Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
  1   2   3   4   5   6   7   8   9   ...   171



 
TELMAN ORUCOV 
 
 
 
 
 
 
 
 
HƏYAT KALEYDOSKOPU 
(Məqalələr) 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
Redaktor:   Rafiq Abbasov 
 
Korrektorlar: Aynurə Rəşidova 
 
 
 
İlqar Mustafayev 
 
 
 
 
Üz qabığının birinci səhifəsindəki şəkil Vinsent van Qoqun 
“Taxıl zəmisi qarğalarla” tablosudur 
 
 
 



 
 
MÜƏLLİFDƏN 
 
Oxucuların  bəzilərinə  kitabda  toplanmış  məqalələr  yəgin  ki  tanışdır,  çünki 
onların hamısı “525-ci qəzet”də və rusca nəşr olunan “Novoye Vremya” qəzetində 
dərc  olunmuşdur.  Bu  yazılarda  dövrün  və  tarixin  bir  sıra  aktual  məsələlərinə, 
xüsusən  faciə  timsallı  Qarabağ  probleminə  toxunulmuşdur.  Hadisələrin  təhlili 
cəhdi  oxuculara  heç  də  hazır  cavab  təklif  etmək  məqsədini  güdmür,  onların 
özlərini  düşünməyə,  problemləri  daha  qeniş  və  hərtərəfli  dərk  etməyə  dəvət  edir. 
Oxucu  müəmmalar  qarşısında  da  fikirə  danmalı  olur.  Axı  tarixdə  bəzən  ağıla 
sığmayan  qərarlar  qəbul  edilməsi  və  onların  xalqların  taleyinə  təsir  göstərməsi 
halları  az  olmamışdır.  Bəşər  sivilizasiyasının  inkişafı  heç  də  daim  düz  və  ya 
yüksələn xəttlə qetməmişdir, uzun fasilələr də, reqress anları da mövcud olmuşdur. 
Insanlar  xilas  olmaq  üçün  hətta  böyük  risqli  üsullara  əl  atmalı  olmuşlar.  Bu 
cəhətdən, yazılardaki bir gədər ziddiyətli kimi görünən fikirlər məhz təhlil olunan 
məsələyə geniş bucaq altında baxmaq zərurətindən meydana gəlmişdir. 
Ayrı-ayrı ölkələrə həsr olunmuş məqalələrdə səmimi hisslər, nəcib cəhətlərə 
vurğunluq  öz  əksini  tapmışdır.  Yaradıcı  insanlara  gəldikdə,  əgər  onlar  insanlığa 
xidməti ön plana çəkirlərsə, özləri də minnətdarıq şəkilindəki cavab payı ummaqda 
haqlıdırlar.  Bütövlükdə  cəmiyyət,  xüsusən  onları  əhatə  edən  adamlar  bu  kövrək 
təbbiətli  varlıqlara,  billur  şüşə  ilə  davrandıqları  kimi,  ehtiyatla  və  qayğı  ilə 
yanaşmalıdırlar. 
 Məqalələr  və  onlarda  irəli  sürülən  düşüncələr  çoxcəhətliyinə  görə  geniş 
əhatə dairəsinə malikdir. Müəllif onların necə təqdim olunmasına münasibəti və ən 
başlıcası,  ədalətli  rəyi,  intelektin  sarsılmaz  qayasına  söykənən  oxuculardan 
gözləyir və onların istənilən qərarına hörmətlə yanaşmağı vəd edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
XALQIMIZIN FACİƏLİ PROBLEMİ 
 
Silah diplomatyası və ya diplomatiya silahı 
 
Dağlıq  Qarabağ  münaqişəsi  iki  qonşu  dövləti  müharibəyə  cəlb  etməklə, 
onların xalqlarına öz bədbəxtliklər hədiyyəsini bəxş etmişdir. 20 il əvvəlin qışında 
o  vaxt  ki,  muxtar  vilayətin  paytaxtının  mərkəzi  meydanında  başlanan  və  əvvəlki 
mərhələdə  dinc  xarakter  daşıyan  nümayişlərdə  qatı  erməni  millətçilərinin–
separatçıların  ortaya  atdığı  qığılcımdan  nəhən  düşmənçilik  tonqalı  alovlanmağa 
başladı. Onlar Azərbaycanın tarixi və hüquqi tərkib hissəsini qoparıb qəsb etmək, 
onun  suverenliyini  pozaraq  ərzazisini  parçalamaq,  bu  xalqın  qədim  mədəniyyət 
ocağı  sayılan  torpaqları  ələ  keçirmək  üçün  bəla  vəd  edən  hər  cür  avantüralara 
getməyə hazır idilər. Öz məkrli məqsədlərinə çatmaq üçün hər şeyə əl atan həmin 
adamlar  buna  hüquqi  cəhətdən  nail  ola  bilməsələr  də,  onlar  bu  iki  xalqı  düşmən 
düşərgələrinə bölmək, bir-birinə yalnız döyüş səngərlərindən baxmağa sövq etmək 
vəzifəsini  həyata  keçirə  bildilər.  Münasibətlərdə  vaxtilə  mövcud  olmuş  tarixi 
ləkələrə  baxmayaraq,-bu  biyabırçı  damğalar  da  erməni  milətçilərindən  qalma 
miraslardır,-  dinc  qonşuluq  tərzi  uzun  müddət  ərzində  mövcud  olmuşdur  və  ona 
xələl  gətirən  elə  bir  əsaslı  səbəb  də  yox  idi.  Lakin  qatı  millətçilər  acı  xatirələri 
yenidən  tarix  səhnəsinə  gətirmək  kimi  ağılsız  fikirdən  vaz  keçməyib,  iki  ölkə  və 
xalq arasında keçilməzliyi ilə bu gün Çin səddini andıran bir düşmənçilik divarını 
ucaltdılar.  İmperator  Şi  Xuan-di  sonuncu  dəfə  22  əsr  əvvəl  bu  Böyük  Səddin 
daşlarını  insan  qanı  ilə  suvatdırdığı  kimi,  erməni  millətçilərinin  meydana  atdığı 
fəsad  minlərlə  gəncin  qanının  tökülməsi  rüsumunu  tələb  etdi.  Bu  yüz  minlərlə 
azərbaycanlı  qocaların,  qadınların,  uşaqların  görünməmiş  müsibətlərinə  və 
əzablarına  səbəb  oldu.  Kin  ,  nifrət  divarı  öz  tarixi  prototiplərindən  ərşə  qalxan 
hündürlüyü və ölçüyə sığmayan qalınlığı ilə fərqləndiyindən, onu yarıb keçmək də 
asan məsələ deyildir. Həm də onun baiskarları bu divarın uçulub dağılmaması üçün 
əllərindən gələn hər şeyi edirlər. Hadisələr bir daha göstərir ki, ağılsız adamların 
“igidlik”  komediyası  nəticə  etibarı  ilə  dəhşətli  faciəyə  çevrilir.Onlar  müharibə 
cığırına  düşərək  siyasətin  bütün  digər  vasitələrini  inkar  edib,  sonra  onun  daha 
arzuolunmaz  vasitəsinə  əl  atmaqdan,  bu  insan  təbiətinə  yad  olan  təsir  riçağından 
istifadə  etməkdən  də  çəkinmədilər.  Bu  vaxt  siyasət  səhnəsində  uduzacaqlıarına 
şübhə  etmirdilər,  çünki  iddialarının  qum  üzərində  qərar  tutduğunu  anlayırdılar, 
onları  heç  bir  ağıllı  ,  hüquqi  dəlil və  arqumentlərlə nəinki  sübut  etmək,  heç  izah 
etmək də mümkun deyildi. 
Silahlar  toqquşanda,  mübahisənin  həllinə  top  atəşləri  girişəndə  təkcə 
muzalar  susmur,  hətta  zəkanın  da  digər  imkanları  məhdudlaşmış  olur.  Qatı 
millətçilər  bir  qayda  olaraq  ağılı  ,  idraki  təxəyyülə,  illyuziyalara  tabe 
edirlər,uydurduqları məkrli yalanlardan ilham alırlar. Ötən dövrdə hərb səhnəsində 
onlar  müəyyən  üstünlük  əldə  etmiş,  xeyli  ərazinin  işğalına  nail  ola  bilmişlər. 
Bununla  öyünsələr  də,  özləri  də  yaxşı  dərk  edirdilər  ki,  bu  məğrurluq  bir  andaca 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə