Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 

25

çıxarır. Postmodernistlərə görə, dünya gərək  son dərəcə müxtəlif cinsli təsəvvür edilsin; keçmiş 



indidən tamamilə fərqlidir və bütün mədəniyyətlər bir-birinə bənzəmir.  

Postmodernistlər faktla fantaziya  arasındakı fərqi qəbul etmirlər.  Onlara görə, söz və əşya, 

məna və mənalandıran, subyekt və obyekt arasında heç bir mühüm əlaqə yoxdur. Bu mülahizə 

tarix kimi reallığın da təsvirini tələb edir.  Postmodernizmdə həm tarixi, həm də bədii əsərlər 

onların yaxşı və pis nüsxələrindən daha çox reallıq üçün əvəzlənib yenidən işlənilir. Bu Migel 

Fukonun başqa bir tələbinin bazisidir: “Yaxşı bilirəm ki, indiyədək fantastikadan özgə nəysə 

yazmamışam. Çox da uzağa gedib fantastika həqiqətin arxasındadır deməyi nəzərdə tutmuram. 

Mənə belə gəlir ki, həqiqətin içərisində fantastik əsər yaratmaq mümkündür”. 

Tarixin fundamental kateqoriyası hadisə konsepsiyasıdır. Bu konsepsiya tarixi olayların 

xüsusiyyətinə əsaslanmağı nəzərdə tutur. Bundan fərqli olaraq postmodernistlər sübut etməyə 

çalışırlar ki, hadisə termini ümumi ilə nisbətdə aktual hadisələrin  spesifikliyini inkar edir. Onlar 

bildirilər ki, olayları bir-biri ilə bağlayan heç bir ümumi mahiyyət yoxdur  və hadisə ideyası 

dəyərsiz konsepsiyadır. Fuko hadisə terminini  çoxçalarlı nizamsız hadisələrin  “fantaziya”sı  

kimi dəyərləndirir və bildirir ki, o, aktual olaylarda heç bir oxşarı olmayan mənanın effektidir. 

Postmodernistlərin anti-essensialist analizləri vasitəsilə inkar esdilən anlayışlar çoxdur. Lakin 

əsas nöqtə  budur ki, postmodernistlər mahiyyəti və təbiəti şübhə altına alırlar. Fikrimcə, bu, 

onların ən səciyyəvi  cəhətidir. 

 

 



Nəticə 

 

 



 

Postmodernizmin fəlsəfi və tarixi prinsipləri dəyərsiz hesab edib   nihililist mövqe nümayiş 

etdirməsindən bir çoxları narazılığını bildirir. Əksəriyyət isə postmodernizmin əxlaqi və mənəvi 

dəyərləri aradan qaldırmaq cəhdlərindən şikayətlənir. Fikrimcə, bu iradlar tutularkən bir şey 

nəzərdən qaçırılır.  Nəzərimcə, postmodernistlər əxlaqi və mənəvi dəyərlərə  lazımsız, qiymətsiz 

hökmünü israrla vermirlər.  Onlar sadəcə zəruri əsasların və bir şey  üzərində  konkret bir  

mövqenin seçim zərurətinin yerini dəyişdirilər.  Bu bizə şəxsi mövqeyimizi yaratmaqda  azadlıq 

imkanı verir. Lakin azadlıq elə bir meyardır ki, o bizim hamımızın arzusu ilə hesablaşmır və 

hesablaşması da  mümkün deyil.   

Fukonun aşağıdakı fikirləri ilə yazımı bitirmək istərdim: 

“Zəif, mütərəddid, xəyal və illüziya olmayan hər hansı bir cərəyan, fərdi bir zamanlar inandığı 

həqiqətdən ayırıb onu başqa qaydalar axtarmağa təhrik edir: bu,   fəlsəfədir. Düşüncə tərzinin

dəyərlərə, incəsənət əsərlərinə münasibətin yerdəyişməsi və transformasiyası fərqlənmək və daha 

artıq  nəyəsə nail olmaq üçün başqa cür düşünməyə gətirib çıxarır: bu isə daha çox fəlsəfədir... 

Bəzi insanların hazırkı boşluq və ehtiras əvəzinə, bir balaca məhdudiyyətdən sonra ideyalar 

dünyasında narahatçılıq keçirməsi başadüşüləndir. Mən inanıram ki, kimsə öz həyatında bir dəfə 

də olsa yeni ahəng, yeni baxış bucağı, yeni fəaliyyət üsulu tapıbsa, belə insanları dünyanın 

düzənsizliyi, tarixin lazımsız insanlarla dolu olması heç vaxt gileyləndirməyəcək”. 

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2008/12/11/fayaz-chaqani-postmodernizm 



 

 

 



 

 

 



 

 

 




 

26

Nərmin Kamal 



 

“Umberto Eko və Postmodernizm fəlsəfəsi” 

 

 



 

Nərmin Kamalın “Umberto Eko və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü görüb. Müəllifin 

kitaba yazdığı ön sözü təqdim edirik:  

 

Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və Postmodernizm fəlsəfəsi XX əsrin  



ikinci yarısının hadisələridir, deməli, zamanca müasirlərimizdir. Postmodernizm - Avropa 

fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Bizim Qərbə 

inteqrasiyamız yalnız onun klassik sistemləri çərçivəsində qala bilməz, Qərbə necə varsa, olduğu 

kimi yanaşmamız üçün onun ən yeni ideyalarını, ən yeni dünyagörüşünü öyrənməli və diqqətə 

almalıyıq.  

 

Umberto Eko bu fəlsəfənin daha çox akademik qanadına məxsus bir düşüncə adamıdır. O, 



çoxunuza “Qızılgülün adı” roman-traktatı ilə tanışdır. U.Eko, Postmodernizm fəlsəfəsinin 

banilərindən biri kimi, onun hazırda həyatda olan azsaylı nümayəndələrindəndir. II Dünya 

Müharibəsindən sonrakı filosoflar nəslinin son nümayəndələrindən biri olaraq Eko öz ideyaları 

ilə yaşadığımız dünyaya birbaşa təsir göstərmək gücündə olan şəxsiyyət, mədəniyyətlərarası 

üfüqi dialoq, çoxkültürlülük, insansevərlik (humanizm), barış kimi bəşəri önəmli mövzularda 

aparıcı düşüncənin simvolu sayılan bir ideoloqdur.  

 

Hər bir ideya cərəyanına qarşı olduğu kimi Postmodernizmə də münasibət birmənalı deyil. 



U.Eko yazır: Bizim dövrümüzdə Postmodernizm termininə Avropada hər dəfə nəyisə tərifləmək 

istəyəndə müraciət olunur [87, 75]. Yəni bu termin bir növ “yaxşı” sözünün sinoniminə çevrilib. 

Keçmiş Sovet ölkələrində və Azərbaycanda isə əksinə (bu ideyanı mənimsəmiş az sayda insanı 

çıxmaqla), o daha çox neqativ-ironik şəkildə yorumlanır. Postmodernin qəbul olunmamasının 

səbəbi onun mədəniyyətin alışılmış estetik mahiyyəti və ölçülərini dağıdan virus kimi təfsir 

olunmasıdır. Lakin bizim məqsədimiz elmi bir yanaşma olduğundan, bu başdan mənfi köklənmiş 

rəylərə önəm vermədən məsələlərin mahiyyətinə varmalıyıq. Son bir neçə ildə Postmodernizmin 

miqrasiyası nəticəsində bu fəlsəfə mövzusunda müzakirələr və eksperimentlər Avropadan Rusiya 

və Türkiyəyə, oradan isə Azərbaycan cəmiyyətinə, xüsusən bədii üslub kimi ədəbiyyat və sənət 

sahələrinə daxil olub. Ancaq Azərbaycanda bu müzakirə və eksperimentlərin əsaslandığı heç bir 

fəlsəfi-elmi tədqiqat olmadığı üçün, həmin bədii çalışma və dartışmalara bir kor-koranəlik 

xasdır. Postmodernistlər məzarları təhqir edənlər, vampirlər, özünü təsdiq edə bilməyən 

qrafomanlar, estetikanı etikadan üstün görənlər, əxlaqsızlar, “modernizmsiz postlar” və s. kimi 

qınaqlarla sıxışdırılır. Azərbaycanda müasir ədəbi prosesi izləyənlərə məlumdur, bizim ölkəyə 

Postmodernizm müzakirələri son on ildə ədəbiyyat dəhlizindən ayaq açandan sonra mətbuatda 

çoxlu qeyri-peşəkar tənqidlə qarşılanıb, ilk aşamada dumanlı bir imaj qazanıb. Lakin, 

Postmodernizmi Azərbaycanda ilk dəfə fəlsəfə sahəsində elmi tədqiqata çəkərkən, ona ciddi 

hadisə kimi yanaşdığımı, bu gün dünya ensiklopediyalarında Postmodernizm kəlməsinin 

qarşısında “müasir fəlsəfə və incəsənətin əsas istiqaməti” kimi sanballı təyinlər yazılmasını 

nəzərə alıb, ona Qərb fəlsəfə və bədii təfəkküründə göstərilən ciddi münasibəti davam 

etdirdiyimi burada ifadə etmək istəyirəm. ABŞ, Avropa elmi dairələriylə tanışlıq sırasında 

onlarda Modernizm və Postmodernizm fəlsəfəsi üzrə ixtisaslaşan alimlər olduğunu görürük. 

Postmodernizm sərlövhəsi altında onlar Postmodern dünyagörüşü, Postmodern feminizm, 

Postmodern estetika, Postmodern linqvistika kimi bir çox sahələrdə tədqiqat aparırlar. 

“Postmodern” sözü Qərb alimi üçün mürəkkəb açar-söz, konsepsiya, xüsusilə bizim kimi ölkələri 

anlamaq funksiyası yerinə yetirdiyi halda, bizim yerli auditoriyada bu söz anlaşılmaz 

assossasiyalar doğurur. Biz keçid dövründən danışırıq, bu dövrün bütün problemlərini yaşayırıq, 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə