5. FİZİKİ TƏRBİYƏ SİstemiNİN Ümumi priNSİPLƏRİ plan



Yüklə 20,06 Kb.
tarix09.05.2023
ölçüsü20,06 Kb.
#109249
5.FİZİKİ TƏRBİYƏ SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ


5.FİZİKİ TƏRBİYƏ SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ

PLAN

  1. Fiziki tərbiyənin istiqamətləri və əsasları.

  2. Müasir fiziki tərbiyə sisteminin prinsipləri.

  3. Müasir fiziki tərbiyə sisteminin quruluşu:

    1. əsasları və müəyyənedici əlamətləri;

    2. proqram-normativ tələblər sistemi.

Müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi fiziki tərbiyə işinə qoşulub ondan istifadə etmək, bu sahədəki sərvətləri nəsillərdən nəsillərə vermək, həmin sərvətləri inkişaf etdirmək və təkmilləşdirmək günün başlıca tələbidir. Bu mənada Azərbaycanın özünəməxsus fiziki tərbiyə sisteminin yaradılması zəruridir. Bu sistem fiziki tərbiyənin ictimai mahiyyətini, məzmununu, prinsip və metodlarını, təşkili formalarını əks etdirməlidir.Fiziki tərbiyə ictimai münasibətlərin təzahür formalarından olub ictimai həyatın bütün sahələrində özünü birüzə verir.Bu da həqiqətdir ki, fiziki tərbiyə sistemi anlayışı tarixi mahiyyət daşıyır. Yəni müasir fiziki tərbiyə sistemi müxtəlif ictimai quruluşlarda yaranmış mütərəqqi ideyaları özündə əks etdirir. İnsanlar əməyin müxtəlif formalarında iştirak edərək maddi nemətlərin istehsalında, yəni yaşayış vasitələrini / geyim, qida və s./ əldə etməkdə iştirak edirlər. Bu zaman onlar müxtəlif əmək bacarığı və vərdişlərini mənimsəyir, fizikitərbiyəyə dair biliklərə yiyələnirlər. Tədricən ictimai əməklə yanaşı tərbiyə vəzifələri də formalaşır. İlkin tərbiyə ünsürləri fiziki tərbiyəyə aiddir. Tədricən ictimai tərbiyə təcrübəsi yaranır, müxtəlif ideyalar, nəzəriyyələr təşəkkül tapır.İnsanlıq cəmiyyəti antaqonist siniflərə / zümrələrə / bölünəndən sonra hakim sinif məhkum sinfə ağalıq etmək üçün özünün fiziki tərbiyə sistemini yaratmışdır. Məsələn, böyük yunan filosofu Platon maddi nemətləri istehsal edən qulları danışanalətlər adlandırırdı. Qədim Yunanıstanda Sparta və Afina tərbiyə sistemləri mövcud idi. Sparta tərbiyə sistemi daha sərt qaydalar üzərində qurulmuşdu. Zəif, normal çəkidə anadan olmayan uşaqları spartalılar qayadan atıb məhv edirdilər. Kişiləri qadınlardan uzaqlarda / meşələrdə, dağlıq yerlərdə /saxlayır, yalnız döyüşə gedəndə qadınları ilə görüşməyə icazə verilirdi. Qadınlar onları döyüşə ruhlandırırdı. Fiziki qüvvəyə malik olan qladiatorlar döyüşlərdə dözümlülük göstərir, axıra kimi döyüş meydanından çıxmırdılar.


Müxtəlif ictimai quruluşlarda işin forması , məzmunu dəyişsə də, bu məqsədlə də qüvvəli, qüvvətli, dözümlü adamlardan istifadə etmişlər. Bu kimi məsələlər Homerin “İliada”, “Odisey”, Firdovsinin “Şahnamə” əsərlərində döyüş səhnələri təsvir edilir.
Şərq ölkələrində bahadırlıq dövrü çox böyük şöhrət qazanmışdır. “Tarixin pəhləvanlıq dövrü deyilən əski bir qismi vardır. Hər bir millətin tarixi buradan başlayır”. İslamın yaradıcısı Məhəmməd peyğəmbərin kəlamlarında, “Quran”-da pəhləvanlıq yüksək qiymətləndirilmişdir. Belə qüdrətli pəhləvanlara, sərkərdələrə nümunə Həmzə, Ömər, Həzrəti Əli və başqalarını göstərmək olar. Belə sərkərdələr Azərbaycanda da olmuşdur. Tomris, Cavanşir, Babək belə şəxsiyyətlərdəndir. Bütün bunlar təsdiq edir ki, hər bir xalq özünün milli qəhrəmanlıq tarixini yaratmağa xüsusiəhəmiyyət vermişdir. Bunun üçün özünün məktəblərini, zorxanalarını yaratmış, gənclərin fiziki sağlamlığını, mərdliyini, cəsurluğunu zəruri saymışdır. Bunun ən parlaq nümunələrini Novruz bayramı adət-ənənələrində, ulu dastanımız “Kitabi Dədə Qorqud”da, “Koroğlu”da görə bilərik.
Azərbaycan uzun illər çar Rusiyasının müstəmləkəsi olduğuna görə özünün fiziki tərbiyə sahəsində milli dəyərlərini qoruyub saxlamaqla yanaşı Rusiyanın fiziki tərbiyə sahəsindəki mütərəqqi cəhətlərini də mənimsəmişdir. Bu sahədə ən çox P.F.Lesqaftın fiziki təhsil nəzəriyyəsindən istifadə edilmişdir. P.F.Lesqaft Avropa ölkələri məktəblərində fiziki tərbiyə məsələlərini dərindən öyrənərək özünün daha mütərəqqi təhsil sistemini yaratmışdır. O, öz nəzəriyyəsini “Məktəb yaşlı uşaqların fiziki təhsilinə rəhbərlik “adlı iki cildlik əsərində ifadə etmişdir.
Keçmiş Sovetlər Birliyində yeni sovet fiziki tərbiyə sistemi yaranmışdır. Bu sistemin çatışmazlığı ondan ibarət idi ki, SSRİ xalqlarının fiziki tərbiyə ilə əlaqədar tarixi ənənələri, milli oyunları, idman növləri nəzərə alınmırdı.Ümumtəhsil məktəblərinin fiziki tərbiyə proqramı standart şəkildə tərtib edilir, proqramda dəyişikliklər edilməsi, milli oyunlarda istifadəyə, yerli şəraitin xüsusiyyətlərini nəzərə almaq icazə verilmirdi. Proqramlar ruscadan tərcümə edilir, xalq maarif nazirliyi tərəfindən təsdiq olunurdu. Bu isə hər bir xalqın, o cümlədən Azərbaycan xalqının fiziki tərbiyə sahəsindəki müsbət ənənələrinin , milli oyunlarının unudulmasına səbəb olurdu.
Bu gün Azərbaycan Respublikasında fiziki tərbiyə sisteminin məqsədi sağlam, uzunömürlü, vətən torpağını müdafiəyə hazır olan, yaradıcı əməyiözünün müqəddəs borcu hesab edən adamlar yetişdirməkdir. Bunun üçün elə bir fiziki tərbiyə sistemi yaradılmalıdır ki, onun əsasında milli və ümumbəşəri bədən tərbiyəsi və idman dəyərləri dursun. Belə bir sistem respublikamızda qurulmaqda olan Vətəndaş cəmiyyətinin, yaranmaqda olan hüquqi dövlətin tələblərindən irəli gəlir.
Fiziki tərbiyə üç istiqamətdə həyata keçirilir:
1. Ümumi fiziki hazırlıq. Sağlamlığı möhkəmlətməyə, mümkün qədər daha çox hərəki bacarıq və vərdişlər əldə etməyə, əsas hərəki keyfiyyətlərin inkişafına xidmət edir. Bunun üçün fiziki tərbiyənin bütün vasitələrindən, habelə müxtəlif fiziki hərəkətlərdən təbii və gigiyenik amillərdən istifadə olunur. Ümumi fiziki hazırlıq fiziki tərbiyənin bütün mərhələlərində, ən çox isə ümumtəhsil məktəblərində fiziki tərbiyə prosesində həyata keçirilir.
2. Peşə fiziki hazırlığı ixtisaslaşdırılmış fiziki tərbiyə prosesi olub konkret əmək növləri və müdafiə fəaliyyəti hazırlığına xidmət edir. Peşə fiziki hazırlığı vasitələrinin tətbiqi əmək hərəki vərdişlərinə yiyələnmə prosesini asanlaşdırır, əmək məhsuldarlığını yüksəldir, mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin müqavimətini artırır.
3. İdman hazırlığıfiziki tərbiyədə xüsusi istiqaməti təmsil edir. Onun vəzifələrinə insanın seçdiyi idman növündə yüksək nailiyyətlər əldə etməsi və s. daxildir.
Fiziki tərbiyənin başqa bir spesifik istiqaməti də var. Bu, müalicə bədən tərbiyəsi – bərpaedici istiqamətdir. Onun vəzifəsi fiziki hərəkətlərin köməyi ilə itirilmiş sağlamlığı bərpa etməkdir.
Fiziki tərbiyə nəzəriyyəsi və metodikasının özünəməxsus prinsipləri vardır.

FİZİKİ TƏRBİYƏ SİSTEMİNİN PRİNSİPLƏRİ.

Prinsip – hər hansı bir elmin və ya nəzəriyyənin başlanğıc əsasıdır. Fiziki tərbiyə sisteminin prinsipləri aşağıdakı kimi ifadə edilir:



  1. İnsanın hərtərəfli harmonik inkişafı prinsipi.

  2. Fiziki tərbiyənin əmək və müdafiə təcrübəsi ilə əlaqəsi prinsipi.

  3. Sağlamlığa yönəldilmiş fiziki hərəkətlər prinsipi.


ŞƏXSİYYƏTİN HƏRTƏRƏFLİ İNKİŞAFI PRİNSİPİ.
Şəxsiyyətin hərtərəfli inkişafı prinsipi insani tərbiyə prinsipi sisteminin əsasını təşkil edir, bu da bütün insanların ümumi inkişafını nəzərdə tutur. Burada insanların həmişəki arzuları olan ideala qovuşmaq fikridir.
Təcrübədə bu prinsip belə həyata keçirilir:

  1. Fiziki tərbiyə başqa tərbiyəvi əhəmiyyətli prinsiplərlə sıx əlaqədədir (estetik, mənəvi şüurlu, əmək).

  2. Şəxsiyyətin hərtərəfli fiziki inkişafını nəzərdə tutur (ümumi və xüsusi fiziki hazırlıq, orqanizmin forma və funksiyaları, fiziki keyfiyyətləri, bacarıq və vərdişlərə yiyələnmək).

Fiziki hərəkətlərlə məşğul olarkən mənəvi cəhətdən tərbiyə imkanları yaranır. Oyunlardan və fəaliyyətdə uşaqların xasiyyətlərini öyrənmək olur. Burada da müəllim, məşqçi uşağın pis və yaxşı cəhətlərini görüb pis cəhətlərini görüb pis cəhətlərini aradan götürəbilər.Yaxşıları isə inkişaf etdirmək lazımdır.
Bədən tərbiyəsi dərsləri estetik imkanlara malikdir və bu imkanlardan istifadə edərək estetik tərbiyə ilə də məşğul olmaq lazımdır.
Bədən tərbiyəsi dərslərində fiziki hərəkətlərin yaxşı yerinə yetirilməsi ,gözəl rəftar və s.
Hərtərəfli fiziki tərbiyə uşağın və ya insanın fiziki hərəkət ehtiyatının çoxluğundan əmələ gələ bilər. Bu isə insanın çox miqdarda fiziki hərəkət bacarığının olmasından əmələ gəlir. Ümumi fiziki hazırlığı olmayan şəxsin xüsusi fiziki hazırlığı barədə fikirləşməyə haqqı yoxdur.


FİZİKİ TƏRBİYƏNİN ƏMƏK VƏ MÜDAFİƏ TƏCRÜBƏSİ İLƏ ƏLAQƏSİ PRİNSİPİ
Bu prinsip fiziki tərbiyənin tətbiqi xarakter daşımaqla bərabər, onun cəmiyyətdə rol oymadığını ifadə edir.
Əməyin mexanikləşməsi,yüksək sürətlə dəyişilməsi fəhlələrdən müəyyən fiziki keyfiyyətlər tələb edir. Fiziki hərəkətlər peşə hazırlığını tam məna ilə əvəz edə bilməz, ancaq zəngin hərəkət ehtiyatları olan adamlar tez bir müddətdə iş üsullarını, hərbi ixtisasları mənimsəməyə qadirdirlər.
Çoxmiqdarlı tədqiqatlar nəticəsində belə nəticələr alınmışdır ki, müasir müəssisədə fiziki tərbiyə çox mühüm yer tutur. Bu ona görədir ki, fiziki tərbiyə nəinki sağlamlığı təmin edir, o eyni zamanda əmək məhsuldarlığının yüksəlməsinə böyük təkan verir. Bu xüsusilə gənc ixtisasçıların hazırlanmasında, onların iş rejiminə alışmasında böyük kömək göstərir. Vaxtı ilə idmanla məşğul olmuş gənclərə ixtisaslarını öyrənmək üçün 1,5-2 dəfə az vaxt sərf edilirdi. Kəndlərdə yaxşı təşkil edilmiş idman məşğələləri gənclərin şəhərə axınını tənzimləyir.
Bədən tərbiyəsinin tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, həyatda vacib olan bacarıq və vərdişlər verir. Bədən tərbiyəsinin əmək və müdafiə təcrübəsi ilə əlaqəsi prinsipinə əməl edərək yeriş, qaçış, tullanmalar, atmalar,maniələr dəf etmək kimi fiziki hərəkətlərə daha çox yer vermək məqsədə uyğundur.
Yadda saxlamaq lazımdır ki, bədən tərbiyəsinin tətbiqi rolunu nəzərə alıb onun ancaq peşələrəyiyələnməsi üçün lazım olan amil kimi qəbul etmək lazım deyil. Bədən tərbiyəsini, eyni zamanda, istirahət amili, gənclərin boş vaxtlarının səmərəli keçirilməsi kimi də qəbul etmək lazımdır.
Vətəni qorumaq hər bir vətəndaşın birinci dərəcəli borcudur. Bu baxımdan gənclərin hazırlığı, onların əsgərlik vaxtı hərbi ixtisaslara yiyələnməsində bədən tərbiyəsinin rolu əvəzedilməzdir.

FİZİKİ TƏRBİYƏNİN SAĞLAMLIĞA YÖNƏLDİLMƏSİ PRİNSİPİ.

Bədən tərbiyəsinin sağlamlığa yönəldilməsi prinsipi ümumbəşər prinsiplərinə uyğun olaraq insan nə edirsə etsin sağlamlığı hər şeydən vacibdir. Hələ ən qədim vaxtlardan həkimlər və filosoflar sağlamlıq üçün fiziki işin insanın həyatında böyük əhəmiyyəti olduğu qeyd etmişlər. Sübüt edilirdi ki, elə bir dərman yoxdur ki, fiziki hərəkətləri əvəz etsin, eyni zamanda dərmanları hərəkət fəallığı əvəz edir. Aristotel insan üçün ən qorxulu işi hərəkətsizlik hesab etmişdi. İbn Sina isə qeyd etmişdi ki, əgər insan fiziki hərəkətlərlə məşğul olursa dərmanlara olan ehtiyacı aradan götürmüş olur. Platona görə : “Gimnastika təbabətin müalicə hissəsidir”.


Əgər biz dərmanlarla fiziki hərəkətləri müqayisəni davam etdirsək görərik ki, lazım olan dərmanı həddən artıq qəbul etsək bu bizə zəhər kimi təsir edir. Bu baxımdan fiziki hərəkətlər də tənzimlənməlidir. Hərəkətlər nə az, nə də çox olmalıdır. Gələcək bədən tərbiyəsi mütəxəssisləri həmişə bunu nəzərdən qaçırmamalıdır. Hipokratın təbabətə çox vacib olan hikmətli sözləri “Ziyan vermə”, bədən tərbiyəsi müəllimlərinə və məşqçilərə də aiddir.
Pedaqoji məktəblərin və bədən tərbiyəsi fakultələrinin tədris planında təbabət, biologiya, o cümlədən həkim nəzarəti biliklərinə,yiyələnmək üçün böyük həcmli planlar nəzərdə tutulur. Bu biliklər özü-özlüyündə tələbə üçün vacib olmasa da, ancaq fiziki tərbiyə prosesində tətbiqi və nəzərəalınması sağlamlıq prinsipinin həyata keçirilməsində çox vacib sayılır.
Fiziki tərbiyə sisteminin məzmunu elmi– metodiki, təşkilatı vəproqram - normativ sənədlərdə ifadə olunur. Belə sənədlərin bir çoxuyüksək ixtisaslı mütəxəssislər tərəfindən hazırlanmış, bəziləri isə hazırlanmaqdadır. Belə sənədlərdən biri və başlıcası ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris proqramlarıdır. Bu proqram bizim iştirakımızla hazırlanıb nəşr edilmişdir. Müasir fiziki tərbiyə sistemi elmi-metodiki əsaslar üzərində qurulur və geniş kompleks elmiməlumatlara istinad ederək onları özünün nəzəri-metodikiməzmununda əks etdirir.
Müasir fiziki tərbiyə sisteminin təşkilatı əsasını iki əsas rəhbərlik forması təşkil edir. Bu, xalqın tərbiyəsini həyata keçirmək və ona nəzarət etməkdən ibarətdir. Bunlardan biri dövlət rəhbərliyə, digəri isə ictimai – özfəaliyyət rəhbərliyidir. Dövlət təşkilatı forması və rəhbərliyi vahid proqram əsasında dövlət orqanları və idarələri tərəfindən həyata keçirilir.
Bu, bütün yaş dərəcəsindən olan uşaqların və tələbə-gənclərin tərbiyəsinə və təliminə, kütləvi bədən tərbiyəsi işlərinin aparılmasına yönəlmişdir. Bütün tiplərdən olan tədris müəssisələrində fiziki tərbiyə müvafiq tədris planlarına və proqramlarına uyğun ciddi planlı və sistemli məcburi məşğələlər əsasında qurulur. Fiziki tərbiyə üzrə ştatlı vəzifələr təyin olunur. Məşğələlər maddi-texniki və maliyyə vəsaiti ilə təmin edilir.
İctimai- özfəaliyyət üzrə təşkilati işlərinin təşkili və bu işlərə rəhbərlik insanların bütün yaşdan olan təbəqələrini kütləvi fiziki tərbiyə məşğələlərinə cəlb etməyə yönəldilmişdir və bu işlər ilk mərhələlərdə özfəaliyyət əsasında qurulmuşdur.
Bədən tərbiyəsinim inkişafının ən başlıca nəticələrindən biri onun proqram-normativ əsasının yaradılmasıdır. Bu, adamların yaşına uyğun fiziki inkişafını müəyyən edən əsas tələblərdəndir. Bədən tərbiyəsi sisteminin proqram-normativ əsasının formalaşması üçün “Əməyə və Vətənin müdafiəsinə hazıram” bədən tərbiyəsi kompleksinin yaradılmasının birinci dərəcəli əhəmiyyəti vardır. Bu normativlərə yenidən baxmaq, onların məzmununa milli ünsürləri daxil etmək zərurəti yaranmışdır. Həmin normativlərdə Azərbaycan milli idman oyun növlərinin bu gün üçün zəruri olan ünsürlərinə geniş yer verilməlidir. ƏMH kompleksi fiziki hazırlığı qiymətləndirmə normativləri sistemində mühüm yer tutur. Onların əsaını təşkil edən prinsiplər,normalar və tələblər əsasında orta və ali məktəblər, bədən tərbiyəsi kollektivləri, idman bölmələri, digər dövlət və ictimai təşkilatlar üçün fiziki tərbiyə üzrə proqramlar işlənib hazırlanmalıdır.
Yüklə 20,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə