsi və 64 kBit/san 
sürətilə məlumatların ötürülməsini təmin edə bilir. Bunlara 
“İnmarsat-B” və “Odissey” sistemləri də aiddir. 
Yüksək sürətli peyk sistemləri. Bunlarda LEO, MEO və GEO 
orbitləri istifadə olunur və genişzolaqlı rabitə sistemləri hesab 
olunurlar. Yüksək keyfiyyətli nitq, yüksək sürətli veri­ lənlər axını, 
multimedia, konferens rabitənin verilişi, İnternetə daxilolma
interaktiv rabitə və s. üçün tətbiq olunurlar. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə