Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 

27

dünyanın virtuallaşdığını, informasiya hakimiyyəti dövrünün başladığını görürük və hiss edirik 



ki, ənənəvi binar dünyagörüşümüz, xeyir və şər, həqiqət və yalan anlayışlarımızla bu dövrü 

dindirə bilmirik, elə isə ənənəvi xeyir-şər, ağ-qara, həqiqət-yalan – anlayış aparatımızın özündə 

dəyişiklik etmək, müvafiq keçid dövrü fəlsəfəsi kimi Postmodernizmi mənimsəməliyik. 

 

Azərbaycan Postmodernizmin fikir budaqlarından olan, 1970-ci illərdə meydana çıxmış 



Postkolonializmin maraq dairəsinə daxildir. Postkolonializm vaxtilə müstəmləkə olmuş ölkələrə, 

Afrika və Asiyadakı üçüncü dünya dövlətlərinə, həmçinin keçmişdə konkret olaraq müstəmləkə 

olmasa da, bu günə qədər mədəniyyəti kölgədə qalmış cəmiyyətlərə işıq salan bir fəlsəfədir. 

Postkolonializm Modernizm dövründə Fransa, Britaniya, İspaniya, Rusiya kimi güclü dövlətlərin 

müstəmləkəsi olmuş ölkələrin mədəniyyətini tədqiq edir, ona özünü tanıtmaq imkanları verir və 

müstəmləkəçiliyin mirasıyla savaşır. Bu gün Britaniya, Fransa, ABŞ və s.-də incəsənət, elm kimi 

sahələrdə asiyalılar, afrikalılar, başqa sözlə, üçüncü dünya ölkələrindən olan incəsənət adamları, 

alimlər, filosoflar bir əsr əvvəlkindən fərqli olaraq, mədəniyyətin ən vacib tədarükçüləri 

arasındadır. Bu baxımdan, Azərbaycan mədəniyyətinin tərəqqi etməsi və özünü tanıtması üçün 

postmodern dövrdə heç vaxt olmadığı qədər münbit şərait yaranıb. Bu və digər amillər 

postmodern sözünə yad bir şey kimi baxmamağı, bu dövrün fəlsəfəsini öyrənməyi zəruri edir. 

 

Kitabda Postmodernizmlə yanaşı Modernizmə də yer verilib. Çünki dövrümüzün aparıcı fəlsəfəsi 



olan Postmodernizm “özündə şey” deyil, onun digər fəlsəfələrlə ideya varislik əlaqəsi var. 

Postmodernizmin sələfi Modernizmdir, Postmodernizm Modernizmin nailiyyətlərini həm inkar, 

həm də inkişaf etdirir, üstünlüyü birinciyə verir. Bu iki mərhələ tarixən ard-arda müşahidə olunsa 

və bağlı olsa da, bir-birindən mütləq surətdə asılı deyil. Hər biri ayrılıqda hər hansı əsərin, şəxsin 

və ya cəmiyyətin mədəni inkişaf modeli ola bilər. Məsələn, fikrimizcə, Azərbaycan 

Postmodernizm fəlsəfəsinin əsas tezislərindən bəhrələnməlidir. Modernizm iki prinsip – yenilik 

və keçmişin inkarı prinsipləri üzərində qurulubsa, Postmodernizm fəlsəfəsinin başlıca prinsipi 

dəyərlərin yenidən dəyərləndirilməsidir. Azərbaycanlılar öz keçmişlərinə bağlı, bu gün 

unutqanlığı mənfi etik kateqoriya kimi görən bir xalq olduğundan, Modernizm fəlsəfəsinin əsas 

tezislərinin bizim ölkədə geniş bəraət alması inandırıcı görünmür. Postmodernizm isə keçmişi 

silib atmadan, köhnəlmiş stereotip və dəyərlərin yenidən dəyərləndirilməsi yolu ilə Azərbaycan 

cəmiyyətinin düşüncə sahəsindəki bir çox problemlərinə aydın çözümlər təklif edir. 

“Postmodernizm plüralizmin əleyhinə olan hər şeyə qarşı yönəlib. O, monizm, unifikasiya, 

totalitarizm, utopiya və despotizmlərin gizli formaları ilə vidalaşır, əvəzində müxtəliflik və 

paradiqmaların rəqabətinə keçir”. Bu sözlər alman Postmodernizm nəzəriyyəçisi Volfqanq 

Velşin “Bizim postmodernist modern” (1987) əsərinin girişindəndir. Postmodernizmin uğrunda 

savaşdığı nemətlərdən biri mədəni yekcinsliyin (təkkültürlülüyün) əksi olan mədəni 

müxtəliflikdir (çoxkültürlülük). Mədəniyyətdə Postmodernizm – insan inkişafının əsası kimi 

mədəni müxtəlifliyin zərurəti ideyasına əsaslanır. O, alternativ seçimlər deməkdir. 

Universalizmə və eynicürlüyə meylli Modernizmdən fərqli olaraq, Postmodernizm fikir 

müxtəlifliyini alqışlayır. Postmodernizm Azərbaycan cəmiyyəti və mədəniyyətinin yenilənməsi, 

bir sıra düşüncə böhranlarından çıxarılması üçün bu və ya digər konkret mexanizmlərə malikdir 

ki, onlar haqda söz açacağıq. 

- Kitabda Postmodernizm ideyasının sələfləri, bu cərəyanın meydana gəlməsinin ictimai, siyasi, 

fəlsəfi, bədii gerçəkliyi araşdırılıb; 

- Postmodernizmin tarixi, mahiyyəti, bu fəlsəfənin əsas nümayəndələrinin ideyaları araşdırılıb; 

- U.Ekonun fəlsəfi dünyagörüşünün formalaşması, düşüncə qaynaqları, onun medievistikası, 

semiotikası, interpretasiya nəzəriyyəsinin əsas cizgiləri araşdırılıb; 

- Bütün bunların fonunda U.Ekonun Postmodernizm fəlsəfəsinin prinsipləri müəyyənləşdirilib, 

Ekonun romanlarındakı postmodernist spesifika təhlil olunub. 

Postmodernizm boş şüar, trafaret mülahizələr toplusu deyil, müasir varlıq üçün prinsipial 

əhəmiyyətə malik dünyagörüşü, həyat tərzi, fəlsəfə, gerçəkliyin fəlsəfi və bədii inikasının ən yeni 

metodologiyasıdır - kitab bu mövqedən çıxış edir. 



 

28

 



Çağdaş Qərb düşüncəsinin ayrılmaz parçası olan Postmodernizmi və U.Ekonu Azərbaycanda 

elmi cəhətdən araşdıran bu ilk işi yazdığım və artıq oxucuya çatdırdığım üçün özümü xoşbəxt 

hiss edirəm. Ən xoş arzularla, müəllif. 

 

P.S. Kitabın müəllifinin istəyi ilə onun adı kitabda göstərilmir. Postmodern düşüncəyə görə, 



yazan yox, yazılan önəmlidir. Mətn, mətn və başqa heç bir şey. Kitab haqda fikirlərinizi bu 

ünvana bildirə bilərsiniz: arashdirma@gmail.com 

 

 

E-mənbə: http://kultaz.com/2008/11/21/umberto-eko-ve-postmodernizm-felsefesi/ 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə