Dünya Azərbaycanlılarının Psixologiyası: Həmrəylik və birlik probleminə psixoloji-fəlsəfi-siyasi yanaşma Milli şüur, hər şeydən öncə, müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz Musatafa Paşa Kamal Atatürk



Yüklə 24,96 Kb.
tarix20.09.2017
ölçüsü24,96 Kb.
#1093

Dünya Azərbaycanlılarının Psixologiyası: Həmrəylik və birlik probleminə psixoloji-fəlsəfi-siyasi yanaşma

Milli şüur, hər şeydən öncə, müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz

Musatafa Paşa Kamal Atatürk

31 dekabr dünya azərbaycanlılarının həmrəylik günüdür. Ümumi sayı 50 milyondan çox olan parçalanmış bir millətin bayramıdır. Qarabağız, Təbriziz, Borçalısız, Dərbəndiz, Kərküksüz qalan bir millətin birlik günü kimi qeyd edirik 20 ildən çox bir zamanı. Vətəndə vətənsiz olanlarla qürbətə vətənsiz olanlaar ilin son günü ən azından bir dəfə Vətəni yada salmaq imkanı verən bir Gündür 31 dekabr..lakin biz niyə həmrəy deyilik, niyə ola bilmirik sualına psixoloji-fəlsəfi-siyasi tərəfdən yanaşmağa cəhd edək..

İnsan şəxsiyyətinin formalaşmasında danılmaz rolu olan ən əsas faktorlardan biri irsi amillərdir. Bu amilin mahiyyəti bundan ibarətdir ki, doğulduğu gündən hər bir insana genlər vasitəsilə bütövlükdə bəşəriyyətin bioloji təkamülünün və həmin fərdin özünün yaxın əcdadlarının hamısının əlamətləri yığcam formada, kodlaşdırılmış şəkildə ötürülür. Başqa sözlə, «insan ontogenezində bəşəriyyətin filogenezinin (bioloji təkamülünün və tarixi mədəni mərhələlərinin) əsas əlamətləri yığcam formada təkrar olunur» («Biogenetik qanun» və ya «Rekapitulyasiya prinsipi»). Yəni fizioloji aspektdən hər bir individ özünün yaxın və uzaq əcdadları barədə demək olar ki, bütün informasiyaları kodlaşdırılmış formada öz genlərində daşıyır. Bu informasiyalarsa hər bir şəxsin fiziki və psixi parametrlərini onun hələ dünyaya gəlmədiyi dövrlərdən müəyyənləşdirir və anadangəlmə determinantlar qrupunu təşkil edir.

Yəni bir millət genetik olaraq ulu babalarından ona miras qalan hissləri, xareketrik xussiyyətləri, milli ideologiyanın potensial daşıyıcısıdır. Bu zaman isə müasir dövrdə millətlərin psixologiyası ilə psixologiyanın «etnik psixologiya» adlanan xüsusi bölməsi gündəmə gəlir. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: «xalqların psixologiyası», «milli xarakter», «milli ruh», hətta «etnik (etnoqrafik) psixologiya» və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf. Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bu bölməyə daxil olan Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.

Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycanlıda olmalıdır.

Azərbaycan türklərinin tarixi mübahisəli məqamlarla boldur.hər bir dövrə nəzər salsaq millətimizin inkişafında koqnitiv bəzən isə emosional faktların təzahür etməsinin şahidi ola bilərik. Milyonlarla azərbaycan türkü tarixin gedişində BÖTÖV bir dövlətdən parçalanmış ərazilərə çevrilmişdir. Dərbəndimiz Rusiyanın, Cənubi Azərbaycanımız İranın, Borçalımız Gürcüstanın, İrəvanımız Ermənistan adlanan qondarma dövlətin, İğdırımız Türkiyə və Kərkükümüz İraqın sərhədlərinə daxil olmuşdür. Bu dövlətlərin siyasi rejimlərin, qondarma üstqurumların tələb və qanunları nəticəsində azərbaycan türk millətinin övladları bir-birlərinə qarşı yadlaşmışdır. Tarix boyunca böyük bir millətin övladları digər sərhədlərin içərisində müxtəlif əlifbalarda yazmağa və oxumağa məcbur edilmiş, müxtəlif dillərdə təhsil almış, yaşadıqları ölkədəki hakim ideologiyanın tələbi ilə mənsub olduqları xalqın mədəniyyətinə, ədəbiyyatına, dilinə, tarixinə, mənəviyyatına və milli ideologiyasına zorən uyğunlaşdırılmışlar.

Məlum olduğu kimi ötən əsrin 30-ci illərinə kimi Azərbaycan adlanan coğrafi məkanda məskunlaşan əsas etnik qrup məhz «türk» adlanmış, rəsmi dil isə türk dili olaraq qəbul edilmişdir. Hətta, fikrimizcə, həmin dövrə qədər «türk» anlayışı təkcə etnik qrupu deyil, həm də Azərbaycan adlı ərazidə yaşayan bütün əhalini (daha konkret olaraq müsəlman əhalinin hamısını) ifadə etmişdir. Lakin, Stalinin «yad» millətlərə qarşı münasibətinin nəticəsi olaraq rəsmi səviyyədə dilimiz «Azərbaycan dili» adlanmağa başladı.Bu eyni zamanda Azərbaycan Türk kimliyinə vurulan ağır zərbə olmuşdur. Bu siyasəti yeridənlər dünya tarixində Azərbaycan Türkü kimi tanınan bir milləti coğrafi ərazinin və dövlətin adına uyğun “yeni bir vahid xalqı” (yəni etnik qrup) formalaşmışdırmaqla tariximizə və milli şüurumuza calaq etmişlər.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquqşünas Aqşin Atalızadə haqlı olaraq qeyd edir ki, müasir dövrdə dövlət siyasətində dünya azərbaycanlıları anlayışı mühüm yer tutur. Azərbaycançılıq fikrinin hakim olması, bu anlayış altında yalnız hazırkı, Azərbaycan Respublikası ərazisində yaşayan və bu coğrafiyaya mənsub olub digər dövlətlərdə yaşayan insanları birləşdirməyi tələb edir. Lakin, bir çox hallarda bu anlayışa İran İslam Respublikasının tərkibində olan tarixi Azərbaycan adlanın ərazisinin sakinləri ilə yanaşı həmin ölkənin digər ərazilərində yaşayan türklər, hətta Xorasanda yaşayan türkmənlər, Əfqanıstan türkləri də daxil edilir. “Azərbaycan tarixi” dərsliklərində Ərzurumdan tutmuş ta Qəndəhara qədər olan coğrafi ərazinin tarixinin tədqiq olunmasını, Osmanlı şeirinin şahı olan və heç vaxt Azərbaycan adlı coğrafi məkana ayaq basmamış, ədəbi dili adi şagirdlər üçün heç də anlaşıqlı olmayan dahi Məhəmməd Füzulinin ən yüksək səviyyədə “Azərbaycan ədəbiyyatı” dərslikərində öyrədilməsi, ərazisinin yalnız cüzi bir hissəsi müasir Azərbaycan Respublikasının ərazisini əhatə edən Səfəvilər dövlətinin “Azərbaycan tarixi” dərsliklərində fəxrlə əks olunmasını nə ilə izah etmək olar? Azərbaycançılıqlamı?

Bütün bunlar isə sadəcə türkçülüyün təzahürüdür. Axı biz Azərbaycan türkləri Füzulini, Şah İsmayılı necə sevməyib tədris etməyək, Türkiyə və İrandakı proseslərə necə biganə qalaq, Gürcüstan Respublikasının Borçalı ərazisində və Dərbənd ətrafında yaşayan elə azərbaycanlı adlandırdığımız əhaliyə necə qardaş gözü ilə baxmayaq? . Bu tendensiyada başlıca amil kimi isə həmin insanların Azərbaycan Respublikasının əsas etnik qrupunu təşkil edən türklərlə tamamilə eyni və ya oxşar dildə danışmalarıdır. Halbuki, «azərbaycanlı» anlayışı sırf Azərbaycan Respublikasının vətəndaşları ilə məhdudlaşmalıdır. Azərbaycan Respublikasının vətəndaşı olmayan Azərbaycan türklərinə doğma münasibət isə, qəbul edilməsə də sadəcə türkçülüyün təzahürüdür. Bu amil də türkçülüyün Azərbaycan dövlətinin siyasətinə təsir etdiyini göstərir. Şərti olaraq Azərbaycan dövlətinin daxili ideoloji əsasları kimi qəbul etdiyimiz «Azərbaycançılıq» türkçülüklə qırılmaz əlaqədədir. Bu ideologiyada ümumdövlət mənafeyi, vahid dövlətçilik hissləri, ümumi coğrafi və iqtisadi zona birliyi ideyaları, bir sözlə, siyasi təəhhüdlər ön sıraya çəkilir. Lakin bu ideologiyanı əllərində əsas tutan ideoloqlar unutumamalıdırlar ki, Millətin ideologiyası hazırda yaşanan bu günü nəzərə almaqla, həm də sabahkı günə, gələcəyə, perspektiv imkanlara əsaslanmalıdır. Biz bu gün Azərbaycançılıq ideolgoiyasını təbliğ etməklə sabah TURAN qurulmasında qazaxçılar, türkmənçilər, özbəkçilər, qırğızçılar, tatarçılar, çuvaşçılar və sairə LAR_LƏRlə üz-üzə qalmayacaqlarına əmindirlərmi?

Bu gün bu tipli ideologiyalar milləti siyasətə laqeydlik və patoloji individualizmə sürükləyir. Xaricdə yaşayan soydaşlarımıza qarşı antipatiya və ya belə deyilsə, laqeyd münasibət sonrakı dövrlərdə də mövcud olub və bugünkü günə qədər də yaşamaqdadır. Bu da milli psixologiyanın bu qədər tarixi vaxt ərzində və bu qədər tarixi hücumlar, təsirlər qarşısında heç bir əsaslı transformasiyaya uğraya bilməməsinin nümunəsidir. Bu qədər çoxsaylı olmalarına baxmayaraq, onların ərazisində tarixən elə bir tanınmış alimin, elm-mədəniyyət xadiminin yetişməməsi, yetişsə də bunun mühacirətdə, yəni türk dövlətlərindən xaricdə baş verməsi, öz ərazilərində tək-tək yetişənlərinsə ölüncə kölgədə qalıb, ayaqlar altında tapdanması, etirafınınsa məcburi baş verməsi, yəni başqalarının ona hörmət etdiyini görüb, çox sonra öz vətənində qəbul edilməsi deyilən psixologiyanın təzahürlərindəndir. Məhz bunun nəticəsidir ki,azərbaycan türkləri bugünkü gündə də, öz rəhbərlərinin hansısa diplomatik manevrlərini, onların öz hisslərini diplomatlara xas məharətlə gizlətmələrini, sətiraltı deyimlərini və s. heç vədə qavraya bilmir, qavrasa da buna patoloji allergiya ilə reaksiya verir, bunları bugünkü dünyada çoxdan bərqərar olan diplomatik etiket, siyasi normalar və s. meyarı ilə yox, özünün əski cəngavərlik, kişilik, sözübütövlük, «olduğun kimi görünmək» və s. meyarları ilə ölçüb qiymətləndirir.

Azərbaycan türkünün digər böyük problem planlı şəkildə «Qarışıq nigah» siyasətinə məruz qalmasıdır. Bu halda, ailə institutu, ümumi ailə dili və dəyərləri naminə, tərəflərdən ən azı birini öz milli ‘‘Mən’’indən imtina etməyə vadar edir ki, bundan da son nəticədə qazanan hansısa bir universal dil olur. Bu dilinsə onlardan hər hansı birinin doğma ana dili olub-olmaması burada əhəmiyyət kəsb etmir. Burada yeni doğulan körpələr gözlərini ilk açdığı gündən ailədə ümumi ünsiyyət vasitəsi kimi bu dillə rastlaşdığından isə – o faktik olaraq, uşağın doğma dilinə çevrilir və gələcək təlim-tərbiyəsinin də əsasını təşkil edir. Valideynlərin özləri də, adətən bu cür beynəlmiləl uşaqların kosmopolitik ruhda böyüməsində və nisbətən geniş məkana çıxmağa imkan verən universal bir dildə təhsil almasında maraqlı olduğundan, son nəticədə bütün bunlar periferik sosial sivilizasiyada «demoqrafik dəlik» yaradaraq, onun cəbri silsilə üzrə deqradasiya və assimilyasiyasına, hakim sosial sivilizasiyanınsa həndəsi silsilə üzrə tərəqqi və təkamülünə gətirib çıxarır. Nəticədə ANA DİL faktoru yoxa çıxır, yeni yetişən nəsilin genetik kimliyi böyük zərbə altına düşür və milli kimlik problem önə çıxır.

NƏ ETMƏK OLAR? Sualına isə cavab vermək çox çətindir..təəssüflə deməliyik ki, Azərbaycan türkləri arasında coğrafi fərq istər-istəməz özünü göstərir. Harada doğulmasından asılı olmayaraq bütün ölkələrdəki soydaşlarımız eyn soy-kökə malikdirlər, Azərbaycan parçalandığına görə hər tərəfdə eyni oxşar vəziyət ortalığa çıxıb. ancaq baxışlardakı fərqlər özünü biruzə verir. Buna qarşı mübarizə aparmaq üçün mütləq həmrəylik və birlik gərəkdir. Misal üçün tarixin qaranlıq, qanlı, keşməkeşli, idarəolunmaz dönəmlərində dəfələrlə başları müsibətlər çəkən yəhudilər bütün bu ağır sınaqlardan ilk növbədə birlik, həmrəylik hesabına çıxıblar. Digər millətlərə qaynayıb-qarışmalarına, adaptasiya olmalarına baxmayaraq, əriməyən, assimilyasiya olunmayan yəhudilər bütün bu cəhətlərinə görə məğlubedilməz millət adı qazanıblar.

Niyə bizim Azərbaycan türkləri yaşadıqları ağır proesləri geri qoyaraq Həmrəy Millət adın qazanmasın. Niyə biz bir-birimizlə görüşəndə „Təbrizdə, Şuşada, Dərbəndə, Borçalıda,Kərkükdə,İğdırda görüşərik“ deyə salamlaşmırıq...Məşhur yəhudi ideoloqu Teodor Hertselə məxsus bu fikir: "Azad insanlar kimi öz torpaqlarımızda yaşamaq və sakit halda öz evlərimizdə ölmək istəyirik".bizim ideologiyanın şüarı olmur.axı şair Musa Yaqub gözəl deyib..

Torpaq müqəddəsdi, torpaq müqəddəs,

Atadı, anadı satıla bilməz



Bayramınız mübarək ƏZİZ AZƏBAYCAN TÜRKLƏRİ...2011-ci il Bütöv Azərbaycan ili olsun hər birimizə..Həmrəy olaq, bir olaq..
Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə