Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
3-cu ishe uygun

VSAT- şəbəkələr 
daha dinamik inkişafa malik olan peyk
 
sistemləri hesab olunurlar. Müasir qlobal korporativ şəbəkələr 
əsasən VSAT - texnologiyasına üstünlük verirlər. VSAT - 
terminallar əsasında ayrılmış şəbəkələr özlərinin uzaqda yerlə­ şən 
istifadəçilərinə geniş xidmətlər spektri təklif edirlər, o cüm­ lədən, 
yüksək keyfiyyətli telefon rabitəsi və faksimil rabitəni, həmçinin 
müxtəlif sürətlə verilənlərin ötürülməsi, videokon-franslann təşkili 
və teleproqramların paylanması kimi xid­ mətləri də təklif edirlər. 
Peyk kanalının ayrılması müxtəlif cür təşkil oluna bilər: 
həmişəlik istifadə üçün, ya da tələbata görə. 
Müasir VSAT avadanlığı İSDN-in yerüstü şəbəkələrinə 
qoşulmağa imkan verir. Bu cür qoşulma zamanı ( bir ədəd BRİ 
interfeysi) verilənlərin nominal ötürülmə sürəti 128 kBit/can - dən 
160 kBit/san aralığında olur. Verilənlərin sıxlaşdırılması-nın müasir 
alqoritmlərini istifadə etməklə, nitq siqnallarının ötürülməsi zamanı 
peyk kanalının buraxma qabiliyyətini 10 - 12 dəfə artırmaq mümkün 
olur. 
26
27 


Orta və yüksəksürətli informasiya axınlarının VSAT ka­ 
nalları ilə ötürülməsində səhv ehtimalı 10~7- dən pis olmur. VSAT 
terminalları bütün növ şəbəkə intrfeyslərini dəstək­ ləyirlər: RS 232, 
RS 449/422, Ethernet (IEEE 802.3), Token Ring (IEEE 802.5). Ona 
görə də lokal şəbəkələri daha geniş yayılmış olan İP, IPX, Net - BIOS 
kimi protokollar bazasında birləşdirməyə imkan verir. Bundan başqa, 
çoxprotokollu mühit və fram e relay texnologiyasının (kadrların 
retranslyasiyası: ISDN şəbəkələri üçün interfeys) tətbiqi sayəsində 
sürəti dəyiş­ dirilə bilən şəbəkələr və ötürmə zamanı keyfiyyətli 
xidmət yaratmağa imkan verir. 
QEYD'. 
Fram e relay - kadrların retranslyasiyası demək­ 
dir: ITU-T 1.122 təkliflərinə əsasən ISDN şəbəkələri üçün işlə­ nib 
hazırlanmış interfeysdir. Kommutasiya qovşağında mini­ mal 
ləngimələrlə kadrların və yaxud paketlərin yüksəksürətli ötürülməsi 
və şəbəkənin buraxma qabiliyyətindən effektiv isti­ fadə etmək üçün 
nəzərdə tutulmuşdur. OSl modelinin kanal səviyyəsində təsir 
göstərir. 
Lokal 
hesablama 
şəbəkələrində, 
za­ 
man 
multipleksləməsinə malik olan kanallarda, həmçinin kanal və 
paketlərin kommutasiyasma malik olan şəbəkələrdə tətbiq oluna 
bilər. Retranslyasiya zamanı şəbəkə kadrı təyinat nöqtə­ sinə tərəf 
istiqamətləndirir. Veriliş sürətini artırmağın əsas fak­ toru odur ki, bu 
halda səhvlərin analizi aparılmır və retran­ slyasiya qovşaqları səhv 
qəbul olunmuş kadrlar üçün sorğu və ya bildiriş göndərmir. Bu hal - 
daha keyfiyyətli rabitə kanalı (əsasən lifli optik - bunlar ötürülən 
verilənlərə çox az təhriflər daxil edir) istifadə etmək sayəsində 
mümkün olmuşdur. Bunun sayəsində verilənlərin ötürülməsinin 
düzgünlüyü üzrə məsuliy­ 
yət nəqliyyat səviyyəsinə həvalə edilə bilir: səhvlər yalnız son 
nöqtələrdə yoxlanılır. 
Multimedia və verilənlərin yüksəksürətli ötürülməsi 
xidmətlərinin əsas tələbatçıları bank və sığorta kompaniyaları, 
kütləvi informasiya vasitələri, dövlət müəssisələridir. 
VSAT texnologiyası çoxlu sayda uzaq stansiyalara malik 
paketlərin kommutasiyalı çoxməqsədli korporativ şəbəkələrin 
yaradılmasına da imkan verir. Bu cür şəbəkələrdə ötürmə sürəti 
adətən 64 kbit/san-dən çox olmur, verilənlərin ötürülməsi isə X.25, 
X.3/X.28, LAP-B, HDLC, SNA/SDLC kimi standart protokollardan 
istifadə etməklə həyata keçirilir. Belə şəbəkələr çoxlu sayda 
qovşaqlara və asimmetrik trafikə malik olur. Burada VSAT 
texnologiya daimi və yaxud da “tələbata görə” əlavə kanal təşkil 
etməyə, bununla da trafikin birinciliyini təmin etməyə də imkan 
verir. Misal kimi, real zaman rejimində benzindoldurma 
stansiyalarında kredit kartlarının yoxlanılması şəbəkələrini, 
bankomatlann yoxlanılması şəbəkələrini, telemet-rik və meteoroloji 
informasiyaların yığılması və emalı şəbəkə­ lərini göstərmək olar. 
İnternat şəbəkələrinin məşhurluğunun durmadan artması və 
VSAT texnologiyasının kəskin inkişafı onu söyləməyə əsas verir ki, 
gələcəkdə bu iki texnologiya vahid bir texnologiyada birləşə bilər. 
Hal - hazırda peyk vasitəsilə korporativ şəbəkənin serverini ABŞ-da, 
Avropada, Avstraliyada birbaşa İnternet şlüzlərinə qoşmaq olar və 
şəbəkənin tam xidmətləri paketini se­ çilmiş kanal üzrə 19,2 
kBit/san-dən 8,448 kBit/san - yə qədər sürətilə almaq mümkündür. 
İnternetə daxilolma həm asim­ metrik, həm də cimmetrik sxemlər 
üzrə təşkil oluna bilər. Bu 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə