Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

      Yaranmış vəziyyətlə bağlı reallığı bütün aydınlığı ilə dərk edən Bayandır Xanın "artıq uzun 

zamandan bəri ikiyə bölünmüş Qalın Oğuzun sözdəki birliyi bu gün niyə tük qədər nazik oldu?" 

"Oğuz öncə öz-özünə ehtiram etməzsə, Arşın Dirək Təkürmü bu ehtiramı qılacaq, ya Şöklü 

Məlikmi?" kimi cavabı hamımıza məlum olan ürək parçalayan ağrılı sualları, "haqsız işlər 

Oğuzda ayaq açıb yeriyir", "Oğuz parça-parça olmuş, mənim xəbərim yox", "suç da ki bizim 

özümüzdə" kimi qənaətləri sözün yaşadığımız cəmiyyətdən getdiyinə şübhə yeri qoymur.  

 

      "Yarımçıq əlyazma" romanının Dədə Qorqudla bağlı mətnində zaman da, məkan da, 



obrazların adı da polifonik məzmunludur. Təpəgöz obrazı ilə bağlı epizodun daxili məzmununu 

açmaqla fikrimizi izah etməyə çalışaq.  

 

      Bu epizodda Azərbaycan-erməni savaşının mahiyyəti ifadə olun-muşdur. Oğuzların Təkgözə 



və onun qoşununa qarşı durması kifayət qədər tragik bir vəziyyətin ifadəsidir. Bu zaman 

Oğuzların bir-birinin ardınca yol verdikləri səhvlər - düşmənin qüvvəsini lazımi səviyyədə 

qiymətləndirə bilməmək (Qazanın "Təkgözün ləşkərini mən av edə-edə avlaram" deməsini 

xatırlamaq kifayətdir), İç Oğuzla Dış Oğuzun düşmənə qarşı birləşə bilməməsi, ümumi bəlaya 

qarşı mübarizədən yayınma faktları və s. Azərbaycan-erməni savaşındakı məğlubiyyətlərimizin 

səbəblərini göz önünə gətirir.  

 

      Romandakı Təkgözün dastandakı nəhəng Təpəgözdən fərqli olaraq "sısqa, biçimsiz birisi" 



olması, onun gücünün və qoşununun da real qüvvə yox, sehrlə, əfsunla bağlılığı bu varlığın 

kimliyi haqqında müəllif qənaətini təcəssümləndirir. Fikrimizcə, müəllif "dilləri bizim dil deyil", 

"dinləri bizim din deyil" informasiyası ilə bu qüvvənin kimliyini aşkarlayır, onun gücünün ilğım, 

eyforiya olması qənaətini əks etdirir. Təkgözün məhz Basat tərəfindən öldürülməsində və ona da 

anası Doğan Aslanın yardımçı olmasında ermə-niyə qarşı savaşda qələbənin pozulmamış 

əxlaqdan keçməsinə üstüörtülü işarələr var.  

 

      M.Süleymanlının mövzu, ideya, obrazlar sistemi, ən başlıcası isə ümumi ruhu baxımından 



"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı olan "Köç" romanı haqqında biz vaxtilə yazmışdıq ki, 

"romanda eyni adı daşıyan, lakin müxtəlif zaman kəsiklərində yaşayan və fərqli səciyyələrə 

malik obrazlar var. Məsələn, Hürü qarı, Bəkil, İmir həm ikinci, həm üçüncü zaman kəsiklərində 

yaşayan, müxtəlif taleli obrazların adıdır. Buna görə də, obrazlara qiymət verərkən müxtəlif 

zamanlarda yaşayan eyni adlı qəhrəmanları fərqləndirmək lazımdır. Birinci zaman kəsiyindəki 

Bəkil obrazı ilə üçüncü zaman kəsiyində yaşayan Bəkili xarakter, hadisələrə münasibət, əqidə 

baxımından ayırmaq lazım gəlir. Roman qəhrəmanları özlərini təqdim edəndə adqoymadakı bu 

şərtilikləri hətta özləri də nəzərə alırlar: 

 

      - Adın nədi, mənim adım Çiçəkdi. 



 

      - Mənim adım Bəkildi.Dördüncü Bəkiləm, Babalarımın adıdı, yeddinci Bəkil çox güclü, çox 

iri adam olacaq. 

 

      - Mən də yeddinci Çiçəyəm, yeddi nənəmin adı Çiçək olub . " (Bu ba-rədə geniş bax: 



T,Salamoğlu. Müasir Azərbaycan romanının poetikası. Bakı. "Elm", 2005, səh, 188-189)  

 

      Bu məntiqlə "Yarımçıq əlyazma" romanına yanaşsaq, yeddi arxa dönəninin adı Bəkil, Çiçək 



olan bir xalqın çağdaş həyatından bəhs edən və sücet xəttinin "Kitabi-Dədə Qorqud" dastanından 

alan bir əsərin qəhrə-manlarının adının Bəkil, Çiçək, yaxud Qazan, Dədə Qorqud, Burla Xatun 

olmasında qeyri-məntiqi heç nə yoxdur. Lakin "Yarımçıq əlyazma" roma-nındakı qəhrəmanları 

adlandırmadakı şərtiliyin məntiqi ancaq bu deyildir. Roman qəhrəmanlarının bu cür 

adlandırılması müəllif niyyətinin ciddi-liyindən və əhatəliliyindən irəli gəlir. Müəllifin gerçək 

roman təfəkküründən xəbər verir. Məhz roman qəhrəmanlarının dastan qəhrəmanlarının adı ilə 

 

17



zühur etməsi ikinciləri də bədii inikas arsenalına daxil edir. Romanın əhatə etdiyi zamanın 

hüdudları mifik keçmişə doğru genişlənir. Mifik zaman qatındakı milli-tarixi varlığımızla çağdaş 

zamandakı varlığımız müqayisə predmetinə çevrilir: "Postmodernistlərin fikrincə, mətn heç vaxt 

avtonom şəkildə mövcud olmur. Əslində, postmodernizmin mətnə bu konseptual münasibətinin 

əsası M.Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin "polifonik" (çoxsəsli) 

roman konsepsiyasını təhlil edərkən onun əsərlərindəki mətnlərin ondan əvvəl və onunla eyni 

zamanda mövcud olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır." (Q.Quliyev. 

Göstərilən məqaləsi. səh.180.) Əslində bu fikir postmodernizmin nəzəri prinsiplərindən birinin 

elmi şərhidir. Belə ki, postmodernizm nəzəriyyəsində mətnlərin qarşılıqlı şəkildə təsiri mühüm 

yer tutur və fransız alimi C.Canet "İkinci dərəcəli ədəbiyyat" əsərində intertekstuallıq (bir 

mətndə iki və daha artıq mətnin mövcudluğu), metatekstuallıq (mətndə özündən əvvəlki mətnin 

izahı) və s. kimi beş tipini müəyyənləşdirir. (Bu barədə geniş bax: İlya İlin. Göstərilən məqaləsi. 

səh.169.) "Yarımçıq əlyazma" romanının ("Yarımçıq əlyazma" mətninin yox) bədii materialı 

"Yarımçıq əlyazma" mətni ilə bərabər "Kitabi-Dədə Qorqud" dastanınn mətnindən ibarətdir. 

Faktik "Kitabi-Dədə Qorqud" mətni oxucunun yaddaşındadır. Oxucu yaddaşında "görüşən" 

"Yarımçıq əlyazma" mətni ilə "Kitabi-Dədə Qorqud" mətni "dialoqa girir". Postmodernist 

romanı "oxuyan" oxucunun əsərin sücet-kompozisiya siste-minə dekonstruksiya prinsipi ilə 

yanaşması zərurəti və romanı destruksiya (sökmə) və konstruksiya (quraşdırma) əsasında idrakı 

ehtiyacı da burdan doğur və məhz bu zaman romanın həqiqi bədii dərkinə yol açılır.  

 

      Romanda mənəvi və real tarixi keçmişimizə nihilist münasibətlə bağlı tənqidi mövqe, 



fikrimizcə, keçmişə ironiyalı və ya şübhəli baxışı postmoder-nizmin nəzəri prinsiplərindən biri 

kimi fəhm etməklə də bağlıdır. Halbuki, postmodernizmdə keçmişə ironiyalı və ya şübhəli baxış 

mütləq prinsip deyil. C.Canetin nəzəri görüşlərində postmodernizmin bu prinsipi metatekstuallıq 

adlanır və terminin məzmunu aşağıdakı kimi açılır: "Mətndə özündən əvvəlki mətnin izahı və 

çox vaxt ona tənqidi münasibət". (İlya İlin, göstərilən məqaləsi, səh.) Göründüyü kimi, 

postmodernizmində özündən əvvəlki mətnə münasibət var, amma bu həmişə tənqidi münasibət 

demək deyil.  

 

      "XX əsrin sonunun ruhi konsepsiyası kimi" (İlya İlin) postmo-dernizmin konseptual əsasında 



keçmişə (mənəvi dəyərlərə və irsə) qayıdış əsas istinad nöqtələrindən biridir. "Çağdaş 

postmodernist fikrin öncüllə-rindən olan Umberto Eko (məşhur italyan alimi və yazıçısıdır. 

"Qızılgülün adı", "Fukonnu yayı", "Ada" və "Baudolino" romanlarının, modernizmə və 

postmodernizmin estetikasına dair araşdırmaların müəllifi kimi məşhurdur-T.S.) belə hesab edir 

ki, postmodernizm modernizmdən fərqli olaraq keçmiş-dən imtina etmir və onu qəbul edir" 

(Q.Quliyev. Göstərilən məqaləsi. səh. 179.) "Yarımçıq əlyazma"da keçmişə qayıdışı, klassik 

dəyərlərə istinadı çağdaş həyatın problemləri doğurmuşdu. Keçmiş çağdaş zamana, dünyaya təsir 

vasitəsi idi, obrazlı demiş olsaq, roman çağdaş dünyanın "çürümüş əzalarını" keçmişin hesabına 

bərpa etmək istəyidir.  

 

      "Yarımçıq əlyazma"da Şah İsmayıl dövrünə qayıdış da, Şah İsmayıl obrazı da yazıçının bu 



istəyi gerçəkləşdirmə təşəbbüsünün variasiyalarından biridir. 

 

      Tənqidi ədəbiyyatlarda romanın bu xəttində Şah İsmayılla bağlı tarixi həqiqətlərin, onun 



şəxsiyyətinin təhrif və ya inkarı ilə bağlı çox ciddi tənqidi fikirlərin səsləndiyini nəzərə alaraq, 

öncə bədii mətn materialı əsasında tarixi həqiqətin bədii həiqətə çevrilməsinin xüsusiyyətlərini 

aşkarlamağa çalışaq. 

 

      Romanda Şah İsmayılın həyatı və hökmdar kimi fəaliyyəti bütün-lükdə yox, fraqmental 



olaraq təsvir obyektinə çevrilmişdir. Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində və zamanında bədii 

təsvir və təhlilin mərkəzinə çəkilir. Şah İsmayılla bağlı hissələrdə sücet xətti üç əsas obrazın 

taleyinə işıq salır: Şah İsmayıl, Lələ Hüseyn bəy, Şah İsmayılın oxşarı Xızr. Hadisələr isə Şah 

 

18




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə