Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 

29

 



Qorxmaz Quliyev 

 

"Postmodernizm..." 

 

  



 

XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə 

bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi 

prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla 

üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız 

məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və təbii ki, 

bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə inkar və rədd edən, bir-birini kaleydoskopik 

rəngarəngliklə əvəz edən modernist estetik konsepsiyaların meydana gəlməsinə və meydandan 

çıxmasına səbəb oldu. Bütün XX yüzillik ərzində modernist cərəyanların başgicəlləndirici sürəti 

uzun əsrlər boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin dağılması ilə nəticələndi. 

Mərkəzdənqaçma meylləri cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası 

münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı. Bu prosesin qarşısını almaq üçün, nəyin 

bahasına olursa-olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana gəlmişdi. Bunun 

üçünsə ən kəsə yol, demək olar ki, bütün modernist estetik konsepsiyalarda aparıcı 

kateqoriyalara çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina edib yenidən gözəllik, 

harmoniya kimi klassik kateqoriyalara qayıtmaqdan keçirdi. Lakin bu da bir həqiqətdir ki, 

müxtəlif modernist cərəyanların yaranmasına rəvac verən humanitar böhran XX əsrin sonlarında 

nəinki səngiməmişdi, bəlkə də burjua insan konsepsiyasının ardınca sosialist insan 

konsepsiyasının da süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik itməsi ilə bağlı 

daha da dərinləşmişdi. Əlbəttə ki, belə bir şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət 

gedə bilməzdi. Odur ki, postmodernizm klassik ənənə ilə hadisələrə və insana modernist 

baxışları çulğaşdırmağa, klassik və modernist ovqatları bardırmağa məcbur idi.  

 

“Postmodernizm” anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı 



vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək 

olar: söz özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin 

inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir. İkincisi, postmodernizm 

modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən 

postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” 

sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental 

müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm 

arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı. 

 

“Postmodernizm” anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən 



əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir. Yeri 

gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən 

keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə 

verir. 


 

Lakin anlayışda “modernizm” sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik 

ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət 

edir. 


 

Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış ideoloqlarından biri olan J.Liotar 

“Postmodern uşaqlara izah qismində” kitabında postmodernizmin modernizm içərisində 

gizlənərək onun tərkib hissəsinə çevrilməsi faktını vurğulayırdı. 




 

30

 



Bununla yanaşı, postmodernizmin ideoloqları öz proqram səciyyəli əsərlərində həm 

ümumfəlsəfi, həm də estetik fikir sahələrində həm klassik, həm də qeyri-klassik (modernist) 

dünyaduyum və dünyagörüş konsepsiyalarından fərqli prinsiplərdən çıxış etdiklərlni iddia 

edirlər. Lakin postmodernistlərin konseptual yönümlü mülahizələrinə fikir verdikdə məlum olur 

ki, postmodernizm dünyagörüş sistemi kimi genetik baxımdan ondan əvvəl bu və ya digər 

kombinasiyalar şəklində modernizmin nəzəri bünövrəsini təşkil etmiş poststrukturalizm, struktur 

psixoanaliz, semiotika, dialoq fəlsəfəsi kimi qeyri-klassik konsepsiyalara əsaslаnır. 

 

Dünyaduyum və dünyagörüş kimi postmodernizmin modernizm ilə yaxınlığı onların ikisinin də 



eyni qaynaqdan - XX əsrin əvvəllərindən başlayaraq get-gedə dərinləşən və kəskinləşən insan 

böhranından bəhrələnməsi ilə bağlıdır. İntəhası, modernizm yeni-yeni özünü büruzə verən 

fəlakətə ilkin reaksiya qismində mübarizədir, barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta 

onu inkar edərək hər vəchlə xilas etmək cəhdidir. Bu baxımdan “Ultramanifestlər” əsərinin 

müəllifi Q.Torrenin aşağıdakı deyimi səciyyəvidir. “Mən özüm. Sən özün. O özü. Cəm halı rədd 

edərək Mənəmliyi vəsf edək. Bizi təkrar etmək olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası 

isə biz tayı-bərabəri olmayan Mənimizdən inadla yapışmışıq. Mən özüm özümün səbəbiyəm. 

Mən özüm özümün tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən mənəmliyin 

yüksəkliyini və əvəzolunmazlığını təsdiq edirəm. Mənəmlik həmişə novatorun və üsyankarın 

mənəvi məziyyətlərindən birincisi olmuşdur və birincisidir”. Bu deyimdə bütün modernist insan 

konsepsiyaları üçün səciyyəvi olan bir şəkildə, nəyin bahasına olursa-olsun, amansız 

kataklizmlər dönəmində “Mən”i qorumaq əzmi ilə bunun qeyri-mümkünlüyündən doğan 

ümidsizlik hissi birləşib üzvi vəhdət təşkil edir. 

 

Postmodernizm isə mübarizədən imtinadır, böhranla barışıqdır. Postmodernizmin insan 



konsepsiyasının mahiyyətini səciyyələndirərək A.Turen belə hesab edirdi ki, əgər modernizm 

“Mən”in müstəsna dəyərə malik olması ideyasını bəyan edirdisə, postmodernizm onun 

parçalanması fikrini ön plana çəkir. Postmodernistlərin fikrincə, “Mən” fenomeninin özü tarixin 

müəyyən mərhələsində meydana gəlmişdir və məhz buna görə də keçici xarakter daşıyır. 

Bununla bağlı M.Fuko özünün məşhur “Sözlər və şeylər” əsərində yazırdı: “Əgər biz nisbətən 

qısa xronoloji kəsimi və qısa coğrafi üfüqü - XVI əsr Avropa mədəniyyətini götürsək, inamla 

demək olar ki, insan bu yaxınlarda edilmiş kəşfdir. Yalnız bir əsr yarım bundan əvvəl başlanmış 

və ola bilsin ki, bu yaxınlarda başa çatacaq bir dövr insan obrazını ortaya qoymuşdur. Və bu heç 

də son dönəmlərin oyatdığı narahatlıq hissindən xilas olmaq, minillik qayğıdan gözqamaşdırıcı 

aydınlığa keçid deyildi. Bu, sadəcə, biliklərin məqsədlərinin dəyişməsinin nəticəsi idi. Əgər bu 

məqsədlər meydana gəldikləri kimi də yoxa çıxsalar, əgər hər hansı bir hadisə (bu hadisənin 

forma və məzmunu haqqında təsəvvürə malik olmadan biz yalnız onun mümkünlüyünü fərz edə 

bilərik), XVII əsrin sonlarına yaxın klassik düşüncə tərzi dağılıb məhv olduğu kimi, “Mən”i ön 

plana çəkən məqsədləri yox edəcək və onda - buna tam zəmanət vermək olar - insan sahildə 

qumun üstündə çəkilmiş sima kimi silinib gedəcək”. 

 

U.Eko özünün “Yenilik və təkrar. Modern və postmodern estetikası arasında” məqaləsində 



modernizm və postmodernizm arasında estetik planda mövcud olan münasibətlərin dialektikasını 

mümkün qədər hərtərəfli açıqlamağa cəhd göstərmişdir. Özü həm sənətkar, həm də alim 

qismində dünyagörüş və dünyaduyum baxımından modernist kimi formalaşmış U.Eko sonralar 

böyük daxili sarsıntılar hesabına (bu həm adını çəkdiyim məqalənin, həm də yazıçının məşhür 

“Qızıl gülün adı” romanının kontekstindən hiss olunur) tədricən postmodernist mövqeyə 

keçmişdir və öz elmi və yaradıcılıq prioritetlərini dəyişdirməsini ümumən estetik fikir sahəsində 

paradiqmanın dəyişməsinin labüdlüyü ilə izah etmişdir. 

 

İtalyan aliminin fikrincə, modernizmin əsas paradoksu onunla bağlıdır ki, bütün modernist bədii-



estetik konsepsiyalar daim təkrarsızlığa, mütləq yeniliyə, nabələdlər və cahillər üçün qıfıllanmış, 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə