Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

31

yalnız onların ifadə tərzlərinin bütün incəliklərinə bələdlər üçün açıq olan ezoterik dildə 



danışmağa cəhd edirlər, amma nədənsə onların kəşfləri dərhal ən bəsit dəyərlərin daşıyıcısı olan 

kitç tərəfindən bayağılaşdırılaraq mənimsənilir və elə bu şəkildə də istehlakçıya ötürülür. 

Zahirən yüksək sənət əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir dəyərdən 

məhrum məmulatlar istehsal etməklə məşğul olan kitç bütün modernist cərəyanların genetik 

mərəzidir, onların qanını soran tüfeylidir. Avanqard (modernizm) ağır-ciddidir, kitç yüngüldür, 

amma ciddilik iddiasındadır. Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o bunu 

gizlətmir, əksinə, bununla fəxr edir. Kitç avanqardın yaratdığı dəyərləri konsistensiyadan 

məhrum edir, yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik çəkmədən həzm etməsi 

üçün bəsit dilə çevirir. Lakin arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır - bir növ

F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan filmlərinin supermen qəhrəmanına dönür. 

 

Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd edirlər, amma bir-birisiz keçinə bilmirlər; 



kitç olmasa, avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici impulsdan məhrum olub 

sısqalaşar və məhv olub gedər. Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum olar və 

yoxa çıxar. 

 

Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə üzə çıxarır, odur ki, intellektual 



auditoriya ikrah hissi ilə ona arxa çevirir.  

 

Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri kütləviləşdirmək qabiliyyətlərini nəzərə 



alaraq postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə fəaliyyətdə bulunmaqlarına rəvac 

verməyə çalışır. Məhz bu məqamda postmodernizmin öz qaynaqlarına ambivalent münasibəti 

ortaya qoyulur: postmodernizm bir tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi 

vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd göstərir; bir tərəfdən avanqardı və kitçi 

təsdiq edir, digər tərəfdən inkar edir. Postmodernist istehzaya köklənmiş bu ambivalentlik 

postmodernizmə, kitçdən fərqli olaraq, intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı 

verir. Kitç kimi postmodernizm də bu və ya digər bədii nümunənin bu və ya digər səviyyədə 

mexaniki “hazırlanma” aktının nəticəsi olduğunu gizlətmir, əksinə, onun açıq və yaxud 

üstüörtülü sitatlardan, iqtibaslardan, işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün bu 

vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə müşayiət olunduğuna görə intellektual auditoriya 

bu üstüörtülü sitatların mənbəyini axtarıb tapmaqla bir növ intellektual krossvord həll edir və 

əylənir. 

 

Bu göstərir ki, postmodernizmi tamamilə modernizmə müncər etmək olmaz; bütün oxşar 



cəhətlərə baxmayaraq, bu iki konsepsiya arasında prinsipial fərqlər mövcuddur. Həqiqətdir ki, 

hal-hazırda tədqiqatçılar çoxsaylı faktlara əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər müxtəlif 

modernist cərəyanlar klassik estetik fikrin çağdaş insanın durumuna adekvat olmayan süjet

personaj, melodiya, harmoniya kimi kateqoriyalarından qəti şəkildə imtina edirdilərsə, 

postmodernizm onları bərpa etməyə, yenidən dövriyyəyə buraxmağa cəhd göstərir. Bu baxımdan 

postmodemizm ən azı bədii-estetik fikrin inkişafı spiralının yeni burumunda klassik ənənəvi-

estetik kateqoriyaların təsdiqi/inkarıdır. 

 

XX əsrin ikinci yarısında təşəkkül tapmış, bütün humanitar elmləri və incəsənət sferasını ehtiva 



etmək, eyni zamanda, təbiət elmləri sahəsində mövcud olan ən yeni konsepsiyalarla əl-ələ verib 

birlikdə maksimum geniş müstəvidə dünyanı izah etmək iddiasında olan və həqiqətən də son 

dövrlərdə sosial-siyasi qloballaşmanın analoqu qismində universal ümum-mədəni hadisəyə 

çevrilmiş postmodernizm haqqında ətraflı və müfəssəl məlumat vermək faktiki olaraq dünya və 

insanla bağlı bütün mövcud bilikləri əhatə etmək niyyəti kimi dəyərləndirilə bilərdi. Bu isə bir 

məqalənin çərçivəsində qeyri-mümkündür və xüsusilə də məhdud görmə bucağına malik 

müəllifin imkanları xaricindədir. Məhz buna görə də bu yazıda postmodernizmin yalnız estetik 

məsələlərlə bağlı bəzi aspektləri işıqlandırılacaq. Lakin qeyd etmək lazımdır ki, bu 




 

32

özünüməhdudlaşdırma müəllifinizi iki çətinliklə üz-üzə qoyur: birincisi, postmodernizmin estetik 



konsepsiyası onun vahid dünyagörüşünün üzvi tərkib hissəsidir. Buna görə də istər-istəməz 

postmodernist şərhdə bəzi çağdaş fəlsəfi, sosioloji, psixoloji və sairə problemlərə toxunmaq 

lazım gəlir. İkincisi, postmodernizm diaxron kəsimdə bəşər nəslinin bütün bədii irsini özümlü 

şəkildə ehtiva etmək iddiasındadır. Əlbəttə ki, bu problemlərə hətta xülasə şəklində toxunmaq 

belə imkan xaricindədir. 

 

“Postmodernizm” anlayışına ilk dəfə R.Pankvistin “Avropa mədəniyyətinin böhranı” (1917) 



əsərində təsadüf olunur. Müəllif bu anlayışı Birinci dünya müharibəsi ilə bağlı Qərb 

sivilizasiyasının onsuz da müharibə ərəfəsində ağır olan vəziyyətinin faciəvi xarakter kəsb 

etməsini nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə “postmodern” anlayışı əsasən sosioloji-

ideoloji səciyyəyə malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz hökm sürür. 

 

İngilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı “Tarixin öyrənilməsi” əsərində yenidən 



“postmodernizm” anlayışına müraciət edir. Müəllif məşhur alman tarixçisi-filosofu O.Şpenqlerin 

sivilizasiyaların hermetik şəkiidə bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə 

süquta uğraması konsepsiyasını din və mədəniyyət sahəsindən gətirdiyi misallarla sübuta 

yetirmək üçün postmodernizmə kulturoloji məna verir. 

Postmodernizmin bir anlayış kimi nə zaman və hansı kontekstdə yaranması haqqında bizdə dəqiq 

məlumat olsa da, onun bütün humanitar sferanı əhatə edən universal düşüncə tərzi kimi təşəkkül 

tapma məqamı və konkret şəraitini müəyyənləşdirmək böyük çətinliklərlə bağlıdır. 

 

Bir qayda olaraq, postmodernizmin bir dünyagörüş mövqeyi kimi təşəkkülünü və bir elmi-estetik 



konsepsiya kimi formalaşmasını 1950-ci illərin əvvəllərinə aid edirlər. Lakin bu prosesin ayrı-

ayrı əlamətlərinə, müxtəlif təzahür formalarına 1930-cu illərdə, hətta ondan xeyli əvvəlki 

dövrlərdə təsadüf olunur: postmodernizm həqiqətən tədricən modernizmin içində yetişmişdir. 

Postmodernist ideoloqların öz konsepsiyalarına diaxron kəsikdə də universal xarakter vermək, 

onun dünyagörüşünün elementlərini mümkün qədər uzaq keçmişdə axtarıb tapmaq cəhdlərini 

çağdaş italyan alimi və ədibi Umberto Eko istehza llə “Homerin özünü postmodernist elan 

etmək” niyyəti kimi dəyərləndirmişdir. Postmodernizmin keçmişə kök salmaq cəhdiəri iki 

səbəblə bağlıdır: bir tərəfdən ümummetodoloji planda onun ideoloqları təmsil etdikləri 

konsepsiyanın bütün ictimai, mədəni, fəlsəfi-estetik hadisələr klmi boş bir yerdə meydana gələ 

bilməsinin qeyri-mümkünlüyündən və tədricən özündən əvvəlki, bəzən hətta kardinal şəkildə 

təbiətinə yad hadisələrin içərisində yetişməsi müddəasından çıxış etmişlər. 

 

Onların fikrincə, aposteriori, yəni postmodernizm bir sabit dünyagörüş mövqeyi kimi təşəkkül 



tapıb formalaşandan sonra bu əvvəllər gözəgörünməz əlaqə və münasibətləri üzə çıxarmaq, 

onların postmodernizmin təşəkkülündə rolunu izah etmək mümkün olmuşdur. 

 

Digər tərəfdən, postmodernizm heç vaxt bəşər nəslinin bütün tarixi boyu əldə etdiyi nailiyyətləri 



həzm-rabedən keçirmək, özününküləşdirmək iddiasından imtina etməmişdir. Postmodernizm 

daim klassik dəyərlərə istinad edərək, onları yeni zəmində canlandırmağa çalışmışdır. 

Postmodernizmin erkən ideoloqlarından biri H. Arendt postmodemizm düşüncə tərzinin 

formalaşdığı mədəni şəraiti səciyyələndirərək yazırdı: “Ənənənin ipi artıq qırılmışdır və çətin ki

bir də onu düyünləyib bərpa edə bilək. Keçmişin aramsızlığı məhv olub getmişdir. Lakin buna 

baxmayaraq, keçmiş yoxa çıxmamışdır; biz yenə də onunla üz-üzə durmuşuq. Fəqət bu, artıq 

fraqmentlərə parçalanmış tarixdir”. 

 

Alman alimi burada bir tərəfdən XX əsrin sosial kataklizmlərinin, digər tərəfdən humanitar 



düşüncə sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin nəticəsində klassik ənənələrə 

söykənən bütün dəyərlərin düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə fəaliyyətdə 

bulunmağa məcbur olmuş postmodernizmin bu duruma mümkün münasibətinin mahiyyətini 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə