Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

saxlaya bilməyəcəyini" başa düşdüyü məqamda "mən aradan çıxıram" deməsi tamamilə 

məntiqidir və türkün xarakterini dolğunluğu ilə əks etdirir.  

 

      K.Vəliyev Şah İsmayılı Çaldıran döyüşündəki məğlubiyyəti ilə Koroğlunun "indi bic 



əyyamıdı" deyib "koroğluluğunu" yerə qoyması arasında məntiqi əlaqə görməkdə tamamilə 

haqlıdır: "Çaldıran döyüşü və ümumtürk faciəsinin bir dövrünün dastan dilindəki ifadəsi 

"Koroğlu"dur". (K.V.Nərimanoğlu. Şah İsmayıl - Sultan Səlim savaşıg "Ulduz", 2004, ¹8, səh. 

18). 


 

      Şah İsmayılın "batilin bir mənası yoxmuş" və Koroğlunun "indi bic əyyamıdı" qənaətləri 

dəyişən zamana roman və dastan qəhrəmanlarının eyni baxış bucağının əksidir. Bu mənada 

"Yarımçıq əlyazma"dakı Şah İsmayıl xətti "Çaldıran döyüşü və ümumtürk faciəsinin bir 

dövrünün" çağdaş nəsr təfəkkürü ilə bədii inikasıdır. "Kitabi - Dədə Qorqud" dastanı ilə Şah 

İsmayılla bağlı mətni türkün cəngavərlik ruhu, əqidə birliyi - batini təmizlik və Allaha inamın 

tükənməzliyi ideyası birləşdirir. "Kitabi - Dədə Qorqud" qəhrəmanları ilə Şah İsmayıl dünyası 

bir-birini tamamlayır, insanın mənəvi-ruhani dünyaya bağlılığının başlanğıcını və sonunu 

simvollaşdırır, burada "mifdən odlu silahın çıxmasına qədər uzanan zaman yolu bitir" 

(K.V.Nərimanoğlu. Göstərilən məqaləsi. səh.18.) 

 

      Tarixə ən ümumi baxış əsasında ədəbi-estetik düşüncəyə nüfuz etməyə çalışan və buna 



əsasən nail olan tənqidçi Əsəd cahangir ingilis filosofu Frensis Bekon və Əbdülvahid Yəhyanın 

fikirlərini ümumiləşdirərək yuxarıda haqqında danışdığımız məqaləsində belə bir qənaətə gəlir 

ki, Allahla insanın vəhdətdə olduğu Əzəli, İlkin həqiqətdən düşüncə iki istiqamətdə sapıb: qədim 

düşüncənin qəhrəmanı daha çox insansız allah, çağdaş düşüncənin qəhrəmanı isə allahsız 

insandır. Əsas məsələ isə onların birliyidir. Doğrudur, lakin "insansız allah" qədim düşüncənin 

qəhrəmanı kimi daha çox Qərbdə özünü göstərib. Şərqin qədim düşüncəsində insan Allaha 

inamdan kənarda deyil. Şərq düşüncəsindəki sapıntı- insanın allahsızlaşması isə çağdaş zamanın 

problemidir və bu mənada "doğrudan da əsas məsələ onların birliyidir".  

 

      Bu mənada Xızr obrazı üzərinə qayıtmaq zərurəti yaranır. Romanla bağlı ilkin təəssüratda o, 



tarixi surətdir. Mənbələrdə Sultanəli Mirzə Əfşardan Şah İsmayılın oxşarı kimi söhbət açılır. 

Xızrla Sultanəli Mirzə Əfşarın romanda iki müxtəlif obraz kimi təzahürü birincinin ideya-estetik 

yükünün tamamilə fərqli olmasından irəli gəlir. Xızr obrazının daşıdığı ikinci estetik yük Şah 

İsmayıl obrazının simvolikasını açmaqla bağlıdır. Bu mənada Xızr həm də Şah İsmayılın 

Çaldırandan sonrakı xarakterini ifadə edir. Şah İsmayılın cəngavər obrazı xalqın gen yaddaşında 

Çaldıran döyüşünə qədərki fəaliyyətiylə təcəssümlənir. Çaldırandan sonra on il yaşayan Şah 

İsmayıl yox, şair Xətayi idi. Romanın Şah İsmayıl sücetinin bizə diktə etdiyi bu qənaət müəllifin 

mətnə "subyektiv açıqlamalarından" birinin məzmununa müəyyən aydınlıq gətirir: "Çaldıranda 

həlak olan Şah İsmayılla Çaldırandan sonra hakimiyyətini on il daha sürdürmüş Şah İsmayıl 

arasında bir əsas fərq var. O fərq Şah İsmayılın özü ilə onun bənzəri Xızr arasında olan fərqdir, 

vəssalam". Bu fikrə şərik olmaqla yanaşı, "Şah İsmayılın özü ilə onun bənzəri Xızr arasında olan 

fərq"in başqa bir açılışına da diqqət yetirmək lazımdır. Romanda Şah İsmayıl və Xızr başqa-

başqa "dünya"ların insanları kimi təcəssüm tapırlar. Müəyyən şərtiliklə bu "dünya"ları allahlı və 

allahsız insan epoxaları kimi də formulə etmək olar. Şah İsmayıldan fərqli olaraq Xızr Allahı 

yaddan çıxarıb maddiyyata üz tutan və özünü onda tapan "dünya"ya keçidi təmsil edir. Bu yol 

mənəvi müflisləşməyə aparır. "Çünki maddi dünyanın mahiyyətində eniş durur." (Ə.cahangir. 

Göstərilən məqaləsi. səh.244). "Yarımçıq əlyazma" romanındakı Dədə Qorqudla bağlı mətn 

həmin "eniş" prosesini əks etdirir.  

 

      Mifoloji obrazların "Yarımçıq əlyazma"dakı müasir həyat planında təsviri dünya 



ədəbiyyatının təcrübəsi və nəzəriyyəsi baxımından tamamilə başa düşüləndir. M.Baxtin 

 

21




Dostoyevskinin yaradıcılığı əsasında polifonik roman nəzəriyyəsini əsaslandıranda bu məsələyə 

də toxunmuşdur.  

 

      Baxtin polifonik romanın bir canr kimi dürüst dərk edilməsi üçün onun mənbələrini 



müəyyənləşdirməyi vacib hesab edir. Buna görə də, "klassik antik dövrün sonuna yaxın və 

sonrakı ellinizm dövründə zahirən kifayət qədər rəngarəng, lakin daxili qohumluq əsasında 

əlaqəli olan və ona görə də qədimlərin özlərining "ciddi - gülüş sahə adlandırdıqları çoxsaylı 

canrları"n (Sofronun mimləri, Sokrat dialoqları, Menipp satirası və s. - T.S.) üç əsas 

xüsusiyyətinin polifonik romanın formalaşmasındakı ciddi əhəmiyyətini xüsusi nəzərə 

çarpdırırdı. Birinci xüsusiyyət kimi, o, göstərirdi ki, mifik qəhrəmanları və keçmişinin simaları 

bu canrlarda bilərəkdən və xüsusi olaraq müasirləşdirilmişdir və onlar bitməmiş müasirliklə 

familyar təmas məkanında hərəkət edir və danışırlar. Baxtın bunu "bədii obraz quruluşunun 

dəyər-zaman məkanının özünün köklü şəkildə dəyişməsi" kimi qiymətləndirir. 

 

      Baxtin ciddi-gülüş canrlarının "rəvayətlərə əsaslanmadığını" və "özlərini onların vasitəsilə 



işıqlandırmadığını", əksinə, "şüurlu şəkildə təcrübəyə və azad təxəyyülə əsaslanmanı" və bu 

yolla "az qala rəvayətdən tamamilə azad olacaq bir obrazın meydana çıxmasını" polifonik 

romanın formalaşmasına təsir göstərən ikinci xüsusiyyət hesab edir.  

 

      Baxtin polifonik romana məxsus çoxüslubluluq və çoxsəsliliyin, həmçinin "əlavə canrlardan-



məktublardan, tapılmış əlyazmalardan, söylənil-miş dialoqlardan, yüksək canrlara edilmiş 

parodialardan geniş şəkildə istifadəni"n ciddi-gülüş canrlarından gəlmə üçüncü xüsusiyyət hesab 

edir. 

 

      Bu xüsusiyyətlər K.Abdullanın romanın ideya-obraz və bədii strukturunda kifayət qədər 



davamlı tərzdə özünü göstərir. Mifoloci zaman-dan gerçək zamana, dastan poetikasından çağdaş 

roman poetikasına keçidin mexanizmini açır.  

 

      K.Abdulla "Yarımçıq əlyazma"da Zaman haqqında böyük həqiqəti (ya bəlkə də ən acı 



həqiqəti) oxucuya təqdim etmək yolu tutur. Bütün roman həqiqətin əzablı doğuluşundan 

ibarətdir. K.Abdulla bu prosesdə vasitəçi rolundadır, prosesin gedişinə qətiyyən müdaxilə etmir. 

Həqiqəti bu cür açmaq üsulu polifonik romana "Sokrat dialoqları"ndan gəlirdi. Yazıçı "Sokrat 

dialoqları" üçün xas olan iki əsas üsuldan məharətlə bəhrələnir. İstintaq prosesində Bayandır 

Xanın ortaya çıxarmaq istədiyi həqiqət-Oğuzun içdən parçalanması, bunun səbəbləri və 

səbəbkarı məsələsi sinkriza (müxtəlif nöqteyi nəzərlərin müqayisəsi üsulu) və anakriza 

(həmsöhbətdən söz almaq, onu söz deməyə təhrik etmək, onu öz fikrini söyləməyə, həm də 

axıracan söyləməyə məcbur etmək üsulu) üsulları ilə aşkarlanır. Bu üsul sücetin hərəkət 

mexanizmini tənzimləyir, formasını müəyyənləşdirir. 

      "Yarımçıq əlyazma"nın hərtərəfli dərkinin zamana ehtiyacı var. Anarın Y.Səmədoğlunun 

"Qətl günü" romanı haqqında dediyi bir fikri iqtibas etsək, belə də demək olar ki, "Yarımçıq 

əlyazma" bir oxunuşda qavra-nılan əsər deyil. Xüsusən romanın dilindəki çoxsəslilik, bədii 

nitqin dialoci xarakteri "mətn"lərin müxtəlif cür qavranılmasına şərait yaradır. Romanın idrakı 

zamanı postmodernizmi də, Baxtinin polifonik roman nəzəriyyəsini də, dünya ədəbiyyatının 

postmodernist və polifonik roman təcrübəsini də, yazıçının bu estetik konsepsiyalardan və ədəbi 

təcrübələrdən kifayət qədər yararlanmaq imkanını da, çağdaş zamanın yazıçı və oxucuya 

"diktə"lərini də nəzərə almaq lazım gəlir.  

      Romanın ideya polifonizmi, struktur keyfiyyətləri ənənə yaratmaq gücündədir. Çünki bu 

roman ənənədən yaradıcılıqla bəhrələnmənin nümu-nəsidir. Biz bu qənaətdəyik. Ən səhih fikri 

isə Zaman deyəcək. 

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/t-salamoghlu-yarimchiq-elyazma-



postmodernizm 

 

22




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə