Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

Fayaz Çaqani 

 

"Postmodernizm" 

 

 



İngiliscədən çevirən: Elmar Vüqarlı   

 

 



Son zamanlar hər kəs postmodernizm barəsində danışır. Tərəfdarlarının əksəriyyəti onu 

akademik düşüncədə azadlıq qüvvəsi kimi qarşılayır. Onlara görə, postmodernizm bizləri 

istənilən zəhlətökən rasionallıq, loqosentrizm, avrosentrizm və sairlərdən azad edə biləcək 

çoxdan arzulanan xilas yoludur. Lakin bununla bərabər postmodernizmin çoxlu opponentləri də 

vardır. Onlar postmodernizmi Qərb intellekt ənənəsinin naşükür körpə kabusu kimi 

dəyərləndirilər. Ona görə ki, postmodernizm relyativist (bütün bilikləri nisbi qəbul edən, buna 

görə varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən təmayül), nihilist mövqe ortaya 

qoyur və hər şeydən pisi budur ki, bütün adət-ənənələrə qarşı çıxır. Məqsədim burada 

postmodernizmin qısa və aydın izahını verməkdir. Yanaşmam ümumi götürdükdə təəssübkeşlik 

prizmasından  olacaq. Ona görə ki, mən postmodernizmin bir çox təmayülləri ilə razıyam və belə 

düşünürəm ki, postmodernizmin əksər əleyhdarları ona tələm-tələsik qiymət verirlər.  

 

 



 

 

Yaxşı, nədir postmodernizm? Bu son dərəcə çətin sualdır, çünki postmodernizm termininə çoxlu 



mənalar verib onu müxtəlif aspektlərdən izah edirlər. Postmodernist hesab olunan əksər ziyalılar 

belə bu adı qəbul etməyi öz üstlərinə götürmürlər. Hətta onu qəbul edənlərin də postmodernizmə 

yanaşma tərzi fərqlidir. Mən belə hesab edirəm ki,  "nədir postmodernizm?" sualına qismən də 

olsa aydınlıq gətirmək üçün iki yol vardır. Birinci yol problemə yanaşmanın antipostmodern 

yoludur  və bu yol postmodernizmin tarixi inkişafını təsbitləyir.  Digər yol isə fəlsəfi (və ya 

antifəlsəfi) mövqeli kortəbii postmodernist hesab olunan düşünərləri müəyyənləşdirməkdir. 

Burada hər iki yolu birlikdə incələməyə cəhd edəcəyəm. 

 

Postmodernizmin geneologiyası 



 

Postmodern mütəfəkkirlərin əksəriyyəti  fransızdır. Bəziləri onun kökünü Əlcəzair Müstəqillik 

Müharibəsində və ya xalq arasında mini-inqilaba səbəb olmuş  1968-ci ilin may Paris  tələbə  

iğtişaşlarında axtarır. Həqiqətən də, bu hadisələr əksər postmodernistlər üçün mühüm əhəmiyyət 

kəsb edir. Buna baxmayaraq, biz modernizmə (və onun dəlil ilə sübüt etmə, rasionallıq, elmilik, 

obyektivlik, proqres və s. kimi prinsiplərinə) hərtərəfli antipatiyanın Fridrix Vilhelm Nitsşenin 

əsərlərində formalaşdığını görürük. Burada Nitsşeni müzakirə etmək çox vaxt aparardı. Ona görə 

də  daha yaxşı olar ki, "Zərdüşt belə demişdir" əsərindən onun antimodernizm mövqeyini ifadə 

edən sitat gətirək: 

"Ey insanların ən müdriki, səni nə vadar edir, səndə nə belə həvəs doğurur ki, sən "iradəni 

həqiqətə" çağırırsan? Bütün varlığın dərk edəni iradədir! Ona görə də mən sənin iradəni 

səsləyirəm! Hər şeydən öncə, sən sağlam inamsızlıqla, şübhələrinlə bütün varlığı dərk etmək 

istəyirsən, əslində, bu ağlasığandımı? Əslində, o gərək  bütün gücünü sərf edib özünü sənə 

uyğunlaşdırsın! Belə iradəyə iradən qabildir.  O gərək ağlın güzgüsü və əks etdirəni kimi cilalı, 

tabe olan ağıl olsun. Ey insanların ən müdriki, sənin  iradən belə olmalıdır. O, səni güclü olmağa 

aparan iradədir. O sənin yaxşılıq, pislik söhbətlərindən də cilalıdır. Sən qarşısında diz çökülə 

biləcək  dünya yaratmaq istəyirsən: bu sənin son məqsədin,  arzun və həvəsindir". 

 

23




 

24

Postmodernizmin spesifik geneologiyasının inkişafında mühüm rol oynamış mütəfəkkirlərdən 



biri də Martin Haydegerdir. Onun əsərləri modernist özündənəminliyə qarşı Nitsşe hücumlarının 

davamıdır: 

"...hər hansı bir şey barəsində fikir onun səbəbini biləndən sonra doğur, eşq olsun  əsrlərə, 

düşüncənin inadcıl düşməninə". 

Migel Fukonun da yaradıcılığını burada nəzərdən qaçırmaq olmaz. Əsərlərini uzun-uzadı şərh 

etməkdənsə, ondan daha kəskin sitat gətirəcəm: 

"Ayinlərimizin nə üçün  tamamilə atributiv, istehzalı, yorucu oyunlarla dolu olmasının, çirkli, 

uzunsaçlı və saqqallı olmağın, oğlanın qıza bənzəməsinin yaxşı əlamət sayılmasının  səbələrini  

bilməkdən ötrü onları nəzərdən keçirmək lazımdır. Biri gərək bu ayinləri məsxərəyə qoyub 

onları  ifşa hədəfinə çevirsin, onları kökündən dəyişdirib  bizi əsarətdə saxlayan bu sistemi ləğv 

etsin. Məni narahat edən elə  budur. Mən əsərlərimdə  məhz buna nail olmaq üçün çalışıram". 

Haqqında danışacağım sonuncu şəxs bəlkə də postmodernizmin kuliminasıyası və 

mücəssəməsidir. O, J. Derridadır. Onun əsərlərinin əksəriyyəti mahiyyətcə  anlaşılmazdır. Bunun 

səbəbi Derridanın dilin sonsuz məna oyunu və dinamikliyini nəzərə çarpdırmaq istəməsidir. 

Ümidvaram ki, Derridadan gətirdiyim aşağıdakı nümunə anlaşılan olacaq:  

"Metafizika – Qərb mədəniyyətini əks etdirən ağ mifologiyadır. Ağ kişi öz idiomu olan "mif"ə, 

Hind-Avropa mifologiyasına, "loqos"una yiyə durur. Bu  ümumbəşəri model üçündür. Lakin 

bunun üçün o, hələ də  Səbəbi geri çağırmağı arzulamalıdır". 

Derridanı poststrukturalist də adlandırırlar. Ona görə ki, bəziləri postmodernizmlə 

poststrukturalizmi sinonim hesab edir. Məncə, bunlar arasında bircə fərq vardır. Belə ki, 

postmodernizm modernizmin rasionalizm, elmilik və obyektivlik prinsiplərini kəskin surətdə 

inkar edir. Poststrukturalizm isə dilin universal strukturları vardır ki, həyat və düşüncə faktorunu 

köklü surətdə müəyyən edən də bu strukturlardır prinsipini iddia edən strukturalizmə qarşı çıxır. 

Derridaya görə, bu hər iki cərəyanın Qərb intellekt ənənsinin əksər prinsiplərini rədd etməklə 

gəldiyi nəticə qismən üst-üstə düşür. 

Alan Mecilin təbirincə desək, bu dörd "peyğəmbərin  ekstremistliyi" hazırkı postmodernistləri 

modernizmə qarşı çıxmağa ruhlandırır. Bu geneologiya bizdə postmodernizmin kökləri barədə az 

da olsa, təəssürat yaradır, lakin postmodernizmin özü barədə az şey deyir.  Buna görə də biz 

kələfin ucunu postmodern yazarların əsərlərində  axtaraq.  

 

 



Kələfin ucu 

 

Fikrimcə, kor-təbii postmodernist adlandırılan Nitsşedən tutmuş Derridaya qədər, həmçinin 



müasir postmodernistlər hesab olunan Cean Baundrill, Cean-Françoys Lyotard, Qayatri Spivak 

və Yuliya Kristeva kimi yazarları  birləşdirən ümumi cəhət onların anti-essensialist və anti-

fundamentalist olmalarıdır. Bundan çıxış edərək deyə bilərəm ki, onlar mahiyyəti, təbiəti və 

varlıqda bu və ya digər dərəcədə rol oynayan səbəb və mənanı, bir sözlə, istənilən universallığı 

inkar edirlər. Beləlkiklə, postmodernist perspektivdən baxdıqda üstünlük, transtarix və 

interpretasiya üçün vahid transmədəniyyət yoxdur. 

Radikal anti-essensialist postmodernistlər modernistlərin əsaslandırıb  rahatlıqla irəli sürdüyü bir 

çox anlayışları tənqid edib  fərdiliyi, orijinallığı aradan qaldırmağa çalışırlar. Bunların bir 

neçəsini burada Migel Fukonun əsərlərinə istinad edərək qeyd edəcəyəm. 

Anti-essensialistlərin izini aşkarlayan birinci konsepsiya əksər postmodernistlərin   transsendent 

prizmadan dəyərləndirdiyi  insan təbiəti ideyasıdır. Misal üçün, tarixi qanunauyğunluğa görə biz 

belə güman edirik ki, bəşəriyyət keçmişdə də indiki kimi olub. Biz həmçinin belə fərz edirik ki, 

müxtəlif mədəniyyətlərə məxsus xalqlar içərisində öz mədəniyyətimizə uyğun gələn  insanlar 

vardır. Bu  fərziyyə insanların məqsəd və fəaliyyət cəhətdən bir-birinə keçmişdə uyğun gəlməsi 

inamını aşılayaraq tarixi araşdırmağa imkan verir. 

Lakin postmodernistlər sübut etməyə çalışırlar ki, bəşəriyyətin heç  bir ümumi essensiyası 

yoxdur. Bunun qəbulu yalnız fərdlərin müxtəlifliyini, özünəməxsusluğunu  inkar etməyə gətirib 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə