Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

"Amma gələcək nəsillər bunu belə yox, məhz bu cür duyub qəbul etməlidirlər!" Dastanın Mətni 

də bunu deyir" 

 

      Tənqidçi Ə.cahangir yazır: "Kamal Abdullanın bu kitabı insana qar-şıdır: hamıdan hər şey 



gözləmək olar. Kamal Abdulla eyni zamanda Dədə Qorqud haqqında kitablar müəllifi kimi özü-

özünə qarşı çıxır, özü-özünü inkar edir." (Göstərilən məqaləsi. s.251.) 

 

      Başqa bir tənqidi-publisistik yazıda isə oxuyuruq: "g Tarixə saxta münasibət və ideyaca 



antibəşəri, antiinsani münasibət, bir sözlə, əgər belə demək mümkündürsə, ideyaca bu qədər 

ziddiyyətli və zərərli motivlər üstün-də qurulmuş, qələmə alınmış əsər ("Yarımçıq əlyazma" 

romanı nəzərdə tutu-lur - T.S) yaşarlılıq qazana bilməz, bədii cəhətdən nə qədər güclü olursa-ol-

sun" (Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın qalanıg "Kredo" qəzeti, 5 mart 2005-ci il) 

 

      Bu "oxu"lar oricinal deyil və öz başlanğıcını müəllif "oxu"sundan götürür və son nəticədə də 



romanın yazılma məntiqini aşkarlaya bilmir. Ona görə də hər iki tədqiqatçının şərhlərində 

"Yarımçıq əlyazma" müəllif "mətn"indən çıxıb bədii əsər statusu qazana bilmir. 

 

      Bütün hallarda məqalə müəllifləri "Yarımçıq əlyazma" mətninin diktə etdiyi bədii 



həqiqətlərdən yox, "Kitabi-Dədə Qorqud" mətninin "Yarımçıq əlyazma" mətnindəki təhrifindən 

danışmağa üstünlük verirlər. Romanda Dədə Qorqud, Qazan xan, Beyrək, Burla xatun və b. 

ədəbi-mifoloci obraz-ların xarakterinin təhrif olunması, milli-tarixi varlığımıza xəyanət edilməsi 

kimi fikirlər roman mətninin təlqin etdiyi həqiqətlər deyil, "Yarımçıq əlyaz-ma" mətninə 

"Kitabi-Dədə Qorqud" mətni kimi qiymət vermək tendensiya-sından qidalanır. 

 

      Romana qarşı kəskin tənqidi münasibətlərdə qoyulan bədii-estetik tələb ondan ibarətdir ki, 



milli-mənəvi varlığımızın dayaqları kimi tapındı-ğımız mifoloci obrazlar öz təbiətlərindən niyə 

çıxarılıb? Başqa sözlə, Kamal Abdullanın Beyrəyi, Qazan xanı, Dədə Qorqudu, Burla xatunu biz 

tanıdı-ğımız Beyrək, Qazan xan, Dədə Qorqud, Burla xatun deyil. Bu, doğrudan da, belədir. 

Dastan qəhrəmanları ilə roman qəhrəmanları tamam başqa-başqa adamlardır. Bu belə də 

olmalıdır, ilk növbədə ona görə ki, bu obrazlar fərqli zamanların bədii düşüncə məhsullarıdır. 

İkinci bir tərəfdən Dədə Qorqud, Qazan xan, Beyrək, Burla xatun kimi tanıdığımız bu insanlar 

tarixi şəxsiyyətlər deyil, dastan qəhrəmanlarıdır və həmin qəhrəmanları eyni xarak-terdə, eyni 

səciyyədə roman qəhrəmanına çevirmək ciddi yazıçı məqsədi ola bilməz. Başqa sözlə, bu 

mahiyyətcə K.Abdulladan dastanın roman variantını yaratmaq tələbidir və yazıçının bu tələbin 

ardınca getməməsi də təbiidir. Ə.cahangirin məqaləsində oxuyuruq: "Mifik düşüncəyə bütün 

bələdliyi ilə bərabər Kamal Abdulla çağdaş insandır və məsələlərə sosial-tarixi qatdan yüksəkdə 

duran ilahi bir ucalıqdan baxdığını düşünsə də, əslində, çağdaş dövrün gözü ilə baxır." (Əsəd 

cahangir. Gösətərilən məqaləsi, səh.251) Ə.R.Xələfli də məsələyə, demək olar ki, eyni baxış 

bucağından yanaşır! "g Mən başa düşürəm, "Yarımçıq əlyazma"nı yazdıran bu günün 

həqiqətləridir. Siz həyəcan təbili çalmaq istəyirsinizg Bir də unutmayaq ki, bədii əsərin gücü 

tarixi həqiqətə nə qədər söykənməsindən də çox asılıdır." (Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın 

yarısıg "Kredo" qəzeti, 26 fevral 2005-ci il) "Yarım-çıq əlyazma"da məsələlərə "çağdaş dövrün 

gözü ilə" və "bu günün həqiqət-ləri" ilə baxılması qənaətləri tənqidçilərə bədii mətnin intuitiv 

olaraq təlqin etdiyi doğru qənaətlərdir. Lakin bu mülahizələrdə intuitiv olaraq dərk edi-lənlər 

düzgün elmi-nəzəri şərhini tapmamışdır. Tənqidçilər "Yarımçıq əlyaz-ma"nın bədii həqiqətində 

ifadə olunan müasirliyi roman müəllifinin tarixi həqiqəti "müasirləşdirməsi" kimi qəbul edirlər. 

Tənqidçilərin bu mövqeyin-dəki yanlışlıq "Yarımçıq əlyazma"nı tarixi bir əsər kimi qəbul etmək 

tenden-siyasından qidalanır. Halbuki "Yarımçıq əlyazma" bütövlükdə tarixi planda 

yazılmamışdır. Romandakı Dədə Qorqudla bağlı hissə müasir həyat və müa-sir insan 

kontekstində yazıçı görümünün ifadəsidir, yazıçının dünyaduyumu-dur. "Yarımçıq əlyazma"da 

tarixən saf və bütöv olan əxlaqımızın (istər sosial-siyasi, istərsə də mənəvi-əxlaqi) getdikcə daha 

artıq sapıntıya uğraması, əxlaqi kataklizimlərin son həddi göstərilir. Bu romanda tarixi materiala 

 

15




(fikrimizcə daha çox sücet və ya motiv səviyyəsində) tamam başqa bir estetik funksiya 

verilmişdir. Bütün mahiyyət də bu, estetik funksiyanın düzgün dərk olunmasında, elmi 

açılışındadır. Etiraz edib deyə bilərlər ki, o halda tarixi sücetə və ya motivə nə ehtiyac vardı, 

müasir həyatı elə müasir həyat materialları ilə yüksək ideya-estetik bütövlükdə ifadə etmək də 

olardı. (Orasını da qeyd edək ki, bu cür mülahizələr artıq səslənib: "İndi mən düşünürəm: tarixin 

bir məqamını açmaq üçün həqiqətən daha gücsüz olan, fiziki cəhətdən üzə dura bilməyən 

məqamını qurban vermək gərəkdirmi? Nə qədər ədalətlidir bunun üçün Dədə Qorqud dövrünün 

hədəf seçilməsi?") (Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın dörddə biri. "Kredo" qəzeti, 19 fevral 

2005-ci il.) "Yarımçıq əlyazma"da Dədə Qorqud dövrü hədəf seçilməyib, istinad nöqtəsi seçilib. 

Dədə Qorqud dünyası bu romanda insanın sosial varlığına, mənəvi əxlaqi aləminə nüfuzun 

meyarı kimi qəbul edilib. 

 

      "Yarımçıq əlyazma" romanındakı hadisə və bu hadisələrin iştirakçısı olan obrazlar "Kitabi-



Dədə Qorqud" dastanındakı zamanın hadisələri və iştirakçıları deyildir. "Yarımçıq əlyazma"dakı 

Bayandır xan, Dədə Qorqud, Qazan xan, Beyrək, Bəkil, Burla xatun, Alp Aruz və s. obrazlar 

"Kitabi-Dədə Qorqud" dastanından tanıdığımız mifik obrazların adını daşıyan çağdaş insanların 

obrazıdır. "Yarımçıq əlyazma"dakı zaman mifik Zaman təssüratı yaradan çağdaş zamandır. Belə 

bir təəssüratın yaradılması sücetqurmanın bədii üsulu vasitəsidir. Müəllif bu gün üçün dil və 

adqoyma faktorundan məharətlə faydalanmış və "əlyazma" mətninə yazdığı "ön söz "də özünün 

bədii niyyətini məharətlə pərdələyə bilmişdir.  

 

      Romanın "Kitabi-Dədə Qorqud"la bağlı mətninin sücet xəttinin əsasında belə bir hadisə 



durur: Məlum olur ki, Oğuzda casus var və bu casus tutulur. Tutulur, lakin cəzalandırılmaq 

əvəzinə sərbəst buraxılır. Bu, cəmiyyətin başçısı Bayandır Xanda şübhə yaradır və o, casusun 

kim tərə-findən buraxıldığını öyrənmək üçün istintaq qurur. Həmin "istintaq prosesi" romanın 

sücet xəttinin əsasını təşkil edir. Bu sücet zahirən romana dedektiv xarakteri verir və onun 

oxunaqlılığını şərtləndirən ilkin əlamət kimi nəzərə çarpır. Lakin sücet xəttinin əsasında duran 

hadisə kriminal yox, sosial və mənəvi - əxlaqi xarakterli olduğuna görə sözügedən cəmiyyətin 

sosial və mənəvi - əxlaqi durumunu açmaq üçün tutarlı vasitə olur.  

 

      Casusun tutulduğu məqamda onun hərəkətini Oğuza ağır bir zərbə kimi qiymətləndirən bütün 



Oğuz bəyləri sonda onu "günahsız" elan edərək açıb buraxırlar. Çünki casus Boğazca Fatmanın 

oğludur və Boğazca Fatma hər bir Oğuz bəyinə sübut edə bilir ki, bu, elə sənin oğlundur. Qırx 

oynaşlı Fatma ilə Oğuz bəylərinin intim münasibətlərini cəmiyyətin məişət əxlaqının pozulması 

kimi qiymətləndirmək olar. Lakin Oğuz bəylərinin öz şəxsi tale-lərini bütün Oğuzun 

mənafeyindən üstün tutmaları və casusu azad edərkən qətiyyən tərəddüd etməmələri sosial əxlaqı 

pozulmuş cəmiyyəti görüntüyə gətirir.  

 

      İstintaq prosesində - ağır sınaq qarşısında qalan Oğuz bəyləri ancaq öz şəxsi taleləri üçün 



narahatlıq hissi keçirir, sıravi bəylərdən tutmuş "Oğu-zun dirəyi" Qazana qədər ən alçaq 

hərəkətləri belə özlərinə rəva görürlər. Təki canlarını ölümdən qurtarsınlar, təki tutduqları 

mövqedən məhrum olmasınlar.  

 

      İç Oğuzla Dış Oğuz arasında münasibətlərin getdikcə daha artıq kəskinləşməsi, kimin başçı 



olacağı uğrunda amansız mübarizə, bəylərin daha yüksək rəyasət pilləsinə ucalmaq üçün 

qarşısındakını bütün mümkün vasitələrlə sıradan çıxarmaq istəyi, hətta bunun üçün öz 

qadınlarından bir vasitə kimi istifadə etmələri, yalançı qurğular - oyunlar qurub ad qazan-maları, 

elin tale yüklü zamanında min bir bəhanə ilə qaçıb kafir torpaqlarına üz tutmaları, yurdun ölüm-

qalım zamanında belə daxili münaqişələrin, şəxsi intriqaların birləşməyə mane olması oxucunun 

çağdaş zaman və cəmiyyət haqqında düşüncələrinə stimul verir.  

 

 

16




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə