Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

İsmayılın bir-birinin ardınca əldə etdiyi tarixi qələbələrdən faciəvi Çaldıran döyüşünə doğru 

inkişaf edir. Əlbəttə, romanda Şah İsmayılın Çaldıran döyüşünə qədərki tarixi qələbələrinin 

təfsilatlı təsviri yoxdur. Ümumiyyətlə, epik təfsilat bu roman üçün səciyyəvi deyil. Əsərdə Şah 

İsmayılın tarixi qələbələrinə müəyyən işarələr var. Həmin işarələr bizə Çaldıran döyüşü ərəfəsinə 

gəlib çıxan hökmdarın böyük bir zəfər yolu keçməsi haqqında təsəvvür yaratmağa qadirdir 

(əlbəttə ki, bu zaman oxucunun Şah İsmayıl haqqında tarixi həqiqətlərə, onun böyük qələbələrinə 

dair məlumata malik olması nəzərə alınır). Şah İsmayılın Şeybani xan üzərindəki tarixi qələbəsi 

hökmdarın döyüşqabağı düşüncələrində oxucu yaddaşını oyadır və onunla birləşərək tarixi 

hadisənin kifayət qədər əhatəli məzmunda idrakına imkan verir: "Sabah ağır gün idi. Hərbi 

məşvərət çağırmışdı. Düşüncəsi, fikri-zikri Şahın son zamanlar ancaq özbək Şeybani idi. 

Bilmirdi nə üçün, amma onun əlindən zəncir çeynirdi."  

 

      Romanda Şah İsmayılın Şirvan səfərinə də işarə var. Lakin bu işarə olub-keçmişlərin 



müəyyən münasibətlə xatırlanmasından ibarət olsa da, məntiqi idrakın gücü ilə bu nüans 

oxucuya(söhbət intellektual oxucudan gedir) çox şey deyir. Lakin "Yarımçıq əlyazma"da Şah 

İsmayılın və onun yaratdığı dövlətin taleyində böyük iz buraxan Çaldıran döyüşü ən müxtəlif 

rakurslardan bədii təhlilin predmeti olur. Bu döyüşlə bağlı epizodlarda biz Şah İsmayılı sözün 

həqiqi mənasında öz tarixi xarakterində görürük. Həm də Kamal Abdulla bu tarixi xarakteri 

konkret çizgi və detalların rəsmi vasitəsilə tamamilə canlı şəkildə təqdim edə bilir. Romanda 

oxuyuruq: "Osmanlı Sultan Səlimlə Şahın döyüşü Çaldıran adında bir kənd vardı, orda başladı. 

Şah özü döyüşə rəhbərlik edir, sərkərdələri cinahlara bölür, hücum, yaxud geri çəkilmələri 

barədə əmrlər verirdi." Çaldıran döyüşündəki məğlubiyyətin obyektiv və subyektiv səbəbləri 

tarixçilərin əsərlərində bütün təfərrüatı ilə öz əksini tapmışdır. Oxucu da bundan xəbərdardır. 

K.Abdulla romanda Şah İsmayılı son dərəcə ağıllı, hərbi işi bilən, ən çətin məqamlarda belə 

özünü itirməyən cəsur bir sərkərdə kimi təsvir edir. Gözümüzün önündə vəziy-yətdən asılı olaraq 

qəti qərarlar qəbul edən, qoşunun döyüş taktikasını tez-tez dəyişən, son ana qədər məğlubiyyətlə 

barışmaq istəməyən qəhrəman bir sərkərdənin obrazı canlanır. Döyüşün ən ağır məqamlarında 

kimsəyə hiss etdirmədən vuruş meydanına atılıb, cəsarətlə döyüşməsi və belə döyüşlərin birində 

düşmənin ən şöhrətli pəhləvanı Malbaşoğlunu qılıncla ikiyə parçalaması epizodları Şah 

İsmayılın tarixi xarakterini nəinki ən aydın cizgilərlə göstərir, həm də bu tarixi xarakteri bir 

qədər də dolğunlaşdırır və tamamlayır.  

 

      Nəzərə alsaq ki, Şah İsmayılın cəsur döyüşçü və sərkərdə xarakteri haqqında eyni döyüş 



epizodu haqqında müxtəlif səciyyəli insanlar - Şah İsmayıla fərqli münasibət bəsləyən Lələ 

Hüseyn bəy və Xızr (epizodun danışıldığı məqamda isə Şah) danışır, onda bu epizodun çılpaq 

həqiqət olmasına heç bir şübhə qalmır. Yeri gəlmişkən, orasını da deyək ki, həqiqətin bu şəkildə 

təqdimi K.Abdullanın romanının davamlı üslub xüsusiyyətlərin-dən biridir.  

 

      Şah İsmayılın tarixi şəxsiyyət və hökmdar kimi xarakterinin dolğunluğu ilə təqdimində 



ətrafdakıların ona münasibəti də əhmiyyətli rol oynayır.  

 

      Bu baxımdan Lələ Hüseyn bəy obrazı romanda xüsusi məna yükünə malikdir: "Lələ göz 



qoyub fikir vermişdi. Şah nə qədər kəskin, cəsarətli, heç kimin günahından keçməyən, hamı 

ətrafına öz şahlıq və mürşid mərtəbəsin-dən baxan bir sahibəzzaman, bir şəxsi-müqəddəs idisə və 

özü də buna sözsüz inanırdısa, Xətai (Xızr olmalıdır - T.S.) bir o qədər həlim, xoşxasiyyət, 

sülhməramlı insan idi." Lələ Hüseyn bəyin düşüncələri ona görə reallığın bədii ifadəsi kimi 

səslənə bilir ki, biz onun hər bir hərəkətində və əməlində Şah İsmayıla sonsuz rəğbətini və 

sədaqətini müşahidə edirik. Çaldıran döyüşündən sonra on il əsirlik həyatı yaşayan Hüseyn bəy 

Lələnin həyatın hər cür əzablarına sinə gərmək, dözmək gücü verən Şah İsmayıla məhəbbəti, ona 

qovuşmaq istəyidir. Əsirlik həyatından qurtarıb Şah İsmayılın ayaqları altında ölmək onun üçün 

ən müqəddəs arzudur. O daim bu arzuya can atır. Lakin "xoşbəxtlik" məqamında faciə ilə 

 

19




üzləşəndə isə- həqiqi Şah İsmayıl əvəzinə oxşarı ilə görüşəndə aldandığını, bütün ümidlərinin 

puç olduğunu görür. Bu məqamda Lələ Hüseyn bəy cismən ölməmişdən qabaq mənən ölür. 

 

      Lələ Hüseyn bəyin bu hərəkəti bir insan və hökmdar kimi Şah İsmayılın bütövlüyünü, daxili 



zənginliyini, başqa sözlə kamil insan xarak-terini təcəssüm etdirir. 

 

      Şah İsmayılla bağlı sücetin real plandakı "oxu"nuşu belədir, lakin bu sücetin yeganə 



"oxu"nuşu deyil 

 

      Romana yazdığı "ön söz"lərin birində müəllif Şah İsmayılla bağlı sücetin "daha çox tarixi 



yox, bədii bir rəvayəti" xatırlatması mülahizəsini də irəli sürür. 

 

      Bu mülahizə qətiyyən təsadüf kimi irəli sürülmür və demək lazımdır ki, dəqiq müşahidədən 



doğur. Eyni zamanda, sücetin mənası ilə bağlı həqiqəti açmaq əvəzinə bir qədər də örtüyə 

bürüyür, gizləyir.  

 

      Şah İsmayılla bağlı sücetdəki bioqrafik məzmun müəllif bədii ifadə-sində məqsəd yox, 



vasitədir. Bu sücetdə müəllif niyyəti başqa bir məzmun qatını önə çıxarır. 

 

      Şah İsmayılla bağlı sücetin qəhrəmanı polifonik səciyyəlidir. M.Baxtin Dostoyevskinin 



roman qəhrəmanlarından danışarkən yazır ki, "əgər xəyalən onların içərisində yaşadıqları 

(yaşatdıqları olmalıdır - T.S.) ideyanı onlardan ayırsaq, onda onların obrazları tamamilə dağılar. 

Başqa sözlə, qəhrəman obrazı ideya obrazı ilə ayrılmaz şəkildə bağlıdır. Biz qəhrəmanı ideyada 

və ideya vasitəsilə g ö r ü r ü k, ideyanı isə qəhrəmanda və onun vasitəsilə g ö r ü r ü k". 

(M.Baxtin. Dostoyevski poetikasının problemləri. Bakı. 2005, səh.124). Şah İsmayılla bağlı 

sücetdə onun Çaldıran döyüşündən sonra qeybə çəkilməsi bir çox hallarda tarixi həqiqətin təhrifi 

kimi mənalandırılmışdır. O mənada ki, tarixi mənbələrdə Çaldıran döyüşündən sonra Şah 

İsmayılın bir neçə il hökmranlıq etməsi faktı mövcuddur. Lakin söhbət tarixi yox, bədii materiala 

münasibətdən gedir. "Yarımçıq əlyazma"da Şah İsmayıl tarixin yox, daxilindəki ideyanın 

yükünü çəkir, Dostoyevskidə olduğu kimi, "qarşımızda ideyanın obrazı yaranır (Baxtin). Şah 

İsmayılın bütün hərəkətlərinin məntiqi onun daxilində gəzdirdiyi ideya ilə izah olunandır. Batini 

saflıq və bütövlük onun əqidəsidir. Bu əqidə onun bütün varlığına hakim kəsildiyi üçün bu əqidə-

ideyadan kənarda Şah İsmayıl yoxdur. İnsan batinən saf və bütöv olmalıdır. Şah İsmayılın bu 

ideyası mənbəyini mənsub olduğu dindən götürür və mahiyyətcə insan həyatının mənası Mütləq 

başlanğıca bağlılığındadır izahına gəlir. 

 

      Şah İsmayıl Çaldıran döyüşündə məğlub olur. Tarixi mənbələrdən də məlumdur ki, Sultan 



Səlimin qələbəsi daha çox odlu silahın - xüsusən topların hesabına təmin olunur. Şah İsmayıl 

Sultan Səlimin məhz bu cür qələbəsi ilə barışa bilmir. Şah İsmayıl Sultan Səlimin qələbəsində 

"şeytani" qüvvənin iştirakını dünyanın nizamının pozulması kimi başa düşür və belə həyatı qəbul 

etmir. 


 

      Şahlıq taxtını öz oxşarına verəndə hərəkətinin mənasını belə izah edir: 

 

      - Biz bir kimsəni aldatmırıq. Batilin bir mənası yoxmuş, əsl məsələ zahirdə imiş. Saxla bunu 



huşundag Mən bu boyda məmləkəti fəlakətdən saxlaya bilmədim. Mən aradan çıxıram. Niyəsini 

heç sorma. Bilirsən, qula-ğıma səs gəldi göydən: "Hamı səni sevənlər burdadı" dedi. Şahi-

Mərdanın səsiydi." 

 

      Bu sözlər ilk növbədə Şah İsmayılın Zamana etirazını ifadə edir. Şah İsmayılın hiylə və 



məkrdən uzaq təbiəti hiylə və məkr zamanının gəldiyini dərk edincə, hökmdarlıq taxtında 

oturmağı özünə rəva bilmir. Bu xarakterlə və bu zamanda "bu boyda məmləkəti fəlakətdən 

 

20



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə